Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,74 Mb.
səhifə14/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
#36696
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

275. HALAL SÜD ƏMMİŞ GƏLİN
Birinin bir oğlu varmış aman-zaman. Bu, oğlun evləndirmir. Ha­mı deyir, niyə oğlunu evləndirmirsən? Deyir:

– Ay bala, Vallah, gəzirəm dana, Allah bir halal südəmmiş ye­tirsin ki evləndirim dana.

Bu, okqədər qalır, qalır... Günnərin bir günü bunun evinə bir qız uşağı gəlir. Deyir:

– Ay nənə.

Deyir:

– Hə.


Deyir:

  • Ay nənə, məni ya qızdığa götüginən, ya gəlinniyə götü. Mə­ni burda saxla.

Deyəndə deyir:

  • Ay bala, mən elə nəvaxdan gəzirəm ki, bir halal südəmmiş ola, oğluma alam.

Deyir:

– Ay ana, elə mən. Ras ki deyirsən, mən.

Deyir:

– Yaxşı.



Gəlir, bunu oğluna alır, evləndirir. Bir müddət qalıllar. Vax gə­lir, günlərin bir günü bu arvad ölür. Arvad öləndə camahat ha­mı­sı tökülür. Bu, yerdədi dənə. Bu yerdə olanda bu oğlan fikir verir ki, gö­rüm ə, bu nəğayrır, nənəmi ağlıyır, ağlamır. Görür heş bu nə­nə­sini ağlamır. Gəldi, deyir, nənəsinin əyağaltısında otdu. Deyif, xəl­vət otu­ruv, ağlıyajax. Amma baxır ki, burada da ağlamadı. Sora gö­rüf, yox, indi də gəldi baş tərəfdə, yasdığın üsdündə otdu. Deyif, həl­bət orda ağlıyajax. Görür kü, yox ey, gənə ağlamadı. Bir az qa­lan­nan sora çı­xır taxdın üsdünə. (O vaxdı qaravat yoxumuş da, ağaş­dan taxt qa­yı­rır­mışdar, üsdünə mitil atırmışdar). Deyif ki, həl­bət orda ağlıyajax. Oğlanın elə fikri bundadı e. Görür, yox e, bı ağ­la­madı. Nəysə, bunu cinazada aparıllar yuyajağa, yuyajaxda yu­yul­lar, yuyuf qutarıf bü­kül­lər-eliyillər. Çiyinnərinə alıf gedəndə həmən bu qız gülür.

Oğlanın fikri bundadı haa. Day nənəsində döyül. Deyir, ə, bu əya­ğaltda otdu, ağlamadı, başda otdu, ağlamadı, qaravatın üsdünə çıx­dı, ağlamadı. İndi hələ nənəm gedir, bu niyə gülür? Sən öl, bu­nun əvin yıxajam. Deyir, yaxşı, eybi yoxdu. Gedillər, aparıllar nə­nə­­sin dəfn eləyif qayıdıf gəlillər. Camahat topalaşır dana, azdan-çox­­dan, olannan-qopannan. Hərəsi bir istikan çay içir, çıxıf ge­dən­nən sora qalıllar ikisi. Deyir:

– Bura bax.

Deyir:


– Nədi?

Deyir ki, sən bu sirri aç mana.

Deyir:

– Nədi?


Deyir ki, nənəm öldü, ağlamadın, bu heç. Əyağaltında otu­dun, dedim, ağliyehsan, ağlamadın. Başda otdun, dedim, ağ­li­yeh­san, ağlamadın. Qaravatda otdun, ağlamadın. Yaxşı, buları güzəşd eli­yirəm, de görüm, nənəm cinazada gedəndə niyə güldün? Bu sirri aç. Deyif ki, oğlan, gə bu sirri soruşma, peşman olarsan. Deyif:

– Niyə?


Deyifdi:

– Peşman olehsan də.

Deyifdi ki, peşman-zad olmuyajam, deginən. Deyif ki, nənən çox halal, halal deyirdi. Allah halalın yetirsin, halal süd əmmişin ye­tirsin, filan, feşman. Nənən dədənin bir çarığın oğurruyuf, verif baş­qa adama. Bir də qonşu qapıdan oğurruyuf bir dənə köhnə sü­pürgə gətirif. İndi ollar o tabutun, o cinazanın qabağında bir-bi­ri­nə dəyə-dəyə gedəndə məni gülməh tutdu. Baxır görür kü, boy qız yox­du yanında. Deməli, bu məleykəymiş. Çıxdı getdi. Təpəsinə-gö­zü­nə döyür ki, gərəh bunu mən demiyeydim də. Bu halal südəmmiş çıx­dı getdi. Hə, bax, burası yadımnan çıxdı. Ən qəşəh yeri oreydi. De­yir:

– Əyağ altında otudum, gördüm, balağım (tumanımın əyağı) qa­na batır. Çıxdım yasdığın üsdünə, orda da gördüm gənə batır, axı­rı, çıxdım qaravatın üsdünə.

Deməli, ev qan olur deyir. Bax heylədi, bala.
276. ƏZRAYILIN KİRVƏLİYİ
Bir kişi varmış. Bının da bir dənə oğlu varmış. Olan-qopan bir oğ­lu varımış. Bunun sünnətin, kiçih toyunu eləməliymiş. Hamma ağ­lına gələn, ürəyinə yatan adam olmur ki, kirvə tuta. Deyir, ge­de­jəm, elə bir adam tapajam ki, ürəyimə yatsın. Durur bu kətdən çıxır ge­dir o biri kəndə. O biri kəndə gedəndə gedir görür kü, yolda bir nə­fər adam gəlir.

– Salaməleyküm!

– Əleykümsalam.

– Qardaş, kimsən, hara gedirsən, hardan gəlirsən?

Deyir ki, Vallah, sana nə deyim, elə belə gedirəm də.

Buna ayan­dı. Deyif:

– Yox da, hara gedirsən?

Deyifdi ki, Vallah, qardaş, bir oğlum var, onun sünnətin elə­məy isdiyirəm. Canıma, ürəyimə yatan adam yoxdu ki, onu... De­yif:

– Mən.

Deyir:


– Yaxşı.

Gətirir, bunu – uşağı qucağına qo­yur. Əzreyil bu uşağı tutmalıdı, ayrı adam kəsməlidi. Gətirir uşağı bu tutur, biri kəsir, qutarır. Qutarannan sora deyir ki, bilirsən, nə var? Deyir:

– Nə var?

Deyir:


– Bilirsən, mən kiməm? Mən Azreyiləm. Ras ki sən mən­nən qohum oldun, mən sana dəyif dolaşmiyajam. Hamma de­di­yi­mi elə.

Deyir:


– Nədi?

Deyir:


– Mən nə desəm, onu elə.

Deyir ki, fılan meşədə belə yekə-yekə yarpax var. Ged onnan yığ gəti, kətdə kim xəstələnsə, bir şey olsa, apar onu üsdünə vur­gi­nan, ayılajax. Hamma bu şərtinən. Əgər mən ordayamsa, sənin gö­zü­nə görükəjəm. (Əzreyil deyir ha). Əgər mən xəstənin əyağ tə­rə­fin­dəyəmsə, maalicə elə, yox, baş tərəfindəyəmsə, eləmə, denən mən­nih döyül. Deyir:

– Yaxşı.

Nəysə. Belə də eliyir. Bu uşax çıxır gedir, bu da gedir yarpağı da gösdərir. Bu beş-altı yarpax qırır. Bu kətdə birin, o kətdə birin, üş-dördün maalicə eliyir. Günnərin bir günü bir kəndə xəbər gəlir. Ta bu yayılır ki ə, kəntdə bir kişi var, belə maalicə eliyir. Gedillər. Ge­dillər bunu aparıllar, gedir görür kü, Azreyil qaravatın baş tə­rə­fin­dədi. Deyir ki, bir dörd nəfər adam gətirin. Deyir:

– Nədi?

Deyir:


– Sən burda dur, sən orda dur, o da orda. Qaravatı hərrə.

Qaravatı hərriyənnən sora da axı Azreyil qaldı əyaxda. Xəsdənin canını ala bilmir axı bı. Çı­xannan sora deyir:

– Qardaş!

Deyir:


– Hə.

Deyir:


– Büyünnən mən sənnən qutardım.

Onnan da üzülüşüllər.


277. ƏZRAYILDAN QAÇAN ƏR-ARVAD
Birinin də züriyəti qalmırmış, ölürmüş. Bir oğlu olur yenə. Bu ər-arvad fikirrəşir, bunu götürür kü, ay Allah, mən munu hara apa­rım ki, orda Azreyil olmasın. Kətbəkət gəzillər. Hər yerdə deyillər:

– Ay ba­la, ay qardaş, helə kənd olmaz ki, orda Azreyil olmasın.

Bular genə umudnan bura ge­dil­lər, ora gedillər. Gedif başqa bir kəndə çıxıllar. Kətdə gedillər bir evə. De­yir:

– Ay bajı.

Arvat deyir ki, nədi, xeyirdimi? Deyəndə, deyir ki, bəs belə-be­lə, Azreyildən qaçırıx. Deməynən, bu da Azreyilin evidi. Deyir ki, ay bala, Vallah, sən deyirsən, haxdı, amma helə kənd olmaz ki, or­da Azreyil olmuya. Deyir:

– Yox ey, xala, gəzirih dana, görəy Allaha pənah, havax ta­pa­rıx, taparıx. Deyir:

– Onda oturun, oğlum gəlsin.

Azreyil də oğludu. Gəlir oğlu, deyir:

– Ay nənə, bular kimdi?

Deyir:


– Ay bala, bəs belə-belə, bullar Azreyildən qaçır. İndi də gəlif sə­nin yanına, insaf elə.

Deyiv:


– Ay nənə, ona narahat olmaginan, mən onu elə eliyəjəm ki, nə sənnən görsün, nə Azreyildən görsün, nə mənnən görsün – heş bi­rinnən görməsin.

Deyir:


– Nədi, ay bala, nağayrehsan?

Deyif:


– Heş nə.

Deyif:


– Nənə.

Deyir:


– Hə.

Deyir:


– Mən çıxıf gedəjəm işə savağertə. Səhər qəşəh bir teş xamır yo­ğur, qəşəh başda pişiməyə. Pişiməyə başdıyanda uşağa çörəh ver­­mə.

Səhər açılır. Azreyilin anası xamırı yoğurur. Ojağın yanında da bu arvat oturur, uşax da qucağında. Bu da uşaxdı dana “pəpə, pə­pə” eliyir, yanı çörəh ver. Anası buna deyir ki, qoy pişsin, ve­rə­jəh dənə. Qoluna vırır belə. Elə-belə eləməynən bının Azreyil ca­nı­nı alır. Arvat başdıyır ağlamağa ki, əlin tökülsün, canım, mən elə­dim. Mən elədim da, bunu belə eləməsəm, bu ölmiyejeydi, mən elə­dim. Onnan da arvad uşağı alır quçağına, çıxır gəlir.


278. ƏZRAYIL VƏ ÇOBAN
Bir nəfər çovannıx eliyirmiş. Gətirif çörəh yediyi yerdə görür bir nəfər də gəlir. Bu da demə, Azrayılmış – çovanın yanına gələn. Gə­lir, oturur, deer:

– Ajmışam.

Deer:

– Ajmısan, gə oturax da, bir çörəh yi­yəh.



Oturuf çörəh-zad yiyillər. Çox xoşuna gəlir. Deer:

– Sən bilirsən mən kiməm?

Deer ki, nəvlem sən kimsən? Deer:

– Yox e, deer, mən Azreeləm.

Deer:

– Sən canın?



Deer:

– Hə.


Deer:

– Onda kişi kimi deginən, sən bu kəsdiymiz çörəh, mənim ca­nı­mı havax alejaxsan?

Deer:

– Məsələn, bir iyirmi ildən sora. İyirmi ilə kimi hələ get yaşa.



Bu qayıdıf yox oluf, çıxıf gedif. Bu iyirmi il tamam olanda deer, ə, bu gələjəh. Mən nətəər eliyim? Mən nə cür eliyim? Buna ko­zır ha­zır­rıyır ki, mən nətəər eleem ki, buna kələh gəlim. Elə gö­zü­nü açır ki, Azreel bunun başının üsdündədi. Hələ paltarnı du­ruf ge­yin­mə­li­di axı bu.

Deer:


– Nədi?

Deer:


– Bə saa demədim, iyirmi il büyün tamamdı, gəlmi­şəm.

Deer:


– Elə canınçün mən də bəyaxdan elə onu fikirrəşirəm. Mən bi­lirəm, mənim canımı alejaxsan. Da indi gəlmisən, yaxşı eləmisən. Ha­­ra qaçanam? Yönüü çöyür oana.

Yox, deer, əgər əyax tərəfində olsam, bilginən ki, hələ saa möh­lət verəjəm. Baş tərəfində olsam, da canını alajam. Bu da gö­zü­nü açır ki, bunun baş tərəfində dayanıf. Deer:

– Ədə, yaxşı eliyif gəlmisən, nağarax.

Deer:


– Yönnü oana çöyür, paltarımı dəyişim dana.

Həə. Bu yönnü oana çöyürəndə tez bu əyağın Azreelə tərəf eli­yir. Başını o tərəfdən qoyur. Həə. Deer:

– İndi de görüm indi mənim canımı havax alersan?

Belə baxır. Deer:

– Getginən bir iyirmi il də yaşa. Amba bu dəfə demeyjəm ki, əya­ğında oturajam, başında oturajam. Elə havax gəldim, həmən an ca­nını alajam.

Deer:


– Yaxşı.

Deer:


– Ə, Azreel gələnə kimi mən də gəmiyə minif çıxıf gedəjəm baş­qa ölküyə. Qoy gəlsin burda gəzsin.

Vax tamam olur. Bu gəmiyə minir. Həmən vax çıxıf gedir. Gə­midə görür kü, xeylax adam toplaşıf, bular hamsı gedir dana gə­mi­də. Nəysə, aradan biraz keçəndə görür Azreel gəldi. Baxır ki, ə, mən bu­nun əlinnən qaşmışdım. Mən nətəər eleem, mən nə cür ele­em? Deer:

– Nədi?

Deer:


– Daa sözdü dana, demişəm. İndi gəlmişəm canını almağa.

Deer:


– Nağarersan?

Deer ki, gəmini batırajam. Deer:

– Ə, tək maa görə bu gəmini batırejaxsan? Bə bir belə adam var, günaha batersan.

Deer:


– Ə, elə bilirsən buları topalamax asandıdı? Bular hamsı mən­nən qaçırdı.
279. ÖLÜMDƏN QORXAN ARVAD
Deməli, birinin oğlu ölüjüymüş. Aman-zaman bircə oğlu va­rıy­mış. Ta görür kü, ölür gədə. Durur başına hərrənir, deyir:

– Allah-taala, mənim canımı al, mənim balama dəymə. Mə­nim balam yazıxdı, bircə dənədi, onnan işin yoxdu.

Qayıdır uzanır yerinə. Azreyildən Allah-taalıya sada gedir ki, bəs mən gəlmişəm oğlanın canını alam, bı arvat ağ­lı­yır, deyir ki, mənim canımı al. Allah-taala deyir:

– Get onun canın al.

Azreyil qapıya gəlif yaxınnaşanda görür kü, arvat oturuf bur­da. Azreyil qapıya gələndə kölgəsi düşür dana. Uzun adamdı, bö­yüy adamdı, kölgəsi düşür Ayın işığına. Dana ürkür. Dana ür­kən­nən sora qapıda bir boş verdə varıymış, vedrə keçir dananın bo­ğa­zı­na. Bilmirəm, su gəzirmiş, nağayrırmış. Takqatak ora-bura qaçır da­na. İsdiyir vedrəni başınnan sala, sala bilmir. Arvat başın qaldırıf:

– Başına dönüm, ay Azreyil, saa qurvan olum, azarrı mən də­yi­­ləm, azarrı ode oğlumdu. Yeri ona sarı, yeri ona sarı, mənnən işin olmasın. Get oğlumun canın al.

Gör nətəəri axmax adamımış, can nə qədər şirinimiş ha. Az­reyil de­yir ki, Allah-taala, mən bının hankinin canın alı­m? Deyir:

– Yaxşı, bir üç il o oğlana ömür ver, çəkil ordan. Çəkil, qoy gö­rəh o arvat nağayrajax sora? Qoy arvat oğlunnan qabağ ölsün, on­nan sora oğlunun canın alarsan.

İndi dünyadı dana, belə. Vax gəlir yetişir, sahat tamam olur, ar­vad azarrıyır. Balası gedir, gəlir:

– Nənə, nə lazımdı? Nənə, nə alım gətirim? Nənə, nə hürmət eli­yim? Nağayrım?

Deyir ki, ay bala, Vallah, hes-zad lazım dəyil, sənin sağlığın la­­zımdı. Mən gedirəm ta, amma mən sənin üzünnən qorxu çəhdim fı­lan il. Belə-belə deyir, Azreyil canın alır, çıxır gedir.

Nə var canın almağa. Əyağın ujunnan baş­dıyır, yığa-yığa gə­ti­rir nəfəsi, ta bıra çatan təki “pırr” eli­yir, nəfəs çıxır gedir, qalır bə­dən yerdə. Bircə bədən qalır e yer­də, uruf uçur, gedir.


280. KEÇƏLİN NAĞILI
Bir kişi pastayannı taxıl əkirmiş. Amma bu çölə pastıyannı ar­pa çörəyi götürürmüş. Yerdi dana, topalaşıllar belə. Bular oturuf çö­rəh yeəndə biri (yoldaşdı, tay-tuşdu) zarafata salır, deyir:

– Ə, sən bir belə taxıl əkirsən. Buğdanı neynirsən ki, pas­ta­yan­nı sən arpa çörəyi götürürsən?

Bu da təccüb eliyir ki, nətəər? Heş mənim buğda unum ol­mur axı. Bəs mənim buğdam hara olur? Gəlir evə. Evdə arvada de­yir ki, arvat.

Deyir:


– Hə.

Deyir:


– Arvat, aş de, görüm mən bir belə dəyirmana gedirəm, arpa da üyüdürəm, buğda da üyüdürəm. Niyə, mən pastıyannı arpa çö­rə­yi götürürəm? Bəs mənim buğdam hara olur?

Deyir:


– Bilmirsən?

Deyir:


– Yox, nədən billəm?

Deyifdi ki, sənin İsfahanda bir bajın var. O İsfahandakı bajın elə bir tilsim qurufdu ki, sənin buğdan arpa olur. Onu sən öl­dü­mü­yə­­nə kimi elə arpa çörəyi yeyessən. Fikirrəşir, fikirrəşir:

– Ə, day nə oldu mana? Bajım orda kefdə, mən də burda arpa ye­yim?

Durur tərpənir, gedir baysının yanına. Xoş-beş, baysıynan gö­rü­şür.

Ay qardaş, xeyirdimi? Nədi? Nəyə gəlmisən?

Deyir ki, bəs belə-belə. Deyir:

– Yaxşı.

Deyir:


– Qardaş.

Deyir:


– Hə.

Deyir:


– Qardaş, mənim burdan ora heş vaxı təsirim o qədər keşməz. Kim­sə sənin buğdanı aparır. Sənin ayləndə nə varsa, o arvad eliyir. Gə mənim bu oğlumu apar. (Bu oğlu da keçəldi). Oğlumu apar, oğ­lum onun sirrin tapajax. Elə bunu apar, denə, Allah üzünə qara çəh­sin. Getdim, arxayın ol ta. Bajımı öldürdüm, bu da yetimidi. Gət­tim saxlıyam. Belə de.

Gətirir qəşəh bı uşağı. Özüynən aparır, özüynən gətirir. Bir gün, iki gün, uşax görür kü, bu arvadın ayrı adamı var, padşah oğ­lu­du özü də. Bir gün, beş gün. Nəysə, elə olur ku, günnərin bir günü ara­banı qoşuf gedillər. Uşax deyir ki, dədə, yavaş-yavaş get, gedim evə gəlim. Gəlir arvada deyir ki, dədəm dedi, birəz pul versin. De­yir:

– Nə alır?

Dedi ki, bəs bilmirəm nə alır. Bu arvat da keçəldən qorxur. Bu nə desə, onu eliyir. Gətirir, buna pul verir. O pulu götürüf gedir. Bu arada padşahın oğlu bu arvadın yanına gəlir. Bunu da keçəl gö­rür. Padşahın oğlu arvada deyir:

– Heş bir gəlmirsən görəsən nağayrıram çöldə? Nətəər eli­yi­rəm? Nə işdiyirəm?

Dəəndə deyifdi ki, sabah gələrəm. Orda nə bilim hardasan? De­yifdi ki, orda ala öküz biccə mənimdi. Ayrı adamın ala öküzü yox­du. Deyir:

– Yaxşı.

İndi səərisi dayısına deyir:

– Sən yavaş-yavaş get, mən də gələjəm.

Deyir:


– Yaxşı.

Bu qayıdır evə. Dayısının arvadına deyir:

– Bibi.

Deyir:


– Hə.

– Maa bir az pul ver.

Pulu alır gedir tükana, bir altı metir ağ alır, götürür gedir. Gə­lir dayısının yanına.

– Ayə, bala, bu nədi? Bunu neynirsən? Nədən ötürü almısan?

Deyifdi ki, dayı, ala öküzdən xoşum gəlir. Tay demir ki, bur­da bir amma var. Deyir ki, bala, neyniyəh? Gətirir qəşəhcə pı­çax­nan tən ortadan kəsir, bı ağı yarısın bı öküzün belinə çəkir, yarısın da bı öküzün. Altdan da bağlıyır. İkisi də oldı ala öküz. Bı keçəlin gö­zü dağda-daşdadı kı, görüm bibim gəlir, gəlmir? Görür kü, gəlir. Gə­liv qalıv yolun ortasında. İndi hayana dönsün? Orda da ala öküz var, burda da ala öküz var. Baxır görür kü, bu ala öküz o ala oküz­dən yekə aladı. Deyif:

– Hə, znaçıt budu.

Buy, gələgəl, kişi görür kü, əyə, budu arvat gəldi.

– Ay arvat, nədi bu? Nə xəjalətdi?

Dəəndə deyifdi ki, əşi, elə yetim uşaxdı dənə. Dedim ki, gü­nüz axşamatan işdiyir, elə aparım isdi yeməh yesin. Gətirir, oturul­lar. Dəəndə deyifdi ki, o kimdi? Dəəndə deyifdi ki, o da padşahın oğ­lu­du. Dəəndə deyiv:

– Əşi, elə qonşusunuz dənə, onu da çağır. Çaarginan isdi xö­rəh­di dana, yesin.

Dəəndə, deyifdi ki, bala, bala, dur, get qonşunu çağır bura. Ar­vat tez deyif:

– A kişi, uşağı niyə göndərirsən? Elə deyif, özün get.

Deyif:

– Yox a, uşax gedəjəh, bu saat deyif, gələjəh.



Yəni bir xeylax gedir. Bının – gədənin civində qoz var. Ta bı bın­nan bir xeylağ aralanannan sora qozu belə yola tulluya-tulluya ge­dir. Birin ora, birin ora dana. Gedir çatır ora. Çatır padşahın oğ­lu­nun yanına. Deyir:

– Ə, bura bax.

Deyir:

– Nədi?


Deyir:

– Dayım o işi bilif, sənin başını bədəninnən götürəjəh.

Dəəndə dinmir. Bu qayıdır, gəlir.

– Ə, bala, nooldu?

Keçəl deyir ki, nağayrım? Mən çağırdım, dedi ki, toxam, aj dö­öləm. Burda arvadın dişi bağırsağını kəsir. Deyir ki, əşi, dur özün get. Arvat burda yeməyi saxlıyıf buna. Kişi gedəndə keçəl dal­dan qışqırır ki, dayı, dayı, yanında it var e. Yoldan daş götü. Daş gö­tümüyəjəh ki, qozdarı dənniyəjəh. Elə gədə görür kü, (bu pad­şa­hın oğlu görür kü) yol­dan daş götdü, belə yığır əlinə. Keçəl ci­vində nə qədər qoz varsa, töküf yola. Padşahın oğlu qoyur öküzü, qa­çır. Axı bına deyifdi ki, da­yım bilsə, sənin başını bədəninnən ay­ı­ra­jax. Bu qaçır. Bular da burdan baxıllar axı. Arvat deyifdi ki, nədi bu? Niyə qaşdı? Keçəl de­yif:­

– Sənnən onun arasın olduğun dayım bilir. Getdi ki, onun boy­nun vura, .

Dəəndə arvad deyir ki, onda mən getdim. Duruf bu da qaçır.

Aradan bir müddət keçənnən sora bı paşşah oğlu gəlir bulara. Bı keçəl bilir ki, bu, büyün burda olajax. Kişi də, uşax da girillər, pə­yədə yatıllar. Pəyədə gizdənillər. Heç arvadın da xəbəri olmur. Ara­­dan birəz keçənnən sora görür kü, padşahın oğlu gəlir, yaxşı ye­yir, içir, əhvalatı da buna danışır. Nəysə, olmurol. Saa hardan xəbər ve­rim? Oğlan tay yeyiv-içiv, uzanıf yatıf. Arvat harasa gedir. Oja­ğın üsdündə də yağ qoyar. Yağ da dağ yağdı. Görür kü, bu oğlan be­lə yatıv, ağzı da açıx. Həmən bı keçəl gətirir bı yağı tökür bının xirt­dəyinə (padşahın oğlunun). Padşahın oğlu ölür. Hay gəlir:

– Ayə, oğlan öldü.

Bu qaçıf gizdənir. Ayə hay gəlir:

– Ay aman, ay dad!

Deyir:


– Nədi?

Deyifdi ki, bəs padşahın oğlu mənim evimdə ölüf.

– Ayə, nə danışırsan? Sənın yanında bu nə gəzirdi?

Gədə deyir ki, gedirəm xəbər verəm ki, oğlunu filankəs öl­dür­dü. Deyir:

– Yox, getmə.

– Niyə?


Deyir:

– Padşah bilsə, məni öldürəjəh.

Deyifdi ki, onda maa bi şey verin ki, demiyim dənə. Gənə ar­vat­dan bi xeyli qızıl, pul qopardır. İndi tədbir tökür bı, keçəl. Gedif eş­şəyi gətirillər. Qarannıx düşəndə bunu eşşəyin üsdünə bax beləjə, dik sarıyıllar. Bu tərəfinnən də ağaç qoyullar, bu tərəfinnən də ki, yı­xılmasın. Aparır, ötürüllər eşşəyi zəmiyə. Zəmi yiəsi də görür kü, ayə, sən öl, zəminin içində bir eşşəh var, üsdündə də adam. Nə qə­dər çağırır, eşitmir. Heç vejinə almır (gülür – top.). Bı da ölüdü e.

– Ayə, bala, ayə, ayə, ay adam, kimsən? O eşşəyi niyə ötür­mü­sən ora?

Axırı gəlif boynunun dalınnan bir ağaj vuran kimi bı, gup­bul­tuynan düşür. Hay düşür, uje bunnan aralandı. Bunnan aralandı ki, uje bunu bu zəmi yiəsi öldürdü bu gədəni.

Deyir:


– Ay filankəs!

Deyir:


– Hə.

Deyir:


– Ay bala, mən nətəər eliyim ki, bilsinnər ki, mənim bu oğ­la­na canım çox yanıfdı, səsim bərk çıxsın?

Axı köhnə vaxlarda, (indi heylə şey yoxdu e) belə dizdərinə dö­yürmüşdər, şaxsey deyirmişdər e. Deyif ki, dağarın yoxdu ku? Də­əndə deyifdi ki, var. Deyir:

– Dağarı gəti bura. (Dağar da qoyunun dərisinnən olur. Ke­çə­dən quru olur hamma o).

Gətirir. Belə ortadan cırır, burasınnan da bir qatma bağlıyır. Də­rini bağlıyır alt paltarının altınnan, üsdəki tumanın altınnan. İndi be­lə eliyəndə şakqıltısı dünyəni götürür dana. Gedir. Camahat ağ­la­şır dana. Şaxsey təpən kim, çığıran kim, ürəyi gedən kim. Bı arvat gö­rür kü, ə, bu keçəl burdadı, bu sirri açajaxdı. Keçəl də hərdən-bir­dən deyir ki, neyniyif, sana dəri tuman arvad eliyif.

– Ədə, bala, yeri ged əvmizə.

Hərdən-birdən bı tərəfə keçir:

– Ayə, sana neyniyif, dəri tuman arvad eliyif.

Birdən biri başa düşür.

– Ə, bala, bala, bəri gə görüm.

Deyir:


– Nədi?

Deyir ki, bı nə sözdü? Sən deyirsən ki, sana neynifsə, dəri tu­man arvad eliyif. Deyir:

– Havax dedim?

Deyir:


– Bala, indijə demədin ki, sana neyniyifdi dəri tuman arvad eli­yifdi?

Əmr eliyir. Bütün qadınnarı yığıllar bir tərəfə. Arvatdarın bi­rin ayırır ki, belə-belə yoxla. Gör kimdə dəri var? Baxıllar, gorüllər bı. Təzədənnən padşah əmr eliyir, qəşəhcə bağlıyıllar bir atın quy­ru­­ğuna bı arvadı. Kol-kos sürüyüf götürüf gedir. Götürüf gedir, apa­rıf qarq eliyir. Nağıl da qutardı.


281. ALLAHI QONAQ ÇAĞIRAN TACİR
Bir dənə varrı adam varmış. Tacirdi dana, milyanermiş. Elə in­diki milyanerrər kimi dana. Gedir Xudavəndi-aləmin yanına, de­yir ki, filan vaxdı mana qonax gəlginən dana, yeməy-işməy irah­lı­yım. Deyir ki, baş üsdə, gələrəm, niyə gəlmirəm. Nəysə. Bunun da ço­banı varmış, sahədə qoyun otarırmış. Bu da vax verif ki, elə bil, sə­hər gəl dana. Bir gün qabax gəlir bu. Gəlir çoban, qoyunu qay­ta­ran­da bir də çö­nür kü, bir qara çuxalı kişi xeylağıdı, duruf qoyunun qı­rağında.

– Salaməleykum!

– Əleykəssalam!

– Bərəkətdi olsun, ay çoban! Məni beyjə qonax sax­lı­yar­sam­mı?

Deyir:

Allaha da qurban olum, qonağa da, niyə saxlamıram.



Nəysə, çobannan hərrənir. Axşam düşür, bunun ayrıca yatax ye­ri varmış. Bunu da aparır qonax saxlıyır. Həyətdə də tiyan-mi­yan, hamısı qaynıyır, plov-mlov, vur çatdasın. Qoymahaqoyma. De­yir:

– Bu nədi?

Deyir:

– Vallah, tacirin qonağı gələjəh, bilmirəm ta kimdi.



Deyir:

– Dur getginən balaca boşqaf götür. Denən ki, patşah sağ ol­sun, bəs qonağım var, onnan birəz verin də. Heç olmasa, adamdı da­na, yesin.

Bunu göndərir. Bunun boşqavına bi çömçə tökür. Nəysə, elə eliyir ki, heş boşqaf dolmur da. Nəysə, bul­lar gəlir yeyir, hələ yarısı da qalır səhərə. Deyir:

– Bu, nətəər oldu ə? Çoban deyir, təhcə yeyirdim, qutarırdı. Bu, nətəər olan işdi?

Qonağ deyir:

– Ə, hələ üş gün yeyəjəhsən bunu sən.

Nəysə, durur tezdənnən bunnan, qoyunnan gedir. Qonağa de­yir ki, bəs səni hara yola salım? Deyir ki, mənim getməli yerim var, ge­dəjəm mən. Qoyunu yığır, qoyunun qabağın qaytaranda görür kü, ki­şi qəfildən yoxa çıxdı.

Nəysə, vax tamam olur. Allah gəlmir. Pat­şah gedir Allah-taalanın yanına, deyir:

– Xudavənd-aləm, başına dö­nüm, bəs vax demisən, qazannar qaynıyır, bəs sən niyə gəlmirsən? Göz­düyürüh, yeməh hazırra­mı­şıx.

Deyir:


– Başına kül, gejə mən gəlmişdim ora. Həmən çobannan gələn mənəm. Sənin nək­qə­dər var-dövlətin var, onun bərəkətin hamsın verdim o çobana.

Bu, ba­şına-gözünə döyə-döyə gəlir ki, mən namard oldum. İndi başına-gö­zünə döyür kü, mənim boynum qırılsın, niyə bilmədim mən bə.

İn­di kimliyinnən asılı olmuyarağ evinə gəlifsə, nəyin varsa, hörmət elə­məlisən ona. Bir tikən varsa, verməlisən ona. (Bu nağılı bir qonax varıdı, qadın xeylağıydı. O nağıl eləmişdi).
282. BİR İL ÇOBAN OLAN KİŞİ
Bir nəfər cavan oğlan gedir oxumağa. Bu da təzə əv­lə­nif­miş, övladı yoxumuş. Bir ərimiş, bir arvat. O vax da oxumax uzun çə­kərmiş. İrim beş il oxuyur, qayıdır vətəninə. Vətəninə qayıdanda gə­lir görür kü, bir çoban qoyun otarır.

– Salaməlöyküm!

– Əleyküməsalam!

– Qardaş, bərəkətdi olsun. Xoş gəldin.

Çörəh yeyirmiş. Deyir:

– Ay qardaş, gəl otur, çörəh ye.

Gəlir oturur, çörəh yeyir. Bu qoyunun südünnən sağır, yeyir. De­yir:

– Hardan gəlirsən?

Deyir ki, bəs filan yerdən gəlirəm. Elm oxuyuf gəlirəm, indi ge­dirəm evimə. Deyir:

– Sən evdən irmi beş ildi çıxmısan da. Getdin gördün ki, ev­də ayrı bir kişi var. Nağararsan?

Deyir:

– Ə, vuruv öldürərəm. Ə, nə danışırsan?



Deyif:

– Yox.


Bu nəqədər eliyir, bu boynuna almır, demir.

Deyir:


– Bə neynəməliyəm?

Deyir ki, bir il çobançılığ eləməlisən maa. Deyir:

– Ə, qardaş, deginən, çıxım gedim. İrim beş ildi bəs mən...

Deyif:


– Yox, bir il çobançılığ eliyəssən, onnan sora deyəjəm.

Bir il tamam olanda deyir ki, getdin gördün kü, aylən bir adam­­nan yaşıyır, yatıflar bir yerdə. Sən çöldəsən da, sən sağsan, ol­lar yatılıdı, səbr elə.

Gedir evinə. Qapını döyür. Görür ki, həyqətən, çoban deyəndi elə. Gedir, bir yekə daş gətirir ki, (o vaxdı yerdən qazma pəyələridi, pə­yənin başı belə açığ idi, dam deyirdih biz ona) burdan daşı ata, bul­ların ikisin də öldürə. Birdən deyir, ə, bir il çobançılığ eləmişəm e, qoy bir görüm, bu kimdi? Seravno buların ikisi də mənim əlim­də­di. Gəlir daşı qoyur qırağa, qayıdır gəlir. Qapını belə döyür:

– Filankəs, filankəs!

Deyir:

– Kimsən?



Deyir:

– Mənəm, filənkəsəm dənə.

Deyəndə deyir ki, filənkəs, filankəs, dədən gəldi. Deməli, mu­nun uje irmi neçə yaşı var. Deməli, bir il çobançılığ ona bir oğul verif. Əyər bu bir il çobançılığ eləməsəydi, daşınan vuruv oğ­lu­nu öldürəjeydi deməh. Bu səbr tez gəlir bunun qavağına ki, ə, bir səbr elə də, gör bu kimdi.


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə