Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 15,36 Mb.
Pdf görüntüsü
səhifə19/215
tarix03.08.2018
ölçüsü15,36 Mb.
#60675
1   ...   15   16   17   18   19   20   21   22   ...   215

41 

Araz  çayının sol sahilində  yerləĢən bu Ģəhər  haqqında  ən  erkən  məlumat  tarixçi  Ġosif

Flaviyə  (e.ə.  I  əsr) və yunan  coğrafiyaçısı  Ptolemeyə  (e.  II  əsr)  mə xsusdur.  V-VII  və

XIII-XVII əsrlərin erməni,  VIII-XIII əsrlərin alban  müəlliflərində, eləcə də  IX-XIII 

əsrlər  ərəb  və  fars  dilli  mənbələrdə  bu  Ģəhər  haqqında  məlumat vardır.  I  əsrdən  VI

əsrədək Naxçıvan Albaniyada Ģəhər və vilayət  olmuĢdur.  591  -ci  il  müqaviləsinə görə

Naxçıvan  Sünik və  Vaspurakan  vilayətləri  tərkibində  bilavasitə  Ġrana tabe edilmiĢdir. 

VI-VII əsrlərdə Naxçıvanda Ġran Ģahı I Xosrovun adından pul kəsən zərbxana var idi. Ġran 

-  Bizans  müharibələri  zamanı  Naxçıvan  gah  Sasani,  gah  da  Bizans  qoĢunlarının

basqınlarına məruz qalırdı. 

Erkən  orta  əsrlər  dövründə  Dərbənd  yalnız  albanların  baĢ  qalası,

Sasanilərin  Qafqazdakı  istinadgahı  kimi  deyil,  həm  də  mühüm  orta  əsr  Ģəhəri,  ən  iri

ticarət-sənətkarlıq  və  siyasi  mərkəzlərdən  biri  kimi  tanın mıĢdı.  Onun  qədim 

dünyanın ən mühü m ticarət yollarından biri ü zərində tutduğu əhəmiyyətli mövqeyi,

alban hökmdarları və Sasanilər dövründə xüsusi hərbi-strateji əhəmiyyəti Ģəhərin sürətli

inkiĢafı  üçün Ģərait yaratmıĢdı.  VI  əsrdə  Dərbənd  mütəĢəkkil  daxili  struktura, dürüst 

seçilmiĢ topoqrafiyaya malik Ģəhər kimi məĢhur idi. 

"Alban tarixi"ndə Dərbənd "əzəmətli Ģəhər" adlandırılırd ı.  VIII əsr erməni

tarixçisi  Gevondun  məlumatına  görə,  Dərbənd  qala  divarları  və  bürclərlə  əhatə 

olunmuĢdu. Ananiy ġirakatsinin "Erməni coğrafiyası"nda Dərbənd "Çora keçidin in

Ģəhəri, dənizin ortasında tikilmiĢ möhtəĢəm istinadgah" adlandırılmıĢdır.  

Moisey  Kalankatlının  təsvirindən  Ģəhərin  küçə  və  meydanlar  sis temini

əhatə  edən  daxili  planı  məlu m  olur:  "[Xəzərlər]  abır-həyasını  itirmiĢ  yırtıcı 

canavarlar  kimi  [Ģəhər  sakinlərin in]  ü zərinə  atıld ılar,  Ģəhərin  küçə  və

meydanlarında  onları  amansızcasına  kəsib-doğradılar...  A lovun  yanan qamıĢlıqda 

dolaĢan [dilləri] kimi onlar bir qapıdan girib, o b irisindən çıxırd ılar".  

Alban  hökmdarları  və  Sasani  Ģahlarının  hərbi-siyasi  dayağı  və  strateji

məntəqəsinin  əvvəlcə  böyük  bir  qarnizonun  yerləĢdiyi  mühü m  inzibati  mərkəzə, 

daha  sonra  isə  inkiĢaf  edərək  ticarət-iqtisadi  mərkəzinə  çevrilməsi  nəticəsində

Dərbənd  bir  Ģəhər  kimi  təĢəkkül  tapmıĢdır.  Strateji  məntəqənin  erkən  orta  əsr

Ģəhərinə  çevrilməsində  Sasani  Ģahlarının  quruculuq  fəaliyyəti  böyük  rol 

oynamıĢdır. 

Ticarət-sənətkarlıq  mərkə zi  kimi  Dərbəndin  əsas  sənətkarlıq  sahəsi

qədimdən  burada  mövcud  olmuĢ  və sonralar  daha  da  inkiĢaf  etmiĢ  toxuculuq  idi. 

Dərbəndin  arxeo loji  təbəqələrində  çoxlu  silah,  Ģeypur,  metal  məmu latlar,  zinda n,

çəkic,  mis  və  dəmir  filizi  qalıqlarının  tapılması  burada  metal  emalı  və

metallurg iyanın  inkiĢafına  dəlalət  edir.  ġüĢə  əĢyalarının  ço xluğu,  onların 

özünəməxsusluğu və geniĢ çeĢidi Dərbənddə ĢüĢə istehsalının yüksək inkiĢafından 

danıĢmağa imkan verir. 

Dulusçuluq  burada  çox  yüksək  inkiĢaf  səviyyəsinə  çatmıĢdı.  Xeyli  ən

mü xtəlif  təyinatlı  qab-qacaq,  ço xlu  saxsı  su  borusu,  biĢmiĢ  kəıp ic,  kirəmit,  soba 

qalıqları,  qab-qacaq  biĢirmək  üçün  vəsait  və  s.  Ģəhərin  yüksək  inkiĢaf  etmiĢ 




42 

dulusçuluq  istehsalından  xəbər  verir.  Bu  dövrdə  Dərbənd  həm  də  mühüm

beynəlxalq ticarət  mərkəzinə çevrilir; ehtimal ki, bu  zaman o daha ço x  Xəzəryanı

ticarət yolunun ən böyük tranzit məntəqəsi rolunu oynayırdı.  

ġəhər  ərazisinin  sahəsinə  (150  ha-a  yaxın)  görə  Dərbənd  Ön  Asiya,

Cənubi  Qafqaz  və  Orta  Asiyanın  bir  çox  ən  iri  erkən  orta  əsr  Ģəhərlərin i  xey li

geridə  qoyurdu.  Arxeolo ji  məlu mat lara  görə,  dənizkənarı  rayon  hesaba 

alın mamaqla Ģəhərin  məskunlaĢmıĢ ərazisin in ü mu mi sahəsi 26-27 ha-a çatırdı ki,

bu da Ģəhərin divarlarla əhatə olunmuĢ sahəsinin 1/6 hissəsini təĢkil edird i.  

QuruluĢ  baxımından  Dərbənd  aydın  Ģəkildə  iki  tərkib  h issəyə  ay rılır: 

içqala  və  Ģəhərin  özü;  indi  narınqala  adlanan  içqala  xüsusi  yer  tuturdu.  Bu,  Ģəhər 

hakiminin  iqa mətgahı,  onun  sarayı  və  qarnizonun  yerləĢdiyi  yer,  inzibati,  hərbi-

siyasi  və  mədəni  mərkəz  id i.  2,5-3,5  m  qalın lıqda,  ayrı-ayrı  sahələrdə  hündürlüyü 

20-25  m-ə  çatan  möhtəĢəm  divarlar  onu  alın maz  qalaya  çevirir.  Ġlkin  o rta  əsrlər 

Dərbəndi Ģəhər strukturunun bir hissəsi olan rabada (Ģəhər ətrafına)  malik deyild i; 

beləliklə, d ivarlarla əhatə olun muĢ çox böyük ərazi Ģəhərə kifayət qədər iri sahədə 

geniĢlənmək və in kiĢaf etmək imkanı verirdi. 

ġəhərin  sosial  strukturuna  gəldikdə  isə,  qeyd  etmək  lazımdır  ki, 

narınqalada alban hökmdarları, sonralar isə Sasanilər tərəfindən təyin edilən Ģəhər

hakimi otururdu. Sasani Ģahlığ ının  Dərbənddəki caniĢini  V əsrdə " mərzban"  titulu 

daĢıyırdı.  ġəhər  əyanlarından  ibarət  hakim  siniflə  xırda  alv erçi  və  sənətkarlar

arasındakı təbəqəni təĢkil edən döyüĢçülər Ģəhər cəmiyyətinin strukturunda  xüsusi 

yer tuturdular. Sasanilər sərhədlərin  mühafizəsi üçün Dərbənddə hərbi kolon istləri

yerləĢdirərə k, onla ra torpaq paylayırdıla r.  

Dərbənd  o  dövrdə  ġərqi  Qafqazda  olan  əsas  xristian  mərkəzlərindən  biri

kimi də tanın mıĢdı. 

Tədqiq edilən dövrdə Beyləqan, ġamaxı, ġabran, Xalxal, ġəmkir, A maras, 

Xunan kimi Ģəhərlər də məĢhur id i. 



§ 7. TĠCARƏT VƏ PUL DÖVRĠYYƏSĠ 

Erkən orta əsrlər dövründə Albaniya təbii ehtiyatlarına və coğrafi Ģəraitinə

görə  bir-b irindən  fərqlənən  vilayətlərdən  ibarət  geniĢ  ərazin i  tuturdu.  Bu  fərq 

özünü  ayrı-ayrı  vilayətlərin  məhsullarında  da  göstərirdi.  Albaniyanın  təbii

ehtiyatları  baĢqa  ölkə lərin  də  d iqqətini  cə lb  edird i.  Bundan  əlavə,  A lbaniya 

ərazisindən  bir  sıra  tran zit  ticarət  yolları  keçirdi.  Xəzər  dənizinin  qərb  sahili 

boyunca  uzanan  yol  xüsusilə  canlı  idi.  Bu  yol  Cənubi  Qafqazı,  o  cümlədən

Azərbaycanı həm  Yaxın və Orta ġərqin  mədəni  mərkəzləriylə, həm də Qafqaz sıra 




Yüklə 15,36 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   215




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə