m əişət m ünasibətlərini qarşılıqh şəkildə araşdırmışıq.
«Bilqamıs» dastanmda göbək kəsmə ilə bağlı olaraq insana
müəyyən hüququn verilməsi adəti diqqəti cəlb edir. Bilqamısın
hərəmxanaya sərbəst getmək hüququndan bəhs edən Şamxat
bu hökmün ona göbəyi kəsiləndən verildiyini bildirir. (7,
S.21)
Göbəkkərtmə ilə müəyyən hüquqlarm verilməsi adəti
3ütün türk xalqlarma məxsusdur. Onlar arasmda göbəkkəsmə
zamanı nikahlama mərasimi geniş yayılmışdır. Bu məsələ
iiə bağlı «Kitabi-Dədə Qorqud»da Bayburanm oğlu Bamsi
Beyrək boyunda Baybican bəy deyir: «BəkIər, Allah-Təala
mənə bir qız verəcək olursa, siz tamq olun, mənim qızım
Baybura bəgin oğluna beşikkərtmə yovuqlu oIsun!'’(16,
S.52).
Beşikkərtmə etnoqrafık ədəbiyyatda «göbək kəsdi»
kimi də işlədilir. Uşaqlarm «göbək kəsmə»-nişanlama adəti
Azərbaycan türklərində XX yüzilliyin əw əllərinə qədər
mövcud olmuşdur. Ümumiyyətlə, türk xalqlarmda uşaqlarm
gələcək taleyində göbəyin kəsilməsi və düşmüş göbəyə
münasibətin böyük rol oynamas] inamı geniş yayılmışdır.
Altay, Orta Asiya və Sibir türkİərində uşağın göbəyinin
düşmüş hissəsi xüsusi torbalarda qorunur.(88. s.98) Azər-
baycan, Ön Asiya türklərində göbəyin düşən hissəsinə cinsə
görə münasibət var. Naxçıvanda hələ də belə inam vardır
ki, uşağm göbəyini harada basdırsan, o lıəmin yerə meyilli
olar.
Azərbaycan türklərində övladlığa götürmə, qardaşlaşma
ilə bağh çox qədim inamlar və adətlər mövcuddur. Bu
məsələdə başhca rolu ana oynayır. Xüsusən, körpə uşağı
övladlığa götürdükdə ana onu köynəyinin yaxasından keçirir
və uşaq doğma hesab olunur. Böyük yaşlı uşaqlar isə xeyir-
dua ilə övladhğa götürülür və doğma hesab edilir. Adətin
izləri müəyyən cəhətdən şumerlərlə bağlanır. Bilqamıs öz
113
dostu Enkidunu anası Ninsunun yanma aparıb deyir:-Xeyir-
dua ver ona, qoy mənə qardaş olsun. Ninsun onlarm Hum-
babanı öldürməyə gedəcəklərini bildikdən sonra Enkidunu
çağınb ona belə söyləyir:
«Eııkidu, ey qüdrətİi, ey mənim doğmadığım!
Tanrı üçün qurbanlıq, kahinlər, qızlar İlə
Mən səni Bilqamısa sirdaş elan etmişəm»,
Çıxarıb Enkidunun boynuna tilsim asdı.(7, s.33)
Bundan sonra dastan boyu Enkidu Bilqamısın yaxm
dostu, qardaşı kimi təsvir edilir.
Dastanda Bilqamıs və Enkidu Humbabanı öldürmək
üçün səfərə çıxarkən Ninsunun onların arxasmca su atması
və sağ-salamat qayıtmaları üçün un qurban qoyması ilə
bağh inam və adətlər Azərbaycan türklərinin məişətində
indi də geniş şəkildə qahr. Dastanda deyihr:
İgidlərin ardınca bir cam təmiz su atdı,
Pillələrə çıxıb o evin damma qalxdı.
Qalxıb tərif dedi O,
Şamaşm şərəfmə,
ƏUni göyə tutdu, un qurban qoydu O,
Şamaşm şərəfmə. (7, s.32)
Azərbaycan türkləri suyu aydmhq hesab etməklə uzaq
səfərə çıxanm sağ-salamat qayıtması və işinin uğurlu olması
üçün onun arxasmca su atarlar. Un qurban qoyulması
adətinin paraleli Naxçıvan ərazisində daha geniş yayılmışdır.
Böyük bir xatadan qurtarana deyirIər:-«Bir parça çörəyin
övsanaya düşüb», «Allahm sənə yazığı gəlib, isti çörək
yandınb paylat». Bizcə, şumerlərdə mövcud olmuş adət və
inam çox cüzi transformasiya ilə indi də yaşayır.
«Bilqamıs» dastanında verilmiş bir sıra deyimlərj Azər-
baycan türklərinin atalar sözləri və zərb-məsələlərinə uyğun
114
gəlir. Humbaba ilə döyüşə gedərkən Bilqamıs söhbət açıb
Eııkiduya söyləyir:
«TəkIikdə inan bizə o heç nə edə bilməz.
Aynhqda bizim də əhmizdən iş gəlməz.
Sıldırun tək keçilməz, ikihkdə keçilər»,
• #
Uçqat hörülmüş kəndh* asanhqla qırılmaz,
Bir ciit şir balasımn gücü şirdən az olmaz!(7, s.32)
Buna uyğun olaraq Azərbaycan atalar sözləri və zərb-
məsələlərində deyilir:
Tək əldən səs çıxmaz.
E1 gücü,sel gücü.
E1 bir olsa, zərbi kərən smdırar və s.
Təkcə atalar sözləri və zərb-məsələlər baxunmdan
deyil, qədim şumerlərin alqış və qarğışları ilə oğuz-türk
alqış və qarğışları böyük yaxmlığa malikdir. Evlənmək
təklifı ilə Məlaikə İştar Bilqamısa aşağıdakı alqışı deyir:
Sən evə buyuranda, daxil olanda bizə,
Öpsün ayaqlarmı döşəməm, evim, taxtım,
Qarşmda diz çöksün sənin dövlətlilər, ağalar,
Sənə xərac verilsin bol məhsulu düzlərin,
Neməti təpələrin.
Keçilərin üç bala,
Qoyunun əkiz doğsun,
Yük daşıyan eşşəyin
Qatıra çatsm sənin.
Cəng arabasmda atlaryürüşdə dönməz olsun,
Boyundumq altmda gedən öküzlərinin
Əvəzi tapılmasm.(7, s.46-47)
«Kitabi-Dədə Qorqud» dastanmda isə Dədə Qorqud
boy boylayıb böylə deyirdi:-”Qarlı qara dağların yıxılmasm.
Kölgəlicə qaba ağacm kəsilməsin. Qamən axan körklü
115
suyun qurumasm (qanatlai'm qırılmasm). Qadir tanrı səni
namərdə möhtac etməsin. Çaparkən ağ-boz atm büdrəməsin.
Çalışanda qara polad üz qılmcm kütəlməsin...”
Azərbaycan türklərinin alqışlarmm bəzilərinə diqqət
yetirək: Dövlətin başmda aşsm. Bucağm dolu olsun. Məhsulun
ocaq vursun. Düşmənin puç olsun. Namərdə möhtac ol-
mayasan və s.
Alqışlarla bərabər, şumerlərin və Azərbaycan türklərinin
qarğışlan ciddi yaxmhğa malikdirlər. «Biİqamıs» dastanmdakı
və bizim Naxçıvan ərazisindən topladığımız qarğışlarm
qarşıhqh tutuşdurulması bu yaxmhğı aydm şəkildə göstərir.
Müqayisə üçün əw əlcə «Bilqamıs»dakı, mötərizədə isə
bizim topladığımız qarğışları təqdim edirik:
Gəl, a y a v a gəzəntə, sənə dilək diləyim.
(A küçələr yavası, gəzəntə).
Kökəİmiş qızlarmı sevə biknəyəsən sən.
(Bala böyüdüb barmı görməyəsən).
Onlarla toy-düyünə, şənliyə, getməyəsən.
(Övlad toyu görməyəsən, oğul evəndirib,
qız ərə verməyəsən).
Evində heç bir zaman sevinib güiməyəsən.
(Səni görüm üzün güiməsin).
Dörd yokm ayrıcmda səfıİ dolanasan.
(Səni görüm küçəiərdə qaİasan).
Divarİarm dibində yatmaq adətin oİsun.
(Divarlarm dibində sərgəndar qalasan).
t
Usta daman evinin üstünü düzəitməsin
(Evin başma uçsun, yurdun-yuvan dağılsm).
Uçuq divarianna çöİ yarasaiarı dolsun.
(Evin xaraba qaİsm, yurdunda bayquşiar ulaşsm).
Ocağında qonaqİıq, nədə bir şənlik oİsun.
Dostları ilə paylaş: |