Azərbaycan gənclərİnə müracİət


Namazda bədənİn örtülməsİ



Yüklə 2,35 Mb.
səhifə8/37
tarix31.03.2022
ölçüsü2,35 Mb.
#84911
1   ...   4   5   6   7   8   9   10   11   ...   37
GƏNCLİYİN-YEDDİ-SƏMASI

Namazda bədənİn örtülməsİ


−Kişilər namaz halında əgər bir şəxs görmürsə də cinsiyyət üzvünü örtməlidir. Yaxşı olar ki, namaz qılan kişi göbəkdən dizədək örtünsün.27

−Qadınlar namaz halında süni saçları, qolbağ və boyunbağı kimi gizli zinətləri, göz sürməsi kimi üz bəzəklərini örtməyə bilər. Amma naməhrəmdən örtünmək vacibdir.28


Namaz qılanın lİbası


−İnsan, bədəninin və libasının murdar olduğunu namazın gedişində və ya namazdan sonra xatırlayarsa, namazını yenidən qılmalı, vaxtı keçmişsə, qəzasını yerinə yetirməlidir.29

−Namaz halında qadının başının tükü görünərsə, ona bildirmək vacib deyil. O, nə qədər ki, tükünün göründüyündən xəbərsizdir, namazı düzgündür.30

−Qadının bədəni göstərən paltarla namaz qılması düzgün deyil. Amma çadra qolları örtərsə, qadın qısaqol köynək geyinə bilər.31

−Gəmi və təyyarə kimi, insanın sakit dayana bildiyi nəqliyyat vasitələrində namazın qiblə kimi şərtlərinə əməl etməklə namaz qılmağın eybi yoxdur. Amma ürfən sakit dayanmaq mümküsüz sayılan qayıqda və ya avtomobildə namaz qılmaq düzgün deyil. Yalnız zəruri hallarda və namazın vaxtı dar olduqda buna icazə verilir.32

−Namazda qadın kişidən arxada dayanmalıdır. Yaxşı olar ki, qadının səcdə yeri kişinin durduğu yerdən azca geri olsun. Qadın kişi ilə bərabər və ya ondan qabaqda durarsa, namazı batildir. Bu hökm ərlə arvada da aiddir. İstər vacib, istər müstəhəb namazda bu hökm qüvvədə qalır.33

−Murdar paltardan başqa paltarı olmayan, vaxtı dar olan və ya pak paltar tapacağına ehtimal etməyən kəs namazını çılpaqlara aid göstərişlər əsasında qılmalıdır. Soyuq və ya digər səbəbdən libasını soyuna bilməyən şəxs elə həmin paltarda namaz qıla bilər və namazı düzgündür.34

−Təsbihatı öyrənə bilməyən və ya düzgün deyə bilməyən kəs namazın üçüncü və dördüncü rəkətlərində həmd oxumalıdır.

−Əgər rüku yaddan çıxmışsa və səcdəyə çatmamış yada düşmüşsə, insan tam ayağa qalxıb, sonra rükuya getməlidir. Tam ayağa durmamış rüku edilərsə, namaz batil olar.

−Alını torpağa qoyduqdan sonra, rüku edilmədiyi yada düşərsə, vacib ehtiyata görə tam ayağa qalxmaq, sonra rükuya getmək lazımdır. Bu namazı bitirdikdən sonra digər bir namaz qılınmalıdır. Amma ikinci səcdədə rüku edilmədiyi yada düşərsə namaz batildir və yenidən qılınmalıdır.35

−Əgər ixtiyarsız olaraq alın səcdədən qalxsa, imkan qədərində ikinci dəfə alını torpağa qoymaqdan çəkinmək lazımdır. Bu, bir səcdə hesablanır (zikr deyilsə də, deyilməsə də). Əgər insan ixtiyarsız olaraq alnını təkrarən torpağa qoysa, üst-üstə bir hesablanar. Əgər zikr deyilməmişdirsə bu dəfə deyilməlidir.36

−Əgər birinci səcdədə alına yapışmış möhür alından götürülmədən ikinci səcdə edilərsə, eybi yoxdur və iki səcdə hesab olunur. Amma yaxşı olar ki, möhür alından götürülsün.37

−Öskürmək, asqırmaq, ah çəkməyin eybi yoxdur. Amma bilərəkdən iki hərfdən ibarət “ah”, “of” kimi sözlər demək namazı batil edir.



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə