Azərbaycan m iLLİ elm lər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə18/33
tarix01.11.2017
ölçüsü1,08 Mb.
#7807
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

Müqayisəli  araşdırmalar  göstərir ki,  azərbaycanhlarda 
oldugu kimi, digər türk xalqlai'mda da xma məclisi qadmlarla 
bağlıdır.Analoji  olaraq Anadolu türkləhndə, xüsusən Doğu 
və  Güney  Anadoluda  «erkek  kma  gecesi»  adlı  mərasim 
keçirilir. Bu, subaylıqla vidalaşmadır [33, s.8-9]. Naxçıvanda 
«Bəyin  bəylik  gecəsi»,  «Xma  gecəsi»,  «Qızbaşı»  adətləri 
bir statusdan digərinə keçməkdir, yeni həyatm başlanğıcıdır. 
EI  dili  ilə  desək  «Subayhq  sultanhqdır»  mərhələsinin  bit- 
məsidir. T oylardakı belə şənliklər, bəyUk, xanlıq hüquqlarmın 
verilməsi,  qız-gəlinlərin  həna  yaxması  adətlərinə  Novruz 
bayramında  da  rastlanmaqdadır.  Toplanmış  materiallara 
söykənərək  demək  olar  ki,  bəylik  hüququ  verilməsinin 
oxşar  variantma  Naxçıvamn  Ordubad  bölgəsində  Novruz 
bayrammda, «Xanbəzəmə» adh şöləndə də rastlanmaqdadır. 
Novruzdan  ə w ə l  kəndin  yaşlı  insanları  bir  nəfəri  xan 
seçirİər.  O  üç  gün  müddətində  xana məxsus  idarə  sistemi 
qurub  kəndi  yönəldir.  Kəndin  əsas  meydanmda  şənliklər 
keçirilir,  xalqm  şikayəti  dinlənilir,  küsülülər  barışdırılır, 
xanm əmri ilə m üxtəlif əyləncə və gəzintilər olur. Beləliklə, 
«Bəyin bəylik gecəsi»ndən fərqli olaraqN ovruzda seçilmiş 
xanın hakimiyyəti üç gün davam edir. Burada diqqəti çəkən 
bir məsələ də vardır-əgər seçilmiş xan şənlikləri, xalq idarə 
sistemini  təşkil  edə  bilmirdisə  xalq  onu  hakimiyyətdən 
salırdı  və  yeni  xan  seçirdilər.  Deməli,  hər  kəs  xan  ola 
bilməzdi,  bunun  üçün  xüsusi  qabiliyyət  tələb  olunurdu. 
Elin xanı həm güldürməyi, həm idarə sistemini yaxşı bacar- 
mah, həm də əxlaq və mənəviyyatı ilə seçilməli idi. Yuxarı- 
dakılardan bu nəticəyə gəlmək olar ki, Naxçıvan toylarmdakı 
bir sıra adət və mərasimlər tarixin alt qatİannda formalaşmaqla 
genetik cəhətdən digər türk xalqları ilə ümumİ bağlara ma- 
likdir.  «Bəyin bəylik gecəsi»,  «Qızbaşı»,  «SubayIıqla vida 
62


gecəsi» və  digər bu  kimi adətlər evlənənlərin bir statusdan 
digərinə keçərkən insanlarm onlara göstərdiyi böyük diqqətin 
timsalı  olmaqla  onlara  hakimiyyət,  bəylik  və  xanmılıq 
hüququ  tanıması  ilə  bağlıdır.  «Xanbəzəmə»yə  gəlincə  bu 
yeni  ilin  başlanğıcmda  xalqm  istək  və  arzularmm  yerinə 
yetirilməsi,  idarəçi  ilə idarə olunanm bərabər hüquqluluğu, 
üç  gün  müddətində  bərabər  idarə  sisteminin  yaranması, 
elliliklə toy, əyləncə,  şənlik məclislərinin keçirilməsidir.


II  FƏSİL.
A D Ə TLƏ R , M Ü N A SİBƏ TLƏ R.
2.1. 
NAXÇIVANDA “YAŞINM A” A D Ə Tİ VƏ
ONUN G E N E Z İSİN Ə  D A İR
Etnosun  qədim  tarixinin,  etnik-m ədəni  əlaqələrinin 
tədqiqində  adət və  inanclar əsas yer tutur.  Xüsusən,  o  adət 
və  inanclar ki,  onlar tarixin  alt  qatlannda,  ailə-məişət mü- 
nasibətlərinin fonnaİaşdıgı ilk dövrbrdə yaranmış, müəyyən 
dəyişikliklərb günümüzə qədər qorunub saxlanmışdır. Belə 
adətlərdən  biri  bəzi  müəlliflərin Ataxaqanlığı,  iıətta ondan 
da əw əlki dövrə aid etdikləri “Yaşmma” adətidir.Tarixiliyini, 
digər  türk  xalqlarmda  da  geniş  yayılmasmı  nəzərə  alaraq 
adətin yaranması və genezisi ilə bağlı məsələləri araşdırmağa 
çalışmışıq.
Yaşmma»  adəti  çoxcəhətli  olmaqla  ailə-məişət  müna- 
sibətlərində xüsusi yer tutur. Elmi əhəmiyyətini, tarixiliyini 
nəzərə  alaraq,  «yaşmma»  ilə  bağlı  müəyyən  cəhətlərdən 
geniş bəhs etmək istərdik.
Nikah və toyla bağh adət və inanclar içərisində etnoqrafik 
ədəbiyyatda  E.Teylorun  dediyi  «avoidanie»  (rus  etnoqra- 
fıyasmda-«izbeqanie»)  adı  İIə  tanman  adət  və  inanclar 
xüsusi  yer  tutur.  M üəIIif  «Yaşınma»  adətini  ər  və  arvad 
arasmdakı  münasibətlərə  aid  edir.  Rus  etnoqrafıyasmda 
məsələdən ilk dəfə A.N.Maksimov geniş bəhs etmişdir.
A.N.Kosven «yaşınma» («avoidanie») adətini ikili aib-


nigah  münasibətlərinin  ilkin  dövrünə  aid  etməklə  Ata- 
xaqanlığma  keçidlə  əlaqələndirir  (66,  s.l31).  O,  yazır  ki, 
sonrakı inkişaf mərhələsində adətə əməl olunması ilk nigah 
münasibətlərindən başlanmışdır. Yəni başlıca dİqqət evlənmə 
ilə bağh «yaşınm a»yayönəldilir (66, s.142). Ümumiyyətlə, 
araşdıncılar yaşımna adətinin  formalaşmasm: 4  əsas  şərtlə 
əlaqələndirirlər.  Birinci:  Keçmişdə  geniş  yayılmış  nikah 
forması-qızm  zorla  qaçırılması,  sonrakı  mərhələdə  onun 
qohumlardan, ətrafdan yaşımnası. İkinci şərtdə qrup nikahlar- 
dan fərdi (ikili) nigaha keçilnıəsi. Bui'ada «yaşmma» birtərəfli 
olmaqla,  daha  çox  cinsi  xarakter  daşımah  idi,  yəni  yad 
kişİlərdən  «yaşınma».  E.Teylora  görə  «yaşmma»nın  bir 
səbəbi  də  ata  hakim iyyətinin  Önə  çıxması  ilə  bağlıdır. 
Müəllif təkcə  ərlə  arvad  arasmdakı  yaşımnanı  deyil,  yaşlı 
qohumlar,  valideyn  və  uşaqlar  arasmdakı  münasibəti  də 
bura aid edir və  bu  üçüncü  şərt sayılır.  Eyni  fıkiri  müdafıə 
edən M.O.Kosven «Atahçestvo» məqaləsində «yaşınma»da 
,kişi  hakimiyyətinin,  ata hüququnun  başlıca  rol  oynadığmı 
önə çıxarmaqla onun Ataxaqanhğı dövründə fonnalaşdığım 
göstərir  (65,  s.48).  Dördüncüsü  isə  daha  çox  psixoloji 
amillərlə  izah  olunur.  Yəni,  başhca  diqqət  cütlərin  bir- 
birindən,  ətrafdakılardan  utanma,  ayıbetmə  məsələlərinə 
yönəldilir  və  etiketiə  əlaqələndirilir.  Adətin  formaİaşması 
ilə bərabər, onun tədqiqi məsələsində də bir sıra mübahisəli 
cəhətlər mövcuddur.  «Yaşınma» ilə bağh adətlərin qadağan 
sisteminə  bağhhğı,  «yaşmma»nm  səbəbləri,  onun  etiketlə 
əlaqələri ətrafinda araşdırıcılar arasmda mübahisəli fikirlər 
vardır. T.E.Markova görə, digər sosial institutlar kimi «yaşm- 
ma» («izbeqanie») adətinə birmənah deyil, müxtəlif cəhətdən 
yanaşmaq  İazımdır.  Çünki  adət  özündə  m üxtəlif  ictimai 
şəraitdə  formalaşmış  əlanıətləri  saxlayır  (71,  s.67).  Eyni
65


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə