Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   2   3   4   5   6   7   8   9   ...   35

 

birləşməsindən  ibarət  olub  “yazın  ayağı”  deməkdir.  Çünki 
buradakı  “pa”  ayaq  deməkdir.”Yazın  ayağı”  yazın  (dördlük 
modeldə yayın) sonu və ya sonbahardır. 
Türklər  üçün  yaz  çox  önəmli  olmuş  və  ciddi  həyati 
əhəmiyyət daşımışdır.İstər ovçuluq, istər maldarlıq, istərsə də 
əkinçiliklə  məşğul  olan  türklər  olsun,  o  hər  zaman  yazı 
arzulamış, təbiəti diri görmək, günəş, istilik,  yağış və  yaşıllıq 
istəmişdir.  Ona  görə  də  türklər  ən  əski  çağlardan  yazın 
gəlişini  fövqəladə  hadisə  saymış,  təbiətin  bu  möcüzəsini 
bayramla, 
şənliklə 
və 
müxtəlif 
mərasimlərlə 
qarşılamışdır.Türklər  yaza çətin və uzun qışdan, soyuqdan və 
məhrumiyyətdən qurtuluş, xilas, rifah və azadlıq kimi baxırdı 
 Yaz 
bayramına 
“Yılbaşı” 
deyilmişdir.Yılbaşında 
Günəşi  çıxartmaq,  yağış  yağdırmaq,  qışı  yola  salmaq,  yazı 
qarşılamaqla  bağlı  olan  bir  sıra  rituallar  keçirilmişdir. 
Bunların  içərisində  “Çilə”,  “Xıdır”,  “Qodu”,  “İlaxır 
çərşənbə”,  “Novruz”  vardır.  Novruz  Yılbaşının  yerinə 
keçdiyinə  görə  xalq  inancları  ilə  bağlı  rituallar  da  onun 
mərasim  hissəsində  cəmlənmiş,  şənlik  hissəsi  isə  xalq  oyun 
və tamaşaları ilə bzədilmişdir.  
 


 

“NOVRUZ”UN TERMİNOLOJİ ƏHATƏSİ 
 
“Novruz”  –  hərfi  mənada  yeni  gün  (nou-yeni,  ruz-gün) 
deməkdir.  Amma,  ifadə  etdiyi  mərasim  semantikasına  görə 
keçidin bitdyi və yeni nizamın başlandığı kosmosdur.  
Novruza  Bozqurd,  Çağan,  Ergenekon,  Nevruz,  Sultan 
Nevruz, Mart Doqquzu, Novruz və s. də deyilmişdir. Türkiyə-
də Novruza xalq içində Gündönümü və ya Yılbaşı deyilmişdir. 
“Novruz”  anlayışı  bəzi  deyiliş  fərqlərilə  bir  çox  türk 
xalqlarının dillərində işlənməkdədir: 
Azərbaycan  türkcəsində  Novruz/Noruz,  Qırğız  türkcə-
sində  Nooruz,  Özbəkistan  türkcəsində  Növroz,  Başqırd  türk-
cəsində Nevruz, Tatar türkcəsində Navruz, Uyğur türkcəsində 
Noruz,  Çuvaş  türkcəsində  Naurus,  Krım  türkcəsində  Nevrez, 
Qərbi  Trakiya  türkcəsində  Mevris,  Qaqauz  türkcəsində  Babu 
Mata-Kürklü  Marta  .Burada  Novruz  anlayışının  etimoloji 
mənası “yeni il-ilbaşı” deyil, “yeni gün” olduğu müəyyənləş-
dirilmişdir  (1,15).  Novruzun  fars  sözü  olması  məlum  məra-
simin  belə  adlanmağa  başlamasının  türklərin  farslarla  dil 
təmasından sonra baş verdiyini göstərməkdədidr.  
“Yeni gün, Yengi kün, Yeni  yıl, Yılbaşı, Yazbaş, Çağan 
Navrız,  Ergenekon  kimi  25-ə  yaxın  ad  altında  Şərqi  Türküs-
tandan  Anadoluya,  oradan  Balkanlara  qədər  uzanan  geniş  bir 
coğrafiyada,  təbiətin  canlanması  ilə  birlikdə  yenidən  dirilmə-
nin, birlik və bərabərliyin simvolu olaraq qeyd olunan Novruz 
Orta  Asiya  türk  cümhuriyyətlərində  20-ci  əsrin  əvvələrindən 
başlayarq 1960-cı illərə qədər bəzi siyasi səbəblərə görə qada-
ğan  edilmiş,  unutdurulmağa  çalışılmış,  hətta  yox  sayılmışdır” 
(1,16).  Müstəqilliyin  bərpa  edən  türk  cümhuriyyətləri  milli-
mənəvi  dəyərlərinə  diqqəti  artırmış  və  Novruz  bayramını  da 
yüksək rəsmi səviyyədə bayram etməyə başlamışdır.  


 

“NOVRUZ”UN TƏDQİQİ MƏSƏLƏLƏRİ 
 
Qədim  və  orta  əsrlərə  aid  bir  çox  yazılı  qaynaqlarda 
Novruzla  bağlı  məlumatlara  rast  gəlirik.Amma  “Novruz”un 
araşdırılması  XIX  əsrdən  başlanır.Bu  araşdırmalarda  Novru-
zun  genezisi  və  tipologiyası  ilə  bağlı  mülahizələr  geniş  yer 
tutur. 
XIX  əsrdə  Novruz  haqqında  məlumata  müxtəlif 
qaynaqlarda  rast gəlinir. “Koroğlu” dastanını ilk dəfə kitabça 
halında  Londonda  ingilis  dilində  1842-ci  iləd  çap  etdirən 
dünya  şöhrətli  şərqşünas  Aleksandr  Xodzko  da  kitabın 
səhifələrindən  birində  Novruzun  Zərdüşt  tərəfindən  icad 
edildiyini yazmışdır” (83,90). 
Qərb  şərqşünası  A.Mets  özünün  “Müsəlman  intibahı” 
kitabında  bu  məsələ  barədə  yazmışdır:”Xalqın  həyatında 
islamın 
təsirinin 
güclü 
olmadığını 
bayramlar 
sübut 
edir.Doğrudan  da  müsəlman  ruhaniləri  nə  qədər  çalışdılarsa 
Novruz  bayramını  nə  qadağan  etməyə,  nə  də  ona  dini  don 
geydirməyə müvəffəq olmadılar. Xalq kütlələri bahar bayramı 
olan  Novruzun  qeyri-dini,  azad  xarakterini  qoruyub 
saxladılar”(83.90). 
Bundan başqa Azərbaycanda “Qodu-qodu” mərasimi də 
keçirilmişdir.  “SMOMK”  məcmuəsinin  XIX  əsrə  aid  olan 
buraxılışlarında (SMOMPK, 9-cu buraxılış, 1890, s.129; 18-ci 
buraxılış,  1894,  s.46)  “Qodu”  (Dodu)  mərasimin  keçirilməsi 
haqqında  məlumatlar  verilmişdir.  Burada  verilən  nəğmə 
nümunəsi belədir: 
Dodu, dodunu gördünüzmü? 
Doduya salam verdinizmi?  
Dodu gedəndən bəri 


 

Heç gün üzü gördünüzmü? 
“Qodu”  ilə  bağlı  mərasimdə  söylənən  yayğın  mətn 
belədir: 
Qodu-qodunu gördünmü? 
Qoduya salam verdinmi? 
Qodu burdan keçəndə 
Qırmızı gün gördünmü?(PƏ94). 
XIX  əsrdə  Şəkidə  toplanmış  “Qodu”  mərasiminə  aid 
nümunə belədir: 
Qodu, qodu dursana! 
Çömçəni doldursana! 
Qodunu yola salsana 
Allah!Allah! (PƏ95).  
XX əsrin əvvəllərində nəşr olunan “Füyuzat” jurnalının 
(1906-1907)  1907-ci  il  15  mart  sayında  Əli  bəy 
Hüseynzadənin “Novruzi-inqilab” adlı geniş həcmli məqaləsi 
nəşr  olunub  (79,  177-183).Məqalədə  Novruz  bayramı  o 
dövrün  dünyada  gedən  aktual  hadisələri  kontekstində  təhlil 
olunub.Bu  məqalədə  açıq  şəkildə  Novruzun  İran  mənşəli  bir 
bayram  olmadığı  əsaslandırılıb.Məqalədə  eyni  zamanda 
Novruzun  atəşpərəstliklə  əlaqələndirilməsinin  yanlış  olduğu 
aydınlaşdırılıb.Əli  bəydən  gələn  bu  konseptual  yanaşma 
sonrakı dövrün tədqiqatçıları tərəfindən davam etdirilib. 
XX əsrin əvvəllərində çıxan bir sıra jurnallarda mərasim 
folkloruna  aid  nümunələr  nəşr  olunmuşdur.Bunların  bəziləri 
M.H.Təhmasib  tərəfindən  yenidən  nəşr  edilmişdir.Bunlardan 
“Məktəb”  jurnalında  nəşr  olunmuş  nümunələr  diqqəti  çəkir. 
“Jurnalın  8  və  9-cu  nömrələrində  “Əkinçi”  imzası  ilə  bir 
hekayə  verilmişdir.Bu  hekayənin  işərisində  “Qələndər,  ay 
qələndər” oyunu yerləşdirilmişdir”(58,192). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə