Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 317,63 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix11.04.2018
ölçüsü317,63 Kb.
#37880
1   2   3   4   5   6   7   8   9   10

 

 



universal  sistemləşdirmə  qaydalarının  tətbiqi,  dünya  elmi  və  mədəni  irsinin  Azərbaycan  haqqında 

məlumatlar  ilə  birlikdə  vahid  qeydiyyat  sisteminə  salınması,  sərbəst  resursların  formalaşdırılması  və 

təbliğidir.   

MEK  əməkdaşları    Azərbaycanda  və  xarici  ölkələrdə  keçirilən  tədbirlərdə  pərakəndə  yox,  vahid 

komanda  şəklində,  vahid  strategiya  və  mesajlarla,  vahid  təqdimat  üslubu  ilə  çıxış  edir.    MEK 

kolleksiyalarının 

təqdimatlarında, 

ekskursiyaların 

keçirilməsində, 

təlimatların 

verilməsində, 

konfranslarda  çıxışlar  əlaqələndirilir  və mövzular  uzlaşdırılır.   

MEK əməkdaşlarının  peşə bilik  və bacarıqlarına  əlavə  olaraq  təşəbbüsləri  dəstəklənir.   

6.  Əməkdaşların  geniş  həcmdə  sosial  müdafiəsi  həyata  keçirilib. 

Səhiyyə  Nazirliyinin  Zərifə 

Əliyeva  adına  Milli  Oftalmologiya  Mərkəzi,  Respublika  Milli  Onkologiya  Mərkəzi,  Respublika 

QİÇS  Mərkəzi,  İctimai  Səhiyyə  və  İslahatlar  Mərkəzi,  Respublika  Endokrinoloji  Dispanseri, 

Topçubaşev  adına  Elmi  Cərrahiyə  Mərkəzi  və  başqa  strukturları  ilə  əməkdaşlıq  nəticəsində 

ödənişsiz  səhiyyə  xidmətləri,  peşə  xəstəliklərinin  profilaktikası,  ödənişsiz  diaqnostik  müayinələr  – 

İİV-infeksiyasının,  onkoloji,  oftalmoloji,  stomatoloji  və  endokrinoloji  xəstəliklərin  aşkarlanması 

üçün  1117  müayinə  və  konsultasiya  (oftalmoloq,  onkoloq,  ginekoloq,  mammoloq,  stomatoloq, 

cərrah,  endokrinoloq,  ekspress  qan  analizi,  qalxanvari  vəzin  ultrasəs  müayinəsi,  mammoqrafiya,  göz 

dibinin  müayinəsi,  göz  təzyiqinin  ölçülməsi,  görmə  qabiliyyətinin  yoxlanılması,  antropoloji 

ölçmələr,  qanda  şəkərin  müəyyən  edilməsi  və  arterial  təzyiqin  ölçülməsi)  aparılmışdır,  ilkin  və  təcili 

tibbi  yardım  göstərilmiş,  əməkdaşların  iş  vaxtlarına  və  sosial  xərcləmələr  büdcəsinə  20.000  AZN-

dən  artıq  qənaət  edilmiş,  daimi  nəzarət  məqsədilə  individual  ambulator  kartlar  açılmışdır. 

Respublika  Epidemiologiya  və  Gigiyena  Mərkəzi  ilə  əməkdaşlıq  nəticəsində  MEK  kitab  fondları, 

oxu  zalları,  personal  otaqlarında,  ictimai  iaşə  yerlərində  sanitar  normaları  təmin  edilmişdir. 

Əməkdaşlar  bazar  qiymətlərindən  ucuz,  geniş  çeşidli  və  sağlam  qida  ilə  təmin  edilmişdir.  MEK-də 

hüquqi  yardım  xidməti  çalışır,  Respublika  4  saylı  Hüquqi  məsləhətxanasının  yüksək  dərəcəli 

hüquqşunas  heyəti   ilə  əməkdaşlıq  edilir,  müəssisənin  və əməkdaşların  hüquqları  müdafiə  olunur.   



7.  MEK-də  “Paralel  sorğu”  layihəsi. 

Oxucu  zövqünün  formalaşması  və  istiqamətləndirilməsi, 

cəmiyyətdə 

mütaliə  meylinin  artması,  kitabxana  fondlarının  məqsədyönlü  zənginləşdirilməsi 

funksiyası  daşıyan  və  oxucu  auditoriyasını  könüllü 

tərəfdaşa 

çevirən  “Paralel  sorğu”  layihəsi  həyata 

keçirilmişdir.  Sorğu  iştirakçılarına  -  MEK  istifadəçiləri 

və  “Ziyalılar,  nüfuzlu  şəxslər”  qruplarına  “Son  bir  ildə 

mütaliə  etdiyiniz  və  oxunmasını  tövsiyə  etdiyiniz  bədii 

və  elmi  əsərlər  hansılardır?”  məzmununu  əks  etdirən  iki  sualla  müraciət  olunmuşdur.  Sorğu 

nəticəsində    iki  siyahı  formalaşmış,  siyahılarda  adı  çəkilən  əsərlər  kitabxana  fondlarında  yoxdursa 

əldə  edilmiş  və  MEK  fondlarına  daxil  edilmiş,  oxu  zallarında,  MEK  saytında  və  Facebook 

səhifəsində  yerləşdirilmişdir.  Növbəti  mərhələdə  siyahılarda  kəsişən  adlar  və  əsərlər  müəyyən 

edilmiş,  müəlliflər  ilə  görüş  planı  tərtib  edilmişdir  (məs.,  yazıçı  Rövşən  Abdullaoğlu  ilə  22  sentyabr 

2016-cı il  tarixində).   

 

“Yazıçının kitab rəfində az kitab 

olmalıdır. Cəmi 10-15. Hansılar? 

Bunun üçün minlərlə kitab oxumaq 

lazımdır”. 

İsaak Babel 

 



 

 



“Mən həmişə cənnəti         

kitabxana kimi təsəvvür 

etmişəm”. 

                 Jorge Luis Borges 

 

“Mədəniyyəti məhv etmək 



üçün kitabları yandırmaq 

yox – onları sadəcə 

oxumamaq kifayətdir”.        

                      

                        Rey Bredberi 

 

8.  Kolleksiyaların  təqdimatları. 



MEK  cəmiyyətdə  mütaliə  və  mövcud  mənbələri  araşdırma 

meyllərinin  artmasına  təsir  imkanları  üzərində  çalışır.  Bu  məqsədlə  kitabxana  fondlarında  saxlanılan 

və  tədqiqatçılara  məlum  olmayan  mənbələrin  araşdırılıb  üzə  çıxarılması,  qruplaşdırılmış  şəkildə 

araşdırıcıların  diqqətinə  kolleksiyalar  şəklində  təqdim  olunması 

həyata  keçirilir.  Mövcud  kolleksiyalara  (Georq  Hazai,  Mirzə 

İbrahimov,  Mikayıl  Useynov,  Yevgeniy  Belyayev,  Abbas 

Zamanov, 

Yevgeniy 

Paxomov, 

Yevgeniy 

Bertels, 

Zahid 


Hüseynzadə) 

əlavə 


olaraq 

yeni 


meyarlarla 

kolleksiyalar 

formalaşdırılır:  elektron  resurslar,  10  ən  qədim  kitab  və  s.  Təqdimatlar  hər  həftənin  cümə  axşamı 

eyni  vaxtda,  personal  və  oxucu  girişlərində,  eləcə  də  MEK-in  saytında  və  Facebook  səhifəsində 

təqdimatın  mövzusu  və  keçirilmə  məkanı  öncədən  elan  edilməklə  keçirilir,  tədbirdən  sonra  isə  MEK 

saytında  təqdimatların  rəqəmsal  versiyası  yerləşdirilir.    



 

9.  “MEK-də  açıq  kitabxana” 

layihəsi  15  iyul  2016-cı  il  tarixdən 

etibarən 

MEK-də 


fəaliyyətə 

başlayıb. 

“MEK-də 

Açıq  


Kitabxana”  kimi  başlayan  layihəyə  d

ünya  kitabxana  təcrübəsində 

mövcud  olan,  Azərbaycanda 

isə 


davamlı  layihə  şəklində 

Mədəniyyət  və  Turizm  Nazirliyinin  və  M.F.Axundov  adına  Milli 

Kitabxananın  təşəbbüsü  ilə  yaradılan  “Açıq  kitabxana”  layihəsi 

“Mən  oxudum,  sən  də  oxu”  devizi  ilə  daha  bir  çalar  –  oxucular  tərəfindən  də  kitabxanaya  kitabların 

gətirilməsi  və  mübadiləsi  imkanını  –  əlavə    etdi.  Layihənin  məqsədi  insanları  maraq  doğura  biləcək 

formatda  mütaliəyə  sövq  etmək,  kitab  paylaşmaq  və  kitab  hədiyyə  etmək  mədəniyyətini  təbliğ 

etmək,  kitabxana  imkanlarını  oxuculara  yaxınlaşdırmaq,  “məkan  kitabxana  kimi”  yanaşmasını  tətbiq 

etməkdir.  Layihənin  icrası  MEK  istifadəçilərinin  ən  çox  biri-biri  ilə  təmasda  olduğu  internet-kafe 

məkanında  başlanılıb.  Artıq  MEK-in  mübadilə  fondundan,  əməkdaşların  şəxsi  kitab  fondlarından, 

oxucular  və  MEK-in  ziyarətçiləri  tərəfindən  kitablar  ayrılıb  və  oxucuların  sərbəst  istifadəsinə 

verilib.  Oxucular  və  əməkdaşlar  “MEK  –  açıq  kitabxana”  layihəsi  çərçivəsində  mütaliə  etdiyi  kitabı 

kitabxanaya  bağışlaya  və oxumadığı  kitabı  aparıb  oxuya  bilərlər. 

 

10.  “Elmi-intellektual  baza”nın  yaradılması  təşəbbüsü. 



Azərbaycanın  MRY  bazasının  AMEA 

MEK-də  formalaşdırılıb  yerləşdirilməsini  və  kitabxanada  vahid  elektron  idarəedilmə  sisteminin 

qurulmasını  nəzərə  alaraq,  elmi  tədqiqat  işlərinin  vahid  elektron  “Elmi-intellektual  baza”sının 

formalaşdırılması  və  mövcud  elmi  informasiyanın  mübadiləsini  təmin  etmək  məqsədilə,  AMEA 

elmi  müəssisə  və  təşkilatlarının  kitabxanalarına  Vahid  elektron  qeydiyyat  sistemi  tətbiq  edilməsi 

qərarı  verildi,  eyni  adlı  elmi    konfrans  keçirildi,  iştirakçıların  yekdil  rəyi  ilə  təşəbbüs  dəstəkləndi, 

konfransdan  sonra  ümumi  təlim  və  eləcə  də  MEK-də  iş  yerlərində  hər  təşkilat  üçün  fərdi 

təlimatlandırmalar  aparıldı,  təşkilatlara  yeni  Vahid  elektron  qeydiyyat  cədvəli  verildi.  Nəticədə  

AMEA-nın 

13 


institutunun  kitabxanasında  yeni  qeydiyyat  sisteminin  tətbiqinə  başlanıldı, 

qalanlarında  isə  yeni  qeydiyyat  sisteminin  tətbiqinə  hazırlıq  işləri  aparılır.   

 



Yüklə 317,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə