10
Jurnalın 1914-cü il, 11-ci nömrəsində Məmmədağa
Axundzadə “El sözləri” bağlığı altında məşhur “Kosa-kosa”
mərasim nəğməsini çap etdirmişdir ki, məlum vaxtlarla
müqyisə əhəmiyyətini nəzərə alaraq eyni ilə buraya
köçürürük:
Ay kosa-kosa gəlmisən
Gəlmisən meydanə sən.
Almayınca payını
Çəkilmə bir yanə sən.
Beş yumurta payındı, olmaya allanasan.
Mənim kosam oynayır,
Gör necə dingildəyir,
Qulaq asanların da
Qulağı cingildəyir.
Mənim kosam canlıdı,
Qolları mərcanlıdı,
Kosama əl vurmayın,
Kosam yazıq canlıdı.
Əmiri bərk başında,
Qələm oynar qaşında,
Yüz əlli beş yaşında
Lap cavan öldü kosa (Məktəb, 1913, nömrə 11,
s.175)(58,193).
Jurnalda Ağa bəy İsrafilbəyovun hekayəsində bayramla
əlaqədar olan “Gün çıx, çıx, çıx!” və “Mən anamın ilkiyəm”
nəğmələri də verilmişdir(1913, nömrə 5, s.74-77) (58,192).
T.Bayraməlibəyov da “heç bir din, sülalələrin dəyişməsi
Novruzu sıradan çıxarmaq iqtidarına malik olmadı”(83,90)-
deyə yazmışdır.
11
Y.V.
Çəmənzəminli
də
Novruzu
atəşpərəstliklə
əlaqələndirmişdir.O yazır ki, “xalqımız arasında Novruz
bayramına bir ay qalmışdan başlayaraq çərşənbə axşamı
vəsfi-hal kimi bir adət vardı. Qadın və qızlar toplaşaraq, bir
badya su qoyar və hərədən bir nişan alıb suya salardılar.
Badya başında oturan qadın təsadüfən əlinə keçən nişanı
sudan çıxarıb bir vəsfi-hal söyləyər, bu qayda ilə fala
baxardılar. Deməli nişan verənin ürəyində bir niyyət olar və
niyyətinin baş verəcəyini və ya verməyəcəyini söylənən vəsfi-
haldan duyardı”(Çəmənzəminli Y.V. Əsərləri III c. Bakı,
1977). Müəllif sonra vəsf-hallara aşağıdakı nümunələri
göstərir:
Ağlama, naçar ağlama,
Əlində haçar ağlama,
Qapını bağlayan Allah
Bir gün açar ağlama.
Oturmuşdum səkidə
Ürəyim səksəkədə.
Üç qızıl alma gəldi
Bir qızıl nəlbəkidə (83,96).
Novruzu bir tərəfdən dini bayram kimi dinlə
bağlamağa, digər tərəfdən də onu padşahların, hətta əvsanəvi
hökmdarların
adı
ilə
əlaqələndirməyə
cəhd
göstərilmişdir.Təbii ki, bunların heç biri Novruzun yaradıcısı
deyildir. Novruzun əsaslarını yaradan xalqdır.
Tədqiqatlarda göstərilir ki, “Bakı və onun qəzalarında
yaşayan əhali qış fəslinin üçüncü ayı daxil olduqda ayın
birinci çərşənbə gecəsini böyük bir bayram kimi qarşılayırlar
(Azərbaycan asar-ətiqə əxbarı, 4-cü buraxılış, Bakı, 1929,
12
s.323). Bir ilin müddətinə üzərlərinə gələn bəlanı və gələcək
bədbəxtlikləri rəf etmək üçün böyük tonqal qalayıb üzərindən
yeddi dəfə atıldıqdan sonra xonçaların dövrəsində oturaraq
aşağıda göstərilən nəğmələri oxuyurdular.Bununla özlərini bir
ilin müddətində hər bəd bəladan uzaq olmasını hesab
edirdilər.
Taxçaya qoydum çırağı,
Rövşən eyləsin bucağı,
İşıqlandırsın otağı,
Çünki yetişib firuz
Xoş keçəcəkdir Novruz (83,92).
Bir sıra tədqiqatlarda Novruzla Zərdüştliyin oxşar və
fəqli cəhətləri müqayisə edilmişdir. Belə bir qənaət ifadə
olunur ki, Novruz Zərdüştlikdən də çox qədimdir. Çünki,
“günəşin müqəddəs sayılması
təbii odun müqəddəs
sayılmasından əvvəldir”(PƏ90).
Bəzi araşdırmalarda da türklərdə odun təmizləyici
funksiyasının,
Atəşpərəstlikdəki
müqəddəslikdən
fərqli
olduğu fikri irəli sürülür. Məsələn, azərbaycanlıların
“ağırlığım, uğurluğum, azarım-bezarım odlara” və s. buna
bənzər deyimlərdə ifadə etdikləri fikirlər odun müqəddəs
sayılması düşüncəsi ilə uyğun gəlmir.Bu da araşdırmaçılara
imkan verir ki, türklərdə odun müqəddəs deyil, adi,
təmizləyici, arındırıcı bir vəzifəni yerinə yetirməsi qənaətinə
gəlsinlər. O da istisna olunmamalıdır ki, odla bağlı mərasim
deyimləri mərasimin sakral məzmununun zəifləməsi ilə
müqəddəslikdən uzaqlaşmağa, profanlaşmağa başlamışdır.Bu
da təbii ki, müasir düşüncənin praqmatik xarakteri ilə əlaqəli
olub, ibtidai dövrün arxaik ritualından oyuna çevrilərək
mövsüm mərasimində icra edilmiş və dövrün reallıqlarına
13
uyğunlaşmışdır.Yəni müqəddəslik məzmunu ifadə edən
mərasim deyimlərinin bir çoxu mərasimdən ayrılmış və
ümumi nitqin alqış, öygü və tərif kimi nümunələrinə
çevrilmişdir.
Qarı ilə qışın deyişməsi də ibtidai düşüncəni əks etdirir.
Çünki qarı qışı canlı bilir, onu canlı obrazında görür:
Qış gözünə barmağım,
Yaza çıxdı oğlağım.
Yeni təqvim anlayışlarının işləndiyi dövrdə “qış” mart
ilə əvəzlənmişdir.Qışın sonuncu ayının milad təqvimi ilə mart
olaraq bilindiyi dövrlərdə əski deyimlər qəlibinə mart da daxil
edilmişdir.Məsələn, “Mart çıxdı, dərt çıxdı”.
Azərbaycan mövsüm mərasimləri içərisində “Xıdır”,
“Xıdır Nəbi” və ya Xıdır İlyas” mərasimlərinin də
özünəməxsus yeri vardır. Bu mərasimin nəğmələri onun yazı
qarşılamaqla, yağış, yaşıllıq arzusu ilə bağlı olduğunu
göstərir.Bunun Azərbaycanda “Xıdır Nəbi”, Türkiyədə isə
“Hıdırellez” variantları qalmışdır. Azərbaycanda “Xıdır Nəbi”
mərasimi böyük çilə bitdikdən sonra, yəni vevralın
əvvəllərində keçirilir.”Xıdır Nəbi” mərasimində oxunan
mətnlərə aşağıdakı misal ola bilər:
Xıdır İlyas, Xıdır İlyas,
Bitdi çiçək, gəldi yaz.
Xanım, ayağa dursana,
Yük dibinə varsana,
Boşqabı doldursana,
Xıdırı yola salsana (83,94).
Azərbaycan mərasim folklorunun öyrənilməsində xüsusi
xidmətləri
olan
folklorşünas
alimlərdən
biri
də
Dostları ilə paylaş: |