Azərbaycan gənclərİnə müracİət



Yüklə 2,35 Mb.
səhifə9/37
tarix31.03.2022
ölçüsü2,35 Mb.
#84911
1   ...   5   6   7   8   9   10   11   12   ...   37
GƏNCLİYİN-YEDDİ-SƏMASI

Orucun hökmlərİ


−İnsan ramazan ayında yemək yediyi vaxt sübh olduğunu bilsə, tikəni ağzından çıxarmalıdır. Əgər bilərəkdən həmin tikəni udsa, orucu batildir və kəffarə verməsi də vacibdir.38

−Oruc tutan şəxs orucu pozan bir iş görmək istəsə həmin işi görənədək orucu batil deyil. Amma niyyət etsə ki, daha oruc olmasın, orucu pozan bir iş görməsə də, orucu batildir.39

−Quranı səhv oxumaq öz-özlüyündə haram deyil və orucu batil etməz. Amma möminlər Quranı düz oxumağa çalışmalıdırlar. Bir şəxs Qurandan oxuduğu hissədə səhv oxuduğu üçün mənanın dəyişdiyini, həqiqətə zidd olduğunu bilsə və bu zidd, yalan mənanı Allaha aid etmək məqsədində olsa oxuduqları haramdır və orucunu da batil edir. Belə adamın qəzadan əlavə, ehtiyata görə kəffarə verməsi də vacibdir. Bir şəxs məna dəyişməsə də, Quranı səhv oxuduğunu bilsə və Allahın Quranı bu şəkildə nazil etdiyi qərarında olsa, oxuması haramdır və orucu batildir.40

−Əgər həkimlər bir xəstənin oruc tutub-tutmaması barədə müxtəlif fikirdə olsalar, xəstə özü məsələni aydınlaşdırmaq üçün bir neçə gün oruc tutmalı, zərər olmasa orucu davam etdirməlidir. Amma zərər görsə, oruc tutmaq vacib deyil. Növbəti ramazan ayından qabaq sağalarsa, oruclarının qəzasını tutmalı, sağalmazsa, hər gün üçün fəqirə 10 sir (1 sir= 75 q) ya buğda, ya arpa, ya da çörək verməlidir.

−Oruc tutmağa icazə verməyən həkim mütəxəssis olsa və onun sözlərindən əminlik yaransa bu sözlər dəlil hesab olunur.41

−Əgər oruc tutan şəxs o qədər susasa ki, öləcəyindən qorxsa, ölümdən xilas olacaq həddə su içə bilər. Amma orucu batildir. Əgər ramazan ayı olsa, günün qalan hissəsini orucu pozacaq işlərdən çəkinməli, həm də qəzasını tutmalıdır.42

−Əgər ramazan ayında sübh azanından sonra oyanıb möhtəlim43 olduğunu görsə, azandan qabaq möhtəlim olduğunu bildiyi halda orucu düzgündür.44

−Əgər qadın sübh azanından qabaq heyz və nifasdan paklanarsa və qüsl üçün vaxt qalmazsa, ramazan orucu tutmaq istəsə, təyəmmümlə oruc tuta bilər. Sübhə qədər oyaq qalmaq lazım deyil. Təyəmmüm üçün də vaxt olmasa, orucu düzgündür.45 −Oruc tutan şəxs asqırarkən ixtiyarsız olaraq boğazına və ya ağzına bir şey gələrsə, onu yerə tökməlidir. Özündən asılı olmayaraq həmin şeyi udarsa, eybi yoxdur. Müstəhəb ehtiyata görə həmin günün orucunun qəzasını da tutmalıdır.46

−Əgər bir şəxs bilərəkdən orucunu batil etsə və həmin gün orucunu açmaq üçün hansısa səbəb (məsələn xəstəlik) ortaya çıxsa, bu şəxsə kəffarə vacib olmaz.47

−Fitr və qurban bayramı günləri oruc tutmaq haramdır. Əgər bir şəxs şəbanın axırı və ramazanın əvvəli olduğunu bilmədən ramazanın əvvəl günü niyyəti ilə tutsa haramdır.48



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə