Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 317,63 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix11.04.2018
ölçüsü317,63 Kb.
#37880
1   2   3   4   5   6   7   8   9   10

 

 



 

ƏLDƏ EDİLMİŞ NƏTİCƏLƏR 

1.VİS proqramının  kitabxana  üçün  ilk növbədə əhəmiyyətli komponentləri  hazırlanıb 

istifadəyə verilib.   

VİS  –  müəssisənin  bütün  mümkün  proseslərinin  avtomatlaşdırılması,  inteqrasiyası,  nəzarətdə 

saxlanılması  və  mərkəzləşdirilmiş  şəkildə  idarəedilməsi  sistemidir.  VİS  ilk  dəfə  məhz  MEK-in 

proqram  və  texniki  tələblərinə  uyğun  olaraq  yerli  proqram  mühəndislərinin  iştirakı  ilə  hazırlanmış 

platformadır. 

VİS-LİB  –  MEK  Kitabxana  xidmətlərinin  avtomatlaşdırılmış  idarəetmə  və  nəzarət  platformasıdır  və 

aşağıdakı  modulları  istifadəyə  verilib:    “Komplektləşdirmə  modulu”,  “Kataloqlaşdırma  modulu”, 

“Fondlarda  resursların  yerləşdirilməsi  modulu”,  “İstifadəçilərin  qeydiyyatı  modulu”,  “Sifarişlərin 

verilməsi  modulu”,  “Resursların  axtarışı  modulu”,  ”Proseslərə  nəzarət  modulu”,  “Hesabatların 

hazırlanması  modulu”.  VİS-HR  MEK-in  strukturunda  olan  bütün  işçi  heyətin  nəzarət  və 

idarəedilməsi  platformasıdır,    “Təşkilati  strukturun  idarə  edilməsi  modulu”  və  “Davamiyyət, 

icazələrin  alınması  və  nizam-intizam  modulu”  hazırlanıb  və istifadəyə  verilib. 

Bu  modulların  sınaq  prosesi  Milli  Rəqəmsal  Yaddaş  şöbəsi,  Proqramçılar  bölməsi,  Kitabxana-

Xidmət  şöbəsi  və  İnsan  resursları  bölməsi  əməkdaşlarının  sıx  və  qarşılıqlı  məsləhətləşmələri 

rejimində  sınaqdan  keçirilir.  MEK-ə  daxil  olan  istənilən  subyekt  və  obyekt  VİS-in  aidiyyatlı 

modulunda  əks olunur.  Qalan  modulların  hazırlanması  prosesinə  başlanılıb.   



2.Milli  Rəqəmsal  Yaddaş  üzrə  praktik  fəaliyyət  başlayıb

.  Müasirləşmiş  kitabxanamızın  proqram 

və  informasiya  təminatı  üzərində  çalışdığı  layihələrdən  biri  MRY  layihəsidir.  Layihənin  məqsədi 

Azərbaycanda  və  Azərbaycanın  hüdudlarından  kənarda  Azərbaycana  aid  olan  informasiyanı 

toplayıb,  sistemləşdirib,  rəqəmsallaşdırıb  yaddaşa  salmaq,  mühafizə  etmək,  araşdırıcı,  oxucu, 

internet  istifadəçisi  üçün  əlçatan  etmək,  təhrif  olunmasının  qarşısını  almaqdır.  Geosiyasi  məkanda 

daim  təcavüzlərə  məruz  qalan,  tarixi,  mədəni  irsi  “pozulmaq”  təhlükəsi  ilə  sıx  üzləşməsi  səbəbindən 

MRY  layihəsi  Azərbaycan  üçün  çox  önəmlidir.  Bu  kateqoriyaya  aid  olan  əhəmiyyətli  sayda 

mənbələrin  qeydiyyata  salınması  və   rəqəmsallaşdırılması  standartlar  əsasında  həyata  keçirilir.   

3.Daxil  olan  informasiya  vahidlərinin  (sənədlərin)  konveyer  üsulu  ilə  emalı  sistemi  qurulub,  

nəticədə  daxil  olan  istənilən  sənəd  VİS  proqramının  yeni  yaradılmış  MEK  Kitabxana  xidmətlərinin 

avtomatlaşdırılmış  idarəetmə  və  nəzarət  platformasında  qısa  müddət  ərzində  tam  elektron  təsvirini 

alır,  xüsusi  kateqoriyaya  aiddirsə  daxil  olan  kimi  rəqəmsallaşdırılır,  MRY-a  və  ya  başqa  bazaya  aid 

edilir,  qeydiyyat  yolunu  keçib  əsas  fonda,  yardımçı  fondlara  və  ya  Sərgi  salonuna  yerləşdirilir  və 

oxucuların  istifadəsinə  verilir.   



4.  Geniş  çeşiddə  və  yeni  keyfiyyətdə  e-resurslar  yaradılıb  və  istifadəyə  verilib. 

Bu  resurslara 

MEK-in  elektron  kataloqu,  MEK-in  rəqəmsallaşdırdığı  Nadir  Kitab  Fondu,  Şərq  Ədəbiyyatı  Fondu, 

elm  və  incəsənət  xadimlərinin  MEK-də  mühafizə  olunan  kolleksiyaları,  müəllif  müqaviləsinə  əsasən 

əldə  etdiyimiz  rəqəmsal  əsərlər,  Azərbaycanda  ən  qədim  kitabların  kolleksiyası,  MEK  saytı  və 

Facebook  səhifəsi,  eləcə  də  MEK-in  abunə  olduğu  xarici  elektron  resurslar  -  EBSCO  Premier, 




 

 



BioOne,  Edward  Elgar  Journals  &  Development  Studies  E-Books,  IOPSCIENCE,  Oxford  English 

Dictionary,  Oxford  Reference  Online,  Royal  Society  Journals  Collection,  Landesbibliotek  və 

başqaları  – aiddir.  Elektron  resurslara  MEK oxu  zallarından  çıxış  təmin  olunub.   

5.İctimaiyyətlə  əlaqələrin  və  beynəlxalq  əməkdaşlığın  yeni  sistemi  qurulub. 

MEK  beynəlxalq  və 

ictimaiyyətlə  əlaqələrin  qurulmasını  və  inkişafını  önəmli  hesab  edir.  MEK  haqqında  məlumat 

əlçatan,  dolğun  və  obyektivdir.  2016-cı  ildən  başlayaraq  3  dildə  (Azərbaycan,  rus,  ingilis),  çevik  və 

interaktiv  rəsmi  internet  səhifəmiz 

www.mek.az

www.csl.az



  yaradılıb, 

mek.az 


domain-i  alınıb  sayta 

və  korporativ  yazışmaya  istifadəyə  verilib,  Facebook,  Twitter,  VK,  İnstaqram  kimi  sosial 

şəbəkələrdə  səhifələr  açılıb,  Youtube-da  rəsmi  sosial  kanal  açılıb,  Facebook  səhifəmizdə  təkcə  MEK 

haqqında  deyil,  dünya  və  Azərbaycan  kitabxanaları  haqqında  maraq  doğuran  məlumatlar 

yerləşdirilir,  media  nümayəndələri  ilə  sıx  əməkdaşlıq  qurulur,  MEK  əməkdaşları  AzTV,  Lider, 

CBC,  İctimai  və  s.  telekanallarda  çıxış  edir,  elmi  mənbələrin  çıxış  imkanları  barədə  məlumat  verir, 

media  şirkətləri  tərəfindən  MEK-də  ictimaiyyətin  marağına  səbəb  olan  verilişlər  çəkilir,  MEK 

əməkdaşları  müntəzəm  olaraq  kitabxana  fondları  barədə  yeni  məlumatları  ictimaiyyətin  diqqətinə 

çatdırır,   MEK-in  məkanı  informasiya  ötürücüsü  kimi  aktiv  şəkildə  istismar  olunur.   

6.Kitabxana  fondlarının  bir  hissəsi  rəqəmsal  formata  keçirilib.

 

MEK  fondlarında  saxlanılan 



sənədlərin  mühafizəsi  və  bir  sənədin  eyni  vaxtda  bir  neçə  istifadəçi  tərəfindən  oxunma  imkanının 

təmin  edilməsi  məqsədilə  Rəqəmsallaşdırma  bölməsi  əməkdaşları  tərəfindən  intensiv  rejimdə  və 

müəyyən  edilmiş  ardıcıllıq  əsasında  –  Nadir  Kitab  Fondu,  Şərq  Ədəbiyyatı  Fondu,  MEK-ə  daxil 

olan  unikal  nüsxələr,  oxu  zalına  sifariş  verilən  unikal  nüsxələr,  kolleksiyalar,  yubileyi  keçirilən 

mütəfəkkirlər,  tək  nüsxədə  olan  və  MEK  ərazisindən  rəsmi  qurumların  sorğusuna  əsasən  çıxarılan 

sənədlər  –  rəqəmsallaşdırılır  və  yaddaş  bazasında  sistemli  şəkildə  saxlanılır.  Rəqəmsallaşdırma 

elektron  vərəqləmə  daxil  olmaqla  müxtəlif  formatlarda  həyata  keçirilir.   

7.  Ali  təhsil  müəssisələrin  tələbələri  və  AMEA  institutlarının  əməkdaşları  ilə  təlim  və  təcrübə 

mübadiləsi  həyata  keçirilib. 

MEK-də  formalaşmış  müasir  təcrübənin  tək  kitabxanaçılıq  sahəsində 

deyil,  informasiya  texnologiyaları  sahəsində  də  tətbiq  imkanları  akademik  müəssisələrin  rəhbərləri 

tərəfindən  qiymətləndirilmişdir.  MEK-ə  ünvanlanmış  müraciətə  əsasən  adı  çəkilən  sahələrdə  təhsil 

alan  tələbələr,  AMEA  institutlarının  kitabxana  rəhbərləri  və  elmi  işçilər  üçün  müxtəlif  mövzularda 

təlim  və  təcrübə  proqramı  həyata  keçirilmişdir.  Əgər  ilk  mərhələdə  tələbələr  ilə  təcrübə  işinin  əsas 

sahəsi  MEK-in  köçürülməsi  zamanı  kitabların  üzərinə  barkodların  və  e-çiplərin  vurulması,  siyahıya 

alınması,  qablaşdırılması  idisə,  hazırda  təcrübə  proqramında  “VİS-LİB”  daxil  olan  resursların  email 

modulları  üzərində  təcrübə,  “Müasir  rəqəmsallaşdırma”,  “Elmi-intellektual  bazanın  yaradılması”, 

“Vikipediya”,  “Vahid  Qeydiyyat  Sistemi”  kimi  mövzular  daxil  edilib.  Təlim  və  məşğələlərin  əsas 

fərqi  real  rejimdə  olması,  iş  yerlərində  təcrübənin  keçirilməsi,  təlimdən  sonrakı  nəzarət,  təlim 

iştirakçılarının  elmi  sahələrinə  uyğun  çalışmalar  və  sərbəst  elektron  resurslarda  real  yerləşdirmələrin 

olmasıdır.   

MEK  tərəfindən  AMEA-nın  21  institutunun  əməkdaşlarına  hər  institut  ilə  1  həftəlik  təlim  proqramı 

keçmək  şərtilə  (cəmi  140  iştirakçı)  “Vikipediya”  mövzusunda  təlim  keçirilmişdir.  AMEA-nın  15 

müəssisəsinin  kitabxana  və  ya  fond  rəhbərlərinə  ayrı-ayrılıqda  (cəmi  236  iştirakçı)  “Vahid 




Yüklə 317,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə