Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 15,36 Mb.
Pdf görüntüsü
səhifə22/215
tarix03.08.2018
ölçüsü15,36 Mb.
#60675
1   ...   18   19   20   21   22   23   24   25   ...   215

47 

Bu vəzifə yalnız ölkədə hökmdar hakimiyyətinin olmadığı dövrdən - VII əsrdən

qeydə  alınmıĢdır.  "Alban  tarixi"ndə  Albaniyanın  böyük  knyazı  CavanĢir  Albaniya

sparapeti kimi təqdim edilir. Bu məlumata görə, alban qoĢunu Albaniyanın böyük knyazı 

Varaz Qriqorun oğlu gənc CavanĢirin baĢçılığı altında Ġran tərəfdə, ərəblərə qarĢı çıxıĢ

etdi.  Ġran Ģahı  III  Yəzdigərd onu Albaniyanın sparapeti təyin etdi.  CavanĢirin varisləri

olan  Varaz  Tiridatın  və  ġeroyun  dövründə  sparapet  vəzifəsini  artıq  böyük  knyazlar 

deyil, baĢqa Ģəxslər tuturdular. 

Albaniyanın  böyük  knyazı  Varaz  Tiridatın  zamanında  baĢ  komandan  kimi

"zoravar" (qədim fars termini) istilahı qeydə alınmıĢdır. 

Belə  bir  fakt  diqqətə  layiqdir  ki,  Aquen  məclisi  iĢtirakçılarının  siyahısında

yalnız iki vəzifənin - hramanatar və hazarapetin adları çəkilir. Əlbəttə, bu dövrdə hərbi

idarənin  olmaması  az  ağlabatandır.  Ola  bilər  ki,  alban  arĢakilərinin  hökmdarlığı 

dövründə  sparapet  vəzifəsini  hökmdarlar  özləri  tutmuĢ,  buna  görə  də  Aquen  qanun -

larında bu vəzifənin  adının  çəkilməsinə  ehtiyac qalmamıĢdı;  çünki  hökmdarın  burada

iĢtirakı qeyd olun muĢdur. 

Güman  etmək  olar  ki,  Albaniyada sparapet vəzifəsi yalnız  alban hökmdarları

hakimiyyətinin süqutundan sonra, böyük alban  knyazları  Mihranilərin  hakimiyyətinin

qurulması dövründə formalaĢmıĢdır. Bu vəzifəni həm böyük knyazlar, həm də baĢqa 

Ģəxslər tuta bilərdilər. 

Alban  qoĢunu  azat  patronimiyalarının  meydana  çıxardıqları

 

dəstələrdən



təĢkil o lunurdu. Hər bir azat patronimiyası qoĢundan baĢqa özünün üzük-möhürünə 

də  malik  id i.  Bu  möhürlə  ü mu mdövlət  əhəmiyyətli  yazılı  sənədlər,  habelə 

nahararlıq ların sənədləri təsdiqlənirdi. 

§ 9. SĠNFĠ MÜBARĠZƏ VƏ SOSĠAL HƏRƏKATLAR 

Feodal  münasibətlərinin  inkiĢafı,  əhalin in  yerli  hakim  dairələri,  eləcə  də

Sasani  Ġranı,  o  cümlədən  dünyəvi  və  ruhani  feodallar  və  kilsə  tərəfindən  feodal

istismarının geniĢlən məsi vergi əsarətin in artmasına səbəb o ldu; bütün bunlar həm 

Albaniya, həm Atropatena əhalisinin müqavimətin i doğurdu. 

III  əsrdə  Sasani  dövlətində  Maninin  baĢçılıq  etdiyi  hərəkat  geniĢ  miqyas

aldı. Maniçilərin  dövlətə və əsarətə qarĢı yönəldilmiĢ təlimi yüksək əxlaqi ideyaları 

təbliğ edirdi.  Lakin bu təlim tərəfdarlarının dövlətə və rəsmi dinə qarĢı müqaviməti

passiv idi. 

III əsrin sonunda Mani ardıcıllarının sol,  radikal cərəyanı  meydana çıxd ı.

VI əsr  Bizans yazıçısı Malalan ın  məlu matına görə, bu cərəyanın  liderlərindən biri 

olan Bundos imperator Diokletianın hakimiyyəti dövründə (III əsrin sonu) Romada 




48 

təbliğat  aparırdı;  o  öyrədirdi  ki,  xey ir  və  Ģər  baĢlanğıcların  döyüĢü  artıq  xey ir

allah ının qələbəsi ilə baĢa çatsa da, bu, tam olmayan qələbədir. Bu nikb in iddia yer

üzərində  qalan Ģərin  məhv  edilməsi  uğrunda  insanın  fəal  mübarizəyə  qoĢulmasını 

tələb edirdi. Məhz buna görə də bu təlim geniĢ xalq hərəkatının bayrağına  çevrildi.

Maniçilik  kilsəsi möhkəm və tənzim olun muĢ təĢkilata,  mü xtəlif ölkələrdə təbliğat

aparan çoxlu missionerə ma lik id i.  

Sasani  Ģahı  I  Bəhra mın  (273-276)  hakimiyyəti  dövründə  maniç ilə rin

təqibi  baĢlandı.  Mani  təlimi  b ir  ço x  d ini  cərəyanlara,  o  cü mlədən  Məzdəkilər

hərəkatına  (V-VI  əsrlər),  pavlikianlığa  (VII-IX  əsr-lər),  daha  sonralar  meydana 

çıxmıĢ  xristian bidətçi hərəkatlarına -X əsrdə Bo lqarıstanda yaranmıĢ, Kiçik Asiya

və  Balkanlarda  yayılmıĢ  boqumilçiliyə,  XII-XIII  əsrlər  Fransanın  cənubunda,

Lankedokda meydana çıxmıĢ alb iqoyluğa böyük təsir göstərmiĢdir.  

Bütün  bu  hərəkatlar  ümumi  istiqamətləri  ilə  -  kilsə  ayinlərinin

sadələĢdirilməsi, istismara və feodal torpaq sahibliyinə qarĢı mübarizəyə gətirib çıxaran

bərabərliyin təbliği ilə seçilirdi. 

V əsrdə Sasani Ġranında baĢ verən Məzdəkilər hərəkatı ġima li  Azərbaycana -

Albaniyaya da təsir etməyə bilməzdi. Kilsə feodal əyanlarının nümayəndəsi olan Moisey

Kalankatlı öz tarixində sinfi mübarizə, sosial hərəkatlar barədə heç bir məlu mat verməsə 

də, bu dövrdə Albaniyada da ictimai-siyasi vəziyyət, Ģübhəsiz, sabit ola bilməzdi. Alban

müəllifinin  ayrı-ayrı  səthi  və  ötəri  məlumatlarını  təhlil  edən  K.V.Trever  də  haqlı

olaraq  məhz  belə  nəticəyə  gəlmiĢdi.  Məsələn,  Aquen  məclisinin  çağırılması 

səbəblərini  izah  edən  Moisey  Kalankatlı  yazırdı  ki,  "ruhani  olmayanlarla  ruhanilər

arasında, azatlarla qara camaat (ramiklər) arasında narazılıqlar baĢ verdi; onda hökmdar

məclis - böyük məhkəmə qurmaq istədi". Aydındır ki, söhbət siniflərarası və sinifdaxili 

narazılıqlardan gedir. Lakin qanunların mətnlərində ancaq sinifdaxili  - dünyəvi əyanlarla

ruhanilər arasındakı münaqiĢələr əks olunmuĢdur. 

V-VI  əsrlərin  hadisələrini  təsvir  edən  Bizans  (Feofan,  Malala,  Aqafiy,

Prokopiy),  Suriya  (ĠyeĢu,  Stilit) və  erməni  (YeqiĢe,  Lazar  Parblı,  Sebeos)  tarixçiləri  də 

Cənubi  Qafqaz  ölkələrinin  -  Albaniya,  Gürcüstan  və  Ermənistanın  ictimai  həyatındakı

sosial hərəkatlar barəsində  məlumat vermirlər. Moisey  Kalankatlının  mətnlərinin  tədqiqi 

Aquen  məclisinin  mətnindəki  "azatlar  və  qara  camaat  (ramiklər)  arasında  münaqiĢələr"

məlumatı  altında  nə  baĢa  düĢüldüyünü,  Albaniyada  hansı  sosial  hərəkatın  baĢ  verə

biləcəyini aydınlaĢdırmağa və həmin hadisələrin mənzərəsini yaratmağa imkan verir. 

Məlum olduğu kimi, qədim dövrdə və orta əsrlərdə hər hansı sosial hərəkat

rəsmi  din  və  onunla  ziddiyyətdə  olan  bidətçi  təlimlər  arasındakı  fikirayrılığı  pərdəsi

altında  baĢ  verirdi.  Belə  güman  üçün  əsas  vardır  ki,  IV-V  əsrlərdə  Albaniyada 

xristianlığa və zərdüĢtiliyə mü xalif olan bidətçi dini təlimlər - nestorçuluq və maniçilik

təbliğ edilmiĢdir. Bu təlimlərin Albaniyadakı yayıcıları Nestorun tərəfdarı suriyalı Ġbasın

(457-ci  ildə  vəfat  edib)  ardıcılları  və  maniçilik  təliminin  sol  cərəyanının  liderlərindən 

olan Bundosun (V əsr) ardıcılları olmuĢdular. Moisey Kalankatlı məlumat verir ki, alban

katolikosu  Ter-Abbas  551-ci  ildə  "ciddi  istintaq  apardı...  və  rəzil  müəllimlərdən  - 




Yüklə 15,36 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   215




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə