13
Xansari, Nəsrullah Fəlsəfi, Rzazadə Şəfəq, İ.RPetruşevski,
O.Ə.Əfəndiyev, M.X.Heydərov, S.M.Onullahi, Ş.F.Fərzəliyev,
Ş.K.Məmmədova və başqaları), lakin bir daha qeyd etməliyəm ki,
Ə.Ə.Rəhmaninin ilk tədqiqat işi məhz İsgəndər bəy Münşinin
qələmindən çıxan və bu salnaməçinin yaşadığı dövr tarixinin ilkin
mənbəyi olan "Tarixe-aləmaraye-Abbasi"nin ("Dünyanı bəzəyən
Abbasın tarixi") tədqiqinə yönəldiyindən o, bu haqda daha çox
yazmış, nəticədə özündən sonra mühüm bir monoqrafik əsər yadigar
qoymuşdur.
1560-cı ildə Azərbaycanın "türkman" adlı türk qəbiləsində
dünyaya göz açan İsgəndər bəy gənc yaşlarından mühasibat (siyaq)
elmi işlə məşğul olmuş, səfəvi hökmdarı Şah Məhəmməd
Xudabəndənin (hakimiyyət illəri 1578-1587) süvari qulamlar
xidmətinə qatılmış, 32-33 yaşında I Şah Abbas Səfəvinin
(hakimiyyət illəri 1587-1629) münşilərindən (katib) biri kimi ali
divanda işləməyə başlamışdır. Ə.Rəhmaninin gəldiyi qənaətə görə,
onun bir münşi kimi saray xidmətinə cəlb edilməsində Səfəvilər
dövlətinin etimadlısı (etimadüddövləsi), həmyerlimiz Hatəm bəy
Ordubadinin rolu olmuşdur. "Tarixe-aləmaraye-Abbasi"də İsgəndər
bəylə Hatəm bəy arasında olan dostluq münasibəti barədə dəfələrlə
məlumat verilmişdir.
Qeyd olunmalıdır ki, İsgəndər bəy gənc yaşında ikən bir
döyüşdə də iştirak etmişdir. Şah Məhəmməd Xudabəndənin oğlu
Həmzə Mirzə Səfəvinin üsyankar əmirlərlə qarşıdurmasına həsr
olunmuş hissədə (hicri 995/miladi 1586) müəllif yazır ki, onun 26
yaşı olarkən könüllü olaraq şah dəftərxanasını tərk edir, əyninə
zirehli paltar geyinir, silaha sarılır və Həmzə Mirzənin döyüşçü
dəstəsinə qoşulur. Əsərdə oxuyuruq: "Bu sətirlərin müəllifi deyir ki,
o zaman ömrünün həyat mərhələlərindən iyirmi altısı ötmüşdür və o,
nəvvab şahzadənin qələm ərbabı silkindən olub, divana mənsub
şəxslərdən biri idi, iyirmi altı yaşlı adamlara xas olan nəfs cəhaləti
və dərrakəsizlik üzündən əyninə zireh geyinib, silaha sarılıb, sivri
nizə tutub, igidlik ərbabı zümrəsinə daxil olub, nəvvab şahzadənin
xidmətindən ayrılıb fəthə qədər onunla birlikdə oldu, hadisələri öz
gözləri ilə gördü, gördüyü kimi də yazdı."
7
7
İsgəndər bəy Türkman. Tarixe-aləmaraye-Abbasi, Şahin Fazil tərcüməsi, I hissə,
səh. 609.
14
İsgəndər bəy mənşə etibarilə kimdir? Onun əslən
azərbaycanlı olmasının sübata heç bir ehtiyacı yoxdur. Lakin ingilis
tədqiqatçısı Ç.A.Stori "Fars ədəbiyyatı" adlı bio-biblioqrafik
kitabında tarixçi Əbülhəsən bəy İbrahim Qəzvininin "Fəvaide-
səfəviyyə" ("Səfəvilərin faydaları") adlı tarix əsərinə əsaslanaraq
8
"Tarixe-aləmaraye-Abbasi" müəllifini "İsgəndər əş-şəhir bi Monşi",
yəni "Münşi kimi məşhur olan İsgəndər" adlandırır. Ç.Storiyə görə,
İsgəndər h. 969 (m. 1561/62)-ci ildə doğulmuşdur. Alimin gətirdiyi
bu doğum tarixinin təshihə ehtiyacı vardır. Tədqiqatçılardan
Y.E.Breqel və N.D.Mikluxo-Maklay yuxarıda göstərilən 1561/62-ci
il tarixini dəstəklədikləri halda, İrəc Əfşar, O.Əfəndiyev,
Ə.Rəhmani, S.Onullahi, Ş.Fərzəliyev və başqaları İsgəndər bəyin
1560-cı ildə doğulduğunu yazmışlar.
9
Sonralar O.Əfəndiyev və
N.Musalı müəllifin öz materiallarından istifadə edərək, onun
təvəllüdünün 1560/61-ci ilə təsadüf etdiyini bildirmişlər.
10
Ç.Stori İsgəndər bəyin əsil-nəcabəti haqqında "ehtimal ki,
heç nə məlum deyildir" yazır.
11
Doğrudur, İsgəndər bəyin özü də bu
haqda heç nə demir. Orta əsr salnaməçiləri, ümumiyyətlə, özləri
haqqında xəsisliklə məlumat verirlər, Amma bizim tarixçinin adına
əlavə olunan və mənşəcə kimliyini bildirən "türkman" ifadəsi məgər
onun məşhur türk tayfalarından birinə mənsubluğunun sübutu
deyilmi? Axı azərbaycanlıların etnogenezisində fəal iştirak etmiş
türkman tayfası XV-XVII əsrlər tariximizin dövlət quruculuğu
sahəsində böyük nüfuz və fəaliyyətə malik olmuş, müstəsna xidmət
göstərmişdir. Səlcuqilərin tərkibində İrana, Azərbaycana və Kiçik
Asiya torpaqlarına gələn türkmanlar sonralar tərəfdarı olduqları
ağqoyunlulardan ayrılaraq qızılbaş tayfa birliyinin yaranmasında
fəal iştirak etmişlər. Məgər Cənubi Azərbaycandakı Türkman,
Türkmançay (bu toponim bizim ədəbiyyatımızda bu günədək səhvən
8
Ч.А.Стори. Персидская литература. Био-библиографической обзор.
Переработал и дополнил. Ю.Э. Бретель, Москва 1972, Часть III, с. 1741.
9
İsgəndər bəy Türkman. Göst.əsər, I hissə. İrəc Əfşarın müqəddiməsi, səh. 15; Октан
Эфендиев. Азербайджанское государство Сефевидов в XVI веке, Баку, 1981, с.
24; А.Рахмани. Азербайджан в конце XVI и в XVII веке, Баку, 1981, с. 6.;
S.M.Onullahi. XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi, Bakı, 1982, s. 17; Şahin
Fazil Fərzəlibəyli. Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə, II nəşr,
Bakı, 1999, səh. 18.
10
İsgəndər bəy Münşi. Tarixe-aləmaraye Abbasi (Abbasın dünyanı bəzəyən tarixi),
Fars dilindən tərcümə edənlər Oqtay Əfəndiyev və Namiq Musalı, Bakı, 2009, səh. 4.
11
Yenə orada, II hissə, s. 873.