Azərbaycan gənclərİnə müracİət



Yüklə 2,35 Mb.
səhifə2/37
tarix31.03.2022
ölçüsü2,35 Mb.
#84911
1   2   3   4   5   6   7   8   9   ...   37
GƏNCLİYİN-YEDDİ-SƏMASI

Ayətullah-üzma Məhəmməd Fazil Lənkərani

Müqəddİmə


Görən kiməm? −məndən mənə xəbər ver,

Özünə səfər et!” − varmı belə yer?

Mən” haqqında soruşdunsa sən əgər,

İndi buyur söylə, nədir bu əsər?

Sən də, mən də o vücuddan bir şəfəq,

Yazılmış kitabdan düşəsi vərəq.

Yaşadığımız dövran insan həyatının müxtəlif sferalarına yeni baxış və yeni düşüncə üçün yol açır. Elm və biliyin nəhayətsiz imkanları kömək etmişdir ki, dünyəvi biliklərlə silahlanan insan şəxsiyyətini hədəfə alıb, onu şəxsiyyətsizliyə sövq etsinlər. Hal-hazırda bir çox cəmiyyətlərin üzləşdiyi şəxsiyyət problemi həmin düşüncədən yaranmışdır. Bizim əqidəmizə görə İslam heç vaxt köhnəlmir və hər zaman təravətlidir. Bu müddəanın canlı sübutu olan Qurani-kərim həzrət Peyğəmbərin (s) və onun Əhli-beytinin buyurduğu kimi aktual və əbədidir. “Allah-taala Quranı xüsusi bir dövr və ya xüsusi bir təbəqə üçün nəzərdə tutmamışdır. Ona görə də bütün dövrlərdə, bütün qruplar arasında qiyamətədək təravətli və müasir qalacaqdır.”1 Bəli, Quran bütün suallara cavab vermək gücündədir. İnanırıq ki, insan öz yaşayış problemlərindən qəflətdə qalmır və suallara cavab vermək gücündədir. Çünki o məlumatsızlığı özü üçün eyb hesab edir. Şübhəsiz ki, rəngarəngliklər, bərbəzəklər içindəki boşluqda qalan insan ilahi mərifət ağacına əl uzadıb, əbədi meyvələr dərəcək. Əhli-beyt alimləri cəmiyyəti daim bu qurtuluş yoluna çağırır, sərhədçi tək keşikdə dururlar. “Bizim şiə alimləri İslam maarifinin keşikçiləridirlər.”2 Ayətullah-üzma Fazil Lənkəraninin dəftərxanasının elmi bölməsi öz fəaliyyətini suallara cavab prinsipi üzərində qurmuşdur. Cəmiyyətin, xüsusi ilə gənc nəslin Əhli-beyt maarifi ilə tanışlığı istiqamətində ciddi addımlar atmışdır.

Əlinizdəki yazı biliklər məcmuəsidir. Bu biliklərə diqqət insanı səadət yoluna çıxarır.


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə