«AZƏrbaycan hava yollari» qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi


Çoxölçülü və relasiya üsullarının kombinasiyası



Yüklə 294,23 Kb.
səhifə7/8
tarix19.05.2022
ölçüsü294,23 Kb.
#87381
1   2   3   4   5   6   7   8
referat 5145

2.1.3.Çoxölçülü və relasiya üsullarının kombinasiyası.
Bu modellərdən hər birinin üstünlükləri və çatışmazlıqları var.Çoxölçülü model verilənlərin analizini sürətlə aparmağa imkan verir,lakin böyük həcmli informasiya massivlərini saxlamağa qadir deyil.Relasiya modeli isə,əksinə,verilənlərin həcminə məhdudluq qoymur,lakin bu modellə qurulan VBİS analitik sorğuların yüksək sürətlə icrasını təmin edə bilmir.
Son illərdə bu iki modelin kombinasiyasından istifadə etməklə onların üstünlüklərini cəmləyən üsuldan istifadə edilməsinə cəhd göstərilir və artıq bu cür hibrid model (HOLAP – Hybrid OLAP) əsasında qurulan sistemlər meydana gəlmişdir.Kombinasiyalı yanaşma aşağıdakı müddəaya əsaslanır.
Bir çox hallarda analiz üçün verilənlər anbarında saxlanan informasiyanın hamısına baxmağa ehtiyac olmur.Adətən,hər bir analitik və ya analitik bölmə müəssisənin fəaliyyətinin yalnız bir istiqamətinə xidnət edir.Odur ki, həmin analitikə və ya bölməyə ilk növbədə onun xidmət etdiyi istiqaməti xarakterizə edən verilənlər lazım olur.Bu verilənlərin real həcmi çoxölçülü VBİS-ə xas olan məhdud həcmdən böyük olmur.Odur ki,konkret analitik tətbiq üçün tələb olunan verilənləri ayrıca massiv kimi təşkil etmək olar.Bu cür verilənlər massivini çoxölçülü VB ilə reallaşdırmaq mümkündür.Həmin VB üçün verilənlər mənbəyini müəssisənin mərkəzi verilənlər anbarı təşkil edir.

Verilənlər anbarından və verilənlər vitrinlərindən istifadə edən QQDS-in məntiqi sxemi.

Sənaye müəssisəsi və istehsal olunan məhsulun reallaşdırılması ilə analogiya aparılsa,çoxölçülü verilənlər bazalarına kiçik anbarlar kimi baxmaq olar.Verilənlər anbarı konsepsiyasında onlara verilənlər köşkləi (Data Marts) və ya verilənlər vitrinləri deyilir .Verilənlər vitrini müəssisənin fəaliyyətinin bir istiqamətinə xidmət edən xüsusiləşdirilmiş tematik verilənlər anbarıdır.Verilənlər anbarından və verilənlər vitrinindən istifadə edən QQDS-in məntiqi sxemi yuxarıdakı şəkildə göstərilmişdir.Göstərilən sxem böyük həcmli informasiyanın saxlanması üçün relasiya VBİS-in imkanlarından və analitik sorğuları böyük sürətlə icra edən çoxölçülü VBİS-in imkanlarından birgə istifadə etməyə imkan yaradır.


Bu sinfə Speedware kompaniyasının Media/MR məhsulu aiddir.

Yüklə 294,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə