9
seysmik sərhədlərin və ya seysmik dalğaların sürətinin dəyiş-
məsidir. Dərinlik qırılmalarının öyrənilməsində sedimentasiya
nişanələrinin də əhəmiyyəti vardır.
Yer qabığının üst hissəsində yayılmış qırılmalar, qırılma
müstəvisi üzrə gedən nisbi hərəkətin istiqamətindən asılı olaraq
bir sıra növlərə ayrılır. V.V.Belousova dərinlik qırılmalarını
dərinlik kəsimləri; üfüqi yerdəyişmə tipli dərinlik qırılmaları;
dərinlik üstəgəlmələri; fay tipli dərinlik qırılmaları; əks fay tipli
dərinlik qırılmaları; dərinlik aralanmaları kimi növlərə ayırır.
V.Y.Xain dərinlik qırılmalarını nüfuz etmə dərinliyinə
görə üç əsas tipə- həddindən çox böyük (400-700 km); orta də-
rinliyə (100-300 km) davam edən və qabıqaltı dərinlik qırılma-
larına ayırır.
Litosfer tavalarının plitələrinin sərhəddində baş verən en-
dogen geodinamik proseslərlə, yer qabığının dartılması şərait-
ində əmələ gələn qırılmalar arasında sıx əlaqələr vardır. İlkin
geotektonik mərhələdə, mütəhərrik qurşaqlar okean tipli yer
qabığıda, yaxud qitə və okean qabığı arası zonada əmələ gəlir.
Faydalı qazıntı yataqlarının, xüsusən də filiz yataqlarının
Yer qabığında paylanması dərinlik qırılmaları ilə əlaqədar ol-
duğu elmi məlumatlar əsasında sübut olunmuşdur. Filiz yataq-
larının axtarışında regional dərinlik qırılmaları ilə əlaqəli olan,
hazırki dövrdə isə transform dərinlik qırılmaları boyu müxtəlif
formalı və tərkibcə bir-birindən fərqlənən maqmatik kütlələr
əsas axtarış amili sayılır.
Sakit okean metallogenik qurşağında, San-Andreas trans-
form dərinlik qırılması boyu maqmatik kütlələrlə genetik əla-
qəsi olan, unikal ehtiyata malik olan bir çox mis-porfir, qızıl-
porfir, polimetal dəmir-manqan filizi yataqları yerləşir. Aralıq
dənizi metallogenik qurşağında Palmir-Abşeron regional dərin-
lik qırılması boyu kolliziya maqmatizmi ilə genetik əlaqəsi
olan bir çox filiz yataqları yerləşir. Kiçik Qafqazın Azərbaycan
hissəsində isə Ordubad-Dəlidağ-Gədəbəy dərinlik qırılması
boyu bir-birindən həm forma, həm də tərkibcə fərqlənən Meri-
10
Ordubad, Dəlidağ, Gədəbəy və Qaradağ intruzivlərində mis-
porfir, qızıllı-mis-porfir, mis-molibden-porfir, qızıl, polimetal,
dəmir filizi yataqları yerləşir.
Çökmə süxurlarla əlaqədar olan faydalı qazıntı yataqla-
rının, o cümlədən, neft və qaz yataqlarının transform dərinlik
qırılmaları ilə sıx əlaqəsi vardır.
MÜASİR MƏDƏNÇİLİK VƏ ONUN
QARŞISINDA DURAN MƏSƏLƏLƏR
Tələbə:
Elmi rəhbər:
Qasımov Elbrus Şahmirzə o.
ass. M.Y.Ağaməmmədova
IV kurs, qrup 179.4
Yataqların işlənməsində iqtisadiyyatın intensiv inkişaf
yoluna keçirilməsi, bütün növ ehtiyatlardan istifadə edilməsi,
işlərin keyfiyyətinin artırılması, ətraf mühitin mühafizəsi və s.
müasir mədənçinin qarşısında duran əsas məsələlərdəndir.
Hazırda mədənlərdə əsas texnoloji proseslər tam,
köməkçi proseslər isə, yalnız qismən mexanikləşdirilmişlər.
Elmi-texniki tərəqqinin əsas istiqamətləri özühərəkət-
edən avadanlığın və vibrotexnikanın geniş tətbiqini, kasıb və
mürəkkəb yataqların işlənməsi üçün texniki vasitələrin və
texnologiyaların yaradılmasını və geniş tətbiqini, köməkçi
proseslərin effektiv mexanikləşdirilməsini nəzərdə tutmalıdır.
Yaxın gələcək üçün qarşıda duran məsələlər aşağıdakılardır:
1. Əsas proseslərin məhsuldarlığının artırılması və
əmək şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların mexanik-
ləşdirilməsinin təkmilləşdirilməsi və avtomatlaşdırılması.
2. Köməkçi əməliyyatların və köməkçi proseslərin tam
avtomatlaşdırılması.
3. İşlərin təhlükəsizliyini artırmaq və yüksək
məhsuldarlıqlı işlənmə sistemlərinin tətbiqini genişləndirmək
məqsədi ilə təmizləmə işlərində məsafədən və proqramla idarə
11
olunan avadanlığın tətbiqi.
4. Robot texnikası sahəsində axtarış işlərinin aparılması
adamlar üçün təhlükəli olan qazmalarda maşınların işinin
mümkünlüyünü daha da genişləndirər.
5. Təmizləmə işləri proseslərinin avtomatlaşdırılması və
faydalı qazıntının nəqliyyatının avtomatlaşdırılmasının başa
çatdırılması.
6. Texnoloji proseslərin, proseslərin komplekslərini və
bütövlükdə mədəni idarə etmək üçün avtomatlaşdırılmış idarə
sistemlərinin işlənib hazırlanması.
Mexanikləşdirmənin və avtomatlaşdırmanın təkmilləş-
dirilməsində
məqsəd
müəssisənin işinin effektivliyini,
keyfiyyətini və blokların işlənməsinin intensivliyini yüksəlt-
mək, əmək şəraitini yaxşılaşdırmaq, diblərdə minimal vaxtda
minimal sayda fəhlə saxlamaqdan ibarətdir. Komfort iş
şəraitinin yaxşılaşdırılmasına böyük diqqət yetirilir. Belə ki,
güclü özühərəkətedən maşınlarda kabinələr qoyulur, səsin
səviyyəsi, tozluluq, titrəyiş yükləri azaldılır, məsafədən və
proqramla idarəolunma tətbiq edilir.
Çıxarılma texnologiyasının təkmilləşdirilməsində robot
texnikası sahəsində aparılan axtarış tədqiqatları maraq doğurur.
Bu işlərin gələcəkdə yekunu fasiləsiz avtomatik hasilat işləri
üçün xüsusi proqramlarla idarə olunan maşınlar və robotlar
kompleksinin yaradılması ola bilər.
Dostları ilə paylaş: |