296. NUŞİRƏVAN ŞAHLA İSGƏNDƏR
Bir günü Nüşüravan şahnan İsgəndər gedirmiş. Görür kü, bir bayquş uluyur. Bayquş uluyur, o yannan da bir bayquş uluyur. Bu İsgəndər gülür. Patşah deyir ki, niyə güldün? Deyir ki, heş-zad, patşah, sən bilən döyül. Deyir:
– Yox, gərəh deyəsən.
Deyir:
– Əşi, qorxuram qəzəvinə keçəm, sən Allah, mənnən əl çəh.
Deyir:
– Qorxma, de.
Deyir:
– Ordan uluyan o birinə deyir ki, qızını mənim oğluma ver. O da uluyur, deyir ki, yeddi xarava kət ver, verim. Bu biri də deyir ki, Nüşüravan şah patşah qalsa, yeddi deyirsən, saa qırx dənə xarava kət verərəm.
Nüşüravan şah deyir ki, yani mən bir həylə əzab-əziyət verənəm? Deyir ki, nə bilim, Vallah, quş həylə deyir dana, indi mən sənnən nə pisdih görməmişəm, nə zad görməmişəm. Yanında işdiyirəm, amma quş heylə deyir. Deyir:
– Dərviş paltarı geyin, gedəh bir yerə.
Gedillər bir yerdə. O qədər gedillər, hansı kəndə dönüllər, görüllər, hamısı qan ağlıyır. Dindirən qan ağlayır. Gedir bir ayrı kətdə, görür toyumuş. Gedir toya, görür kü, bir adamdı, bir qolu yoxdu. Bu qoluna saman dolduruf, paltarının içinə saman dolduruf. Sən öl, bunda bir şaddıx var, bir oynamax var. Arada bir qoluna vurur, saman qalxır göyə, düşür yerə. Deyir ki, bax onun öyünə gedəjiyih. Mənim yaxşılığı-pisdiyimi, bax o bilir. Gedəy onun evinə. Gedillər, axşam toy dağılanda düşüllər bunun dalına. Gedillər buna ki:
-
Qardaş, bizi qonax saxla.
Deyir:
– Yaxşı.
Gedir, oturullar. Biraz oturannan sonra bu patşah deyir ki, o qolun niyə düşüf, bajoğlu? Deyir ki, patşahın qələmi sınsın, patşah vurduruf, saldırıf qolumu heylə. Deyir:
– Əşi, patşaha nağarmısan ki, qolunu heylə eliyif?
Deyir ki, patşaha qılınc qayırdım. Patşah, deyir, vəziri göndərdi ki, maa bir qılınc qayırsın. Mən də, – deyir, – patşaha ləyax bir qılınc qayırdım. Deyir, qoşun böyüyü gəldi ki, qılıncı verginən, patşah isdiyir. Mən verdim, qoşun böyüyü apardı. Deyir, aparır, qılınc yaxşı olduğuna qılıncı özü götürür, özünün köhnə qılıncını aparır verir patşaha. Patşah da deyir ki, bunnan gedin o qılınc qayıranın qolun vurun salın. Gəldilər, deyir, vurdular, qolumu saldılar. Deyir:
-
Patşahın nə günahı var? Qoşun böyüyü eliyif dana – köpəyoğlu.
Deyir:
-
Köpəyoğlu elə patşahdı eyy! Günah patşahındı. Patşah niyə demədi ki, gedin o qılınc qayıran köpəyoğlunu gətirin bura, həmən o qılıncnan onun qolun özüm vuracam. Məni danışdırsın, mən də deyim ki, mən qayıran bu döyül, mən qayıranı o götürüf.
Baxır görür kü, düz deyir. Vəzir deyir ki, görürsən ki, ay patşah? Görürsən, sənin zulumun belədi. Onnan sora gedir, deyir:
– İndi mən nətəər qoşun böyüyünü bilim ki, qılınc ondadı.
Deyir:
– Sən belə bir car çəhginən ki, savax hamı atı minsin, qılıncı götüsün. Kimin qılıncı yaxşı kəssə, atı ötsə, ona ənam verəjəm.
Gedir heylə bir car çəkir. Hamı atın minir, qılıncın götürür – o böyüh adamnar dana. Başdıyır ötüşməyə, onnan qılınç vurmağa. Görür, sən öl, qoşun böyündəki qılınc par-par yanır göydə. Deyir, hə, həmən qılınç bax budu. Çağırır qoşun böyüyün. Qoşun böyüyünə deyir ki, nə qədər varın var, çıxartginan. Deməli, o kişini ayləsiynən bir yerdə ölüncəh onun çörəyin sən verehsən. Qılıncı da əlinnən alır. O patşah onu, deməli, öldürmür kü dana, bu ölsə, onun çörəyinə köməy eləmiyəjəh. İndi bunu sağ saxlıyır ki, bunun ölüncə çörəyin sən verehsən. Onu da çağırır, deyir ki, əlini heç zada vurma, ailəlihcən otur, yeməyını hamısın bu verejehdi. O da həylə oluf.
297. MƏLİKMƏHƏMMƏD
Bir patşahın üç oğlu olur. Yekə oğlu deyir ki, ay ata, mən evlənməy isdiyirəm. Deyir:
– Bala, üçünüzü də birdən evləndirəjəm.
Gətirir hərəsinə bir yay verir, bir ox verir. Deyir:
– Hənsiniz hənsi qızı sevirsinizsə, bu oxu onun evinin üsdə atın.
Bu böyüy oğlan oxu vəzirin evinin üsdünə atır. Vəzirin qızını bu alır. Ortancıl oğlan vəkilin evinin üsdə atır. Bu da vəkilin qızını alır. Bu kiçiy oğlan oxu atır, ox şəhərdən başın götürür, uçur, çıxır gedir qırağa. Dalıncax getməy isdiyir, atası deyir ki, birin də atginan, bala. Bir ox da atır, bu da onun dalıncax gedir. Üçüncünü verir, bu da onun dalıncax gedir. Bu deyir ki, yox, oxumun dalıncax gedəjəm. Bu oxun dalıncax gedir. Gedir, görür kü, oxun üçü də bir qara daşa sancılıf. Deyir:
– Həə, mənim qismətim qara daşdı yəqin.
Bu oxları çəkir, gəlməy isdəyəndə bu daşdan səs çıxır kı, məni də aparginan. Məlikməhəmməd olur oğlanın adı. Qayıdır bu səs gələn tərəfə bir xeylax gedir, durur baxır, bir şey annıya bilmir. Bir də gələndə, deyir:
-
Məni qoyuf harya gedirsən? Məni də apar.
Bu gedir, daşı itəliyir, daş qalxır, görür qapı var. Belə görür ev kimi şeydi, oranı açır, görür kü, bura bir meymin bağlıdı. Bu meymini açır, götürür, gəlir. Deyir:
– Sən idin məni çağıran?
Bu da deyir:
– Hə.
Bu, meymini götürür, gəlir. Gətirir, saxlıyır. Bu atası deyir ki, ay bala, bu meymini saxlama, patşah oğlusan sən, ayıfdı, bunu ötürginən, çıxsın getsin. Meymini neynirsən? Deyir ki, ata, mənim oxum buna gedif sancılıf. Mənim baxdıma bu çıxıf də. Mən öz baxdımı niyə kor eliyim? Budu mənimki, budu. Deyir:
– Bala, yox, o ləyax döyül.
Nəkqədənə gədiyə dirənirsə bu patşah, gədə deyir, yox, mənim baxdıma o çıxıb, o da qalajax. Bir günüsü patşah bu oğlunun üçün də çağırır. Deyir, arvatdarınız maa elə tuman-köynəh tikif gətirsin ki, qayçı kəsiv, iynə tihməmiş olsun, ləyaxlı şey olsun. Bu, belə-belə utandırmağ isdiyir bu gədəni. Gədə gəlir evə, bekaf gəlir. Bu meymin deyir ki, niyə bekafsan? Deyir ki, bəs belə dana... Deyir ki, tuman-köynəh gətirin qayçı kəsiv, iynə tihməmiş. Mən onu hardan alım? Paltar tikənsən sən? Deyir:
– Vejina da alma. Getginən həmən daşın yanına. Denən, “Səlmi həkim, Səlmi həkim”, – deyəndə ordan bir qadın çıxajax. Denən ki, Hürü xanım dedi ki, atamın ən kiçih hamamın versin maa. O sana gətirif bir qoz verejəh. O qozu sən gətirəndə dalda aşıx çalajax, oynuyajaxlar, səni çağırajaxlar, geri baxma. O qozu gətir maa.
Bu gedir, deyir, həmən qozu verillər. Qozu gətirir verir bu meyminə. Meymin afsun oxuyur, bu qoz fırranır, fırranır, böyüyür, açılır, ordan tuman-köynəh çıxır, nə qayçı kəsif, nə iynə tikif, hazır. Bunu xonçuya qoyur, aparır atasına. Ollar da gətirir, bu da. Padşah baxır ki, buna, doğrudan da, nə qayçı dəyif, nə iynə dəyif, elə yarananda adam üçün yaranıf bu köynəh. Padşah buna məhətdəl qalır, yaxşı, meymin bunu nətəər elədi? Bu qarannıxlı qalır burda. Bir neçə vax qalannan sonra bu deyir ki, savaxları oğlannarım da, gəlinnərim də maa qonaxdı. Maa qonax gəleysınız. Çağırır gədələri, deyir:
-
Savax hamınız arvadınızı götürün, maa qonax gəlin. Üçünüz də.
Bu gədə gənə bekəf-bekəf gəlir. Deyir:
– İndi nədi? İndi niyə bekafsan?
Deyir ki, bəs belə-belə də, gərəy arvadımızı da götürüf qonax gedəh padşaha. İndi mən səni nətəər aparım ora? Zincirinnən tutum səni nətəər hərriyim? Deyir:
– Arxeyin ol, düzələr. Gənə getginən həmən Səlmi həkimi çağır, deynən, Hürü xanım deyir, mənim hamamı versin maa. O sana gənə bir qoz verəjəh, gənə onu götürüf gələrsən. Gənə geri baxma.
Bu gedir gənə bu qozu götürür, gəlir verir buna. Bu qozu hərriyir-fırrıyır, badnusda qoz fırranır, fırranır, (üş qoz veriv özü də), bu üş qozun biri açılır. Buna paltar çıxır, belə heç patşah belə paltarı görmüyüf. Bu, cildin soyunur – bu meymin. Bu elə bir qız olur, baxırsan ki, alışıf-yanır. Qoyur palazın altına cilitin. O iki qozdan da iki qız əmələ gəlir, çıxır. Ollar da bu qızın kənizidi. Bullar üçü də baxırsan ki, Xudavəndi-aləm, hesav elə, göyərçindilər. Bunu götürür gedir patşahın yanına. Padşah qonaxlığı verəndə bu, xəlvətcə gədəyə də tapşırır kı, birdən mənim cildimi yandırarsan haa. Onu yandırsan, dəmir çarıx geyinif, dəmir hasa götüsən, məni tapa bilmiyessən. Bu, buna baxmır, elə burda qonaxlıxda qoyur, gəlir bu meymin paltarını çıxardır, odu vurur. Odu vurur, meymin paltarı tüsdülüyüf yananda içinnən üş dənə göyərçin qalxır. Göyərçin qalxır, deyir ki, Məlihməhəmməd, dəmir çarıx geysən də, gənə məni tapa bilməssən. Gəzmə. Bu uçuf, çıxıf gedir, başına-gözünə döyür, nağarır ki, ə, mən bunu nətər eliyim, nağarım, neyliyim? Bu gedir, dəmir çarıx düzətdirir dəmirçidə. Bir də bir dəmir hasa əlində düşür yola. Kişininkin gərəy Allah verə, Allah düzəldə işin. Gedir görür kü, üş dənə devdi. Bu devlər dalaşıllar. Bu deyir, nədi, niyə qırırsınız bir-birinizi? Deyir:
– Bizim atamızdan üş dənə şey qalıf. Bir xalça qalıf, bir sırfa qalıf, bir də bir papax qalıf. İndi onun üsdə dalaşırığ, olları bölə bilmirih.
Deyir:
– Buların vəzifəsi nədi?
Deyir:
– Xalçıya minirsən, “Süleyman peyğənbərin eşqinə, məni qaldır Allahın yanına”, – səni qaldırır Ayın üsdünə. Onnan, sırfada “Süleyman peyğənbərin eşqinə, yeməh gəlsin”, – dünyada nə isdəsən, yeməh gəlir. Papağı başına qoanda, get laf qoşunun içinə gir, səni görmür. Sən olları görürsən, ollar səni görmür.
Deyir, sən öl, bunun üçü də maa lazımdı (söyləyici gülür – top.). Gətirir deyir:
– Mən daş atajam, üş dənə daş. Kim qavaxcan gəldi, xalça onundu, kim onnan sora gəldi, sırfa onundu, kim axırda gəldi, papax da onundu.
Deyir:
– Bu musurman nə yaxşı böldü ey bunu. Daşı at, gedəh.
Bullar bu daşı atannan sora papağı qoyur başına, sırfanı vurur qoltuğuna, oturur xalçanın üsdə.
– Süleyman peyğənbərin eşqinə, məni Hürü xanımın yanında elə!
Bunu göyə qaldırır, yerə endirir, hara aparır, bilmirəm, gedir görür, Hürü bir otağın içində yatıf. Qaravatın üsdə yatılıdı. İndi bu ayağının birini o yüzə qoyur, birin bu yüzə, bunun üzünnən öpür. Üzünnən öpür, bu qayıdır bir də papağı qoyur başına, gedir künşdə oturur. Bu qalxır, güzgülüyə gedir, əl-yüzün yuyanda görür kü, üzünə xal düşüf. Deyir:
– Ay balam, bura adam gəlif, nətəər? Mənim üzümə niyə xal düşsün?
Bu, çox fikirrəşir, axırda buna yeməh gəlir. Yeməh gəlif qoyanda bu başdıyır ordan az-az dindələməyə. Görür o tərəfi boşqavın boşalıf gedir. Bu araşqın başındadı, bunu görən yoxdu (papax). Bunu görmür, deyir:
– Ay bəni-adam, çıx, səni and verirəm Allaha, görüm sən kimsən?
Papağı başınnan götürür. Görür Məlihməhəmmətdi.
– Bura nətəər gəlmisən, nağarmısan?
Deyir:
– Dəmir çarıx geyindim, dəmir də hasa götdüm. Çarıx dağıldı, gəldim çıxdım bura.
Deyir:
– Səni atam görsə, para-para eliyəjəh. Burdan qaç. Bura nəyə gəlmisən? Saa demədimmi mənim cildimi oddama. Havağ isdiyirsən, soyunum, bir yerdə yaşıyax. Lazım olan vax onu geyməliyəm. Sən niyə onu oddadın?
Deyir:
– Bir səfdi eləmişəm, keçif, bir təhər elə.
Bu, anasına deyir ki, ana, bəs bu gəlif çıxıf. Anası deyir ki, bunu atana deməsəm, əmələ gəlmiyəjəh, qoy atana deyim. Atasına deyir. Atası deyir ki, getginən Gülnən Simavarın nağılın maa gəti, onnan sora qızı verim, götü get. Bu bilir ki, öz əliynən öldüməy isdəmir bunu. Gülnən Simavarın nağılın heş kəs gətirə bilməz. Bu gedif bunu örgənəndə burda ördürejehlər orda. Bu gedir Gülnən Simavarı... Xalçasın minir, deyir, məni apar ora. Gətirir xalça ora. Gedir görür kü, bir oğlandı, oturuf, bir də bir it bağlıdı küncə. Bu itin də qavağında çoxlu yeməh var, yemir. İrgəniv it ölür. Deyir:
– Qardaş, mən gəlmişəm Gülnən Simavarın nağılın aparam.
Deyir:
– Qardaş, yaxşı eliyif gəlmisən, amma əvvəldən mən saa deyim ki, Gülnən Simavarın nağılı qırağa çıxmamalıdı. Onu saa desəm, səni öldürməliyəm, gərəy öldürəm.
Deyir:
– Niyə öldürürsən ki? Nağıldı dayna, deynən, mən də bilim.
– Gərəh mənim əmim qızının sirri qırağa çıxmasın. Gül mənim əmim qızıdı. Simavar da mənəm.
– İndi ki deyirsən, məni öldür, deynən.
– Deyirəm, amma öldürejəm səni. Deyir, mən əmim qızıynan nişannandım, əmim qızın aldım. Vax gəldi, gejə durdum gördüm əmim qızı yanımda yoxdu. Bir neçə gejə nə qədər elədim, yuxu məni tutanda bu duruf çıxıf gedif. Yoxdu mənim yanımda. Tapbadım. Mən sora bunu busdum. Busdum, gördüm, əmim qızı mən yatannan sora durdu, ən yaxşı paltarrarın geyindi, düşdü yola. Mən də durdum qarabaqara bunun dalıncax. Mən o qədər getdim ki... Bu getdi qavırsannığa. Kətdən çıxdı, getdi qavırsannığa. Qavırsannıxda bir qapını döydü, qapını aşdılar. Mən baxdım ki, burda qırx haramı var. Bu haramının biri qıza bir şillə vurdu (mənim əmim qızına). Dedi ki, niyə indiyənətən qalmısan? Deyir:
– Əmim oğlu yatmırdı, ona görə.
Deyir:
– Savaxları əmin oğlunun başın gətirərsən maa.
Bu deyir:
– Yaxşı.
Qız bullarnan kef eliyir, bu qayıdır gedir. Qız gələndə deyir:
– Hardıydın?
Deyir:
– Heç hara, çölə çıxmışdım.
Boynuna almır. Deyir ki, çölə getməmişdin, getdiyin yeri gördüm. Bir də sən ora getsən, sənin başını kəsəjəm. Deyir:
– Ay eşşəh, saa kim dedi ki, ora get.
Eşşəh deyən kimi mən oldum bir eşşəh. Deyir, bu kəndin erkəy eşşəhləri darışdı canıma, məni deyir, qovdular çıxartdılar kətdən. Uzax bir biyabanda bir ev var, getdim girdim onun çəpərinə ki, bu erkəy eşşəhlər mənnən əl çəhsin dana, döyməsinnər məni. Getdim girdim ora, orda bir qız çölə çıxdı, məni görəndə qayıtdı girdi içəri. Atası dedi:
– Nədi, aaz, eşşəhdən də utanırsan?
Deyir, dedi ki, ata, eşşəh döyül, o Simavardı, Gül onu eşşəy eliyif. Deyir:
– Ay bala, ona əncam var?
Deyif:
– Həə, mən adam eliyərəm onu.
Bu qız gətirir bunun üsdə biraz su tökür – oxummuş su. Qayıdır deyir ki, öz cildini alginan. Bu insan cildi alır, həmən oğlan olur. Deyir ki, getginən bu suyu tök Gülün üsdünə, hansı heyvana isdiyirsən, ona çöndər. Həylə eləməsən, birdə gənə səni həylə eliyəjəh. Getdim, deyir, mənim ürəyim gəlmədi əmim qızını heylə cildə salam. O, deyir, məni görəndə dedi ki, a it, genə sən düzəldin gəldin? Səni kim düzəltdi belə? Kim adam elədi? İt deyən kimi indi də it oldum, deyir. İndi də deyir, başdadı itdər məni boğmağa. Qaşdım deyir, gənə həmən çəpərə getdim ki, bəlkə qız gənə irəhm eylədi maa. Qız gənə gördü məni, girdi içəri. Atam dedi ki, bəs həmən Simavardı gənə. İndi də əmisi qızı it eliyif. Bala, ona əncəm.. Gəlir gənə su tökür, deyir, öz cildini alginan. Bu suyu verir buna, deyir, onu nə isdiyirsən, elə. Yoxsa səni bu səfər eləsə, daha mənim güjüm çatan döyül. Elə həylə də qalehsan. Deyir, apardım mən suyu töhdüm onun üsdünə, onu it elədim. İndi həmən itdi elə ora bağlı. Nəkqədər yeməh verirəm, yemir, xorəh pişirirəm, yemir, pilov bişirirəm, yemir. Ət kəsif tökürəm yanına, yemir. Gərəh həmən gedəm o quldurrarın sümüyünnən yığam gətirəm, onu gəmirə yeyə. İndi dur gedəh, bajıoğlu, səni öldürəjəm. Deyir:
– Gedəh.
Bu düşür qavağa, bu da bunun dalıncax. Dalda papağı qoyur başına, minir xalçanın üsdə, deyir:
-
Məni Süleyman peyğənbərin eşqinə, Hürü xanımın yanında elə.
Bu qayıdır baxır ki, gədə yoxdu.
Deyir:
– Vay, öyü yıxılan fələh, mənim əmim qızının sirri dağıldı.
Çox vaysınır, daha haray hara çıxajax. Gedir Hürü xanımın yanına. Gedir bunun atasına deyir ki, bu, gənə gəldi. Atası deyir, Simavarın nağılın gətdin? Deyir:
– Bəli, gətimişəm.
Deyir:
– Danış görüm.
Bu, nətər oluf, heylə də danışır. Baxır kı, sən öl, toşnu gedif, danışıf. Deyir:
– Nə yaxşı səni öldürmədi bə?
Deyir:
– Qaçdım, öldürə bilmədi. Hürü xanımın eşqinnən mən özümü qoruyuram hələlih.
Kişi görür kü, təhər yoxdu, gətirir qızı verir buna. Qızı verir buna, götürüf gəlir başdıyır ömür sürüf, gün keçirtməyə. Səni də xoşbaxd ol.
298. İMAM EHSANI
İmam Hüseynlə İmam Həsən qardaşdılar. Bullar qapıda oynaşıllarmış dana. Bu Musa peyğənbər Allahın yanına söz aparmağa gedir. Gedəndə bir kişi bunun qavağın kəsir, deyir ki, sən Allah, mən əvəzdən gedirsən. Allaha denən, mənim züryətim yoxdu, maa züryət versin də, nolar. Deyir:
– Yaxşı, deyərəm.
Gedir o, öz sözün deyif qutarannan sora Allaha deyir ki, belə bir adam yolun qırağın kəsmişdi, dedi ki, denən bəs mənim uşağım olmur. Havax maa bir züryət verəjəh ki, mənim çırağımı yandırsın? Deyir:
– Onun safsem uşağı olmuyajax, ona uşax vermiyejəm.
Kişi qavağını kəsir. Deyir ki, bəs belə-belə dana. Dedi ki, onun uşağı olmuyajax. Bizə yalan danışmağ olmaz. Nə deyiv, onu deyirəm saa. Bu kişi ağlıya-ağlıya gedirmiş. Bu İmam Hüseyn buna deyir ki, əşi, niyə ağlıyırsan? Deyir ki, neynirsən? Başına dönüm, heş bişey. Qırsakqız olur, deyir ki, yox e, bir denən görüm niyə ağlıyırsan? Deyir ki, bəs belə-belə, Musa peyğənbər Allahın yanına gedəndə dedim, bəs mana bir züryət versin. O da deyif, vermiyejəm. Deyir ki, əşi, mən xahiş də eliyərəm, saa bir züryət verər. Gedir cənabi Əliyə deyir ki (Əli bulların atasıdı dana), bəs, ata, o kişiyə Allah uşax vermir. O da ağlıya-ağlıya getdi. Mən də söz verdim ki, gedif atamnan xahiş eliyəjəm, o da Allaha yalvarsın. Sən Allah, bəs Allaha denən, ona bir uşax versin, yazıxdı. Cənab Əli deyir ki, Xudavənd-aləm, özünə agahdı İmam Həsənnən İmam Hüseynin söhbəti. Mən saa nə deyim? Bullar xahiş eliyir ki, o kişiyə bir züryət versin. Allah deyir:
– Yaxşı, oların xətrəsi üçün verərəm.
Kişinin bir oğlu olur. Bu imamnar qırılannan sora arvadına deyir ki, hər imamın müsübətində ollara eysan verejəm. İmam Həsənnən İmam Hüseynə eysan verəjəm. Hər imamın müsübətində eysan verir. Bir ilisi, deməli, gənə imamnarın qırılmax vaxdı gələndə, qətl gələndə bunun ehsan verməyə pulu olmur. Deyir:
– Ay arvad, aparıram gədəni qul bazarında satam. Ollar verib bunu maa, elə bilirəm, heç vermiyif də. Aparıram satam, ehsan verəm.
Aparır bazarda:
– Ay qul alan, ay qul alan!
Bir nurru kişi çıxır. Deyir ki, neçəyə verirsən onu?
Deyir:
– Min manata.
Deyir:
– Bu uşax yaxşı qula oxşuyur. Mən on min verirəm buna.
Gətirir on min manat verir, bu uşağı alır. Bu gəliv həmən imam eysanın verir. Qayıdıv onnan sora bekaf öydə arvatnan oturullar. Axşamımış. Uşax da yoxdu. Arvat da bekaf oturuf, bu da. Oturuf görür kü, uşağı həmən alan kişi budu gətirir. Deyir, sən öl, qaytarır uşağı. Mən də pulu xaşdadım. Nətəər verəjəm? Nağayrajam? Gətirir uşağı, deyir ki, uşağını götür, saxla. Deyir:
– Əşi, pulu xaşdamışam.
Deyir:
– O pulu özüm vermişəm saa.
Deyir:
– Sən kimsən?
Deyir:
– Mən İmam Həsənnən İmam Hüseynin atasıyam (Əli). İndiyənətən nə ehsan vermisən, Allah qəbul eliyiv onu. İnnən belə Allah deyir, daa verməsin, bəsdi. Ehsan vermə, uşağını da satma. Bu uşağın, bu da sən. O pulu da mən özüm bağışdamışam saa.
Onnan sora saxlıyır həylə.
299. ALLAHA PƏNAH
Bir kişi Allahın yanına gedir. Bu, Allahın elçisidi (xəbər aparıb, xəbər gətirən). Bu gedir, bir müddət gedənnən sora yolda görür kü, dərədə bir sürü ceyran otduyur. Çox fikirrəşir, yaxınnaşır, bulların böyrünnən keçəndə, bular Allah tərəfinnən dil açır. Deer ki, hara gedirsən? Deer ki, bəs belə-belə. Gedirəm Allahın yanına. Deyiv:
– Olar saa bir xayiş eliyəh?
Deyif:
– Nədi?
Deyifdi ki, biz susunnan qırılırıx, yeddi ildi su üzü görmürüh. Belə sabaertə tezdənnən nə otun üsdündə şeh olur, onu görürüh, onnan sora ta biz su görmürüh. Xayiş eliyirəm, halı ol görəh, bizə havax bir yağış yağajax, doyuncan su içəjiy? Dəəndə deer ki, baş üsdə. Bu gedir.
Özü də ceyrannar da deyifdi ki, əgər desə ki, yağajax, yalın başına çıxanda oynaginan, bizim yanımıza çatmamış ha. Bular dərədədi, bu yalın başındadı. Deyiv:
– Orda oynaginan. Biləjiyih ki, yağış yağajax.
Gəlif görür kü, Vallah, ceyrannar bulanır, susunnan belə keçillər, belə bulanıllar, gah yatıllar, gah durullar, gah ayağlarıynan qulağın qaşıyıllar, nəysə. Fikirrəşir, fikirrəşir, deyir ki, ə, Allaha pənah. Noolar, olar. Buların qəlbin niyə sındırım? Burda hah eliyiv ora gedincə qolumu qaldırıv oynamasam, əvləri yıxılajax. Elə bı yalın başında “Allaha pənah” eliyif belə, oynuyur. Oynuyanda görür bi qara bulut çöhdü, nətəər. Ha eliyif (bu kişi) ceyrannarın yanına çatmamış, sel, su götürür buranı. Sel gəlir. Kişi təəcüb eliyir:
– Ə, bu, nə deməhdi? Allahda da yalançılığ olar? Maa deyif yeddi ildən sora yağajax, heş yeddi dəyqə çəhmədi. Bu nətəər oldu?
Dəəndə, deyifdi ki, eybi yoxdı. Deer ki, bilirsınız nə var? Deer, nə var? Deer ki, mən heş-zaddan şüpələnmirəm, elə Allahı çağırdım, o yalda oynadım, o elədi. Deyir:
– Nədi?
Deyifdi ki, Allah mana dedi ki, yeddi il bunnan sora yağajax. Yeddi il yeddi ildi, heş yeddi dəyqə çəhmədi. Razılaşıllar. Nəysə, bular gedir. Vax gəlir, vədə gəlir, ay keçir, il dolanır, günnərin bir günü bu bir də gedir. Deyir ki, Allah, saa fəda olum, sizdə də yalançılığ olur? Deyif:
– Yox, nədi ki?
Deyir:
– Bəs o vaxdı mən belə bir söz dedim.
Dedi:
– Axı sən Allahı çağırdın, Allaha pənah elədin. Sən maa pənah gətidin, ona görə.
Yağdırır, olar da ordan suyu içir, yaşıyıllar.
300. GET, QOVAQ AĞACINDAN SORUŞ
Bir dənə kişi (bir oğlan) bir bəyə nökər gedir. Buların şərti belə olur: Bir il qoynuma gedeyssən, bir il tamam olanda girəssən ağıla. Mən burdan qapını açajam çıxsın, sən ordan, hasarın başınnan (ağılın başınnan) neçə qoyun atsan, sənindi. Deyir:
– Yaxşı.
Razılaşıllar. Bu da babat oğlandı. Olmırol. Bir il bına çobançılığ eliyir. Bir ildə bına verdiyi olır qatığ – axşam, sabah, günorta. Gündə üş dəfə qatıx verir bına. Ayrı şey vermir. Vax gəlir, ili tamam olanda bu oğlan deyir ki, ta vaxdım tamamdı dana. Gedir çoban arxadan girir, bı da qapını açır, qoyunu bəri kisiyir. İndi bı ordan təh bir toğlu atır. On beş, iyirmi kiloluğ bir heyvan atır. Çoban çox kor-peşman olur ki, bir ilin çobançılığı bir quzuya dəydi. Gedir bir çoban var, çobanın yanına.
– Ə, qardaş, nooldu?
– Nətəər oldu?
Deyifdi ki, bəs belə-belə.
– Ə, bıdee, bı toxluyu atmışam.
Deyif:
– Ə, nə danışırsan, bir toxlu nədi? O canın, cəsədin yiyəsinə bir toğlu nədi ki?
Deyifdi ki, Vallah.
Deyif:
– Ə, yediyin nə oluv? – dəəndə deyifdi ki, yediyim, qatığ olıf – axşam, sabah, günorta.
Deyif:
– Allah eviyi... Qatıx səni belə quruduf dana. Sən qatığı yemə.
Deyif:
– Nağayrım?
Deyif:
– Qatığı götdünsə, gəti çölə, apar tök ode, o yalın başındakı qovağ ağacına. Ağacın dibinə tök. Ode, bax o qara qoyun var e.
Deyib:
– Hə.
Deyib:
– Bir kasa götü, çörəh götü dana. O qara qoyunun südünnən sağ, ye.
Deyir ki, yaxşı. Bu, bu fason eliyir bir il. Genə bir il qalır axı. Biccə quzusu var, biccə toxlusu var. Bir il tamam olannan sora özü də görür kü, uje qolunda güc var. Hərdən-birdən o toxlunu götürür belə atır, gah belə atır, idman eliyir. Vax gəlir, ili tamam olur. İli tamam olanda genə burdan bu qoyunu açır, o ordan girir. Qoyunun yarısın tulluyur çölə. Padşahdı, bəydi, nədi (qoyunun sahibi) deyir ki, bu işdən məni agah eləginən. Bu, nə deməhdi? Deyif:
– Ay qardaş, keçən il bir qoyun atdım. Protif getmədin, mən də getmədim. Elə bir toxluydu, qismətim oydu. İndi də bir belə qoyunu atmışam, niyə protif gedirsən? Ona da şükür, buna da.
Dəəndə deyifdi ki, yaxşı, halalın olsun, hamma sirri aş. Deyiv:
– Get, qovağ ağacınnan soruş.
Gedif görüllər ki, qovağ ağacı quruyuf.
301. QONAQ QAÇIRAN KİŞİ
Bir kişi pastayannı burdan gəlif gedirmiş Beylaqana. Beylaqannan da qayıdırmış burdan gedirmiş. Bizim qapının böörünnən keçir. Ev yiyəsi fikirrəşir ki, bu, axşam-sabah elə mənim əvimdədi. Mən bunu nağayrım? Bunu nətəər eliyim? Nəysə, olmurol. Bir gün arvada deyir ki, arvat. Deyir:
– Hə.
Deyir ki, arvat, o isdootun yekəsin bir qaba yığ, balacasın da bir qaba yığ.
Deyif:
– Yaxşı.
Gətirir isdootu iki qab eliyir. O balaca isdootdarı mənim yanıma qoy deyir, yekə isdootdarı onun qabağına qoyginan kı, desin ki, ə, məni nə çox isdiyillər e. Maa yekə isdoot qoyuflar, buna balaja isdoot qoyub. Deyir:
– Yaxşı.
Gəlircə qəşəg isdotu başdıyır kişi yeməyə. Bı da oturuf, səər tezdənnəndi e, hələ işə gedir e. Elə belə isdootu götürür bu fason (əv yiəsi), belə tutur saflarınnan, gəmirir. Birəz çiyniyir, yeyir. Yeyənnən sora birin də götürür çiyniyir. Hərəsinin də yanına quruşqada su qoyur. Su da alışdıran şeydi. İkinci isdootu yeəndə sudan içir. Axı bunun da isdootdarı yekədi. Görür kü, kişinin gözü yaşarır (qonağın gözü yaşarır). Gördü, yox, yiə bilmir.
– Ə, qardaş, niyə otumadın?
Deyif:
– Yox, qardaş, çox sağ ol, evdə də yemişdim, bəsdi. Allah var eləsin.
Deyif:
– Yox, bunun dalınca gedəjəm.
Görüv əyənnən bəri bir atdı gəlir.
– Ə, qardaş, bırdan belə bir adam keşdi. Gördün onu?
Deyif:
– Hə, keşdi.
Deyif:
– Nədi?
Deyifdi ki, Vallah, qardaş, amma dəyəsən, qudurmuşdu, uluyurdu.
Dostları ilə paylaş: |