«AZƏrbaycan hava yollari» qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi



Yüklə 294,23 Kb.
səhifə2/8
tarix19.05.2022
ölçüsü294,23 Kb.
#87381
1   2   3   4   5   6   7   8
referat 5145

1.Verilənlər anbarı konsepsiyası.
Keçən əsrin 70-ci illərindən güclü meynfreymlərdən istifadə etməklə yaradılmasına və tədqiqinə başlanan verilənlərin emalları sistemləri müxtəlif sahələrdə böyük həcmli informasiyanın saxlanmasını və operativ emalını həyata keçirirdilər.Bu tip sistemlərdə informasiyanın saxlanma müddəti çox olmurdu.Adətən,bir təqvim dövrünü əhatə edirdi.Lakin bu cür sistemlərdə toplanan verilənlərdən müəssisənin,bankın və s. fəaliyyəti haqqında illərlə müqyisə edilə bilən daha dərin və faydalı informasiyanın mövcudluğuna fikir verilmirdi.Əslində isə informasiya massivlərin də ilk baxışda görünməyən qanunauyğunluqları aşkarlamaq və onların əsasında problem sahəsinə aid olan qaydaları çıxarmağa cəhd göstərmək olar.Sonrdan bu qaydalardan qərarlar qəbulunda,strateji planlaşdırılmada və proqnozlaşdırmada istifadə etmək olar.
Toplanan informasiyanın faydalılığının və ondan analitik məsələlərin həlli üçün istifadə edilməsinin mümkünlüyünün başa düşülməsi informasiya sistemlərinin verilənlərin analitik emalına əsalanan yeni sinifinin-qərar qəbul etməni dəstəkləyən sistemlərin(QQDS) yaranmasına gətirib çıxardı.Qərar qəbul etməni dəstəkləyən sistem dedikdə verilənlərin analizinə yönəlmiş və idarəetmə heyətini qərarların qəbulu üçün informasiya ilə təmin edən “insan-maşın” sistemi başa düşülür.Analitik sistemlər əvvəllərdə mövcud idi.Lakin böyük həcmdə toplanan verilənlərin emalının mümkünlüyü kompyuterlərin dəyərinin aşağı düşməsi,böyük həcmli verilənlərin saxlanma xərclərinin azalması,informasiya emalının riyazi və proqram təminatının inkişaf etməsi bu cür sistemlərin inkişafına yeni təkan verdi.Ənənəvi olaraq QQDS-in həll etdikləri məsələlərə aşağıdakılar aiddir:

  • Alternativ qərarların qiymətləndirilməsi;

  • Proqnozlaşdırma;

  • Təsnifat;

  • Klasterləşdirmə;

  • Oxşarlığın aşkar edilməsi və s.

Qərar qəbu edən şəxslər və ya analitiklər lazımi informasiyanı almaq üçün QQDS-ə sorğularla müraciət edirlər.Bu sorğular əksər halda tranzaksiyaların operativ emalı(OLTP-Online Transaction Processing) sistemlərinə verilən sorğulara nisbətən mürəkkəb olur.Mürəkkəb analitik sorğuları SQL dilinin terminləri vasitəsilə formalaşdırmaq mümkün olmur,odur ki,informasiyanı almaq üçün verilənlərin analitik emalına yönəlmiş xüsusiləşdirilmiş dillərdən(məsələn:ORACLE firmasının Express 4GL dili) istifadə edilir.Analitik sorğuları yerinə yetirmək üçün həmçinin xüsusi tətbiqi proqramlardan da istifadə edilə bilər.
Verilənlərdən faydalı informasiyanı çıxarmaq üçün onlar verilənlər bazasında qəbul olunmuş üsuldan fərqli şəkildə təşkil olunmalıdırlar.Bu aşağıdakı amillərlə bağlıdır:

  1. Analitik sorğuları yerinə yetirmək üçün böyük informasiya massivlərini emal etmək lazımdır.Verilənlər bazasının normallaşdırma dərəcəsi artdıqca və cədvəllərin sayı çoxaldıqca analizin yerinə yetirilmə sürəti aşağı düşür.Bu ondan irəli gəlir ki,bu halda nisbətlərin birləşdirmə əməliyyatlarının sayı artır.VB-nin cədvəllərinin normallaşdırılması verilənlərin izafiliyini aradan qaldırmaqla informasiyanın yeniləşdirilməsi üçün əməliyyatların həcmini azaldır.

Analitik sistemlərdə isə verilənlər praktik olaraq yerləşdirilmir.Burada verilənlər yalnız toplanır və təhlil olunur.Odur ki,bu cür sistemlərdə VB-nin normallaşdırılması aktual hesab edilmir.

  1. Bəzi analitik sorğuların (məsələn:tendensiyanın analizi və proqnozlaşdırma) emalı verilənlərin xronoloji nizamlılığını tələb edir.Relyasiya modeli cədvəldəki yazıların müəyyən qayda ilə yerləşdirilməsini nəzərə almır.

  2. Analiz üçün istifadə olunan verilənlər adətən,VB-dəki verilənlərdə fərqlənirlər.Analitik sorğulara cavab vermək üçün əksər hallarda detallaşdırılmamış,yəni ümumiləşdirilmiş və ya aqreqatlaşdırılmış verilənlərdən istifadə olunur.Məsələn, istehsalat müəssisəsində növbəti il üçün istehsal həcmini proqnozlaşdırmaq məqsədilə,ayrı-ayrı sexlərin aylar üzrə istehsal etdikləri məhsulun miqdarı ilə yanaşı,əvvəlki illər üzrə müəssisənin istehsal etdiyi ümumi məhsulun miqdarını bilmək lazımdır.

Qərar qəbul etməni dəstəkləyən sistemlərin əsaslandığı prinsiplər verilənlərin səmərəli saxlanmasına və emalına imkan vermədiyindən bu məqsədlə istifadə edilən verilənlərin xüsusiləşdirilmiş verilənlər bazasında təşkil edilməsi məqsədə uyğun sayıldı.Sonradan həmin verilənlər bazaları verilənlər və ya informasiya anbarları adlandırılmağa başlandı.İngiliscə onlara “DataWarehouse” deyilir.
Analitik sistemlərdə verilənlər anbarlarından istifadə edilməsi konsepsiyasının banisi Bill İnmon (ABŞ) sayılır.90-ci illərin əvvəllərində o,analitik sistemlər sahəsində tədqiqatların əsasını qoyan bir sira elmi əsərlər nəşr etdirmişdir.Verilənlər anbarı konsepsiyasının yaradılmasında İBM koorperasiyasının böyük rolu olmuşdur.
Verilənlər anbarı(VA) konsepsiyasının əsasını verilənlərin sonradan analizi üçün hazırlanması təşkil edir.Bu konsepsiya aşağıdakı müddəaları nəzərdə tutur:

  1. Müxtəlif mənbələrdən:ənənəvi verilənlər bazalarından,müəssisənin daxili və xarici elektron arxivlərindən və s.alınan verilənlərin inteqrasiyası və uyğunlaşması;

  2. Tranzaksiyaların emalı sistemləri ilə qərar qəbul etməni dəstəkləyən sistemlər tərəfindən istifadə edilən verilənlər massivlərinin bir-birindən ayrılması;

Bill İnmon verilənlər anbarına belə tərif verir:
Verilənlər anbarları idarəetmə qərarlarının qəbulunun təminatı üçün istifadə edilən problemyönlü,inteqrallaşdırılmış,dəyişilməyən və xronologiyanı təmin edən verilənlər toplusudur.Verilənlər anbarı konsepsiyasına əsaslanan QQDS-in funksional sxemi ilə sənaye məhsulunun istehsalı və reallaşdırılması prosesləri arasında oxşarlıq var.Sənaye müəssisəsində xammaldan hazır məhsul alınır,anbarlara yığılır,sonra isə istehlakçılara çatdırılır.
Analitik verilənlərin funksional sxemi də buna oxşardır:
Analitik sistemin sadələşdirilmiş funksional sxemi

Analiz üçün ilkin verilənlər OLTP sistemlərində (verilənlər bazalarından) elektron arxivlərdən və digər informasiya tədarükçülərindən (operativ informasiya agentlərindən və s.) alınır.Bu mənbələr bir-birilə əlaqəli olduqlarından onların təqdim etdikləri verilənlər müxtəlif struktura və təsvir formasına malik olurlar.Odur ki,müxtəlif mənbələrdən alınmış verilənləri bir-birinə uyğunlaşdırmaq ,yəni eyni formata gətirmək,təkrarlanmaları və səhv qiymətləri aradan qaldırmaq lazımdır.


Hazırlanan verilənlər anbara yüklənir.İstifadəçilər – analitiklər verilənlər anbarına kliyentlərin tətbiqi proqramları vasitəsilə müraciət edirlər.Həmin proqramlar istifadəçilərin sorğularına görə anbardakı verilənləri emal edirlər.Verilənlərin operativ emalı sistemlərindən fərqli olaraq,verilənlər anbarı konsepsiyasına əsaslanan sistemlərdə informasiya axtarışı kriterisi və hesabat kimi verilən informasiyanin tərkibi əvvəlcədən reqlamentlənməmiş sorğulara (ad-hoc query) görə xidmət olunur.
Qərar qəbuletməni dəstəkləyən sistemdə verilənlər anbarı konsepsiyasından istifadə etməklə aşağıdakı məqsədlər güdülür:

  • qərarların qəbul edilməsi üçün analitiklərin vaxtında , tam və dəqiq informasiya ilə təmin edilməsi;

  • müəssisənin vahid informasiya modelinin qurulması;

  • müxtəlif növ informasiyaya rahat müraciəti təmin edən,müxtəlif analitik altsistemlədən verilən eyni sorğulara eyni cavabları almağa imkan verən inteqrallaşdırılmış verilənlər mənbəyinin yaradılması;

Beləliklə,verilənlər anbarı informasiya sisteminə yeni keyfiyyət və imkanlar verir.Verilənlər anbarının reallaşdırılması üçün aparat və proqram vasitələrinin yüksək inkişaf səviyyəsi son illər bu konsepsiyanın geniş tətbiqinə imkan yaradır.
Verilənlər anbarına xas olan xüsusiyyətləri bir daha nəzərdən keçirək.

Yüklə 294,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə