Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “İqtisadi nəzəriyyə” kafedrasının Müəllimi Abbasova Sevda İsmayıl q


İnstitusional iqtisadi nəzəriyyənin fəlsəfi əsasları. Praqmatizm fəlsəfəsi



Yüklə 46,3 Kb.
səhifə3/5
tarix13.09.2023
ölçüsü46,3 Kb.
#121777
1   2   3   4   5
m-1

3.İnstitusional iqtisadi nəzəriyyənin fəlsəfi əsasları. Praqmatizm fəlsəfəsi.
Doğruluğu və gerçəkliyi tək tərəfli olaraq, yalnız hadisələrin nəticələri əsasında dəyərləndirən və onlara yalnız ortaya qoyduğu fayda nöqteyi nəzərindən baxan cərəyana fəlsəfədə praqmatizm deyilir. Bu cərəyana görə reallıq və doğruluq insan fəaliyyətindən aslıdır. Buna görə də gerçəklik, doğruluq və insan fəaliyyətinin nəticələri, ortaya qoyduğu faydaya, yarara görə dəyərləndirilir
Praqmatizm xüsusilə ABŞ və İngiltərədə geniş yayılmış və cəmiyyətin yaşam fəlsəfəsi olmuşdur. Iqtisadiyyata və təhsilə köklü olaraq təsir etmişdir. Bu ideologiyanın öndə gələn təmsilciləri : Amerikalı William Cames, Cohn Dewey və İngilis Shcillerdir.
Praqmatizm və faydalılıq fəlsəfədə həm yaxşının, həm də düzgünlüyün nəzəriyyəsidir. Yəni yaxşı şey odur ki, çox fayda versin. Doğru şey odur ki, tətbiq edilə bilsin. Əgər bir bilgi günlük həyatda işə yarayırsa o bilgi doğrudur. Yəni, bu ideologiya bir növ nəzəri düşüncənin tərsidir.

Praqmatizm XIX əsrin 70-ci illərində Kembricdə (ştat Massaçusets) toplaşan və Pirs tərəfindən "Metafizik klub" adlandırılan kiçik bir elmi işçilər qrupunun fəaliyyəti nəticəsində meydana gəlmişdir. Praqmatizm təliminin əsasları ABŞ filosofu Çarlz Pirs (1839-1914) tərəfindən qoyulmuşdur. O, bu cərəyanın proqramını formulə edib onun adını təklif etmişdir. Pirsə görə, praqmatizm real həyatla bağlı olan alim, tədqiqatçı üçün səciyyəvi olan "laboratoriya ruhu"nun ifadəsinə xidmət göstərməlidir. Onun başlıca məqalələrinin ("Əqidənin möhkəmləndirilməsi" və "Əqidələrimizi necə aydın edək") əsas mövzusu bilik, əqidə və hərəkətlərin bir-birinə qarşılıqlı münasibətləridir.


Qeyd etdiyimiz kimi praqmatizm Amerika mənşəli bir fəlsəfədir, belə ki, 19-cu əsrin sonları və 20-ci əsrin əvvəlləri üç ünlü Amerikalı filosof – Çarlz Pirs, Vilyam Cemsi və Con Devey tərəindən təməli qoyulub. Bu fəlsəfə – fikir dünyasında etdiyi inqılabı qoyaq bir kənara – Amerikalıların maddi dünyasına ciddi təsir göstərə bilmişdir. Bu gün Amerika möhtəşəm gözəlliyə, güclü iqtisadiyyata və texnologiyaya sahibsə, bunu məhz Praqmatizm fəlsəfəsinə borcludur. Bu fəlsəfə axım təməli atılan gündən bəri, hələ də öz işini görməkdədir. Bu gün Amerikada aparılan bütün elmi tədqiqatlar – istər empirik, istərsə də humanitar elmlər müstəvisində – bunu deməyə əsas verir.
Bu fəlsəfi cərəyan, axı ortaya nə qoyub ki, bunlar bu qədər inkişaf edə biliblər? Bu suala qısa və konkret şəkildə belə cavab verə bilərik: Bu fəlsəfi axın deyir ki, o inamlar, müddəalar, nəzəriyyələr, düşüncələr doğru hesab olunur və nəticədə diqqət mərkəzinə alınmalıdır ki, insan üçün əməli müstəvidə faydalı, xeyirli, təsirli, işləyən olsun. Əgər belə deyilsə, onda o inam, müddəa, nəzəriyyə, düşüncə yalnış hesab olunaraq qırağa atılmalıdır. Bir sözlə, praqmatızm fəlsəfəsi bir çox fəlsəfələr kimi təkcə nəzəriyyə müstəvisində ilişib qalmır, əksinə, bütün gücü, qüvvəsi ilə çalışır ki, nəzəriyyənin tətbiq tərəØərini üzə çıxarsın. Nəzəriyyəyə nəzəriyyə olduğuna görə deyil, əməli tətbiqləri olduğuna görə qiymət verib, onu doğru və ya yalnış əlamətlərlə xarakterizə edir.
Görən, praqmatistlər nədən belə düşünür? Öz görüşlərini nə ilə əsaslandırırlar? Cemsinin bu suala cavabını aşağıdakı şəkildə formulə edə bilərik:
a. İnsan hər hansı bir həqiqəti, gerçəyi təsdiqləyərkən, bunu qeydsiz-şərtsiz etmir. Əksinə, tamamilə müəyyən şərt çərçicəsində onu təsdiqləyir.
b. İnsan konkret həqiqətləri, gerçəkləri o zaman təsdiqləyir ki, onların təsdiqlənməsi hansısa bir mənfəəti, xeyiri özündə ehtiva etsin.
c. Həqiqət və yalan – hər ikisi vəziyyətlərlə əlaqədar olarsa, bu zaman gərək həmişə həqiqət yalandan üstün tutulmalıdır. Ancaq əgər bunların vəziyyətlərlə heç bir əlaqəsi olmasa, onda yalan adam üçün nə qədər əhəmiyyətsiz olursa, həqiqət də bir o qədər onun üçün əhəmiyyətsiz olur. Məsələn, kimsə məndən saatın neçə olduğunu soruşarsa və mən də cavab olaraq ona məsələn, harada yaşadığımı, hansı mənzildə qeydiyyatda olduğumu, çəkimi, boyumu və s. bu kimi nəsnələr söyləsəm, düzdür, söylənilənlər doğru, həqiqət olsa da, o adam nə üçün mənim belə cavab verdiyimi anlamayacaq. Deməli, sadaladığım bu nəsnələr yalan olduğu təqdirdə nə qədər o adam üçün əhəmiyyətsizdirsə, bu nəsnələr doğru olduğu təqdirdə də bir o qədər o adam üçün əhəmiyyətsiz olacaqdır.
Nəticə olaraq deyə bilərik ki, bir inamın, müddəanın insan həyatında varlığı ilə yoxluğu bərabərdirsə, belə ki, yalan olduğu təqdirdə, necədirsə, doğru olduğu təqdirdə də elədirsə, onda hər ikisi də eyni qiymət daşıyır.
Dini mətnlərə də nəzər saldıqda, müəyyən mənada praqmatik yanaşmanın – fəlsəsəfi anlamda olmasa da- tövsiyə olunduğunu görmək olar. İslam məxəzlərində qeyd olunan duaların birində belə bir ifadə var: “Allahım, fayda, mənfəət verməyən bir bilikdənsə Sənə sığınıram”. Məlum olduğu kimi, burada fayda verməyən bilik dedikdə, biliksizlik, nadanlıq nəzərdə tutulmur. Əksinə, məqsəd elə obyektiv reallığa adekvat olan səhih bilikdir. Sadəcə olaraq, burada bildirilir ki, obyektiv reallığa adekvat olan hər bir bilik, idrak faydalı deyil insan həyatında- istər fərdi həyatında, istərsə də ictimai. Demək, biliklərə münasibətdə müəyyən mənada fəlsəfi praqmatik mövqeyi təsdiqləmək olar. Belə ki, o biliklərin, bilgilərin ardınca olmalıyıq ki, bizim üçün faydalı, xeyirli, təsirli, işləyən olsun. Nəticədə bildiyimizlə bilmədiyimiz arasında heç bir fərq olmayan bilgilərdən uzaq durmalıyıq.


Yüklə 46,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə