«AZƏrbaycan hava yollari» qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi



Yüklə 294,23 Kb.
səhifə6/8
tarix19.05.2022
ölçüsü294,23 Kb.
#87381
1   2   3   4   5   6   7   8
referat 5145

2.1.2.Relasiya modeli (ROLAP).
Verilənlər anbarlarında verilənlərin təsviri üçün ənənvi relasiya modelindən də geniş istifadə edilir.Bu halda hiperkub VBİS tərəfindən məntiqi səviyyədə emulyasiya olunur.Bu modelə başqa sözlə ROLAP (Relational OLAP-ROLAP) deyilir.Çoxölçülü modeldən fərqli olaraq,relasiya modeli böyük həcmli verilənlər massivlərini saxlamağa imkan verir.Lakin relasiya modelli sistemlərdə analitik sorğuların yerinə yetirilmə sürəti nisbətən az olur.
Relasiya modelli VA-da verilənlər xüsusi sxemlə təşkil olunur.Ən çox “radial” və ya “ulduz” adlana sxemdən istifadə edilir.Bu sxemin əsasını iki tip cədvəl təşkil edir:

  • faktlar cədvəli (faktoloji cədvəl) ;

  • bir neçə arayış cədvəli (ölçülər cədvəli) ;

Faktlar cədvəlində ,adətən, analiz üçün ən çox istifadə edilən verilənlər saxlanır Relasiya modelində faktoloji cədvəlin yazısı çoxölçülü modeldə hiperkubun xanasına uyğun gəlir.
Hər bir ölçü özünün arayış cədvəli təsvir edilir.Faktoloji cədvəl arayış cədvəllərinin fərdi açarlarından təşkil olunmuş mürəkkəb açarla indeksləşdirilir.Bununla da arayış cədvəlləri ilə faktoloji cədvəl arasında açar atributlara görə əlaqə yaradılır.
Misal kimi aşağıda istehsal müəssisəsinin sexləri üzrə müəyyən vaxt perioduna görə istehsal olunan məhsul haqqında informasiyanı saxlayan VA-nın sxemi verilmişdir.Burada MAH_ID – məhsulun identifikatoru,SEX_ID – sexin identifikatoru,PER_ID – periodun identifikatorudur.Cədvəllər arasındakı əlaqələr xətlərlə göstərilmişdir.Cədvəllərin açar atributları boz rənglə ayrılmışlar.

Cədvəlləri radial əlaqələndirən VA-nın sxemi(ulduz sxemi)

Real sistemlərdə faktoloji cədvəldəki sətirlərin sayı yüz minlərlə,hətta milyonlarla ola bilər.Arayış cədvəllərin sayı isə 10-20-dən çox olmur.Verilənlər analizinin məhsuldarlığını artırmaq üçün faktoloji cədvəldə detallaşdırılmış verilənlərlə yanaşı,əvvəlcədən hesablanmış və ümumiləşdirilmiş verilənlər də saxlanır.


Ölçülərin sayı çox olduqda VA-nın təşkili üçün “qar dənəciyi” (Snowflake) sxemindən istifadə edilə bilər.Bu cür sxemdə arayış cədvəllərinin atributları əlavə arayış cədvəllərində detallaşdırılır.
Analitik sistemdə cavabların alınma vaxtını azaltmaq məqsədilə xüsusi vasitələrdən istifadə etmək olar.Adətən güclü relasiya VBİS-in tərkibinə sorğuları optimallaşdıran komponent daxil edilir.Bu cür VBİS əsasında yaradılan verilənlər anbarında belə vasitələrin olması mühüm əhəmiyyət kəsb edir.Sorğuları optimallaşdıran komponent sorğunu analiz edərək onun yerinə yetirilməsi üçün müəyyən meyara görə VA-na müraciət əmrlərinin ardıcıllığını təyin edir.Məsələn, sorğunun yerinə yetirilməsi zamanı maqnit diskinə fiziki müraciətlərin sayını minimumlaşdırmaq olar.Sorğuları optimallaşdıran komponent cədvəllərdəki yazıların sayı,açarların diapazonu və s.kimi parametrlərlə əməliyyat aparan mürəkkəb statistik alqoritmlədən istifadə edir.
Bu sinfə MicroStrategy kompaniyasının DSS SuiteInformix kompaniyasının MetaCube, Information Advantage kompaniyasının DecisionSuite məhsulları və s. aiddir. 


Yüklə 294,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə