Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə66/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   59   60   61   62   63   64   65   66   67

 
 
 
- 203 -
оглы. Он востребован временем и предан своей профессии, щедро де-
лится своими достижениями с молодыми исследователями и ищущими 
истину. Он идет навстречу новым открытиям мысли. Готов преодоле-
вать сомнения и разочарования ради зовущей вперед цели и расширять 
пространство профессионального интереса, включаясь в неиссякаемый 
философский диалог культур, эпох и личностей.  
Расставаясь и провожая нас в аэропорт, он снова улыбался, обезо-
руживая своей улыбкой, и желал нам всего самого наилучшего.   
Снова шум турбин самолета. Мы взлетаем и мысленно прощаем-
ся с Баку, дружественным Азербайджаном и ее дружелюбными людь-
ми, среди которых наш коллега и друг Салахаддин Халилов, которому 
мы говорим: «Успехов и до новых встреч». 
Сегодня же в торжественный юбилейный день мы от всей души 
желаем  дорогому  Салахаддину  Халилову  доброго  здоровья,  творчес-
кого созидания и плодотворной научно-образовательной деятельности, 
обращенной к идеалам Истины, Добра и Красоты.  
 
 
Академик НАН РК А.Н. Нысанбаев, 
 Заслуженный деятель РК,  
лауреат Премии мира Президента РК,  
 
Д.ф.н. Г.К. Курмангалиева   
главный редактор журнала «Аль-Фараби» 
 


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
 
 
 
 
Yeni nəşrlər 
 
 
Türkiyədə çıxan “Özne” dərgisinin yeni sayı 
Azərbaycan filosofuna həsr olunmuşdur 
 
Bu günlərdə qardaş Türkiyədən Azərbaycan 
Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elm-
ləri doktoru, professor Səlahəddin Xəlilovun ünvanına 
bir dərgi göndərilmişdir. 
“Özne” (“Subyekt”) adlı bu dərgi ildə iki dəfə 
nəşr olunur. Dərginin Türkiyənin, Azərbaycanın və Hol-
landiyanın nüfuzlu universitetlərini və elmi araşdırma 
mərkəzlərini təmsil edən iyirmi nəfərdən ibarət redak-
siya heyəti vardır. Bu heyətin bütün üzvləri ən azı elm-
lər doktorlarıdır, müxtəlif akademiyaların üzvləridir. 
“Özne” dərgisi özünün “Özəl sayı”nda dünyanın ən böyük filosof alimləri-
nin həyat və yaradıcılığını təhlil edən, beynəlxalq elmi ictimaiyyətin həmin 
elm adamına verdiyi qiyməti  əks etdirən məqalələr dərc edir. Türkiyənin 
məşhur elm adamları  dərginin hər nömrəsinin  ərsəyə  gəlməsində  iştirak 
edirlər. Bir sözlə, “Özne” dərgisi öz etibarlılığı, elmi sanbalı və elmə, elm 
xadiminə obyektiv münasibəti ilə artıq beynəlxalq aləmdə qəbul edilən bir 
topludur.  
Belə bir mötəbər toplu 2012-ci ilin fevral nömrəsini bütünlüklə Səla-
həddin Xəlilovun həyat və yaradıcılığına həsr etmişdir. Dərginin bu xüsusi 
nömrəsində müasir Azərbaycan fəlsəfi düşüncəsinin tanınmış nümayəndəsi 
S.Xəlilovun həyat və yaradıcılığından bəhs edən və hər birinin müəllifi nü-
fuzlu insanlar olan 16 məqalə verilmişdir. Bu imzalar içərisində professor 
 
- 204 -


 
 
 
- 205 -
Cavad Heyətin, Abdullah Kılıcın, Orhan Araşın, amerikalı filosof, dərginin 
özünün qeyd etdiyi kimi, “çağdaş dönəmin ən ünlü fenomenoloqlarından bi-
ri, Dünya Fenomenoloji İnstitutunun rəhbəri, 100 cildlik “Analecta Huserli-
ana” (“Springer”) kitab seriyasının baş redaktoru, professor Anna-Teresa 
Tymienieskanın, Rusiya Fəlsəfə  Dərnəyinin rəhbəri, professor Aleksandr 
Çumakovun, müasir Türkiyə  fəlsəfə dünyasının beynəlxalq aləmdə  qəbul 
edilmiş alimləri Mustafa Günayın, Senail Özkanın və başqalarının məqalələ-
ri xüsusilə qeyd edilməlidir.
  
Dərgidə müasir Azərbaycan fəlsəfə elminin dünyada sayılan-seçilən 
tədqiqatçısı, akademik Ramiz Mehdiyevin professor S.Xəlilovun tədqiqatla-
rı barədə sanballı  məqaləsi dərc edilmişdir. Burada, həmçinin AMEA-nın 
Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun  əməkdaşı, Dr. Əbülfəz Süley-
manovun, həmin institutun fəlsəfə və sosial düşüncə tarixi şöbəsinin tədqi-
qatçısı Dr. Samirə Həsənovanın, gənc filosof, fəlsəfə elmləri doktoru Könül 
Bünyadzadənin, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin əməkda-
şı, Dr. Aqil Şirinovun, Dr. Bəhram Həsənovun, Dr.Mehriban Qasımovanın 
və digərlərinin də  Səlahəddin Xəlilovun yaradıcılığı ilə bağlı yazıları yer 
almışdır. 
Bu toplunun çox böyük jurnal mədəniyyəti xüsusi maraq doğurur. İlk 
növbədə ona görə ki, yuxarıda adlarını  çəkdiyimiz müəlliflərin  əsərlərinin 
ümumi strukturu – ümumi mündəricatı “Səlahəddin Xəlilov kimdir?” istiqa-
mətli fundamental bir sualı cavablandıra bilir. Dərginin üz qabığında yer 
alan “Səlahəddin Xəlilova ərməğan” başlığı “Mədəniyyətləri birləşdirən fəl-
səfə körpüsü” kimi maraqlı bir sərlövhə ilə tamamlanır. 
Dərginin baş redaktoru Mustafa Günayın kiçik həcmli, lakin böyük 
məna kəsb edən giriş sözündə deyilir: “Belli bir alandaki çalışmalarıyla ülke 
ve dünya kültürünün gelişimine katkılarda bulunmuş kişiler için “armağan” 
kitap ve dergilerin yayınlanması güzel bir gelenektir. 
Selahattin Halilovun Türk düşünce dünyasında ortaya koyduğu eserler 
ve aynı zamanda akademik faaliyetlerle önemli bir yeri ve kimligi mevcut-
tur. Halilovun felsefe alanında ortaya koyduğu birikim ve özellikle Doğu ve 
Batı kültürleri arasında felsefi köprüler ve bağlantılar/diyaloglar kurmaya 
yönelik eserleriyle hiç hürnesiz böyle bir armağanı hak etmektedir”. Bu ab-


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 206 -
zasın sonuncu sözləri – “hak etmektedir” ifadəsi professor S.Xəlilova sanki 
ilahi bir sevgi ilə qələmə alınmışdır. Mustafa Günayın bu sözləri, bir tərəf-
dən məndə öz həmvətənimə qürur hissi yaratdı, digər tərəfdən də qəribə bir 
nigarançılığa səbəb oldu: Türkiyə, Hollandiya, Amerika, Rusiya kimi ölkə-
lərin alimlərinin yaxşı tanıdıqları və yaradıcılığına ən yüksək qiymət verdik-
ləri belə bir alimi özümüzünkülərə, Azərbaycan ictimaiyyətinə tanıtmaq tə-
şəbbüsündə olmuşuqmu? Məni ağrıdan bu suala verilən “yox” cavabıdır. 
Elm adamları, elmi ictimaiyyət bir yana, bəs dünyanı eninə-boyuna araşdı-
ran, uzaq ellərin alimlərini daha ürəkdən təbliğ edən jurnalistlərimiz – milli 
mediamız haradadır? Mən müsəlman dünyasının Nobel mükafatçılarını qiy-
mətli bir əsərində Azərbaycan oxucusuna təqdim edən və bu sırada böyük 
alim Xudu Məmmədovun elmi portretini yaradan, onun niyə Nobel mükafa-
tına layiq görülməməsinin acı səbəblərini ortaya qoyan S.Xəlilovun bu kita-
bı barədə bir müddət əvvəl yazdığım kiçik bir məqaləmdə də bu sualı qoy-
muşdum: jurnalistikamız belə bir böyük alimi xalqa niyə yetərincə tanıtmır? 
O zamandan bu günə hələ də açıq qalan bu suala “Özne” dərgisi cavab verdi.  
Tale mənim qəlbimdə Türkiyəyə elə bir məhəbbət yaradıb ki, oradan 
səslənən hər sözü, hər fikri doğma Azərbaycanımdan səslənən fikir kimi 
qəbul edirəm. “Özne” dərgisi bu böyük alimin – filosofun yaradıcılığını or-
taya qoydu və həm də Türkiyə türkcəsinin elə aydın üslubunda ortaya qoydu 
ki, mənim universitet tələbələrim də onu anlayacaqlar. “Dost, aydın, filo-
sof”, “Bilgi, tefekkür və nezaket eri”, “Professor Selahaddin Halilova göre 
Doğu və Batı», “Türk dünyasının bir düşünce madeni olarak Salaheddin Ha-
lilov”, “Yeni aydınlamanın müjdeçisi”, “Manaviyyatın öncelligi”, “Çağdaş 
dünya kültür – medeniyet düzleminde”, “Milli ruhtan evrensel ideale”, “Aşk 
metafizigi və S.Halilovun aşk felsefesini takdım” və s. və i. 
Bu məqalələr özündə nəyi cəmləşdirir? Üç geniş bölmədən ibarət dər-
ginin birinci bölməsi S.Xəlilovun həyatı, əsərləri, fəlsəfə dünyasında yerini, 
ikinci bölməsi alimin əsərlərinin təhlilini, üçüncü bölməsi isə dünyanın məş-
hur alimlərinin bu böyük filosofun yaradıcılığı ətrafındakı fikirlərini təqdim 
edir. Məqalələrin hər birinin ruhunda Azərbaycan filosofunun dünya fəlsəfi 
düşüncəsinə verdiyi əvəzolunmaz yaradıcılıq töhfələrinin geniş və obyektiv 
təhlili dayanır. 


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə