Azərbaycan ərazisində ibtidai icma quruluşu Plan



Yüklə 265,68 Kb.
səhifə16/96
tarix05.10.2023
ölçüsü265,68 Kb.
#125742
1   ...   12   13   14   15   16   17   18   19   ...   96
az tarix en yeni — копия

Alban çarlığı


Yunan tarixçisi Herodot Azərbaycanın şimalında kaspilərdən bəhs edir. Kaspilər adı altında alban tayfaları da nəzərdə tutulurdu. Kaspilər e.ə. V əsrin əvvəllərində İran şahları I Daranın və Kserk- sin Yunanıstana hərbi yürüşlərində iştirak etmişlər. Əhəmənilərin dövründə alban tayfaları vahid bir ad aitında birləşmişlər.Albanlar 26 dildə danışan tayfalardan ibarət idi. Xəzərin qədim adlarından biri də Alban dənizidir. Bir qrup tarixçilər alban tayfalarını Qaf- qazdilli hesab edirlər. Onlardan müasir dövrdə yaşayan Qəbələ rayonun Nic kəndində udiləri, Quba rayonundakı Xınalıq kəndində xınalıqları, Buduq kəndindəki buduqluları və b. göstərmək olar. Al- banlar ucaboylu, ağbəniz və yaraşıqlı olmuşlar. O zaman Albani- yada türkdilli və İrandilli tayfalar da yaşamışlar.


Makedoniyalı İsgəndərin Şərqə yürüşü nəticəsində e.ə. 330-cu ildə Əhəmənilər imperiyası dağıldı. E.ə. IV əsrin axırı-III əsrin əvvəlində Müstəqil Albaniya dövləti yarandı. Albanlar İberiya (Gürcüstan) ilə Xəzər dənizi arasındakı ərazidə yaşamışlar. Alba- niya dövləti şimalda Qafqaz dağları, cənubda Atropatena, cənub- qərbdə isə Ön Asiya ilə həmsərhəd idi. Albaniyadakı yaşayış məntə- qələrinin sayı İberiya və Atropatenadakı yaşayış məntəqələrinin ümumi miqdarından çox olmuşdur. Albaniya dövlətinin ərazisinə indiki Azərbaycan Respublikası ərazisi, Dağıstanın cənub rayonları və Gürcüstanın Alazan (Qanıx) vadisi daxil olmuşdur.
E.ə. II əsrdə Aralıq dənizi hövzəsində güclü dövlətə çevril- miş Roma sərkərdəsi Pompey Albaniya və İberiyanı tutmaq qəra- rına gəldi. Soyuqlar düşdüyündən, Pompey Kür vadisində qışlamağı qərara aldı. O, ordunu 3 məntəqədə yerləşdirdi Alban padşahı Oroys Kür çayını keçərək hər 3 düşərgəyə eyni vaxtda hücum etməyi qə- rara aldı. Oroys fikirləşirdi ki, belə halda Roma ordusununu hissə-ləri bir-birinə kömək edə bilməzlər. E.ə. 66-cı ilin dekabrında Kü- rün sahilində qanlı döyüşdə Roma ordusu qalib gəldi. Pompey al- banlarla sülh bağlayıb İberiyaya doğru hərəkət etdi. Albanlar roma- lırarı izləyərək onlar üçün təhlükə yaratdılar. Buna görə də Pompey e.ə. 65-ci ildə albanlara qarşı yürüşə başladı. Onlar bir neçə albanı əsir alıb öldürməklə hədələmiş və ən qısa yolla aparmağı tələb et- mişlər. Albanlar romalılarla Qanıx çayı yaxınlığında qarşılaşmışlar. 60 min piyada və 12 min atlıdan ibarət qoşuna Oroysun qardaşı Kozis başçılıq edirdi. Pompey hiylə işlədərək kiçik atlı dəstələrini irəli çıxartdı, piyadaları isə onlardan arxada gizlətdi. Albanlar dər- hal hücuma keçdilər, romalılar geri çəkilərək onları öz arxalarınca apardılar, sonra piyadalar albanları dövrəyə alaraq qırmağa başla- dılar. Kozis Pompeyə nizə ilə zərbə endirdi, lakin Pompeyin zirehli geyimi onu ölümdən qurtardı. Pompey isə cavab zərbəsi ilə Kozisi ölümcül yaraladı. Sağ qalanlar meşədə gizləndilər, Pompey meşəni yandırdaraq onları qırdırdı. Appian yazır ki, romalılara qarşı qadın- lar da vuruşurdular. Döyüşdən sonra albanların əsas qüvvələri Oroy- sun başçılığı ilə dağlara çəkilmişdi. Pompey Oroysa romalıların dü- şərgəsinə gəlməyi tələb etdi. Oroys getmədi, lakin hədiyyələr və məktub göndərərək barışıq təklif etdi. Pompey barışığı qəbul etdi. Az sonra ölkənin içərilərinə döğru hərəkət etdi, albanlar güclü mü- qavimət göstərdilər. Pompey yürüşün təhlükəli olduğunu görərək Xəzərin sahilinə qədər getmək niyyətindən əl çəkdi və albanlarla sülh sazişi bağladı. E.ə. 36-cı ildə romalılar yenidən şərqə yürüş təşkil etdilər. Bu yürüşə Antoni başçılıq edirdi. Yürüşdə 100 min nəfər olan 13 legion iştirak edirdi. Antoni Parfiyanın təzyiqi altında geri çəkilib Misirə getdi. Bu zaman o, öz sərkərdəsi Kanidini Azərbaycanın cənub torpaqlarında saxladı. Bu yürüşdən sonra İbe- riya və Albaniya romalılardan asılı olduqlarını qəbul etdilər. 68-ci ildə Roma imperatoru Neron Albaniyaya böyük yürüş hazırladı. Lakin Roma üsyanı zamanı Neron öldürüldü. Bir müddət sonra Roma hərbi dəstəsi Xəzər sahillərinə, indiki Abşeron yarımadasına gəlib çatmışdı. Qobustanda, Böyükdaş dağının ətəyində, üzərində latın dilində yazı olan kitabə: “İmperator Domisian Sezar Avqust
Germanik. L(yusi) Yuli Maksim, ildırımsaçan XII legionun sentu- rionu” tapılmışdır. Domisian (81-96) Roma imperatoru olmuş, Ger- manik titulunu isə o, 83-cü ildə almışdır. Qobustan kitabəsi 84-96- cı illərə aiddir. Həmin dövrdə Roma ordusunun Albaniyaya yürüşü və Xəzər sahilinə gəlib çıxması barədə məlumat yoxdur, deməli, Qobustan kitabəsi kiçik hərbi dəstənin Roma nümayəndəliyini müşayiət etdiyini göstərir. Roma imperatoru Adrian (117-138) alban hökmdarı ilə dostluq əlaqələri saxlamış və onlara hədiyyələr göndərmişdir. Albaniyanın Roma ilə əlaqələri III əsrin ortalarına qədər davam etmişdir. Albaniya Roma ilə sıx iqtisadi-siyasi və mə- dəni əlaqələr saxlamışdır. Lakin Roma Albaniyanı heç vaxt tam iş- ğal edə bilməmişdir.
Böyük Qafqaz dağlarından şimalda yaşayan tayfalar qənimət əldə etmək məqsədilə Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza və Ön Asiya ölkələrinə dəfələrlə yürüşlər etmişlər. Alan tayfalarının ən böyük yürüşlərindən biri 72-74-cü illərdə olmuşdu. Onlar qənimət əldə etmək üçün cənuba üz tütmüş, yol boyu onlara heç kəs müqa- vimət göstərə bilməmişdir. Atropatena padşahı Pakor öz ölkəsini başsız qoyub qaçmış, ailəsi isə əsir düşmüşdür. Sonradan Pakor çoxlu pul verərək, ailəsini geri almışdır. Belə yürüşlər sonralar da davam etmişdir. Albaniya ərazisindəki katakomba qəbirləri (yeraltı sərdabələr) alan tayfaları ilə əlaqəlidir. Mingəçevirdə və Qəbələdə tapılmış-eramızın I-III əsrlərinə aiddir. Katakomba qəbirlərində ölüləri iri küplərdə və ya taxta qutularda dəfn etmişlər. Qəbirlərə məişət qabları, əmək alətləri, alanlara məxsus silahlar (qılınc, xən- cər, ox ucları) və bəzək şeyləri qoyulmuşdur. Albanlar mədəni inki- şaf səviyyəsinə görə alanlardan üstün olmuşlar.

Yüklə 265,68 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə