Azərbaycan gənclərİnə müracİət


Nadan nə bilsin ki, şükr etmək nədir



Yüklə 2,35 Mb.
səhifə4/37
tarix31.03.2022
ölçüsü2,35 Mb.
#84911
1   2   3   4   5   6   7   8   9   ...   37
GƏNCLİYİN-YEDDİ-SƏMASI

Nadan nə bilsin ki, şükr etmək nədir,

Haqqı tanıyanlar Ona şükr edir.
15. Ölümdən sonra həyat.

Şiəliyə görə, insan ölümdən və əbədi ruhlar aləminə keçdikdən sonra bərzəx dünyasına qədəm qoyur. Bu dövrdə onun yeganə yoldaşı dünyadakı əməlləri olur. Bu mərhələdə iki ilahi mələk gəlib, Allahın əmri ilə insandan əməl sorğusu aparır və ondan təsdiq alır. Əməllərdən asılı olaraq, qəbir ya genişlənib, behişt bağına çevrilir, ya da daralıb, odla dolu cəhənnəm quyusuna dönür. Bu vəziyyət qiyamət gününədək davam edir.

Bu həqiqətlər qarşısında ağıl acizdir. Yalnız Allahın kitabı və Peyğəmbər (s) buyruqlarında bu barədə məlumat verilir. Dünya həyatına bağlanıb, qeyb aləmindən xəbərsiz olan insanların belə məsələlərə inanması çox çətindir. Quran buyurur: “Onlar dünya həyatının zahirini bilir, axirətdən isə xəbərsizdirlər.”17

Sözsüz ki, insanın xüsusi ilə gənclik vaxtında ölümdən sonrakı həyata etiqadı onu günahlardan uzaqlaşdıran çox güclü bir amildir.

16. Məad.

Şiələr inanırlar ki, bütün insanlar istisnasız olaraq qiyamət günü Allah tərəfindən mühakimə olunacaq, kimi behiştə, kimisi cəhənnəmə göndəriləcək. Əqidəmizə görə, məadın, yəni ölümdən sonrakı həyatın bir neçə xüsusiyyəti vardır:

−Məad, qiyamətə dönüş həm cismə, həm də ruha aiddir;

−Qiyamət mühakiməsi kamil ədalətə əsaslanır. Hakim də, şahid də, cəza verən də Allah-təala özüdür;

−Qiyamətdə şahidə ehtiyac olmasa da, insanın ağlı, əməl naməsi, mələklər, peyğəmbərlər, möminlər, bədən üzvləri ona şahidlik edər;

−Qiyamət hesabında əməl ölsüsü Peyğəmbər (s) və imamlardır.

17. Müsəlmanlara pisliyin aid edilməsi.

Şiəliyə görə, müsəlmanı günahkar və ya kafir bilmək, onların canına, malına, namusuna təcavüz etmək olmaz.

İman Allahın birliyini, həzrət Məhəmmədin (s) peyğəmbərliyini təsdiq etməkdir. İmanlı insana ehtiram vacibdir.

Küfr Allahın varlığının və ya birliyinin, həzrət Məhəmmədin (s) peyğəmbərliyinin, eləcə də namaz və oruc kimi zəruri dini hökmün inkarıdır. Əgər bir şəxs bilərəkdən bu əsasları inkar etsə, kafir sayılar. Başqa heç bir halda insanı kafir saymaq olmaz. Hər bir müsəlman fiqhi terminlərin ( məsələn, iman və küfr ) dəqiq mənasını öyrəndikdən sonra həmin terminlərdən istifadə edə bilər.



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə