6
mexanizmlərin tətbiqi,
4.Karyerdə işçilərin əmək məhsuldarlığının yeraltı
mədənlərdəkindən 3-7 dəfə yüksək olması və məhsulun maya
dəyərinin 2-3 dəfə aşağı olması,
5.Karyerin inşasının 1.5-2 dəfə yeraltı mədənlərin
tikilməsindən tez tikilməsi və karyerlərin tikilmə xərclərinin
2-3 dəfə aşağı olması,
6.Karyerin layihə gücünün 1-2 il ərzində əldə edilməsi,
7.Yeraltı mədən qazmalarının keçirilməsi zamanı
bağlayıb-bərkitmə materiallarına çəkilən xərclərin açıq üsulla
çıxartmada olmaması və s.
Açıq üsulla işləmənin çatışmayan cəhətləri bunlardır:
1.İşin iqlim şəraitindən asılı olmaması,
2.Açıq üsulla işlənmə zamanı ətraf mühitə böyük mənfi
təsir göstərilir; hava qatlı toz, qaz və s. ilə çirkləndirlir;
karyer və açılış süxurları üçün böyük torpaq sahələri ayrılır;
karyer ərazisinə yaxın ərazilərdə qrunt sularının səviyyəsi
dəyişir.
Qeyd etmək lazımdır ki, açıq üsulun çatışmayan
cəhətlərini kəskin azaltmaq imkanı vardır.
DAĞ-MƏDƏN SƏNAYESİNDƏ QAZMA İŞLƏRİ
ZAMANI ƏTRAF MÜHİTİN QORUNMASI
Tələbə: Elmi rəhbər:
Cəfərli Rüfət İntizam oğlu
dos.M.H.Əliyeva
IV kurs, 179.4 qrup
Tədqiqat işi dağ-mədən sənayesinin ətraf mühitə
təsirinin tədqiqinə həsr olunmuşdur. Bu işdə faydalı
qazıntıların çıxarılan ərazilərdə təbii mühit davamlı olaraq
dəyişikliklərə məruz qalır və nəticədə təbiətə xeyli ziyan
vurulur, istehsalat sahələri üçün ayrılan kənd təsərrüfatı üçün
yararlı torpaqlar tutulur, ərazidə ekoloji, geoekoloji və
7
geokimyəvi dəyişikliklər baş verir. Bəzən zərərli maddələrlə və
kimyəvi elementlərlə torpaqlar, su hövzələri çirklənir.
Yuxarıda deyilənləri nəzərə alsaq dağ-mədən işləri aparılan
sahələrdə ətraf mühitin qorunması, pozulmuş torpaqların bərpa
olunması, səmərəli istifadəsi əsas məsələlərdəndir.
Dünya əhalisinin sayının artımı, mineral xammal
ehtiyatlarından istifadənin durmadan çoxalması, sənaye
sahələrində
yeni
texnologiyanın
tətbiqi və istehsalın
genişlənməsində ətraf mühitə təzyiqin artmasına səbəb olur.
Son illər yataqların açıq üsulla işlənməsi ətraf mühitə ciddi
təsir göstərən sahələrdəndir. Bu halda təbii sərvətlərdən istifadə
etmək, həm də ətraf mühitin qorunmasını təmin etmək üçün
mühafizə tədbirləri görülməsi əsas məsələlərdən biridir.
Belə tədbirlərə tullantılardan istifadə, pozulmuş
torpaqların bərpası, dağ-mədən işlərindən sonra yaranan
boşluqların müxtəlif məqsədlər üçün istifadə olunmasını aid
etmək olar. Burada rekultivasiya işlərinin aparılması əsas
məsələlərdəndir.
Məqsədindən asılı olaraq aşağıdakı əsas rekultivasiya
istiqamətləri məlumdur.
1. Kənd təsərrüfatı istiqaməti üzrə pozulmuş ərazidə
əkin (səpin) aparmaq, bağ salmaq, çəmən və otlaq kimi istifadə
etmək ;
2.Meşə təsərrüfatı istiqaməti üzrə: məqsədyönlü və
istismar əhəmiyyətli meşəliklər salmaq;
3.Yaşıllaşdırma və səhiyyə-gigiyena istiqaməti üzrə:
istirahət zonası yaratmaq, park yaşıllığı salmaq, ətraf mühiti
çirkləndirən
tullantı
layların
konservasiyası
və
ya
yaşıllaşdırılması;
4. Müxtəlif təyinatlı su hövzələri yaratmaq;
5. Pozulmuş ərazidə yaşayış və digər tikililər yaratmaq;
6.Xammalların
istifadəsinə iqtisadi və ekoloji
səmərənin əldə edilməsi üçün kompleksliliyin optimal
səviyyəyə qaldırılması, təbii sərvətlərin təkrar istehsalının
8
təmini və ətraf mühitin mühafizəsi;
7.Mədən sənayesi tullantılarının kəmiyyət və keyfiyyət
baxımından pasportlaşdırılması;
8.Polimetal filizlərinin tərkibindəki zərərli elementlərin
ətraf mühitə yayılmasının qarşısının alınması. İstehsal
tullantılarını zərərsizləşdirən və təkrar emal sexlərinin
yaradılması tədbirlərinin həyata keçirilməsi dağ-mədən
sənayesinin
ətraf
mühitə
mənfi
təsirini
azaldacağı
qənaitindəyik.
DƏRİNLİK QIRILMALARI, ONLARIN ƏSAS
XÜSUSİYYƏTLƏRİ VƏ ƏLAMƏTLƏRİ
Tələbə: Elmi rəhbər:
İsmayılov İsmayıl Həsən o. dos.Abbasov A.Q
III kurs, qrup
Dərinlik qırılmaları haqqında ilk mülahizə hələ 1904-cü
ildə amerikan geoloqu U.Xobbe tərəfindən söylənilmişdir. O,
bu qırılmaları Yer qabığında və onun relyef quruluşunda əsas
struktur elementi hesab edərək onları lineamentlər adlandırmış-
dır. Sonralar dərinlik qırılmaları haqqında elmi təsəvvür 1940-
cı ildə A.V.Peyve, A.D.Arxangelski və b. tərəfindən inkişaf
etdirilmişdir. A.V.Peyve göstərmişdir ki, dərinlik qırılmaları
uzun inkişaf dövrü keçirirlər, çöküntü toplanmada, struktur-
fasial zonallığın yaranmasında onlar həlledici rol oynayırlar.
Dərinlik qırılmaları yer qabığında böyük məsafələrdə iz-
lənilir, uzun sürən geoloji dövr ərzində inkişaf edir və yerləşmə
istiqamətinin əksər hallarda tez-tez dəyişilməsi ilə səciyyələnir.
Onların ən əsas struktur əlamətlərindən biri Yer üzərində ensiz
zolaq şəklində böyük məsafələrdə uzanmasıdır.
Dərinlik qırılmalarının müəyyən edilməsində geofiziki
kəşfiyyat üsulları xüsusi yer tutur. Qırılmaların varlığını təstiq
edən əlamətlərdən biri qırılmaların dərinliklərindən asılı olaraq
Dostları ilə paylaş: |