«AZƏrbaycan hava yollari» qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi



Yüklə 294,23 Kb.
səhifə5/8
tarix19.05.2022
ölçüsü294,23 Kb.
#87381
1   2   3   4   5   6   7   8
referat 5145

2.1.OLAP modelləri.
Qeyd etdiyimiz kimi tranzaksiyaların operativ emalı (OLTP) və analitik (OLAP) sistemlərdə bir-birindən fərqli məsələlər həll olunur.OLTP sistemlərində səmərəlilik kriterisi kimi vahid zaman müddəti ərzində yerinə yetirilən tranzaksiyaların sayı götürülür.Analitik sistemlər üçün isə mürəkkəb sorğuların emalı sürəti və saxlanan informasiyanın strukturunun şəffaflığı mühüm əhəmiyyət kəsb edir Verilənlər anbarı əsasında qurulan analitik sistemlərin mühüm xüsusiyyətlərindən biri də ondan ibarətdir ki,verilənlər gec-gec,lakin böyük hisslərlə (bir dəfəyə minlərlə və bəzən yüz minlərlə yazı) yüklənir.Odur ki,bu cür sistemlərdə adətən tamlığın,bərpa olunmanın təminatı və qarşılıqlı bloklaşdırmanın aradan qaldırılması üçün inkişaf etmiş vasitələrə ehtiyac olmur.Bu isə sistemin reallaşdırma vasitələrini sadələşdirməklə və asanlaşdırmaqla yanaşı,verilənlərə müraciətin və onların analizinin məhsuldarlığı artırır.
Verilənlər anbarının yaradılması aşağıdakı əsas məsələlərin həllini tələb edir:

  1. analitik sorğuları mümkün qədər tez cavablandırmağı və tələb olunan yaddaş tutumunu nəzərə almaqla verilənlərin saxlanmasının optimal strukturunun seçilməsi;

  2. verilənlər anbarının ilkin yüklənməsi və sonradan genişləndirilməsi;

istifadəçinin verilənlərə rahat müraciətinin təmin edilməsi;
Hazırda VA-da verilənlərin təsviri üçün müəyyən mənada bir-birini tamamlayan iki modeldən istifadə edilir:çoxölçülü model və relasiya modeli.

2.1.1.Çoxölçülü model və ya MOLAP.
VA-da tətbiq edilən çoxölçülü modelə,başqa sözlə,çoxölçülü OLAP (Multidemensional OLAP-MOLAP) deyilir.Çoxölçülü model daha artıq əyaniliyə və informativliyə malik olub,verilənlərin analizini aparmaq üçün yaxşı imkan yaradır.
Çoxölçülü modelin ən çox istifadə olunan variantı verilənlərin üç ölçüyə görə təsviridir.Yuxarıda qeyd edildiyi kimi VA-da əksər halda verilənlər vaxta görə yığılır.Verilənlərin Hər bir qiyməti üçölçülü fəzada (P,O,T) üçlüyü (nöqtəsi) ilə təsvir edilir.Burada P-parametrin (verilənin) adı,O-obyekt,T-vaxtıdır.Bu cür nöqtələr çoxluğu hiperkub təşkil edirlər.

Üçölçülü modelə aid misal.

Çoxölçülü modelin əsas anlayışları “ölçü” və “qiymət”-dir.”Ölçü” (dimension)-hiperkubun bir tərəfini təşkil edən çoxluqdur (relasiya modelində domenin analoqu).Ölçülər hiperkubun xanallarındakı konkret qiymətləri identifikasiya etmək üçün istifadə edilən indekslər rolunu oynayırlar.Qiymətlər-hiperkubun xanalarında (Cell) saxlanan və analiz edilən verilənlərdir.Çoxölçülü modeldə ölçülər üzərində aşağıdakı əməliyyatlar aparıla bilər:



  • kəsik (Slice);

  • fırlanma (Rotate);

  • detallaşdırma (DrillDown);

  • ümumiləşdirmə (Drill Up);

Çoxölçülü modeli dəstəkləyən VBİS-in əsas vəzifəsi analitik emala yönəlmiş sistemi reallaşdırmaqdan ibarətdir.Çoxölçülü modelli VBİS-lər reqlamentlənməmiş (ixtiyari) mürəkkəb sorğuları daha asan və yaxşı yerinə yetirirlər.
Lakin çoxölçülü modelin tətbiqini məhdudlaşdıran ciddi çatışmazlıqlar mövcuddur.Onlardan biri ondan ibarətdir ki,çoxölçülü modeldə relasiya modeli ilə müqayisədə yaddaş sərfi xeyli çoxalır,ona görə ki,bütün qiymətlər üçün əvvəlcədən yer ayrılır.Baxmayaraq ki,onlardan bəziləri və ya əksəriyyəti olmaya bilər.2-ci çatışmayan cəhət ondan ibarətdir ki,hiperkubun reallaşdırılması zamanı yüksək detallaşdırma səviyyəsinin seçilməsi çoxölçülü VA-nın həcmini xeyli çoxaldır.
Bu və digər səbəblərə görə mövcud çoxölçülü sistemlər böyük həcmli verilənlər massivləri ilə əməliyyat apara bilmirlər.Bu sistemlərdə saxlana bilən verilənlərin ümumi həcmi 30-50 Gigabaytla məhdudlaşır.Odur ki,çoxölçülü modeldən həcmi həddən çox olmayan VA-nın reallaşdırılmasında və ölçülərin sayının vaxt üzrə stabil olduğu halda istifadə edilməsi məqsədəuyğundur.


Yüklə 294,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə