54
və Abas şəkillərindən birində yazıla bilərdi. Sözdə bir b və ya
geminatın olmasını təyin etmək isə mürəkkəbdir və daha çox
tarixi faktlar əsasında müəyyənləşdirilə bilər. Zənnimizcə, tayfa
adının ilkin variantı abaz şəklində olmuş və bu da ab+az
formasında parçalana bilər. Qeyd etmək lazımdır ki,
Qarapapaqlarda da bir tayfanın adı abas olmuşdur. Abas əsaslı
toponimlər geniş yayılmışdır. Onlara müxtəlif regionlarda rast
gəlmək mümkündür. Ermənistanda Abbasabad adlı üç kənd,
Abbasdərəsi qışlaq və kənd adları, Abbaskəndi, Abbasgölü,
Abbasgöl məzrəsi, Abbaslar kəndləri olmuşdur. R.Əliyevanın
tədqiqat işinin əlavəsində verilmiş Azərbaycan toponimləri siya-
hısında Abbasabad adı qeyd olunmuşdur (31,108). Azərbaycan
toponimlərinin ensiklopedik lüğətində Neftçala rayonunda
Abasalılı, Abasalı, Yardımlı rayonunda Abbasabad, Qazax
rayonunda Abbasbəyli, Tovuz rayonunda Abbasqulular, Şəki
rayonunda Abbaskənd, Şəmkir rayonunda Abbaslı, Ağsu
rayonunda Abbasxanlı toponimlərinin olması göstərilmişdir (9,
8). Abas etnonimli etnotoponimlərin geniş yayılmasını nəzərə
alaraq biz onların areallıq cədvəlini verməyə ehtiyac duymuruq.
2.4. ABDAL əsaslı areal etnotoponimlər.
Abdal qədim türk tayfasının adıdır. Bu tayfa Ağ hun tay-
fasının adını əks etdirir. Əsasında abdal tayfasının adı duran
etnotoponimlər də geniş yayılmışdır. Abdal tayfasının
başqırdlarda, qaraqalpaqlarda, qazaxlarda və türkmənlərdə
olması da məlum faktdır(90). Ağdam rayonunda yerləşən Abdal
kəndi haqqında Azərbaycan toponimlərinin ensiklopedik
lüğətində verilmiş məlumatda göstərilir ki, «Suriyalı tarixçi
Zaxari Ritor (VI əsr) Şimali Qafqazda Hun əyalətində yaşayan
müxtəlif tayfalar arasında türkdilli abdel tayfasının da adını
çəkir. Akad. V.V.Bartold abadel/abdal tayfasını hun tayfası
sayır. Qazaxlarda, qaraqalpaqlarda, türkmənlərdə və Türkiyədə
də abdal adlı tayfa qeydə alınmışdır. Mənbələrdə Heftal, heptal,
eftal kimi qeyd edilən etnonim abdal adının müxtəlif fonetik for-
55
mAlarıdır. Alban tarixçisi Movses Kalankatlı Albaniyada
yaşayan abdal tayfasının adını çəkir. Onun yazdığına görə
heptallar (abdallar) Makedoniyalı Isgəndər dövründə (e.ə. 4 əsr)
buraya köçürülmüşlər. Hər halda abdal tayfasının Qafqaz Alba-
niyasında eradan əvvəl yaşaması ehtimal olunur» (9, 8). XV-
XVI əsrlərdə Türkiyənin ictimai-siyasi həyatında abdal tayfası
əhəmiyyətli rol oynamışdır (92, 108). Abdal əsaslı et-
notoponimlər Azərbaycan və Ermənistan ərazisindən başqa RF-
nin Başqırdıstan respublikasında, Türkmənistanda da
yayılmışdır (73, 171-179). Ordubad rayonundakı Abdal dağ adı,
Dağlıq Qarabağın Vərəndə mahalındakı Abdal kəndi, XIX əsrdə
Şimali Qafqazın Ter əyalətində Abdal dağı toponimlərindəki
abdal sözü qədim türk tayfasının adını əks etdirir. Göründüyü
kimi abdal əsaslı etnotoponimlərin yayılma arealı olduqca
genişdir. Ermənistanda AVDAL- Abovyan rayonunda kənd adı,
YUXARI ABDALLAR- 1728ci ildə Irəvan əyalətinin Qarni
nahiyəsində kənd adı, ABDALLAR- Irəvan xanlığının
Karpibasar mahalında kənd adı, Abdallar Ulya kənd adı, Avdal,
Avdallar kənd adları, Avdalağa qala adı qeydə alınmışdır. Avdal
Ulya etnotoponimindəki Ulya komponenti ərəb dilindən olub
yuxarı mənasındadır.
Azərbaycan toponimlərinin ensiklopedik lüğətində Azər-
baycanın Ordubad rayonunda Abdal adında dağ, Tovuz
rayonunda isə kənd olması haqqında məlumat verilir. Bundan
başqa Qubadlıda Abdalanlı, Oğuzda Abdallı kəndləri də vardır
(9, 8-9).
2.5, AYRUM əsaslı areal etnotoponimlər.
Ayrum (variantları Eymur, Arum, Ayrım, Imer, Imir)
qədim türk tayfasının adıdır. Mahmud Kaşğarinin «Divanu luqat
it-türk» əsərində Oğuz sözünün izahı ilə əlaqədar olaraq
Eymurlara dair aşağıdakı məlumat verilir: «Oğuz türklərin bir
qəbiləsidir. Oğuzlar türkməndir. Onlar iyirmi iki uruqdur
(nəsildir). Onların hər birinin özünəməxsus nişanı, mallarına xas
56
damğası vardır ki, uruqları bu damğalara görə ayırırlar. Qeyd
olunan əsərə əlavə edilmiş türk qəbilələri siyahısında bu tayfa on
birinci yerdə özü də Əymur şəklində göstərilmişdir. Oğuz
etimologiyası baxımından böyük dəyərə malik olan «Tarixi–
mübarək şah»da (1206) da, digər oğuz tayfaları ilə yanaşı, təhrif
edilmiş şəkildə olsa da, eymurlərin adı çəkilir.
Türk və monqol tayfaları haqqında geniş məlumat vermiş
Rəşidəddin Dağ xanın oğlu Oğuz xanın nəvəsinə aid etdiyi adı
Eymur şəklində qeyd edir. Eyni zamanda bu sözün çox yaxşı və
dövlətli adam mənasını ifadə etdiyini bildirir.
Xivəli Əbül Qazi xanın «Şəcəreyi-Tərakimə» adlı əsərində
(XVII əsr) bu etnonim ərəb əlifbası ilə yazılmışdır və Iymur
(Imir), Aymur və Aymır kimi üç şəkildə oxuna bilər.
Azərbaycan toponimlərinin ensiklopedik lüğətində oxu-
yuruq: «Ayrım… Kiçik Qafqazda yaşamış azərbaycanlıların
qədim etnoqrafik adıdır. Onların məskun olduğu ərazi Ayrım
mahalı adlanırdı. Bir fikrə görə Teymur Ankara vuruşmasından
(1402) sonra Türkiyə ərazisindən köçürdüyü 50 min ailəni
Gəncə, Qarabağ və indiki Ermənistanda yerləşdirmiş, onlar
sonralar ayrım adı ilə tanınmışdır. …Gəncə xanı Cavad xanın
general Knorrinqə yazdığı məktubda ayrımlar Gəncə xanlığının
qədim elatı adlandırılır. XVII əsrdə ayrımların bir hissəsi Irana
keçərək
şahsevənlərə qarışmışdır. Digər hissəsi isə
Azərbaycanın Kiçik Qafqaz zonasında və indiki Ermənistan
ərazisində yaşamaqda davam etmişdilər» (9, 30-31).
Ayrum tayfasına mənsub olan bu adla bağlı meydana gəl-
miş coğrafi adlardan biri də respublikamızın Ağdaş Rayo-
nundakı Eymur kəndidir. Qazax rayonundakı Quşçu Ayrım,
Tovuz rayonundakı Mollaayrım, Ermənistandakı Ayrum, Ayrum
Mets, Ayrum Pokr, Gürcüstandakı Imera, Imira, Imirasani (Imir
Həsənli) kimi coğrafi adlar bu toponimin müxtəlif variantlarıdır.
Zaqafqaziyanın tarixi toponimiyasında da Şinix Ayrum, Polad
Ayrum və Ayrum adlı yaşayış məntəqələri olmuşdur.
Türkiyənin müasir toponimiyasında da Eymur adını daşıyan
Dostları ilə paylaş: |