15
"Türkmənçay" kimi yazılır - Ş.F.), Türkmankəndi, eləcə də Göyçay
və Bərdə rayonlarındakı türkman kəndləri
12
"türkman" toponimi ilə
müstəqil əlaqədar deyilmi? Bugünkü İranda 60 min nəfərdən çox
türkmanın (!) yaşadığı da məlumdur.
13
Türkman tayfa üzvləri
haqqında belə məlumatların olması İsgəndər bəy Türkmanın
mənşəyinin türk olması xüsusunda heç bir sorğu-sual doğurmur.
Belə olan halda, qətiyyətlə deyə bilərik ki, "Tarixe-aləmaraye-
Abbasi" kitabının müəllifi İsgəndər bəy Münşi Türkman
azərbaycanlıdır!!!
Şah Abbas məiyyətinin tərkibində müxtəlif səfərlərə və
hərbi yürüşlərə çıxan İsgəndər bəy əsasən İsfahanda yaşamışdır.
Onun ailəsi və övladları haqqında da əsərində məlumat yoxdur,
amma müəllif özünün ən yaxın qohumu kimi qardaşı oğlu
Məhəmməd Salehi tərifləyir və bu şairin şerlərindən misallar gətirir
ki, bu haqda aşağıda məlumat verəcəyik.
İsgəndər bəy Şah Abbasla birlikdə Azərbaycanın, demək
olar ki, bütün böyük şəhərlərində, o cümlədən Təbriz, Ərdəbil,
Naxçıvan, Əhər, Xoy, Maku, Gəncə, Ordubad, Şamaxı, Bakıda
olmuş, öz münşilik fəaliyyətinə uyğun tapşırıqları yerinə
yetirmişdir.
Bəzi müəlliflərə görə, İsgəndər bəy 1629-cu ildə vəfat
etmişdir. Bu tarixin səhv olduğunu bildirən Ə.Rəhmani tarixçinin
1634-cü ildə öldüyünü göstərir ki, bu fikir həqiqətə tam uyğundur,
çünki yazdığı "Tarixe-aləmaraye-Abbasi"dən başqa, onun yenə də
fars dilində yazdığı "Kitabe-tərəssol min münşəate-Xacə İsgəndər
bəy Münşi" ("Xacə İsgəndər bəy Münşi tərəfindən yazılan sənədlər
kitabı") və "Zeyle-tarixe aləmaraye-Abbasi" ("Dünyanı işıqlandıran
Abbasın tarixinin ardı") kimi daha iki əsəri qələmə alınmışdır
14
ki,
"Zeyl...", əlbəttə, birinci kitabından sonra yazılmışdır.
İsgəndər bəy səfəvi hökmdarları tarixinə həsr etdiyi öz
məşhur əsərini iki variant halında hazırlamışdır. I variant hicri tarix
ilə 1025-ci ildə (miladi 1616) tamamlanmış, II variant isə hicri
1038-ci ildə (miladi 1629) bitirilmişdir. Variantların birincisi həcm
etibarilə çox böyük olan və 12 məqaləyə bölünən "Müqəddimə"ni
12
Azərbaycan Sovet Ensiklopediyası, c. IX, Bakı, 1986, səh. 402.
13
D-r Məhəmməd Moin. Fərhənge-farsi, c. V, Tehran, h. 1378, səh. 387.
14
Ç.A.Stori. Göst. əsər. II hissə, s. 873-874; Ə.Rəhmani. Göst. əsər, səh. 17.
16
və müəllif tərəfindən "Səhifə" adlanan iki cildi əhatə edir.
Variantların ikincisi isə yenə "Səhifə" adlanan üç cildi əhatə edir ki,
I cilddə 12 məqalə əks olunur, lakin qədim Tehran nüsxəsinə əsasən
İrəc Əfşar "Tarixe-aləmaraye-Abbasi"nin I məqaləsini sonrakı 2-12-
ci məqalələrdən ayırmış və həmin 11 məqalə kitabın ikinci
hissəsinin 1099-1116-cı səhifələrində verilmişdir.
Birinci məqalə səfəvilərin Şah Abbasa qədərki nəsil
şəcərəsini və ondan əvvəlki 4 səfəvi hökmdarının (I Şah İsmayıl, I
Şah Təhmasib, II Şah İsmayıl və Şah Məhəmməd Xudabəndə)
tarixçəsini, qalan 11 məqalə isə birinci məqalə kimi müfəssəl
olmadan tam yığcam şəkildə Şah Abbasın fərdi xüsusiyyətlərini,
habelə quruculuq işlərini və hərbi-siyasi fəaliyyətini əhatə edir.
15
Həmin 11 məqalənin hamısı Şah Abbas ömrünün 38 və 39-cu
illərini əhatə edən hicri 1033 (miladi 1624)-cü ildən sonra
yazılmışdır.
16
Möhtərəm oxucu, indi isə həmin 11 məqalənin təkcə
sərlövhələrinə diqqət yetirmək müəllifin Şah Abbasa olan böyük
məhəbbət və ehtiramının inikası kimi diqqətəlayiqdir. İsgəndər bəy
onların adlarını bir-bir belə sadalayır və onlara bir neçə səhifə ayırrr:
İkinci məqalə: O həzrətin (Şah Abbasın - Ş.F.) Allah
dərgahına diqqət və hədsiz bağlılığının (esteğraq) zikridir;
Üçüncü məqalə: [O həzrətdə] təqdir səhifəsinə uyğun ilahi
məhəbbət və biliyin oturuşu (esabat), habelə gördüyü işlərin
gözəlliyi haqqında;
Dördüncü məqalə: [O həzrətə verilən] sahibqranlıq
rütbəsinin ləyaqəti, baş verən təhlükələrin və xoş sonluqla başa
çatan səadətli qranların (ulduzların nəhslik və bədbəxtliklərindən
qurtulma - Ş.F) zikri;
Beşinci məqalə: [O həzrət tərəfindən] ədalətpərvərliyin,
yolların əmniyyətinin və insanların yaşayış şəraitinin yüksəldilməsi
barədə;
Altıncı məqalə: [O həzrət tərəfindən] ilahi hikmətlərdən
olan sərt hökmlərin icrası haqqında;
Yeddinci məqalə: [O] həzrətin cahandarlıq tərzi (ayin) və
hökmranlıq etmə qaydaları haqqında;
15
Ç.A.Stori. Göst. əsər, II hissə, s. 874; İsgəndər bəy Münşi. Tarixe-aləmaraye-
Abbasi (Oqtay Əfəndiyev və Namiq Musalı tərcüməsi), səh. 9.
16
İsgəndər bəy Türkman. Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar nəşri), Müqəddimə,
səh. 18.
17
Səkkizinci məqalə: O həzrətə xas anlaşılmaz xasiyyəti
(bitəəyyoni), dərvişanə xisləti (dərvişnehadi), xudbin olmaması
(bitəkəllofi) və onda iki təzadlı xüsusiyyətin mövcudluğu haqqında;
Doqquzuncu məqalə: [O həzrətin] xidmətkarların hüquqi
haqlarını qoruması və onların mülkiyyətlərinə toxunmamasının
zikri;
Onuncu məqalə: [O həzrətin] xoş xisləti (şekoftetəbi),
onun aləmdəki vəziyyət və ümmət təbəqələri ilə tanışlığı haqqında;
On birinci məqalə: O həzrət tərəfindən xeyriyyə təsisatları
və imarətlər inşasının zikri;
On ikinci məqalə: [O həzrətin] Humayun hakimiyyəti
vaxtı baş verən hadisələr, müharibələr və qələbələrin zikri."
17
Qeyd olunmalıdır ki, yuxarıdakı on bir məqalənin
sərlövhələri "Fars ədəbiyyatı" kitabında olduqca yığcam tərcümə
olunmuşdur.
18
"Tarixe-aləmaraye-Abbasi" kitabının I cildini bitirən
müəllif II cildi davam etdirməyə başlayır və onun qələmi Şah
Abbasın taxta cülusundan başlayaraq onun hakimiyyətinin ilk otuz
ilini yazmağa yönəlir (1587-1616-cı illər). III cild isə 1629-cu ilədək
davam edir.
İsgəndər bəy Münşi mükəmməl savada malik şəxs
olmuşdur ki, bunu onun qələmindən çıxan hər cümlə sübut edir.
Siyasi hadisələr haqqında nisbətən asan və hamının başa düşəcəyi
bir dillə yazmışdır, qalan məsələlər isə (elmi, iqtisadi, dini-ideoloji,
diplomatik və s.) olduqca qəliz söz, cümlə və ibarələrlə ifadə
olunmuşdur. Kitabı oxuyarkən səfəvi sarayının görkəmli münşisi
olan İsgəndər bəy həm də şeri, musiqini, yaşadığı dövrün rəvacda
olan elmlərini mükəmməl bilən bir sima kimi nəzəri cəlb edir.
İsgəndər bəy Münşinin qələmə aldığı bu məlum mənbənin
müxtəlif əlyazma nüsxələri (tam, yaxud hissələrlə) dünyanın bir çox
ölkələrindəki kitabxanalarda hifz olunmaqdadır. "Fars ədəbiyyatı"
kitabının məlumatına əsasən bilmək olur ki, bir çox məşhur
şəhərlərdə (Moskva, Leninqrad, Daşkənd, İstanbul, Edinburq,
Kabul, Bağdad, Tehran, Berlin, İrəvan, Lahur, Pəncab, Məşhəd,
17
Tarixe-aləmaraye-Abbasi (Şahin Fazil tərcüməsi), Bakı, 2010, səh. 676-710.
18
Ç.A.Stori. Göst. əsər, II hissə, səh. 874-875.
Dostları ilə paylaş: |