20
Münşi kimi salnaməçilər vicdanlı fəaliyyət göstərmişlər. İsgəndər
bəy təkcə tarixi mənbələrin adlarını və müəlliflərini xatırlatmır, o
həmçinin bir çox nəzm və nəsrlə elmi, dini-fəlsəfi, ədəbi, coğrafi və
s. kitabların adlarını bir-bir yazır, yeri gəldikcə onlara əsaslanır,
yaxud həmin kitabların müəlliflərini oxuculara təqdim edərkən
onların yaradıcılığında əsas yer tutan əsərlərini də bir-bir sadalayır.
Belə ki, İsgəndər bəyin istifadə etdiyi tarixi qaynaqlar
aşağıdakılardır:
"Əhsənüt-təvarix", "Tarixe-Əkbəri", "Tarixe-Həbibüs-
ciyər", "Tarixe-Təbəristan", "Tarixe-cəhanara", "Rövzətüs-səfa",
"Xülasətül-əxbar", "Zəfərnamə", "Foruhate-Yəmini", "Lübbət-
təvarix", "Mətləüs-sədeyn və məcməül-bəhreyn", "Cəngnamə",
"Cameye-Abbasi" və s.
İsgəndər bəyin mütaliə və məlumat diapazonunun geniş
olmasının sübutu üçün aşağıdakı kitabların təkcə adlarını çəkmək
kifayətdir:
"Qurane-Kərim",
"İncil", "Təcrid", "Əxlaqe-Cəlali",
"Əxlaqe-Mohseni", "Əxlaqe-Naseri", "Təzkireye-Mir Təqi Kaşi",
"Təşrihəl-əflak", "Cameəl-osul", "Cameəl-hekayat", "Çehel hədis",
"Haşiyeye-qəvayede-şəhid", "Haşiyeye-şərhe-eşarat", "Haşiyeye-
təfsire-Qazi", "Haşiyeye-mətul", "Həblol-mətin", "Zübdətül-osul",
"Hədayeqül-salehin",
"Haşiyeye-şərhe-moxtəsəre-osul",
"Həyəvətül-həyəvan", "Xüləsətül-hesab" "Xolseye-mələkutiyyə",
"Şərhüş-şərhe-Çəğmini", "Şərhe-şəfaye-Şeyx Əbu Əli", "Şərhe-
Koleyni",
"Səfvətüs-Səfa",
"Suratül-müstəqim",
"Rəvaşehe-
səmaviyyə", "Səbe-Şəddad", "Surətül-əqalim", "Orvətül-Vəsəqi",
"Sovərül-əqalim", "Əcayebül-məxluqat", "Fərəc bəd-əş-şeddət",
"Kəşkül", "Gülüstan", "Qiyasate-həqqül-yəqin fi hədusül-aləm",
"Eynül-həyat fi təfsirül-ayat", "Məxzənül-əsrar", "Əyunəl-məsayel",
"Nüzhətül-qülub", "Həft-bənde-Mövlana Həsən Kaşi", "Məsalekül-
məmalik", "Sidrətül-məntəha", "Haşiye-şərhe moxtəsəre-osule-Mir
Damad",
"Məşre-qüs-şəmseyn",
"Miftahül-fəllah",
"Divane-
Kəmaləddin İsmail", "Divane-Lisanülqeyb Hafiz Şirazi" və s.
"Tarixe-aləmaraye-Abbasi" əsəri artıq çoxdandır ki, bir sıra
dünya ölkələri tədqiqatçılarının nəzərini özünə cəlb etmişdir. XX
Alimlərdən V.Hins, H.R.Romer, H.Horst, H.Busse, H.Braun,
R.Luft, G.Herman, K.Rorborn, M.Mazzoi, S.Şuster, B.Palombiani,
E.Qlassen, B.Hofman, H.Müller, E.Eberhard, H.Zirke, iranşünas
Avropa müəlliflərindən A.Ləmbton, R.Seyvori, Ç.Melvill,
21
A.Morten, E.Herziq, J.Oben, J.Kalmar, M.Handa, J.Baqe-Qramon,
L.Rabino, M.Zuppe, A.Pimontese, B.Skarçia, V.Flor, R.Mati,
M.Dikson, R.Çesni, A.Hyuman, həmçinin rus şərqşünasları
İ.Petruşevski, A.Romaskeviç, O.Akimuşkin, N.Mikluxo-Maklay,
Türkiyə və İran tədqiqatçılarından F.Sümər, B.Kütükoğlu,
F.Kırzıoğlu, H.Fəlsəfi, Ə.Nəvai, İ.Əfşar, Ə.Mənzəvi, E.Eşraqi,
İ.Dehqan, Ə.Süheyli-Xansari və başqaları dəfələrlə "Tarixe-
aləmaraye-Abbasi"dən və onun müəllifindən bəhs etmişlər.
"Tarixe-aləmaraye-Abbasi"
əsərini bir sıra
vətən
tarixçilərimiz, o cümlədən Ə.Rəhmani, O.Əfəndiyev, M.Heydərov,
S.Aşurbəyli, Y.Mahmudov, M.Nemətova, S.Onullahi, Ə.Rəcəbli,
Ş.Məmmədova, T.Nəcəfli, X.Qasımov, R.Ağayev, T.Cəfiyev,
M.Ağalarov, Fərəh Hüseyn və b. mütəmadi olaraq tədqiqata cəlb
etmiş, bu dəyərli kitabı XVI-XVII əsrlər Səfəvi tarixşünaslığının
önəmli mənbələrindən ən dəyərlisi hesab etmişlər.
"Tarixe-aləmaraye-Abbasi" kitabının mühüm fayda və
əhəmiyyəti barədə aşağıdakıları demək olar:
XVI-XVII əsrlərdə idari və hərbi təsisatlar, həmçinin
maddi və şəri məsələlərin işıqlandırılması;
Səfəvilərə qonşu olan bir sıra ölkə xalqlarının (osmanlılar,
gürcülər, teymurilərin Hindistanda hakimiyyətdə olan padşahları,
Mavərənnəhr türkləri və s.) adət və ənənələrinin təsviri;
Başqa kitablarda təsadüf olunmayan tarixi hadisələrin
təsviri;
Səfəvi dövrünün alimləri, üləmaları, qoşun başçıları,
hökumət vəzifədarları, rəssamlar, xəttatlar, şairlər və musiqiçilərlə
bağlı məlumatların verilməsi;
Dövlət və hərbi aparatda hakimiyyəti illərində bir sıra
tayfalar və onların başçıları, həmçinin müxtəlif vəzifələr haqqında
geniş məlumatın nəzərə çatdırılması;
Dövrümüzdə artıq unudulmuş nadir söz və istilahların
işlədilməsi.
33
Kitabın bu faydalı cəhətlərini xatırlatmaqla kifayətlənən
İrəc Əfşarın məlumatlarının sayını xeyli artırmaq olar. Məsələn,
dövlətin quruluşu və diplomatiyası; bir sıra rəsmi məktubların tam
mətninin, yaxud məzmunlarının əks olunması; İsgəndər bəy Münşi
tərəfindən geniş işlədilən türk-monqol istilahlarının tez-tez nümunə
33
Tarixe-aləmaraye-Abbasi (Şahin Fazil tərcüməsi), I hissə, səh. 93.
22
gətirilməsi; bir sıra vergi və mükəlləfiyyətlər haqqında qiymətli
məlumatların verilməsi; əhalinin köçürülmə siyasəti; II Şah
İsmayılın vəfatından sonra və Məhəmməd Xudabəndənin
hakimiyyətə başlamasından əvvəl bir neçə ay hakimiyyəti öz əlində
saxlamış Pərixan xanımın (I Şah Təhmasibin qızı - Ş.F.) olduqca
orijinal tərzdə yazılan diplomatik fəaliyyətinin İsgəndər bəy qələmi
ilə əks etdirilməsi; dövlətlərarası və tayfalararası ixtilaf və
münaqişələrə münasibət; əsərdə hadisələrin məzmunu ilə bağlı 1000
misradan çox şer parçalarının, habelə atalar sözləri və
zərbülməsəllərin verilməsi və s.
Bəzi tarixçilərə yüksək qiymət verən İsgəndər bəy yazır:
"İlahinin seçdiyi o həzrətin (Şah Təhmasibin - Ş.F.) gözəl
sifətlərinin vəsfi qədərindən artıq, onun haqqında yazmaq isə
qələmin qüdrətindən və darülinşa (dəftərxana - Ş.F) katiblərinin
barmaqları (bənan) imkanından kənardır. Uca dövlətin onun
dövründə baş vermiş hadisələrinin təsvirini, apardığı müharibələri,
aldığı ölkə və şəhərləri, habelə başqa böyük əhvalatları rumlu tarixçi
(movərrex) mərhum Həsən bəy o həzrətin dövründə yazdığı və
"Əhsənüt-təvarix" adlandırdığı kitabında elə təsvir etmişdir ki, bu
həqir zərrədə ("zərreyi həqiq" - İsgəndər bəy Münşi özünü
təvəzökarlıqla belə adlandırır - Ş.F) elə yazmaq qabiliyyəti yoxdur.
Yol tapım mən necə şah məclisinə?
Qapıçı timsalı yoxdur qədrim.
Necə təlim eləyim elmi ki, var
Məndə vəsfiyçün onun az təlim.
Mənim niyyətim əlahəzrət zilləllah şahın (Şah Abbasın -
Ş.F.) dövründə baş vermiş hadisələri yazmaq olduğundan sözümü
uzatdığıma (ətnab) görə üzr istəyirəm. Bu aləmi bəzəyən "Aləmara"
kitabı (nosxe) o cahan şəhriyarının başına gələnlərin tam şərhinə
həsr olunduğu üçün "Abbasnamə"ni yazan qələmim (xame) gücüm
çatana qədər söz bəzəməkdən uzaqlaşmayacaqdır".
34
Bir daha vurğulamaq lazımdır ki, "Tarixe-aləmaraye-
Abbasi" əsərindəki məktublar, onlardan ayrı-ayrı parçalar, yaxud
məktubların yığcam məzmununun verilməsi, sünnü məzhəbindən
olan özbəklərin şiə qızılbaşlara münasibətlərini əks etdirən iki böyük
34
Tarixe-aləmaraye-Abbasi (Şahin Fazil tərcüməsi), I hissə, səh. 93.
Dostları ilə paylaş: |