Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 317,63 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix11.04.2018
ölçüsü317,63 Kb.
#37880
1   2   3   4   5   6   7   8   9   10

 

 



Qeydiyyat  Sistemi”  mövzusunda  təlim  keçirilmişdir.  Bütün  mövzular  üzrə    646  nəfər  iştirak  etməklə 

63 təlim  keçirilmişdir. 



8. MEK-in  fəaliyyəti beynəlxalq  və yerli standartlara  uyğun  qurulub.   

 

Bütün 


kitabxana-informasiya 

prosesləri 

sənədlərin 

daxil 


olunmasından 

və 


qeydiyyatdan 

keçməsindən  başlayaraq  oxucuların  istifadəsinə  verilməsinə  qədər  beynəlxalq  və  yerli  standartlara 

uyğun  olaraq  həyata  keçirilir.  İlk  dəfə  olaraq  elektron  resursların  istifadəsinə  icazə  verən  müəllif 

hüquqları  müqaviləsi  tətbiq  olunub.   



9.  MEK  fondlarının  zənginləşməsi 

əsas  hissəsində  büdcə  xərcləmələrinin  hesabına  yox,  məcburi 

nüsxələrin,  hədiyyələrin  və mübadilə  olunan  mənbələrin  hesabına  baş vermişdi.   

10. Elektron  kargüzarlıq  qaydaları  tam  tətbiq  olunmuşdur.    

 

T Ə Ş Ə B B Ü S L Ə R 



1.  “Heydər  Əliyev  irsi”  guşəsinin  yaradılması.

  Ümumilli  lider  Heydər  Əliyev  irsinə  aid  olan  və 

fondlarda  saxlanılan  ədəbiyyat  Sərgi  salonunda  və  Akademiklərin  zalında  yerləşdirilmişdir. 

Materiallar  rəqəmsallaşdırılmış,  elektron  kataloqa,  Milli  Rəqəmsal  Yaddaşa  və  video-təqdimat 

formatına  salınmış  və nümayiş  etdirilmişdır.     

2.  Prezident  Sərəncamının  icrası. 

Azərbaycan  Respublikası  Prezidentinin  2015-ci  il  23  dekabr 

tarixli  Sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasında  qeyri-infeksion  xəstəliklərlə 

mübarizəyə  dair  2015  –  2020-ci  illər  üçün  Strategiya”nın  həyata  keçirilməsi  üzrə  Səhiyyə 

Nazirliyinin  Fəaliyyət  planının  AMEA-ya  aid  9.4.2.  bəndinin  Qeyri-infeksion  xəstəliklərə  dair 

prioritetlər  üzrə  aparılan  araşdırmaların  nəticələrinin  geniş  müzakirəsi,  tətbiqi  və  bu  istiqamətdə  e-

resursların  istifadəsi  məqsədilə  məlumatlandırma  aparılmışdır.   

 

3.  Prezident  Sərəncamının  icrasına  dəstək



.  Şəki  şəhərində  Bəxtiyar  Vahabzadənin  ev-muzeyinin 

yaradılması  və  yaşadığı  binaya  xatirə  lövhəsinin  vurulması  haqqında  Azərbaycan  Respublikası 

Prezidentinin  27  oktyabr  2015-ci  il  tarixli  1475  saylı  Sərəncamının  icrası  ilə  bağlı  Şəki  şəhərində 

şairin  yaşadığı  evdə  muzeyin  təşkili  məqsədilə  MEK  tərəfindən  Mədəniyyət  və  Turizm  Nazirliyinə 

rəqəmsallaşdırılmış   kitablar  (51  sayda,  PDF  formatda),  kitabların  xüsusi  rəqəmsal  formatda 

işlənilmiş  üz  qabıqları  (42  kitab,  JPEG  formatda)  və    kitabların  video-təqdimatı  (3  dəqiqə,  22 

saniyə)  təhvil  verilmişdir.   

 

4.  Qanunvericiliyə  islahat  yönümlü  təkliflər  verilib. 

12  aprel  2016-cı  il  tarixində  AMEA  Mərkəzi 

Elmi 


Kitabxanasında 

“Kitabxana 

işi 

haqqında” 



Azərbaycan  Respublikasının  Qanununda 

dəyişikliklər  edilməsi  barədə”  Azərbaycan  Respublikasının  2016-cı  il  4  mart  tarixli  174-VQD 

nömrəli  Qanununun  tətbiqi  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  Sərəncamının  icrasını 

təmin  etmək  məqsədilə  MEK  tərəfindən  irəli  sürülmüş  təkliflərə  həsr  olunmuş  konfrans  keçirildi. 

Konfransda  mövcud  qanuna  MEK  tərəfindən  irəli  sürülmüş  əlavə  və  dəyişikliklərlə  bağlı  təkliflər 

səsləndirildi.  Təkliflər  ümumi  müddəalarda  yer  alan  əsas  anlayışlara  verilən  təriflərə  düzəlişlər, 




 

 



kitabxana  işi  haqqında  dövlət  siyasətinin  əsas  prinsipləri  və  vəzifələri  haqqında  maddələrə  yeni 

ifadələrin  əlavə  olunması,  “Kitabxana  sistemi”  fəslində  bəzi  kitabxanaların  statusunda  dəyişikliyə 

dair,  “Kitabxana  fondu”  adlı  fəsildə  yer  alan  maddələrə,  eləcə  də  kitabxanaya  vurulmuş  zərərə  görə 

məsuliyyət  kateqoriyasına,  kitabxana  işçilərinin  sosial  müdafiəsi  ilə  bağlı  maddəyə  dəyişiklik, 

“Nəşriyyat  işi  haqqında  qanun”a  əlavə  və  dəyişiklikləri  özündə  ehtiva  edir.  Diqqət  çəkən  təkliflər 

sırasında  “Nəşriyyat  işi  haqqında”  Qanunun  18-ci  maddəsinə  kitabın  buraxılış  məlumatına  dair 

Vahid  Elektron  Qeydiyyat-axtarış  kataloqunun  hazırlanması  və  tətbiqi  məqsədi  ilə  biblioqrafik 

təsvirin  mərkəzləşdirilmiş  şəkildə  təsnifat  indeksləri  daxil  olmaqla  universal  standartlara  uyğun 

olaraq  verilməsi,  təsvirin  Azərbaycan,  beynəlxalq  və  MARC  21  standartlarını  özündə  cəm  etməsi, 

mərkəzi  nəşriyyat  portalında  yerləşdirilməsi,  Azərbaycan  Respublikası  ərazisində  fəaliyyət  göstərən 

kitabxanaların  mərkəzi  nəşriyyat  portalına  çıxışının  olması  və  portal  vasitəsilə  vahid  elektron 

biblioqrafik  təsvirin  eksport  imkanının  olması  oldu.  Təsvirin  verilməsində  müəllifin  və  ya  tərtibçinin 

iştirakının  zəruriliyi  vurğulandı,  təkliflər  paketinə  salındı  və  AMEA  rəhbərliyinə  təqdim  olundu. 

Bunlarla  yanaşı,  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyası 

Heyətinin  “Dissertasiyaların  AAK-a  təqdim  edilməsi  qaydaları  haqqında”  16.11.2007-cı  il  tarixli 

(protokol  №  17-R)  qərarına  əlavələrin  edilməsi,  “Azərbaycan  Respublikasının  Prezidenti  yanında 

Ali  Attestasiya  Komissiyasının  fəaliyyətini  tənzimləyən  bəzi  normativ  hüquqi  aktların  təsdiq 

edilməsi 

haqqında”  Fərmanın  “Dissertasiyaların  təqdim  olunması  və  müdafiəsi  haqqında” 

maddəsinə  dəyişikliklərin  edilməsi  ilə  bağlı  təkliflər  də səsləndirilib. 

 

5. 


Əməkdaşların  peşə  inkişafına  sistemli  yanaşma  tətbiq  olunub. 

Mərkəzi  Elmi  Kitabxana 

əməkdaşların  hərtərəfli  peşə  inkişafını  diqqət  mərkəzində  saxlayır.  İnformasiya  Texnologiyaları, 

Beynəlxalq  və  İctimai  Əlaqələr,  İnsan  resursları  və  İnzibati  şöbələr  üçün  “Əsasnamə  və  vəzifə 

öhdəlikləri”  hazırlanmış  və  istifadəyə  verilmişdir,  Kitabxana-Xidmət  şöbəsinin  bir  il  öncə 

hazırlanmış  eyni  adlı  sənədlərinə  yenidən  baxılmış,  cari  proseslərə  uyğun  olaraq  əlavə  və  düzəlişlər 

edilmiş,  şöbə  və  bölmələrin  əməkdaşları  əsasnamə  və  vəzifə  öhdəlikləri  üzrə  təlimatlandırılmış  və 

sənədlər  istifadəyə  verilmişdir.  Əməkdaşların  müntəzəm  olaraq  qiymətləndirilməsi  aparılır,  əməyin 

ödənilməsi  dərəcələrinə  və  maaşlara  korreksiya  verilir,  əməkdaşlar  kitabxana  həyatında  və 

kitabxananın  inkişaf  prosesində  iştirakına  və  əldə  etdikləri  nailiyyətlərə  görə  mükafatlandırılırlar. 

Əməkdaşların  peşə  inkişafı  üçün  əldə  edilmiş  bilik  və  bacarıqlar  “Vikipediya”,  “Mülki  müdafiə”, 

“Vahid  Qeydiyyat  Sistemi”,  “Elektron  resurslardan  (EBSCO,  Thomson  Reuters  Web  of  Science, 

OCLC,  Royal  Chemistry  Society)  istifadə  qaydaları”,  “Elmi-intellektual  bazanın  yaradılması” 

mövzularında  MEK  əməkdaşları  tərəfindən  kənar  təşkilatlara  və  MEK  əməkdaşları  tərəfindən 

həmkarlarına  keçirilmiş  təlimlər  böyük  əhəmiyyət  kəsb  edir,  təlim  komandası  Kitabxana-Xidmət 

şöbəsi,  Proqramçılar  bölməsi,  Sərbəst  elektron  resurslar  bölməsi  əməkdaşlarından  formalaşır.  MEK 

əməkdaşlarına  cəmi  224  iştirakçısı  olan  “Vikipediya”  və  “Elektron  Qeydiyyat  Sistemi” 

mövzularında  8  təlim,  əməkdaşlarımıza  xarici  təşkilatlar  tərəfindən  beynəlxalq  elektron  resursların 

istifadəsinə  dair  cəmi  101  iştirakçının  cəlb  edilməsi  ilə  9  təlim  keçirilmiş  və  çox  sayda  təlimatlar 

aparılmışdır.    



 

MEK  əməkdaşlarının  peşə  inkişafı  MEK  tərəfindən  kənar  təşkilatlara  keçirilən  təlimlər  zamanı 

cilalanır.  Təlim  mövzularının  seçilmə  prinsipi  kitabxana  idarəetmə  sistemində  əldə  edilmiş  texniki 

və  proqram  dəyişikliklərini  Azərbaycanın  elmi  və  mədəni  irsinin  təbliğatı,  bu  məlumatların 




Yüklə 317,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə