Azərbaycan döVLƏt neft və SƏnaye universiteti Neft-mexanika fakültəsi «Sənaye maşınları»


Kəmər başlığının hesabının növləri



Yüklə 0,88 Mb.
səhifə4/7
tarix22.05.2022
ölçüsü0,88 Mb.
#87652
1   2   3   4   5   6   7
asif kurs layihəsi

1.3Kəmər başlığının hesabının növləri
Kəmər başlığının yüklənmə sxeminə baxaq (şək.1.3), burada Q1, Q2, Q3, Q4, Q5 –qoruyucu kəmərlərin çəkiləri; P1, P2, P3, P4, P5daxildəki təzyiqlər; T1, T2, T3, T4, T5, - tem­pe­raturdan əmələ gələn gərginliklər; Q – atqıya qarşı ava­danlığın və digər birləşmələrin çəkisi; M1, M2, M3, M4, M5 – qazma alətlərinin işi zamanı yaranan fırlanma mo­mentidirlər.

Şək.1.3 Kəmər başlığının yüklənmə sxemi
Hesablamalar zamanı yuxarıda göstərilən bütün qüvvələri nəzərə almaq çox çətindir. Asqılara, dördboğaza, flans birləşmələrinə və s. detallara təsir edən müxtəlif qüvvə­ləri nəzərə almaqla hesablamaları mərhələlərlə aparmaq daha məqsədəuyğundur. Bir qayda olaraq, qoruyucu kəmə­rin bir hissəsi sementlənir, onda pazlı asqı ancaq qoruyucu kəmərin sementlənməmiş hissəsinin çəkisindən yaranan qüvvəyə məruz qalır. Müəyyən temperatur rejimində quyu­da elə şərait yarana bilər ki, qoruyucu kəmərin tempe­ratur­dan genişlənməsi nəticəsində əlavə gərginlik yaransın. Kəmərin aşağı hissəsi sementləndikdə, quyuda maksimal temperatur sahəsində sement daşının keyfiyyətinin pis olmasına görə, boru kəməri­nin kəmər başlığında lazımi qə­dər bərkidil­mə­məsi zamanı temperaturdan genişlənmə nəti­cəsində borular uzanır və kəmər başlığını və onun üzərində quraşdırılmış digər avadanlıqları yuxarı qaldırlar. Hətta şaquli yerdəyiş­mənin 0,5 m-ə çatma halları da məlumdur. Bu halda kəmər başlığının flans birləşmələrinin və digər quyu­ağzı avadan­lıqlarının kipliyi qismən və yaxud tam pozu­lur. Bu halların qarşısını almaq üçün kəmər baş­lığını və onun hissələrini hesabladıqda temperatur gərgin­li­yi­ni nəzərə almaq lazımdır (T1 – T5). Qoruyucu kəmər tam se­ment­­lənmədikdə quyunun temperaturu ətraf mühitin tem­pe­raturundan xeyli fərqli olduqda, onun azad hissəsi geniş­lənə bilər.
Temperatur dəyişməsindən qoruyucu kəmərin sərbəst hissəsinin uzunluğu aşağıdakı düsturla hesablanır:
.
Burada t – tablanmış polad üçün xətti genişlənmə əmsalı; t = 12 x 10-6; lo – ilkin uzunluq, m; t – quyunun və ətraf mühitin temperatur fərqi, oS. Qoruyucu borunun yuxarı hissəsinə kəmər başlığının dördboğazı bərkidilir.
Beləliklə, hər iki tərəfdən bərkidilmiş boru uzanaraq, quyunun daxilində onun divarları arasında əyilir və eyni zamanda həm kəmər başlığının dördboğazında 1, həm də sement stəkanında 2 gərginlik yaranır. Bu gərginliklər qoruyucu kəmərin xətti uzanma funksiyası olur
T = f(l).
Kəmər başlığının hesabı AzİNMAŞın metodikasına görə aparılır.
Kəmər başlığının gövdəsinin materialı bir qayda olaraq 20XQSL və ya 30XQSL götürülür. Biz 20XQSL-dən istifadə edəciyik.Bu poladların axıcılıq həddi ax 450-500 MPa-a bərabərdir. Hesablamalar aşağıdakı variantlarda aparılır (şək. 1.4):
1. Pazlara maksimal oxboyu qüvvə düşür, mühitin təz­yi­qi isə sıfra bərabərdir.
2. Pazlara boruların ağırlığının 40%-ə qədəri düşür, mühitin təzyiqi isə işçi təzyiqə bərabərdir.

Şək. 1.4. Kəmər başlığının elementlərinin hesabı üçün sxem

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə