Babəkə, Cavanşirə, hər hansı nağıl qəhramanına bənzədirdi.
«Atmm» adı da milli idi: Qırat, Alapaça və s.
E1 meydam xalqm tamaşa, yığmcaq yeri idi. Burada
kəndirbaz, kosa-kosa, m üxtəlif bayramlar, xanbəzəmə, pəh-
ləvan oyunları keçirilərdi.
Meydanlarm ətrafmda, damlann, divarlarm və ya burada
olan qarağac, narbənd, tut və çinar ağaclarmm kölgələrində
öz yerləri vardı məhəllə ağsaqqalarmm. Onlar bu meydanlarm
daimi iştirakçıları idilər. Yastı daşlardan, qısa ya uzun
tirlərdən düzəldilmiş xüsusi yerlərdə əyləşər, oyunİara
tamaşa edərdilər. Onu da xatırlayıram ki, ilin soyuq vaxtlarmda
daş üstə oturmazdılar, «daş yeldi, xəstəlikdi»- deyərdilər.
Kişilərdən fərqlİ olaraq yaşh qadmlar qonşularm birinin
həyətində və ya məhəllə meydanımn az hərəkətli olan bir
yerİndə oturub söhbətləşərdilər. Hər qadmm kiçik döşəkçəsi
var idi. Döşəkçəsini götürdüsə deməli o harasa gedəsi idi.
Beləcə davam edərdi qadm-qadma söhbətlər. Bir şey də
maraqh idi. Qadmlar elə-belə quru söhbət etməzdilər. Kimisi
teşidə yun əyirər, kimi corab, əlcək toxuyar, kimi yun didər
və s.
Kiçiklərin, oyunçularm işinə yaşhlar qarışmazdı. Çünkİ
meydan özü hər şeyi öyrədirdi. Balacalar özündən böyüklərdən
öyrənə-öyrənə gələrdilər bu meydanİara. Oyunda səhv et-
səydilər sonra düzəldilərdi. DəcəL cığal oyunçular oyuna
şuluq qatardılar. Bəzən arada savaş çıxardı. Ətrafdakı
ağsaqqallardan biri kimliyini bilmədiyi uşaqlara «bir qülaqbur-
ması» verərdi, bununla da məsələ bitərdi. Atalar çox qarış-
masalar da bəzən analar işə müdaxilə edərdilər. Amma
ətrafdakılar, xüsusən qonşular: «Uşaqla-uşağm arasma gir-
məzlər. Bu gün savaşarlar, sabah barışarlar»- deyib, aranı
sakitləşdirərdilər.
102
Uşaq oyunlan yaş dövrünə görə fərqlənirdi. Evdə,
həyətdə oğlanlar qızlarla birgə «Qəcəmədaş», «Beş daş»,
«GizIən-parc», «lağ-lağ», «Ciqerəqatma» və s. oynayardılar.
Meydan oyunlarma gəlincə qızlar onda iştirak etməzdilər.
Bir qayda olaraq meydan oyunlan 10-12 yaşmdan sonra
oynanılardı. Bu vaxtdan, bəzən daha erkən yaşlarda qızlar
özləri oyunlar təşkil edərdilər. Əgər oğlanlarm oyununda
daha çox hərəkətlilik, güc üstünlük təşkil edirdisə, qızlarm
oyunlarmda evdarlıq, gəlincik düzəltmə, «Qəcəmədaş»,
«Beş daş», «Dom-dom», «YeIləncək», «Fincan-fmcan»,
«Bənövşə», «Gizlən-parc» və s. bu kimi oyunlar geniş
yayılmışdı. Hələ erkən yaşlardan qızlar gəlincik düzəltmək,
nənni (beşik) asmaq öyrənir, «XaIa-xala», «Evcik-evcik»
oynayırdılar. Bu oyunlarda isə qonaq qəbul etmə, xörək
bişirmək, uşağa qulluq və s. əsas yer tuturdu. Nisbətən
yuxarı yaşlı qızlar oğlanlara qoşulub oynayanda onları
məzəmmət edərdilər. Eyni vəziyyət qızlara qoşulub oynayan
oğlanlara aid idi. Belələri «qız kimi», «qızbibi» adlandırılırdı.
Oyunlarda qaydalara ciddi əməl olunurdu. Güclünün
zəifı incitməsi yol verilməz idi. Hər kəs Öz tay-tuşu ilə oy-
nayardı. Yaşlı uşaqlar kiçiklərə nəzarət edərdilər. Kollektiv
oyunlarda dəstə marağı əsas idi. Dəstələrə isə daha aktiv,
bacanqlı olanlar rəhbərlik edərdilər. Uşaqlar arasmda qovğa,
dalaş olanda «birə bir deyibləo) prinsipi hakim idi. Bu
məsələdə yaş fərqi və fıziki inkişafa da xüsusi diqqət
verirdilər. Uşaqlar aralarmdakı mübahisəni özləri həll
edərdilər. EIə uşaqlar olurdu ki, onlan oyuna buraxmırdılar.
Belələri «oyunpozan», «dəcəl (cığal)», «davakar» və s. ad-
lanırdılar. O dövr üçün bu bir tərbiyə vasitəsi idi. Uşaqlar
arasmda oğurluq bağışlanmaz günah sayılırdı. Yoldaşlanmn
hər hansı bir əşyasını, aşığmı oğurlayan uşağı oyuna qat-
103
mazdılar. Onu görən kimi uşaqlarm hamısı bir ağızdan:
«Oğurçu, oğurçu» və ya «oğurçu bəndə, gəlmə bu kəndə»
deyib qışqırardılar. Bəli, bu böyük tənbih idi.
Dəstənin sirrini, gizli adları digərlərinə bildirmək
olmazdı. Belələri «satqm», «şeytan» adlandınlardı. Onlar
gələn kimi «danışmaym, içimizdə şeytan var», açıq şəkildə
«sən şeytansan» deyib oyuna buraxmazdılar. Bu fıkir bütün
kənd üçün hakim idi. Özünü təklənmiş hiss edən, kollektivdən
qopmuş birinin söz verib, ən müqəddəs saydığma and içib,
əməlindən əl çəkməkdən özgə çarəsi qalmırdı. Bu bir tövbə
idi, el tövbəsi.
Oyun zamanı gücsüzün, zəifm qəlbinə dəymək, kiminsə
qüsurunu üzə vurmaq günah sayılırdı.
Uşaqlar arasmda məhəllə və həbə (mərkəz) təsübü var
idi. Böyük kəndlərdə bir məhəllənin uşağı az halda digər
məhəllənin meydanma gedərdi, orada oyun oynayardı. Bu
məsələdə qonaqlar müstəsna idi. Əksinə, onlarm oynaması
müsbət cəhət kimi qiymətləndirilirdi. Meydanı, həbənİ
qorumaqdan, məhəllənin qeyrətini çəkməkdən, buradakı
oyunlarda qalib gəlməkdən başlayırdı vətən sevgisi, yurdun,
torpağm müdafiəsi, ar, namus, böyük, kiçik məsələbri.
Meydanlar təkcə oyun mərkəzi deyildi. Burada həll olunurdu
bir sıra məsələlər, el şənlikləri, buradan almırdı bütün
məlumatlar. Böyük kiçikliyindən asıh olaraq meydanlar
sənətkarlıq və ticarət mərkəzləri idi. Lazım gələndə bir
yerdə dairə çəkib onu da meydan adlandırardılar. Meydanlar
ictimai yerlər, əyləncə mərkəzi, el səhnəsi idi. Burada
aşıqlar deyişər, bağlaşar, bir-birinin sazım alar, pəhləvanlar
meydan sulayar, özlərinə qənim axtarar, biri digərinin kürək-
lərini yerə vurardılar. Ətrafa, divarlann, evlərin üstünə top-
lanmış insanlar alqış deyərdilər. Ay! «Kitabi-Dədə Qorqud»da
104
Dostları ilə paylaş: |