Azərbaycan gənclərİnə müracİət



Yüklə 2,35 Mb.
səhifə7/37
tarix31.03.2022
ölçüsü2,35 Mb.
#84911
1   2   3   4   5   6   7   8   9   10   ...   37
GƏNCLİYİN-YEDDİ-SƏMASI

Vacİb namazlar


1. Gündəlik namazlar (yövmiyyə);

2. Ayat namazı;

3. Meyit namazı;

4. Allah evinin (Kəbə) təvafı;

5. Böyük oğul üçün, dünyasını dəyişmiş ata-ananın qəza namazı;

6. Nəzir, əhd, and, icarə vasitəsi ilə vacib olmuş namazlar.

− əgər insan günorta namazını qılmamış səhvən ikindi namazına başlasa və namazın ortasında səhv etdiyini başa düşsə, müştərək vaxtda (hər iki namazı mümkün edən vaxtda) niyyətini günorta namazına döndərə bilər. Yəni niyyət edər ki, namazın qılınmış hissəsi günortaya aid olsun. Bu namazı bitirib, ikindi namazına başlamaq olar. Amma günorta namazına məxsus vaxtda belə bir səhv olarsa, vacib ehtiyata görə, niyyət günorta namazına döndərilməklə namaz tamamlanır və yenidən qılınır.23

− əgər üzrlü səbəbdən gecə yarıyadək şam və xüftən namazları qılınmazsa, vacib ehtiyata görə, sübh azanından əvvələdək əda və qəza niyyət edilmədən yerinə yetirilməlidir.24

− əgər namazın axır vaxtına bir rəkətlik vaxt qalırsa, namaz əda niyyəti ilə qılınmalıdır. Amma bilərəkdən namazı həmin vaxtadək təxirə salmaq olmaz. (həmin mənbə, m. 718)

− əgər namaza başlamamışdan qabaq insanın niyyətində olsa ki, məsələn, telefon zəng çalsa və ya qapı döyülsə, eləcə də, namaz qılınan yerdə izdiham namaza mane olsa, namazı kəsib tamamlayacaq, bu maneələrin qarşıya çıxmayacağı ümidi ilə namaza başlamaq olar. Maneə ilə qarşılaşmadan bitirilən namaz düzgündür. Müxtəlif hallar arasında fərq yoxdur.25

−Yatmış halda insan vəzifəli deyil. Amma qonağı və ailə üzvlərini sübh namazına oyatmamaq namaza etinasızlıq sayılırsa, həmin şəxslər oyadılmalıdır. Onları, razı olduqları halda yuxudan oyatmağın eybi yoxdur.26



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə