«AZƏrbaycan hava yollari» qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi



Yüklə 294,23 Kb.
səhifə3/8
tarix19.05.2022
ölçüsü294,23 Kb.
#87381
1   2   3   4   5   6   7   8
referat 5145

Problem sahəsinə yönümlülük.Verilənlər anbarı verilənlərlə əməliyyat aparan tətbiqi proqramların deyil,problem sahəsinin xüsusiyyətlərini nəzərə almaqla yaradılmalıdır.Verilənlər anbarının strukturu onunla işləyən analitikin informasiya haqqında təsvirini ifadə etməlidir.Məsələn,əgər mal tədarükçüləri haqqında verilənlər bazasında <> və <> cədvəlləri saxlanırsa,həmin mövzuya aid verilənlər anbarında <>,<> və <> haqqında verilənlər toplanır.
İnteqrallaşma.Verilənlər VA-na müxtəlif mənbəllərdən daxil edildiyindən onlar müxtəlif struktura və formata malik ola bilərlər.Məsələn,eyni anlayışlar müxtəlif cədvəllərdən müxtəlif atributlarla verilə bilər.VA-nın yüklənməsi zamanı həmin atributları vahid təsvir formasına gətirmək lazımdır.VA-da ümumiləşdirilmiş və aqreqatlaşdırılmış verilənlərin saxlanması məqsədəuyğun sayılır. Analitik,adətən,konkret günlərə və ya saatlara aid verilənlərlə deyil,aylara,kvartallara və illərə aid verilənlərlə işləyir.VA-da toplanan verilənlər analitik məsələlərin lazımi keyfiyyətlə həllinə kiyafət etməlidir.Əksər hallarda VA-da illərlə,hətta onillərlə toplanmış informasiya saxlanır.
Verilənlərin sabitliyi.Analitik sistemlərin verilənlərin operativ emalı sistemlərindən əsas fərqli cəhətlərindən biri də ondan ibarətdir ki,verilənlər VA-ya yükləndikdən sonra dəyişdirilməlidir,oraya yalnız yeni yazılar əlavə edilə bilər.Odur ki,QQDS üçün tranzaksiyaların geri götürülməsi, proseslərin qarşılıqlı bloklaşdırılmasının qabağının alınması aktual hesab olunmur.Burada əsas diqqət verilənlərə müraciətin yüksək sürətinin təmin olunmasıdır.VA-da informasiyanın dəyişilməzliyinin vacib şərti informasiyanın mühafizəsinin yüksək səviyyədə qorunması üçün etibarlı aparat və proqram təminatından istifadə edilməsidir.
Xronologiyanın təminatı.Əksər halda analitik sorğuların yerinə yetirilməsi üçün hadisələrin inkişafının tendensiyasını və ya dəyişənlərin qiymətlərinin vaxt üzrə dəyişmə xarakterini analiz etmək tələb olunur.Xronologiyanın nəzərə alınması VA-nın strukturuna “Tarix” və / və ya “Vaxt” tipli atributları daxil etməklə əldə edilir.Analitik sorğuların yerinə yetirilmə vaxtını yazıları fiziki olaraq vaxta görə nizamlamaqla,yəni yazıları “Tarix/Vaxt” atributunun qiymətlərinin artma ardıcıllığına görə yeləşdirməklə azaltmaq olar.
Qeyd edildiyi kimi VB-dəki və VA-dakı verilənlər və onların saxlanma prinsipləri bir-birindən fərqlənir.Əsas fərqlər aşağıdakı cədvəldə verilmişdir.
Verilənlərin aqreqatlaşdırılması dedikdə, mövcud sahələr əsasında müxtəlif münasibətlərin, intervalların, qiymətlərin (min, max, orta) ümumiləşdirilərək daxil edilməsi nəzərdə tutulur. Bazanın aqreqatlaşmış verilənlərlə doldurulması zamanı verilənlərin tranzaksiyalı verilənlər bazasından və metaverilənlərin müvafiq olaraq digər mənbələrdən seçilməsi təmin edilir.



Yüklə 294,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə