Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 15,36 Mb.
Pdf görüntüsü
səhifə23/215
tarix03.08.2018
ölçüsü15,36 Mb.
#60675
1   ...   19   20   21   22   23   24   25   26   ...   215

49 

ikiüzlü  Fo manı,  zəburçu  Ġliyanı,  Bnotu,  Ġbası  və  bu  kimi  baĢqalarını  Albaniyadan

qovdu.  Onları  ayrı-ayrı  yerlərə sürgün  edib  əmin-amanlığı  bərpa  etdilər".  K.V.Trever

haqlı olaraq adları çəkilən Ġbas və Bnotu suriyalı Ġbas və ya onun ardıcılları,  eləcə də 

man içi  Bundos  və  ya  onun  tərəfdarları  ilə  eyniləĢdirir.  O  hesab  edir  ki,  Məzdək

hərəkatının  əks-sədası  Albaniyada  özünü  VI  əsrin  II yarısında baĢ  vermiĢ  bu  bidətçi

təbliğlərdə  göstərmiĢdir.  Son  tədqiqatlara  görə,  Aquen  məclisinin  "azatlar  və  qara 

camaat  arasında  münaqiĢələr"ində  maniç ilik  və  nestorçuluq  ideyalarını  IV-V

əsrlərdə bilavasitə  Nestorun ardıcılları  -  tərəfdarlarından  (suriyalı Ġbasdan) və maniçi

Bundosun  özünün  ardıcıllarından  qəbul  etmiĢ  sosial  hərəkatı  və  ya  V  əsrin  sonunda 

Albaniyada  baĢ  vermiĢ  sinfi  mübarizəni  görmək  olar;  bu  mübarizə  V  əsrin  ikinci

yarısında baĢlayan və kökü maniçiliyə gedib çıxan Məzdək hərəkatı ilə bağlı idi,  yəni

Məzdəkin rəhbərlik etdiyi hərəkatla Albaniyadakı hərəkat, demək olar, eyni zamanda 

baĢ  vermiĢdi,  sinxron  idi.  Elə  Albaniyadakı  bu  sinfi  mübarizə  Aquen  məclisinin

çağırılmasının baĢlıca səbəblərindən biri olmuĢdur. Moisey Kalankatlının VI əsrdə Ter-

Abbas  tərəfindən  bidətçilərin  qovulması  barədə  verdiyi  məlumat  isə,  görünür,  bu 

sosial  hərəkatla  mübarizənin  davam  etməsindən  bəhs  edir.  Beləliklə,  güman  etmək

olar  ki,  Məzdək  hərəkatı  təkcə  Ġran  və  Cənubi  Azərbaycan  xalqlarını  -  kəndli  və

sənətkarlarını  deyil,  həm  də  ġimali  Azərbaycan  -  Albaniya  əhalisini  də  ayağa 

qaldırmıĢdı.  Məzdəkilər  hərəkatı  Sasani  dövlətinin  daxili  həyatının  bütün  zəif

cəhətlərini aĢkara çıxardı və dövlətin əsaslarını sarsıtdı; nəticədə I Xosrov ƏnuĢirəvanın

inzibati və vergi islahatları meydana çıxdı. 

Onu da qeyd etməliyik ki, ġimali Azərbaycanda baĢ verən sinfi münaqiĢələri öz

əsərində  aĢkar  təsvir  etməyən  Moisey  Kalankatlı,  xristianlıqla  qədim  bütpərəst

etiqadları  arasında  baĢ  verən  toqquĢ malardan  danıĢarkən  istər-istəməz,  dolayısı  ilə 

siniflərarası  nifaqı  açıqlamıĢ  olur.  Müəllifin  CavanĢirin  ölümündən  sonra  baĢ  verən

hadisələr  haqqındakı  məlumatı  xüsusilə  maraqlıdır;  bu  məlumata  görə,  o  vaxt

"ölkəmizdə  az  iğtiĢaĢlar  olmadı:  silahlanmıĢ  qara  camaat  dəstə-dəstə  yığıĢırdı". 

Gö rünür,  məhz bu məlu mat o dövrdə Albaniyada baĢ verən hansısa bir üsyana dəlalət

edir.  Bu  məlumat,  eləcə də,  VII  yüzildə  geniĢ yayılmıĢ  bidətçi  antifeo dal  pavlikianlar

hərəkatına da aid ola bilərdi. Pavlikianlar iri torpaq sahiblərinə, dini ayinlərə  və  kilsə 

iyerarxiyasına  qarĢı  çıxırd ılar.  Dünyanın  əsasında  xeyir  və  Ģər  baĢlanğıcların ın

durduğunu qəbul edən pavlikianlar  xey ir baĢlanğıcının göylərdə deyi l, yer üzündə 

olduğuna inanır, hamın ın  mülki və hüquqi bərabərliy ini təsdiq edirdilər. Məzdəki-

lərdən  fərqli  olaraq,  onlar  xeyrin  təntənəsinə  əmin  id ilər,  icmalar  yaradaraq,  nə 

feodallara, nə də kilsəyə tabe olurdular. 

Pavlikianlar  haqqında  ən  qədim  məlu matı  706-707-ci  illərdə  Bərdədə

çağırılmıĢ  Alban  kilsə  məclisin in  bu  təriqətin  nümayəndələrini  b idətçilər  kimi 

mühakimə  edən  qərarında  görmək  olur.  Uzun  on  illər  davam  edən  bu  hərəkat

Girdimanda və Balasakanda daha geniĢ yayılmıĢ, sonrakı ərəb ağalığı dövrün də isə 

ərəb üsuli-idarəsinə qarĢı yönəldilmiĢdi. 



50 

§ 10. ĠLK ALBAN HÜQUQĠ SƏNƏDĠ -AQUEN 

QANUNLARI 

Aquen  kilsə  məc lisin in  qanuni  qərarları  və  VII  əsrin  alban  kato likosu

Simeonun  qərarları  alban  hüququnun  dövrümüzədək  gəlib  çatmıĢ  qədim  yazılı

abidələridir.  Bu  kilsə  məclisi  V  əsrdə  alban  hökmdarı  III  Vaçaqan  tərəfindən 

Aquen adlanan sərhəd məntəqəsində çağırılmıĢdı. 

Aquen  qanunları  böyük  əhəmiyyətə  malik,  erkən  o rta  çağlar

Albaniyasının  indiyə  qədər  qorunub  qalmıĢ  yeganə  tarixi-hüquqi  sənədidir.  Bu 

abidədə  mü xtəlif  ictimai  təbəqələrin  sosial  və  hüquqi  münasibətləri  ö z  əksini

tapmıĢdır. 

Aquen  qanunlarının 

qəbul 

olunduğu 



zamanadək 

Albaniyada,

Ermənistanda  və  Gürcüstanda  kilsənin  ehtiyac  və  maraqlarını  ifadə  edən  tərcümə 

və  orijinal  qanun  mətnləri  mövcud  idi:  hüquqi  normalarla  b irlikdə  Bib liyanm

tərcüməsi,  ü mu mdünya  kilsə  məc lislərin in  (325-ci  ilin  Nikeya,  381-ci  ilin 

Konstantinopol,  431-c i  ilin  Efes  kilsə  məclislərinin)  bütün  xristianlar  üçün  icbari

olan  qanunları.  Ümu mdünya  kilsə  məclislərinin  hüquqi  kodekslərin in  müəyyən 

təsiri  və  Albaniyada  ictimai  münasibətlərin  daxili  inkiĢafı  nəticəsində  alban 

qanunlarının yaradılması zərurəti meydana gəldi.  

Alban  hökmdarı  III  Vaçaqan  Albaniyanın  müstəqilliyin i  möh-

kəmləndirməyə  can  ataraq,  yad  dini-siyasi  təsirlərə  və  yadelli  qüvvələrin 

assimilyasiya  siyasətinə  qarĢı  dura  biləcək  müstəqil  alban  kilsəsinin  böyük  siyasi

rolunu  nəzərə  alaraq  alban  kilsəsinin  dayaqlarını  möhkəmləndirməyi,  onu  iqtisadi

cəhətdən gücləndirməyi  zəruri hesab edirdi.  Bıınu  isə  alban  kilsə hüquqi normalarının 

qəbul  olunması  yolu  ilə  etmək  mümkün  idi.  III  Vaçaqan  bu  məqsədlə  Aquen  kilsə

məclisini çağırdı. 

Aquen  qanunlarının  ayrıca  nəĢri  mövcud  deyildir.  Bu  qanunlar  Moisey

Kalankatlının  "Alban  tarixi"  əsərində  və  "Erməni  qanunları  kitabı"nda 

("Kanonagirk"də) nəĢr olunmuĢdur. 

Aquen  məclisi  tərəfindən  iĢlənmiĢ  və  qəbul  edilmiĢ  qanun  Nizamnaməsi

giriĢdən  və  21  maddədən  ibarətdir.  GiriĢ  hissəsində Aquen  kilsə  məclisinin səbəbləri 

haqqında danıĢılır. 

Kilsə  məclisi  ruhani  olmayanlarla  ruhanilər,  kübar  cəmiyyətindən  olan

azatlarla  sadə  əhali  -  ramiklər  arasında  baĢ  verən  çəkiĢmələrə  qarĢı  təcili  tədbirlər 

qəbul edilməsi üçün çağırılmıĢdı. 

Görünür,  qanunlar  bizə  tam  redaksiyada  gəlib  çatmamıĢdır.  Çünki,  qeyd 

edilmiĢ  "azatlarla  ramiklər  arasında  olan  çəkiĢmələr"  qanunlarda  öz  əksini

tapmamıĢdır. 

Qanunların  təhlili  onları  dörd  qrupa  bölmək  imkanı  verir:  1)  ruhanilərə  (kilsə

xadimlərinin  qarĢılıqlı  münasibətlərinə,  ruhanilərin  hüquq  və  vəzifələrinə)  aid  olan 

qanunlar;  2)  ruhanilərlə  dünyəvi  əyanlar  arasında  olan  münasibətləri  tənzimləyən 



Yüklə 15,36 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   215




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə