Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə14/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   10   11   12   13   14   15   16   17   ...   151

46 

 

müqayisə edildi. 



Nəticədə  məlum  oldu  ki,  effektiv  məsaməliyi  yüksək, 

gilliliyi  az  olan  “şaxələnmiş  çay  kanalı”  fasiyası  daha  yüksək 

kollektor  xüsusiyyətlərinə  malikdir.  “Tək  çay  kanalı” 

fasiyasında isə bunun tam əksi müşahidə olunduğunu söyləmək 

olar.  

  

BAHAR YATAĞINDA MƏHSULDAR QAT 



ÇÖKÜNTÜLƏRİNİN LİTOFASİAL VƏ KOLLEKTOR 

XÜSUSİYYƏTLƏRİNİN ÖYRƏNİLMƏSİ İLƏ 

ƏLAQƏDAR NEFT-QAZ PERSPEKTİVLİYİ 

 

   Magistr:   

   Əhmədli Əzizağa Qurban oğlu  

   II kurs, qrup A 1136 

          Elmi rəhbər: 

          dos. X.Z.Muxtarova 



 

Bahar yatağı Abşeron  yarımadasından cənubda, açıq də-

nizdə  yerləşir.  Bahar  neft-qaz  kondensat  yatağı  kimi  məlum-

dur.  Burada  dövrü  olaraq  fəaliyyətdə  olan  palçıq  vulkanı  yer-

ləşir.  Struktur  1956-cı  ildə  aşkar  olunmuş,  sənaye  əhəmiyyətli 

neft  isə  1968-ci  ildə  alınmışdır.  Aparılmış  seysmik  kəşfiyyat 

işləri  nəticəsində  Bahar  sahəsindən  3-3,5  km  cənub-şərqdə 

nisbətən  kiçik  daha  bir  Bahar-2  adlandırılan  struktur  aşkar 

olunmuşdur.  Burada  qazılmış  61,  68  və  52  saylı  quyularla 

Məhsuldar qatın  yalnız üst  hissələri açılmışdır. Strukturu daha 

dəqiq  öyrənmək  üçün  onun  tağ  hissəsində  dərinliyi  6000  m 

olan daha bir quyunun qazılması labüddür.  

Bahar  yatağının  srtariqrafik  kəsilişində  Miosendən 

müasir dövrə kimi çöküntülər iştirak edir. Aparılan tədqiqatlar 

neftli-qazlı  horizontların  əsasən  qum,  qumdaşı,  alevrolit  və 

gillərdən,  onların  növbələşməsindən  ibarət  olduğunu  söyləmə-

yə  imkan  verir.  Yataqda  8  tektonik  blok  ayrılmışdır  ki,  bun-

lardan  I,  II,  III  bloklar  məhsuldarlıq  baxımından  əsas  hesab 

edilirlər.  Bahar  yatağının  karbohidrogenli  obyektləri  laylı, 



47 

 

tağlı,  tektohik  ekranlaşmış  tipə  aiddir  və  MQ-nin  kəsilişinə 



mənsubdur. 

Bahar yatağında kəşfiyyat və istismarla 15 karbohidrogen 

(qaz, kondensat, neft) obyekti müəyyənləşdirilmişdir. Suraxanı 

lay dəstəsində - 2 (1 və 2 – I horizont), Sabunçu lay dəstəsində 

-  2  (II  və  IV  horizont),  Balaxanı  lay  dəstəsində  -  8  (V,  VI

y



VI

or

,  VII,  VIII,  IX,  X



y

,  X


a

),  FLD,  QÜQ  və  QA  dəstələrinin 

hərəsində  1  obyekt.  Abşeron  mərtəbəsinin  yuxarı  hissəsində 

qazlı  obyektin  olması  ehtimal  olunsa  da,  sınaq  işləri 

aparılmamışdır. 

Bahar  yatağında  kollektorların  litoloji  tərkibinin,  açıq 

məsaməlilik,  keçiricilik  göstəriciləri  öyrənilmişdir.  Axtarış-

kəşfiyyat  mərhələsində  bəzi  quyular  həm  qazlı,  həm  də  neftli 

intervalları  açmışdır.  Lay  sularının  tədqiq  olunması  bu  laylar 

arasında heç bir əlaqənin olmadığını, bəzi sitisna hallarda zəif 

ola  biləcəyini  göstərmişdir.  Bu  isə  yatağı  yaradan  karbohid-

rogenlərin  buradakı  gilli-qumlu  laylarla  əlaqədar  olduğunu 

söyləməyə  imkan  verir.  Qeyd  etmək  lazımdır  ki,  məhsuldar 

qatların qeyri-bircnsliliyi yatağın neft-qazlılıq perespektivliyinə 

mənfi təsir göstərir.  

Bahar  yatağında  sınaq  işləri  aparılmış  quyuların 

məlumatları  göstərir  ki,  bütün  horizontlarda  kəşf  olunmuş 

sənaye  əhəmiyyətli  neft  və  qaz  ehtiyatı  qırışığın  mərkəzində, 

horst  tipli  qırılma  kimi  səciyyələnən  iki  uzununa  qırılmanın 

arasında və nisbətən şərq qanadda formalaşmışdır. 

 

 

 



 

 

 



 

 


48 

 

BİBİHEYBƏT YATAĞINDA MƏHSULDAR QAT 



ÇÖKÜNTÜLƏRİNİN LİTOFASİYASI  

VƏ NEFT-QAZ PERSPEKTİVLİYİ 

 

    Magistr: 

    Əhmədli Əzizağa Qurban oğlu  

    II kurs, qrup A 1136 

           Elmi rəhbər: 

           dos. X.Z.Muxtarova 

 

Bibiheybət neft-qaz yatağı Abşeron yarımadasının cənub-



qərbinin  dənizyanı  hissəsində  yerləşir.  Bu  yataq  XVII  layın 

tavanına görə uzunluğu 6 km, eni 3,5 km, hündürlüyü 1100 m 

olan  braxiantiklinaldan  ibarətdir.  Struktur  Şm.Q-dən  CŞ.-ə 

uzanmış  asimmetrik  quruluşa  malikdir.  MQ-ın  üst  şöbəsində 

şaquli  yerdəyişmə  amplitudu  50  m-ə  qədər  olan  ayrı-ayrı 

düşmə  xarakterli  qırılmalar  qeyd  olunmuşdur.  Bu  qırılmalar 

dərinliyə getdikcə sönür və alt şöbəyə çatmır. 

Yatağın geoloji kəsilişini Pont mərtəbəsi, Məhsuldar qat, 

Ağcagil, orta və alt Abşeron və çöküntüləri açılmışdır.Qalınlığı 

1720  m  olan  MQ  üst  və  alt  şöbələrlə    təmsil  olunub.  Burada 

QaLD  daxil  olmaqla,  33  istismar  obyekti  ayrılır  ki,  bunlar  da 

əsasən  qumlardan,  qumdaşılarından  və  gillərdən  ibarətdir.  Ən 

çox  qumluluqla  Sabunçu  və  Balaxanı  lay  dəstələrinin  alt 

hissələri, QÜQ və QA lay dəstəsiləri fərqlənirlər. 

Qeyd  etmək  lazımdır  ki,  yataq  MQ-ın  alt  şöbəsində 

qalxma xarakterli, şaquli yerdəyişmə amplitudu 80 m-dək olan 

və  Fasilə  lay  dəstəsinə  doğru  sönən  eninə  və  uzununa 

istiqamətli qırılmalarla mürəkkəbləşmişdir. Bu qırılmalar MQ-

ın  alt  şöbəsində  neftin  sahə  və  kəsiliş  üzrə  paylanmasında 

böyük  rol  oynayırlar.  Belə  ki,  MQ-ın  alt  şöbəsinin  neftliliyi 

əks-fay  xarakterli  olan  uzununa  qırılma  və  kontur  suları  ilə 

hüdudlanır ki, bu isə qırılmaların neftin miqrasiyasından əvvəl 

yarandığını göstərir. 

Yatağın  neftliliyi  MQ-nin  Suraxanı  lay  dəstəsinin  II 

horizontundan  başlayır.  Burada  neft  tektonik  ekranlaşma 



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə