Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universiteti



Yüklə 167,69 Kb.
səhifə4/5
tarix13.12.2023
ölçüsü167,69 Kb.
#149099
1   2   3   4   5
Elmira Əlizadə

4-cü Blok.
1)N.VQoqolun “Müfəttiş” əsərinin ideya məzmunu

Əsərdə qüsurlarını bilən və örtməyə çalışan kiçik şəhərin bürokratik elitasının komedik durumu təsvir edilir. Öz cinayətlərini ört-basdır edən bürokratik qrup müfəttişə yarınmaqla, ona rüşvətin müxtəlif qılıqlarında hədiyyələr təqdim etməklə cinayətlərini gizlətmək istəyir. Yetər ki, onlara kimsə mane olmasın, insanları qoyun kimi idarə etsinlər, var-dövlətlərini artırsınlar. Onlar bunu bacardıqlarını düşünürkən sadəcə təsadüfi bir adamı müfəttiş saydıqları üzə çıxır. Ən sonda isə yalançı müfəttişin yazdığı məktub oxunur. Bu məktub isə məhz bu bürokratik elitanı ifşa edir. Hər kəsin, belə demək mümkünsə zibili üzə çıxır. Bax elə belə…

2)A.P.Çexovun “Albalı bağı” əsəri

Ranevskaya Lyubov Andreevnanın ailə mülkündəki Albalı bağı satılmalı idi, çünki çoxlu borclar yığılmışdı. Lyubov Andreevna, 17 yaşlı qızı Anya ilə xaricdə yaşayır. Bu zaman qardaş Leonid Gaev, Lyubov Andreevna tərəfindən övladlığa götürülən Varya (24 yaş) ilə birlikdə Ranevskayanın əmlakını izlədi. O, yoxsulluğun astanasında idi, həyat yoxa çıxdı, əri və sevimli oğlu öldü, sevdiyi kişi xəstələndi, sonra qarət edib qaçdı. Lyubov və Anya evə gəldilər, onları Leonid və Varya qarşıladı, xidmətçilər gözləyirlər.Dünyaşa gəldi və sərvət əldə edən kəndli Yermolay Lopaxin. Epixodov da peyda olub, işçi olub, bəlaya düşüb. Yavaş-yavaş evə xeyli adam toplaşdı, hamı şəxsi işlərindən, problemlərindən danışırdı. Yermolay bağı icarəyə götürməyi təklif etdi. Lyubov Andreevna bağın kəsiləcəyi ilə razılaşmır. Lopaxin getməlidir, o bunu istəmir, Ranevskayanı sevir. Oğlunun müəllimi Pyotr Trofimov çox dəyişib.

3)A.P.Çexovun “Qağayı” əsərinin ideya məzmunu

Burada fövqəladə ideal insan olmadığı kimi, mənfi tiplər də yoxdur. Hərənin özünə görə həm müsbət, həm də mənfi cəhətləri vardır. Hərəsi özünə görə həm müsbət, həm də mənfi cəhətləri vardır. Hərəsi də bir cür bədbəxtdir.


Qırx yaşında olan İrina Nikolayevna Arkadina istedadlı aktrisadır. O, sənətini çox sevir. Lakin həddindən artıq şöhrətpərəst, xəsis və eqoistdir. Bankda 70.000 pulu olduğu halda, oğluna kömək etmir, xidmətçilərin haqqını kəsir, onları incidir. Şəxsi həyatında xoşbəxt deyil. Ərinin ölümündən sonra sevgisini ortabab yazıçı olan 39 yaşlı Triqorinə verib.
Triqorin isə tez-tez başqalarına uyur, ona qısqanclıq əzabı verir. Arkadina da onun ayaqlarına qapanıb onu atmaması üçün yalvarır. Triqorinin yazıları yüksək sənət əsəri sayılmaz. Lakin onlara sırf pis də demək mümkün deyil. Realist yazıçıdır. Ailə, qadın və sevgi məsələlərində o çox məsuliyyətsiz davranış sərgiləyir. O, yazıçılara uzaqdan hörmət bəsləyən mülkədar qızı gənc Nina Zareçnayanı yoldan çıxarır. Onu sevən 25 yaşlı gənc yazıçı Konstantindən soyumasına səbəb olur
Triqorin isə tez-tez başqalarına uyur, ona qısqanclıq əzabı verir. Arkadina da onun ayaqlarına qapanıb onu atmaması üçün yalvarır. Triqorinin yazıları yüksək sənət əsəri sayılmaz. Lakin onlara sırf pis də demək mümkün deyil. Realist yazıçıdır. Ailə, qadın və sevgi məsələlərində o çox məsuliyyətsiz davranış sərgiləyir. O, yazıçılara uzaqdan hörmət bəsləyən mülkədar qızı gənc Nina Zareçnayanı yoldan çıxarır. Onu sevən 25 yaşlı gənc yazıçı Konstantindən soyumasına səbəb olur. Triqorin özünü elə göstərir ki, guya bir yazıçı kimi gənc qızların psixologiyasını öyrənir. Məşhur yazıçının bu saxta münasibəti bir sənət sahibi olmaq arzusu ilə çırpınan qızı sarsıdır. Sonrada aktrisalıq fəaliyyətinə başlasa da, şəxsi həyatında xoşbəxt ola bilmir. Insanlara olan etibarını itirir. Hətta atası da artıq onu görmək istəmir. Tanışlarının nəzərində o daha əvvəlki mehriban, ağıllı Nina deyil. Ninanın da nəzərində insanlar əvvəlki insanlar deyil. Ondakı çoşqun, qomantik əhvali-ruhiyyədən əsər qalmayıb. Indi o köksündən yara almış qağayıdır. Əsər bu münasibətlə Qağayı adlandırılıb.

4)J.P.Sartr-müasir intellektual dramın əsasını qoyanlardan biri kimi



Jan-Pol Şarl Aymard Sartr dənizçi-mühəndis Jan Batist Sartrın ailəsinin yeganə övladı kimi doğulmuşdu. Anası Ann-Mari Şveytser məşhur alman humanisti, Nobel mükafatı laureatı Albert Şveytserin qardaşı qızı idi. Bir yaşında atasını itirən Jan-Pol ana babası, professor-germanist Şarl Şveytserin himayəsində böyümüşdü. Nəvəsinin istedadını görən Şarl Şveytser onu məktəbdən çıxarmış, evdə xüsusi müəllimlərdən təhsil alması üçün şərait yaratmışdı. 1917-ci ildə anası yenidən ərə gedəndə və onu öz yanına — Fransanın cənubuna aparanda Jan-Pol bundan əməlli-başlı sarsıntı keçirmişdi. Müharibə illərində müəllif özünün "Milçəklər" (1943), "Bağlı qapı arxasında" (1944) pyeslərini, habelə iri həcmli "Mövcudluq və heçlik" (1943) fəlsəfi traktatını qələmə almışdı. Yaradıcılığı ilə yaşamını təmin edə bildiyindən pedaqoji fəaliyyətdən birdəfəlik uzaqlaşmağa qərar vermişdi. "Milçəklər" pyesində Sartr Orest haqqındakı qədim yunan mifinə əsaslanaraq dünyada obyektiv əxlaqın mövcud olmadığı, buna görə də insanların sərbəst seçim haqqını özlərində saxlamaları fikrini fəlsəfi baxımdan əsaslandırırdı. İşğal altındakı Fransada bu sərbəst seçim faşizmə qarşı mübarizə idi. Almanlar bunu başa düşəndən sonra pyesin tamaşasını qadağan etmişdilər. Sartrın "Mövcudluq və heçlik" kitabı yazıldığı dövrdən ekzistensializmin əsas manifestinə və gənc Fransa intellektuallarının özünəməxsus Bibliyasına çevrilmişdi. Müharibənin sonuna doğru Jan-Pol Sartr artıq ekzistensialistlərin tanınan və hamı tərəfindən qəbul edilən lideri idi. İnsan seçiminə və azadlığına böyük önəm verən bu fəlsəfi təlimin populyarlığı həm də onun Müqavimət hərəkatı ilə bağlılığında idi. Fransız cəmiyyətinin müxtəlif təbəqələri arasında əməkdaşlıq və ümumi düşmənə qarşı birgə mübarizə fəlsəfəsi olan ekzistensializm əsasında intellektualları birləşdirməyə, yeni mədəniyyət yaratmağa böyük ümidlər vardı.

5)J.P.Sartrın “Milçəklər” pyesi
Pyesin süjetini qısa şəkildə xarakterizə edək. Hadisələrin baş verdiyi yer qismində Sartr Arqos şəhəri ilə onun ətrafını seçir. Yerli sakinlər artıq on beş ildir ki, çar Eqisflə, çariça Klitemnestranın onlara aşılamış olduğu vicdan əzabından əziyyət çəkirlər. Sadə kütlə elə çar ailəsi kimi sanki tövbə edir, qəlbən əzab çəkirlər, amma bununla belə acıqlı Tanrı Yupiter onlara hər tərəfdə uçuşan milçəklər yollayır, milçəklərdən isə xilas olmaq mümkün deyil. Milçəklər şəhərin sakinlərinin seçiminin xüsusilə vacib olduğu zaman "susaraq” etmədiklərinə görə Tanrı tərəfindən göndərilmiş cəzadır.Şəhərin süst vəziyyətə düşməsi həqiqi başçı Arqosun – Aqamemnonun qətlindən sonra başlayır. Onun arvadı Klitemnestra çara xəyanət edir, Klitemnestranın sevgilisi Eqisf isə Aqamemnonu öldürərək taxtı ələ keçirir. Çarın oğlu Orest ölümə məhkum edilir, amma qatillər körpəyə mərhəmət göstərərək onu sağ saxlayırlar. Aqamemnonun qızı ilə Klitemnestra – Elektra isə şəhərdə yaşamaqda davam etsələr də çar ailəsi üçün ən qara işlər görürlər. Həqiqi başçının ölümündən uzun illər sonra şəhərə Orestlə köləsi, gənc çarın tərbiyəsi və təhsili ilə məşğul olan Pedaqoq gəlir. Şəhərdə milçəklərin murdarladığı şəhər sakinlərindən başqa digər qəhrəmanlar isə özünü səyyah kimi qələmə verən Yupiteri qarşılayır. Məlum olur ki, Tanrı artıq uzun müddətdir ki, səyahətçiləri izləyir. Görüş zamanı isə onlara şəhərin tarixindən bəhs edir. Yupiter əvvəlcədən başa düşür ki, Orest Aqamemnonun oğludur və şəhərə qisas almaq naminə gəlmişdir. Özünü Fileb kimi təqdim edən gənc adamın xoşagəlməz yalanını məsxərəyə qoyaraq ona ölü şəhəri tərk etməyi məsləhət görür. Əks halda milçəklər onun da məhv olmasına səbəb olacaqdır. Sonra Orest ölülər şəhərində həqiqi diri qalan yeganə insanla – bacısı Elektra ilə rastlaşır. Orest bacısının çətin həyatı, şəhərdəki çıxılmaz vəziyyəti, hakimlərin mənəvi ölümləri və Elektranın atasının qatilinə və bütün xalqa əzab verənlərə qarşı nifrəti barədə öyrənir...

6)B.Brext və epik teatr nəzəriyyəsi



«Epik teatr» terminini ilk dəfə Piskator işlətsə də, alman rejissoru, dramaturqu və teatr nəzəriyyəçisi Bertold Brext bu terminə yeni istiqamət verdi. Bertold Brextin epik teatrı insanın cəmiyyətdəki real vəziyyətini göstərməyə və məsuliyyət hissi oyatmağa can atırdı. Epik teatr estetik bir forma olaraq insanları hadisələri görməyə, analiz etməyə və laqeyd olmamağa yönəldirdi. Brext yaradıcı fəaliyyətinə şair, tənqidçi kimi başladı, dramaturgiya ilə məşğul oldu və ən əsası yeni teatr formasını yaratmaqla teatr reformatoru kimi arzularını gerçəkləşdirə bildi... 1914-cü ildə Almaniya müharibəyə qoşulanda Brext də şovinist təbliğatına qoşudu–Autsburq qəzetlərində “müharibə haqqında qeydlər” yazır və müharibənin qaçılmazlığını sübut edirdi. Amma müharibənin dəhşətləri və itkilərin miqyası onun fikrini dəyişəcək və o, antimüharibə ruhlu şeirlər yazacaqdı. Az sonra isə qəzetlər onun əvvəlkindən tamamilə fərqli fikirlərini çap edir: “Vətən uğrunda ölməyin şərəfli olduğu haqda fikirlərə məqsədəuyğun təbliğat kimi baxmaq olar. Həyatla vidalaşmaq çətindir, istər ağır xəstə olub yataqda vidalaş, istər müharibə meydanında. Ancaq başıboş axmaqlar o qədər sadəlövhdür ki, deyirlər: orada ölmək asandır. Çünki onlar özləri də son anadək sağ qalacaqlarına inanırlar».Brext Münhendə həkimliklə məşğul olur və orduya sanitar kimi çağırılır. Gənc sanitarın mahnı və şerləri müharibəyə nifrət, Prussiya işğalçılarına və alman imperializminə ikrah ruhlu idi. O, sonrakı şeirlərində də yalnız istibdadın təsviri ilə kifayətlənmirdi, onlarda inqilab ruhu var idi. «Sinfi düşmən haqqında mahnı», «Vahid cəbhə haqqında» belə şeirlərdəndir. Bu şeirlərdə gənclik üsyankarlığı proletar inqilabına qədər inkişaf edir.

7)Bertold Brext yaradıcılığı

Bertold Brext -XX əsrdə müharibə mövzusuna bir çox yazıçı müraciət edib. Onların arasında müharibəni öz yaradıcılığında müzakirə edən bir çox məşhur imzalar var, amma Bertolt Brextin əsərlərində müharibə əleyhinə motivlər xüsusi yer tutur. Onun tərcümeyi-halından məlum olur ki, müharibə əleyhinə mövzuya hələ gimnaziyada təhsil aldığı zamanlarda müraciət etmişdir. Yazıçıya məşhurluq gətirən ilk əsərlərindən biri 1918-ci ildə yazılmış "Ölmüş əsgər haqqında əfsanə” satirik əsəridir, lakin sonralar həmin əsərə görə faşist hakimiyyəti B.Brexti alman vətəndaşlığından məhrum etmişdir. 1898-ci ildə Almaniyanin Auqsburq şəhərində anadan olub, hər iki dünya müharibəsinin təsir etmiş olduğu Bertolt Brext (Almaniyanın Şekspiri) 20-ci əsrin ən nüfuzlu dramaturqlarından biri idi, amma onu yalnızca alman şair və dramaturq olaraq tanıtmaq haqsızlıq olardı. 1928-ci ildə Berlində, daha sonra Berliner Ensemble adını alacaq olan Schiffbauerdamm teatrında “3 qəpiklik opera” (The Threepenny Opera; Bəstəkar Kurt Weill ilə birlikdə) adlı tamaşanı səhnələşdirir və hamının bərbad olacağını düşündüyü bu əsər dünyaca məşhur bir operaya çevrilir. Münixdə Lüdviq Maksimilian universitetində tibb üzrə təhsil alarkən, həm də şeir yazan Brext birinci dünya müharibəsi illərində hərbi xidmət göstərdikdən sonra müharibənin təsirindən dəhşətə gəlib yazıçılıq və teatr fəaliyyətini davam etdirmək üçün tibbi araşdırmalarından imtina etdi və birinci Münixə, sonra isə Berlinə getdi. Həyatının bu hissəsi 1933-də Nazilərin Almaniyadakı hökmranlığı başlayana qədər davam etdi. Brext Hitler rejimindən qaçandan sonra müxtəlif ölkələrdə sürgün həyatı yaşadı və onu nəinki alman vətəndaşlığından çıxarıb vətəni olmayan bir vətəndaşa çevirdilər, həm də kitabları yandırıldı, pyeslərinə qadağa qoyuldu.



8)Bertold Brextin “Kuraj ana və uşaqları” pyesinin antifaşist tematikası.
Pyesin əsas qəhrəmanı ticarətlə məşğul olan Kuraj ləqəbli Anna Firlinqdir. Anna öz furqonu ilə əsgərləri daşıyır. Müharibə onun qazanc yerinə çevrilib. Onun gəliri müharibənin baş verib-verməyəcəyindən asılıdır. Baş verən dəhşətli itkilər də (axı müharibə ananın üç uşağını – iki oğlu və bir qızını əlindən almışdır), müharibənin onun "çörək ağacı” olduğu düşüncəsini dəyişməmişdi. "Qadının günahı və bəlası ondadır ki, o, müharibədə ölüm mənbəyi deyil, həyat görürdü. Yenidən ticarətə başlamaq zamanıdır!”. Kuraj ana üçün müharibə bəla deyil, özünəməxsus biznesdir. Hərbi əməliyyatların bitməməsi ona sərf edir. "Kuraj müharibəyə axıra qədər inanır” – deyə Bertolt Brext pyesə yazdığı izahlarda qeyd edirdi. Kuraj ananın uşaqları üçün yaşamasına, onların uğrunda bu işlə məşğul olmasına baxmayaraq, hətta uşaqlarının ölümü də onun müharibəyə münasibətini dəyişmir. O, istəmədən də olsa onların məhv olmasına səbəb olduğunu başa düşmür: axı müharibə zamanı normal insan həyatı yaşamaq mümkün deyil.
Şveyserkas Kuraj ananın oğullarından biridir. O, alayın kassasını xilas edərkən qəhrəman kimi həlak olur. Şveyserkas doğru bildiyi işi görür. Amma onun qardaşı Eylif əmin-amanlıq günlərində soyğunçuluqla məşğul olmağı normal hal hesab edir, elə onun həlak olmasının səbəbi də bu olur. Qəhrəmancasına və rüsvayçılıqla baş verən bu iki ölüm halı – eyni hadisənin müxtəlif tərəfləridir. Kurajın qızı Katrinin vəziyyəti daha da çətin idi. Böyüyüb yaşadığı mühitə baxmayaraq o, müharibənin cinayət olduğunu başa düşür. Amma Katrin laldır. Öz mövqeyini hərəkətləri ilə göstərməyi bacarsa da, vəziyyəti sözlər vasitəsilə heç kimə izah edə bilmir. Onunlallığı simvolikdir: müharibə ilə yaşamağa çalışanlar bunun, əslində, necə bir qorxu olduğunu ağıllarına da gətirə bilməzlər. Kuraj ana al-ver edərkən Qalle yaxınlığında şəhəri məhv etmək gücündə olan şəxslər peyda olur və Katrin şəhərin sakinlərinin yuxudan oyanmaları üçün təbil çalır. Qızının ölümündən sonra Kuraj ana üçün həyat öz mənasını tamamilə itirir. Bəs o, nə edir? Yenidən furqona əyləşərək əsgərlərin ardınca yollanır.Kurajın uşaqlarının taleyini təsvir edərkən dramaturq insanlığın müharibə şəraitində ortaya çıxan mahiyyətini göstərir. Eylif insanların əlindən mal-qaranı aldıqda cəsurluğun qəddarlığa çevrildiyi məlum olur. Şveyserkas pulları öz həyatı bahasına gizlətdikdə onun səfehliyinə təəccüblənməmək mümkün deyil. Katrinin lallığı köməksiz xeyirxahlığın alleqoriyası kimi qəbul edilir. Dramaturq oxucunu müasir dünyada xeyirxahların dəyişməli olduqları barədə düşünməyə vadar edir.Eylifin, Şveyserkasın və Katrinin məhv olmuş talelərinə görə müəllif ananı günahkar bilir. Təsadüfi deyil ki, dramda onların həlakı Kurajın kommersiya işləri ilə əlaqələndirilir. O, "iş adamı” kimi pul qazanmağa çalışarkən hər dəfə uşaqlarını itirir. Özü də Kurajın sadəcə gəlir məqsədi güddüyünü hesab etmək yanlış olardı. O, olduqca koloritli şəxsiyyətdir, hətta cazibədar da hesab edilə bilər. Bertolt Brextin ilk əsərləri üçün xarakterik olan ədəbsizlik onda itaətsizliklə, praqmatiklik fərasətlə və sərbəstliklə, varlanmaq ehtirası isə ana məhəbbətinin gücü ilə birləşir.



Yüklə 167,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə