6. İSanin başqa təLİMLƏRİ. DİGƏR İTMİŞ OĞul (Luka 15: 25-32) Ətrafli məlumat



Yüklə 31,5 Kb.
tarix12.10.2018
ölçüsü31,5 Kb.
#73420

6. İSANIN BAŞQA TƏLİMLƏRİ. DİGƏR İTMİŞ OĞUL (Luka 15:25-32)
ƏTRAFLI MƏLUMAT: Əslində kiçik oğul öz mirasını götürəndə Ata öz var-dövlətinin yarısını böyük oğluna saxlamışdı (12-ci ayə). Oğlun atanın sözlərinə inanmaması Atanın günahı deyildi.
1. Əgər cavan oğlan valideynlərinin onu sevmədiyini hiss etsə, o özünü xoşbəxt hiss edər?

  • Əgər böyük oğul evdə həyatından razı deyildisə, öz qardaşı ilə başqa yerə nəyə görə çıxıb getmədi?

  • Sizcə böyük oğul həyatda hər şeydən çox nəyi istəyirdi?


2. Nəyə görə böyük oğul özünü demək olar ki, qul hesab edirdi, baxmayaraq ki, Atası ona var-dövlətinin yarısını vəd etmişdi (12b, 29, 31)?

  • Əgər Ata bu məsəldə Allahdırsa, kiçik qardaş məsihçi imanından özünü ayıran insandır, sizcə böyük qardaş kimi təmsil edir?

  • Sizcə Ata öz oğulları ilə ədalətli tərzdə davranırdı?

  • Sizcə Allah həmişə biz insanlar ilə ədalətli tərzdə davranır?


3. Böyük oğul hər gün sahədə işləyərkən nə fikirləşirdi?

  • Əgər siz nə vaxtsa özünüzü 29-30-cu ayələrdə olan böyük oğul kimi hiss etmisinizsə, bu hansı vəziyyətdə baş vermişdi?

  • Böyük oğulun öz dostları üçün heç vaxt qonaqlıq verməməsinə həqiqi səbəb nə idi (29)?

  • Əgər oğul keçi, qoyun və ya dana kəsib dostlarına qonaqlıq versəydi, Ata necə buna münasibət bəsləyərdi (30-31)?


4. Böyük oğulun bu vəziyyətdə qəzəblənməsinə həqiqi səbəb nə idi (27-28)?

  • Kiçik oğul Atanı artıq bütün kənd qarşısında alçaltmışdı və indi böyük oğul eyni işi görür. Ata nəyə görə hirslənmədi?

  • 28b və 31-32ci ayələrdən Ata barədə sizdə hansı təəssürat yaranır?


5. Nəyə görə böyük oğul Atanı sevmirdi, baxmayaraq ki, Ata həmişə ona qarşı xeyirxah olub?

  • Bu məsəlin əsasında müzakirə edin: Əgər biz Allahı sevmiriksə, buna nə səbəb ola bilər?

6. Böyük oğul fikirləşirdi ki, o, həmişə Atanın iradəsini yerinə yetirib (29). Amma Ata oğuldan hər şeydən çox nə gözləyirdi?

  • Bizə məsəldən görünür ki, böyük oğul kiçik qardaşını heç sevmirdi (30)?

  • Böyük oğul kimi sevirdi?


7. Nəyə görə İsa hekayəni burada kəsir, böyük oğulun qonaqlığa gedib-getmədiyini demir (28, 29)?
8. İsanın məsəllərində ziyafət çox vaxt göylərə aiddir. Bu məsələ əsasən kim göylərə gedəcək?


  • Dünyanın bütün insanları bu məsəldə olan ya bu oğula, ya da o biri oğula bənzəyir. Sizcə siz hansı birinə bənzəyirsiniz? (Siz öz ürəyinizdə cavab verə bilərsiniz.)


10. XOŞ XƏBƏR SUALLARI: İsa sənə deyir: “Mənim hər bir şeyim, sənindir.” O, çarmıxda sənin üçün göylərdə yer qazandı. Sən vəftiz olunan gün O sənə mirasını verdi. Böyük qardaş bu vədə iman etmədi, amma öz mirası üçün qul kimi zəhmət çəkdi. Sən inanırsan ki, səmavi mirasını heç nə ödəmədən əldə edəcəksən, yoxsa onu yaxşı əməllər ilə qazanmağa çalışırsan? (Sən öz ürəyində cavab verə bilərsən.).

  • (Hər bir kəs cavab versin): Bu Müqəddəs Kitab dərsi zamanı öyrəndiyin ən vacib şey nədir?

Yüklə 31,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə