Azərbaycan döVLƏt neft və SƏnaye universiteti Neft-mexanika fakültəsi «Sənaye maşınları»



Yüklə 0,88 Mb.
səhifə1/7
tarix22.05.2022
ölçüsü0,88 Mb.
#87652
  1   2   3   4   5   6   7
asif kurs layihəsi


AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ

Neft-mexanika fakültəsi


«Sənaye maşınları» kafedrası
050625 – “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi” ixtisası
Kurs III
433.19 saylı qrup
Fənn: “Neft-qaz istehsalı texnikası”

KURS LAYİHƏSİ


Mövzu: OKM tipli kəmər sarğısı


Tələbə -Asif Qarayev
Rəhbər, dosent- Z.S.Hüseynli

BAKI – 2022



mündəricat
Giriş........................................................................................................................3

1.Neft istehsalı avadanlığı......................................................................................5

1.1Neft istehsalı üçün avadanlıq növləri................................................................5

1.2Qoruyucu boru kəmərlərinin sarğısı (kəmər başlıq­ları)...................................6

1.3Kəmər başlığının hesabının növləri..................................................................9

2.Kəmər başlığının gövdəsinin hesabı..................................................................17

nəticə....................................................................................................................23

Ədəbiyyat.............................................................................................................24



referat
bu kurs lahiyəsində Neft istehsalı avadanlığı,və növləri,qoruyucu boru kəmərləri haqqında məlumat verilmişdir.Hesabat hissəsində isə kəmər başlığının gövdəsinin hesabı aparılmışdır.
Kurs layihəsi 26 səhivə,5 şəkil, ədəbiyyat və nəticə hissəsindən ibarətdir.Kurs layihəsi 2 hissədən:birinci hissə nəzəri əsaslar,ikinci hissəsi isə hesabata aid edilmişdir.


Giriş

Fontan quyusunun quyuüstü avadanlıqlar komplek­sinə kəmər başlığı, fontan armaturu, manifold və məsafədən idarəetmə stansiyası daxildir. Kəmər başlığının əsas funk­si­ya­sı qoruyucu borular arası fəzanı kip­ləş­dir­mək və ya ayır­maq, bir sıra texnoloji əmə­liyyatları icra etmək və fontan armaturunu onun üzərində quraşdırıl­ma­sın­dan iba­rət­dir. Fontan arma­turu istismar boru kəmə­rinin ağzını kipləş­dirmək və quyudan çıxarılan məhsulun təzyiqini tən­zim­ləmək üçündür. Manifoldun vəzifəsi isə çıxarılan məhsulu lazımı istiqa­mətə yönəltməkdən, qu­yu­dan çıxarı­lan məhsu­lun təzyiqini, temperaturunu ölçmək və s. texnoloji əməlli­yatları yerinə yetirməkdən ibarətdir. Idarə etmə stansiyası pnevmoidarə olunan fontan armaturunun məsa­fə­dən idarə­sini təmin etməlidirMüxtəlif konstruksiyalı fontan armaturlarının və ma­ni­foldların göstəriciləri bir-birinə yaxındır. Fənnin əsas məqsəd və vəzifəsi neft və qazın istehsalında istifadə olunan tex­ni­kanın nəzəri əsasları, tipləri, iş prinsipi, konstruktiv quruluşları, mövcud stan­dartlar və normativ sənədlər, konstruksiyaların hesablanma metodları sahə­lərindı tələbələrə nəzəri biliklər və praktiki vərdişlər aşılamaqdır.


Bakalavr hazırlığında xüsusi yer tutan bu fənn fizika, mexanika, hidravlika və iqti­sa­diyyatın ümumi prinsip, müddəa və qanunlarına əsaslanır. Onun mənim­sənil­məsi və dərindən öyrənilməsi üçün tələbələrin istiqamətin ümumpeşə hazırlığı fənləri (texnoloji maşın və avadan­lıqların yaradılmasının texniki əsasları, nəzəri mexanika, materiallar müqaviməti, maşın hissə­ləri, materialşünaslıq, neft-qaz quyu­larının istismar texnologiyaları) üzrə kifayət dərəcədə nəzəri bilik və praktiki vərdişlərə malik olmaları vacib sayılır.
Neft-qaz mədən avadanlıqlarının təsnifatı aşağıdakı kimidir.
1. Ümumi təyinatlı avadanlıqları:

  • kəmər başlıqları;

  • nasos-kompressor boruları;

  • paker və lövbərlər.

2. Quyuların fontan üsulu ilə istismarı üçün avadanlıqlar.
Fontan armaturları:

  • üçboğazlı;

  • dördnoğazlı

Bağlayıcı qurğular:
- tıxaclı kranlar;
- siyirtmələr.
Tənzimləyici qurğular.
Fontan armaturunun manifoldu.
Açıq fontanın ya­ranma gəlməsi ehtimalının qarşısını alan qurğular.
Quyudaxili fontan avadanlıqları.
3. Quyuların qazlift üsulu ilə istismarı üçün avadanlıqlar.
Qazlift prosesinin avadanlıqlar kompleksi:

  • fasiləli qazlift prosesinin avadanlıqları;

  • fasiləsiz qazlift prosesinin avadanlıqları;

Qazlift klapanlar.
Quyu kamerləri.
Tıxac və dövr­et­mə klapanları;
Klapanların otur­dul­ma və çıxarılma alətləri dəsti;
Quyuağzı qazlift avadanlığı.
4. Quyuların ştanqlı nasoslarla istismarı üçün avadanlıqlar.
Quyu ştanqlı nasos qurğuların təsnifatı.
Quyu ştanqlı nasoslar.
Nasos ştanqları.
Quyu ştanqlı nasos qurğusunun intiqaları.
- balansirli mancanaq dəzgahları;
- balansirsiz intiqallar;
- hidravliki intiqallar.
5. Quyuların ştanqsız nasoslarla istismarı üçün avadanlıqlar.
Ştanqsız nasos qurğuları:

  • mərkəzdənqaçma elektrik dalma nasos qurğusu;

  • vintli elektrik dalma nasos qurğu­su;

  • diafraqmalı elektrik dalma nasos qurğusu;

  • hidropistonlu quyu nasosları qur­ğusu;

  • titrəyişli və digar növ nasos qur­ğuları.



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə