Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 317,63 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix11.04.2018
ölçüsü317,63 Kb.
#37880
1   2   3   4   5   6   7   8   9   10

 

10 


 

“Bizim yaddaşımız fərdi yaddaşlardan və icma 

yaddaşlarından ibarətdir. Bu ikisi biri-birinə 

sıx bağlıdır. Və tarix bizim icma yaddaşımızdır. 

Əyər bizim icma yaddaşımız bizdən götürülsə - 

yenidən yazılsa – biz əsl mahiyyətimizi 

qorumaq imkanını itirmiş oluruq”. 

                                             

                                           Haruki  Murakami

 

11.  Milli  Rəqəmsal  Yaddaş  bazasının  Azərbaycan  hüdudlarından  kənarda  formalaşan 



materiallar  ilə  zənginləşdirilməsi.

  Azərbaycanın  Macarıstandakı  və  Polşadakı  diplomatik 

nümayəndəlikləri 

tərəfindən 

Azərbaycan 

ədəbiyyatının  tərcüməsi  və  xaricdə  təbliğinə 

həsr  olunmuş    “Mədəniyyətlərarası  dialoqun 

gücləndirilməsində  Azərbaycan  mədəni  irsinin 

təbliğinin 

rolu” 


adlı 

tədbir 


keçirildi. 

Azərbaycanın 

Polşa 

Respublikasındakı 



Fövqəladə  və  Səlahiyyətli  səfiri  cənab  Həsən 

Həsənovun 

rəhbərlik 

etdiyi 


diplomatik 

missiya 


tərəfindən 

polyakcaya 

tərcümə 

edilmiş 


200-ə 

yaxın 


Azərbaycan 

ədəbiyyatı 

nümunələri 

və 


Azərbaycanın 

Macarıstan 

Respublikasındakı  Fövqəladə  və  Səlahiyyətli  səfiri  cənab  Vilayət  Quliyevin  rəhbərlik  etdiyi 

diplomatik  nümayəndəliyin  macarcaya  tərcümə  etdirdiyi  150  adda  MEK-ə  bağışlanmış  Azərbaycan 

ədəbiyyatı  nümunələri  sərgidə  nümayiş  etdirildi,  hər  kolleksiya  üçün  elektron  kataloq  hazırlandı  və 

ümumi  e-kataloqa  daxil  edildi,  hər  kolleksiya  üçün  virtual  təqdimat  hazırlandı,  kitablar  MEK-in 

“Sərgi  salonu”nda  nümayiş  etdirildi  və  təşəbbüs  təbliğ  olundu.  Hər  iki  diplomatik  missiya  tərəfindən 

Macarıstan  və  Polşada  200-dən  artıq  məktəb,  mədəniyyət  mərkəzi  və  kitabxanalarda  görüşlər 

keçirilməsi,  tərcümə  edilmiş  ədəbiyyatın  hədiyyə  olunması,  müzakirələrin  aparılması  səsləndirildi. 

Tədbir  Azərbaycanın  təbliğinə  aid  edilən  bir  sıra  ölkə  və  beynəlxalq  əhəmiyyətli  tədbirlər  sırasında, 

məs.,  Bakı  Elm  Festivalı,  Beynəlxalq  Humanitar  Forum,  yubileylər  əhəmiyyətinə  görə  üstünlük 

təşkil  edənlərdən  biri  hesab  olunur.  MEK-ə  hədiyyə  edilmiş  materiallar  rəqəmsallaşdırılmış  və 

MRY-ə aid edilmişdir.   

Azərbaycan  Respublikasının  Los-Anceles  şəhərindəki  Konsulluq  tərəfindən  Üzeyir  Hacıbəylinin 

130  illiyinə  və  Rəşid  Behbudovun  100  illiyinə  həsr  olunmuş  və  ABŞ  Federal  Poçt  Xidməti 

tərəfindən  istifadəsinə  icazə  verilmiş  poçt  markaları  rəqəmsallaşdırılmış,  kataloqlaşdırılmış,  MRY-a 

aid  edilmiş,  MEK-in  “Sərgi  salonu”nda  incəsənət  və  səfirliklərin  fəaliyyətini  əks  etdirən  guşələrdə 

yerləşdirilmişdir. 

Üzeyir  Hacıbəylinin  “Arşın  mal  alan”  operasının  çin  dilində  rəqəmsal    versiyası    elektron  kataloqa 

salınmış,  MRY-a aid  edilmiş  və MEK oxucularının  diqqətinə  çatdırılmışdır.   



12.  İnformasiya  təqdimatının  multiməkan  və  multiformat  rejimində  keçirilməsi. 

İstənilən 

mövzuda  tədbir  keçirilirsə,  sərgi  hazırlanırsa,  MEK  fondlarında  mühafizə  olunan  sənədlər 

fondlardan  qaldırılıb  sərgilənir,  bütün  mənbələr  e-kataloqa  daxil  edilir,  rəqəmsallaşdırılır,  virtual 

sərgi  yaradılır,  sərgi  salonunda  bütün  ekranlarda  və  videodivarda  nümayiş  etdirilir  (ümumilli  lider 

Heydər  Əliyev,  Əliağa  Vahid,  Mikayıl  Useynov,  Bəxtiyar  Vahabzadə,  Cəfər  Cabbarlı,  Bəkir 

Nəbiyev, 

Vəli 


Axundov, 

Səməd 


Vurğun,  Aslan  Aslanov)  və  Youtube-da  yerləşdirilir, 

videoköşklərdən  sayt  materiallarına  çıxış  verilir,  sərginin  mövzusuna  aid  yeni  elektron  kataloqdan 

çıxarış  yardımçı  vasitə  kimi  sərgidə  təqdim  olunur,  nümayiş  etdirilən  material  paket  şəklində 

rəqəmsallaşdırılır,  Sərgi  salonunun  ekranlarında  eyni  zamanda  dörd müxtəlif  çarx nümayiş  etdirilir.   




 

11 


 

“Deyirlər ki,  zaman hər şeyi dəyişir. Lakin 

həqiqətdə hər şeyi siz özünüz 

dəyişdirməlisiniz”.  

Andy  Warhol   

13.  Rəqəmsallaşdırmanın  müxtəlif  praktiki  əhəmiyyətli  çeşidlərdə  aparılması. 

Məqsədindən 

asılı  olaraq  MEK-in  Rəqəmsallaşdırma  bölməsi  istənilən  sənədin  rəqəmsallaşdırılmasını  paket 

şəklində  aşağıdakı  formatlarda  təqdim  edir:  PDF  və  Word  formatlarda  rəqəmsallaşdırılması,  bulud 

serverdə  yerləşdirilməsi,  müvafiq  linkin  təqdim  olunması,  əsərin  video  formatda  vərəqlənməsi, 

Power  Point  formatında  təqdimatının  hazırlanması,  tam  həcmdə  avtomat  və  manual  rejimdə 

təqdimatı  və  s. 

14.Vikipedia  təlimləri. 

Azərbaycanın  qədim  tarixinin  və  zəngin  mədəniyyətinin,  müstəqillik 

illərində  qazanılmış  siyasi,  iqtisadi,  sosial  və  mədəni  nailiyyətlərinin  təbliğ  edilməsi,  ana  dilində 

informasiya  resurslarından  onlayn  istifadə  imkanlarının  genişləndirilməsi  və  bu  məlumatların 

sərbəst  elektron  resurslarda  və  sosial  şəbəkələrdə  daha  geniş  yer  almasına  nail  olmaq  məqsədilə 

“Vikipediyada  məqalələrin  yerləşdirilməsi”  mövzusunda  təlimlər  silsiləsinə  başlanılıb.  Təlimlərin 

əsas  məqsədi  –  elektron  ensiklopediyada  məlumatların  və  məqalələrin  yaradılması  prinsiplərini, 

qaydalarını  və  üsullarını  öyrətmək,  eləcə  də  Vikipediyada  etibarlılıq  səviyyəsi  yüksək  olan  məqalə 

və  məlumatların  sayının  artırmaqdır.  AMEA  müəssisə  və  təşkilatları  tərəfindən  yerləşdirilməsi 

nəzərdə  tutulan  materialların  spesifikliyini  nəzərə  alaraq,  AMEA-nın  21  təşkilatına  hər  müəssisəyə  5 

gün  olmaq  şərtilə  təlim  keçirilmiş,  təlimdən  sonrakı  nəzarət  və  məsləhətləşmə  təmin  edilmişdir.   

15.  AMEA-nın  15  təsisçisi  barədə  tanıtım  materialı. 

AMEA-nın  15  təsisçi  –  həqiqi  üzvü  barədə 

nəfis  tərtibatda  tanıtım  materialı  Azərbaycan,  ingilis,  rus,  ərəb  və  fars  dillərində  informasiya 

stendləri  hazırlanıb  və  büstlərin  yanında  MEK  qonaqlarının  və  istifadəçilərinin  diqqətinə  təqdim 

olunur,  informasiya  5 dildə  Vikipediyada  da yerləşdirilib. 

16.  AMEA  Rəyasət  Heyətinin  qərarlarına  əlavə 

olaraq  yubileyi  AMEA  miqyasında  qeyd  olunan 

şəxslər  –  Mikayıl  Useynov,  Bəxtiyar  Vahabzadə,  Vəli  Axundov,  Səməd  Vurğun  –  və  “Molla 

Nəsrəddin”  jurnalına  aid  olan  materiallar  elektron  kataloqa  salınmış,  rəqəmsallaşdırılmış,  virtual 

təqdimatda  hazırlanmış  və Sərgi  salonunda  nümayiş  etdirilmişdir.   

17.  Azərbaycanda  on  ən  qədim  kitab  Mərkəzi  Elmi  Kitabxananın  fondlarında  aşkar 

edilmişdir. 

Azərbaycanda  ən  qədim  on  kitab  Mərkəzi  Elmi  Kitabxananın  fondlarında  aşkar  edilmiş, 

rəqəmsallaşdırlmış,  elektron  kataloqa  salınmış,  ictimaiyyətə  təqdim  olunmuş,  KİV  nümayəndələri  və 

araşdırıcıların  ciddi  marağına  səbəb olmuşdur.   

 

18.  Başqa  təşəbbüslər. 

Diplomatik  missiyaların  nümayəndələri  və  beynəlxalq  təşkilatlar  ilə  görüşlər 

və 

müzakirələr 



aparılıb; 

Mərkəzi 


Elmi 

Kitabxananın  mərhum  direktorlarının  xatirə 

divarı 

hazırlanıb; 



alimlərin, 

incəsənət 

xadimlərinin, 

siyasətçilərin, 

mütəfəkkirlərin 

müxtəlif  dillərdə  səsləndirdiyi  və  müxtəlif 

dillərə  tərcümə  olunmuş  aforizmlərinin  “Kəlamlar”  adlı  video-təqdimatı  hazırlanıb,  MEK-in 

oxucular  tərəfdən  girişində  videodivarda  nümayiş  etdirilir;  kitabxana  xidmətləri  ikinövbəli  rejimdə 

təqdim  olunub;  bayram  günlərində  də  oxu  zalları  oxucuların  istifadəsinə  verilir;  kitabxana 

xidmətlərindən  aktiv  istifadə  edən  və  kitabxana  həyatında  fəal  iştirak  edən  oxucular  kitab 

hədiyyələri  ilə  fərqləndirilir;  yeni  daxil  olan  kitablar  barəsində  məlumat  dərhal  saytda  yerləşdirilir  və 



Yüklə 317,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə