Azərbaycan döVLƏt neft və SƏnaye universiteti Neft-mexanika fakültəsi «Sənaye maşınları»


Qoruyucu boru kəmərlərinin sarğısı (kəmər başlıq­ları)



Yüklə 0,88 Mb.
səhifə3/7
tarix22.05.2022
ölçüsü0,88 Mb.
#87652
1   2   3   4   5   6   7
asif kurs layihəsi

1.2Qoruyucu boru kəmərlərinin sarğısı (kəmər başlıq­ları)
Qoruyucu boru kəməri sarğısının əsas funksiyası boru kəmərlərini asılı vəziyyətdə saxlamaq, boru kəmərləri arası fəzanı kipləşdirmək və ya ayırmaq, bir sıra texnoloji əmə­liyyatları icra etmək, quyu atmalarına qarşı avadanlıqları (qazma prosesində) və fontan armaturunun (istismar pro­sesində) onun üzərində quraşdırılmasından ibarətdir.
Kəmər başlıqlarının şifrlərində aşağıdakı işarələr qə­bul edilmişdir: O – sarğını; K – boru kəmərini; K və ya M – boru kəmərinin paz və ya mufta vasitəsilə asıldığını; 1, 2, 3 və i.a. – asılacaq boru kəmərinin (konduktor boru kəmərləri nəzərə alınmadan) sayını; birinci rəqəm – işçi təzyiqi; ikinci rə­qəm – istismar boru kəmərinin diametrini, mm; üçüncü rəqəm – texniki boru kəmərinin diametrini, mm; dördüncü rəqəm – konduktor boru kəmərinin diametrini, mm; XL – so­yuq ərazilər üçün klimatik şəraiti; K2 – H2S və CO2 6 %-ə qədər olan mühit üçün, K3 – H2S və CO2 25 %-ə qədər olan mühit üçün, K2İ – azlehimlənmiş və aşağıkarbonlu po­lad­dan hazırlanmış və quyularda inhibitorlardan istisfadə olunduqda kəmər başlığı üçün korroziyaya davamlığının nəzərə alındığını göstərir.
Məsələn, paz vasitəsilə asqılı, diametri 140 və 219 mm olan iki boru kəməri, H2S və CO2 6%-ə qədər olduqda korroziyaya davamlı və 35 MPa təzyiq üçün nəzərdə tutul­muş qo­ruyucu boru kəmərinin sarğısı OKK2-350-140x219x x426K2 kimi şifrələnir.
Qoruyucu boru kəmərlərinin sarğısı iki növə ayrılır:
OKM – qoruyucu boru kəmərləri muftalı asqı ilə;
OKK – qoruyucu boru kəmərləri pazvari asqı ilə.
Qeyd olunmaş konstruksiyalar imkan verir ki, boru kəmərləri arasındakı fəzada hermetiklik pozulduğu hallarda ora xüsusi pasta və ya özübərkiyən plastik kütlə vurmaqla hermetiklik bərpa olunsun.
OKM tipli qoruyucu boru kəməri sarğısı 14 MPa təzyiqə hesablanmışdır. OKM gövdədən, muftalı asqıdan, təsbitedici (stopor) vintlərindən, tıxaclı krandan və mano­metrdən ibarətdir (şək. 1.1).



Şək. 1.1. OKM tipli qoruyucu boru kəməri sarğısı:
1 – KPPS tipli düzaxınlı tıxaclı kran; 2 – gövdə; 3 – manometr;
4 – muftalı asqı; 5 – təsbitedici vint.

OKK tipli qoruyucu boru kəməri sarğısı 21, 35 və 70 MPa təzyiqlər üçün nəzərdə tutulur. OKK tipli qoruyucu boru kəməri sarğısı avadanlığı ayrı-ayrı yığım vahidlərindən – kəmər başlığından ibarətdir. Aşağı kəmər başlığı (QNK), qoruyucu boru kəmərinin bilavasitə yuxarı ucuna (konduk­tora) birləşdirilməklə üç icrada istehsal olunur:


1-ci icra – qoruyucu boru kəmərinə kəmər başlığının gövdəsinin daxili yivlə birləşdirilməklə;
2-ci icra – qoruyucu boru kəmərinə xarici yivlə bir­ləş­di­rilməklə;
3-cü icra – qoruyucu boru kəmərinə qaynaqla birləş­di­rilməklə.
Kəmər başlıqları qoruyucu boru kəmərlərinin quyuya buraxılması və sementlənməsindən asılı olaraq ardıcıl quyu ağzında quraşdırırlar. Onlar, qazma zamanı gözlənilən mak­simal lay təzyiqinə uyğun olaraq seçilirlər.
OKK tipli sarğı (şək. 1.2) aşağı, aralıq – birinci, ikinci və üçüncü (yuxarı) kəmər başlıqlarından ibarətdir.
Qoruyucu boru kəməri sarğısı pazvari asqı və pakerlə icra olunur.
Pazvari asqı gövdə və pazlardan ibarətdir. Pazlar yığım halında dördboğazın konusvari yuvasında oturdulur.
Texnoloji əməliyyatları müəyyənləşdirmək üçün hər kəmər başlığı manifold ilə təchiz edilir. Boruarxası fəzada təzyiqə nəzarət etmək üçün kəmər başlığında ventillər, kranlar və manometrlər quraşdırılır.

Şək. 1.2. OKK tipli sarğı:
1 – aşağı kəmər başlığının manifoldu; 2, 6 və 9 – asqılar; 3, 4, 7, 8 və 10 – pakerlər; 5 – aşağı aralıq (orta) kəmər başlığının manifoldu; 11 – dördboğaz; 12 – aralıq (yuxarı) kəmər başlığı; 13 – aralıq kəmər başlığının manifoldu; 14, 15, 17 və 18 – vurucu klapanlar; 16 – aralıq (orta) kəmər başlığı; 19 – aşağı kəmər başlığı.

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə