27
Şəhrivər, Mehr, Aban, Azər, Dey, Bəhmən, İsfənd. İlin
bürcləri bunlardır: Qoç, buğa, əkizlər,xərçəng, şir, qız, tərəzi,
əqrəb, oğlaq, dolça, balıqlar.
Türk xalq təqvimində il (el, yıl, jıl) ilkin olaraq iki
fəsilə-Yaza və Qışa bölünür. Mövsüm adlarında Yaz Yayla,
Qış Payızla fərqləndirilir. Yaza İlkbahar, Payıza isə Sonbahar
da deyilmişdir. Payız sözü də bir şəkildə son baharı bildirən
(pa-e yaz- yazın ayağı) bir sözdür.
Novruz xalq təqvimində təbiətlə də əlaqələndirilir.
Yazın, baharın gəlişini bildirən ilk çiçəklərdən biri
“novruzgülü” adlandırılır.
Şəhriyar məşhur “Heydərbabaya salam” əsərində
“Şərhlər və izahlar”ında yazır: “Novruz gülü” və “Qar çiçəyi”
ilk baharda əriyib getməkdə olan qar altından baş qaldıran iki
gözəl çiçəyin adıdır ki, birisi bənövşə rəngli libas geymiş
həyalı və utancaq gəlinə bənzər, ikincisi ağ geyinmiş şən və
fərəhli aşiqi xatırladır”. Bu iki çiçəkdən biri bitdiyi vaxtla
(novrugülü), digəri şəraitlə (qar çiçəyi) əlaqədar ad almışdır.
“Qar çiçəyi” müxtəlif xalqlarda müxtəlif əlamətə görə
adlandırılmış, hər xalq bu çiçəyin bir xüsusiyyətinə
əsaslanmışdır. Ruslar çiçəyin bitdiyi yeri (podsnejnik-qar
altından çıxan), almanlar onun formasını (Schenelglockchen-
hərfən “qar zınqırovu” deməkdir), fransızlar hərəkət tərzini
(perceneige- hərfən “qarı deşən, qar altından çıxan”
deməkdir), ingilislər daha başqa xüsusiyyətini (snowdrop –
hərfən “qar damcısı”) əsas götürmüşlər(49,135).
Azərbaycanda bayramları fərqləndirmək üçün rəng
simvolikasından da istifadə olunmuşdur. Bu simvolikaya görə
Novruz-Qırmızı bayram, Ramazan-Qara bayramdır. Xalq
deyilişində belə ifadə olunan bu simvolikada qırmızı şənlik,
28
şadlıq, karnavallıq bildirməklə yanaşı, günəşi, istini və işığı
ifadə edir. Qara isə daha çox böyük mənasını ifadə
etməkdədir ki, bu da xalqın dini dəyərlərə verdiyi böyük
önəmdən irəli gəlir.
Azərbaycan xalqının təcrübəsində Novruz təqvim
mərasimi olmaqdan çıxdıqdan sonra öz əhəmiyyətini
azaltmamışdır. Bu da onun arxaik ritualdan gələn genetik
əsaslara malik olmasının, başqa deyilişlə bu xalqın öz
bayramı olmasının təzahürüdür.
29
NOVRUZUN MƏNŞƏYİ
Çin mənbələrinə görə, baharın gəlişi ilə bağlı
mərasimlər “Yengi Kün” adı ilə Hunlar və Göytürklər
dövründən bayram edilirdi. Miladdan öncə ikinci əsrdə
yaşamış Çin tarixçisi Simaşen “Tarixi xatirələr” adlı əsərində
Hun
hökmdarlarının
yeni
ildə-Novruzda
bayram
keçirdiklərini qeyd edib(50).
Sasanilərin
zamanında
Novruz
gecə-gündüz
bərabərliyinə 5 gün qalmış başlanırmış, Novruz öncəsi
keçirilən
bayram
“Eyde
suri”
(Od
bayramı)
adlanmışdır.Bayram 21 gün davam etmiş, ən təntənəli hissəsi
isə 19-cu gün olmuşdur. Əksər rituallar bu gün icra
olunmuşdur. Novruzda əfv fərmanı da verilmişdir.
İran folklorunda xoşbəxtlik gətirən bir neçə yeni il
personajı var:Mir-e novruz (Yeni il şahzadəsi), Ateş Afruz və
Hacı
Firuz.Hacı
Firuz
onların
ən
məşhurudur.Bəzi
mülahizələrə görə o (Hacı Firuz) məhsuldarlıq hamisi olan
Temmuzla eyniləşdirilir.
Novruzun real bir mədəniyyət hadisəsi olaraq yaranması
haqqında fikirlər üç əsas istiqaməti özündə birləşdirir:
1) Ritual-etnoqrafik istiqamət;
1) Filoloji istiqamət;
2) Tarixi istiqamət.
Təqdim olunan araşdırmada bu istiqamətlərin hər birinə
diqqət edilmişdir. Ayrıca olaraq Novruzun tarixindən bəhs
etsək, onda mütləq onun yaranması ilə bağlı dörd əsas tarixi
faktı qeyd etməliyik:
30
1)Novruz on iki min il öncə yaranmışdır. Bu fakt
Qobustan qaya rəsmlərindəki günəşi qarşılama arxaik ritual
təsvirlərinə əsaslanır;
2) Novruzun yaranması beş min il öncəyə aiddir. Bu
fakt Şumer abidələrindəki məlumatlara əsaslanır. Çünki orada
mövsümlə bağlı mərasimlərdən bəhs olunmuşdur. Bunun bəzi
ünsürləri “Bilqamıs” dastanında da müşahidə olunur. Burada
bəhs olunan mərasimin Novruzla bəzi bənzərlikləri vardır.
Bizcə, bunlar daha çox tipoloji xarakterlidir.
3) Novruz iki min altı yüz il öncə yaranmışdır. Bu fakt
Novruzu Zərdüştliklə əlaqələndirir. Belə ehtimal edilir ki,
Novruz Zərdüştlik dininin bayramıdır və ya o zaman tətbiq
edilmiş təqvim bayramıdır. Əski təqvimə görə Novruz
fərvərdin ayının biri deyil və ya başqa deyilişlə, Novruz mart
ayının iyirmi birində olmamışdır.
4) Novruz 935 il öncə indiki vaxtında, yəni fərvərdin
ayının birində və ya mart ayının iyirmi birində keçirilməyə
başlamışdır. Bu Səlcuqlu sultanı Məlikşahın 1075-ci ildə
hazırlatdırdığı və “Cəlali” təqvimi kimi tanınan rəsmi təqvimi
ilə hesablanan tarixdir. Amma bu təqvimdən öncə də Novruz
bayramının (həm də Novruz adı ilə) keçirilməsi haqqında
yazılı qaynaqlarda məlumatlar vardır.
Novruzun yaranması ilə bağlı mifoloji və əfsanəvi
məlumatlar da vardır. Bu əfsanələrin içində müxtəlif xalqalrın
əski
təsəvvürləri
öz
ifadəsini
tapır.
Məsələn,
fars
mifologiyasının bir sıra obrazları Kəymurəs, Cəmşid və b. ilə
bağlı əfsanələr Novruzla əlaqələndirilir. Digər tərəfdən də
Novruz zərdüştliklə bağlı mərasimlərə yaxınlaşdırılır.
Məsələn, zərdüştliyin dini mərasimi olan “Hörmüz” bayramı
Novruzla qarışdırılır. Onların adlarındakı bənzərlik də onların
Dostları ilə paylaş: |