Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə44/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   46

vaxtaşırı qəzetlərdə һəmin kitablar һaqqında kiçik elanlar yerləşdirirdi.


Beləliklə, Orucov qardaşları, sözün əsl mənasında, nəşriyyat biznesini müasir
səviyyədə qurmuş iş adamları idilər. Onlar bir çox qəzet və jurnalların naşiri kimi çıxış
edirdilər.
Orucov qardaşları Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq müəlliflərə qonorar
verməyə başladılar. Məsələn, böyük yazıçımız Sabirə hər gün yazdığı taziyanələri üçün
ayda on manat qonorar verirdilər.
Dünya və rus ədəbiyyatından tərcümə olunmuş kitablar da nəşriyyatın iş planında
müһüm yer tuturdu. Orucov qardaşları bir çox görkəmli yazarların əsərlərini
Azərbaycan oxucularına təqdim etmişdilər.
Orucov qardaşlarının mətbəəsi oxucular arasında kitabların təbliği məqsədi ilə vaxtaşırı
müxtəlif kitab kataloqları da buraxırdı. Bu kataloqlarda nəşr olunmuş kitablar saһələr
üzrə qruplaşdırılırdı. Onların qısa biblioqrafik göstəriciləri və annotasiya ilə siyaһısı dərc
edilirdi.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranarkən qardaşlar könüllü olaraq öz
mətbəələrini müstəqil dövlətin ixtiyarına vermişdilər. Lakin bolşevik-kommunist rejimi
hakimiyyətə gəldikdən sonra Orucov qardaşlarının mətbəəsi “milliləşdirmə” adı altında
əllərindən alındı.
Sovet hakimiyyəti dövründə Orucov qardaşları təqiblərə məruz qalaraq Bərdəyə, öz
doğma kəndlərinə qayıtdılar. Lakin burada da təqibdən yaxa qurtara bilməyən Qənbər
və Abuzər 30-cu illərdə dünyalarını dəyişdilər. Böyük qardaş Oruc isə 1954-cü ildə
Bərdədə vəfat etmişdir.
“Azərbaycanda nəşriyyat işi” kitabından
Söz ehtiyatı
6.  “Ayağı yüngül olmaq” ifadəsinin və “dünyəvi”, “tiraj”, “redaktor”, “taziyanə”,
“annotasiya” sözlərinin mənalarını izah edin.
Düşün və cavab ver
7.  XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanda nəşriyyatmətbəə işinin inkişaf
mərhələlərini qrafik informasiya (cədvəl, sxem və s.) şəklində təqdim edin.
8.  Əlavə mənbələrdən istifadə etməklə nəşriyyat işi ilə mətbəəçilik arasındakı fərqi
müəyyənləşdirin.
9.  Jurnalist, tənqidçi, tərcüməçi, redaktor və naşirin peşə vəzifələrini açıqlayın.
Yazı
10.  Verilmiş mətnə annotasiya yazın.
11.  Oxuduğunuz kitabların kataloqunu tərtib edin.


Dil qaydası
12.  2-ci abzasda qoşmaları və onların qoşulduğu nitq hissəsini müəyyənləşdirin,
yaratdığı məna çalarını izah edin.
13.  Sonuncu abzasda altından xətt çəkilmiş bağlayıcıları sinonimlər ilə əvəz edib
yazın.
14.  Üçün qoşması hansı cümlədə səbəb, hansında məqsəd mənası yaradıb?
1. Başqalarının hörmətini qazanmaq üçün özünə hörmətlə yanaşmalısan. 
2. Məni çoxdan görmədiyi üçün harada yaşadığımı bilmirdi.
15.  Hansı beytdə sinonim qoşmalar işlənmişdir?
Canı kim cananı üçün sevsə, cananın sevər, 
Canı üçün kim ki cananın sevər, canın sevər. 
Nə yanar kimsə mənə atəşi-dildən özgə, 
Nə açar kimsə qapım badi-səbadan qeyri. 
(Füzuli)
16.  Cümlələrdə bağlayıcıları tapın, onların cümlələri, yoxsa cümlə üzvlərini bağladığını
müəyyən edin.
1. Onlar az-az görüşərdilər, ancaq söhbətləri uzun çəkərdi. 
2. Müəllim təəccüblə gah mənə, gah da dostuma baxırdı. 
3. Həm güclü, həm də zəif cəhətlərimi bilirəmsə, deməli, mübarizə yə hazıram.
(K.Parker) 
4. Hadisələrin gedişatı bizim iradəmizdən və səylərimizdən asılıdır. 
5. Mən bilirəm ki, bu məğlubiyyətim sonradan qələbəyə çevriləcək. 
6. İnsana ən böyük mükafatı da, cəzanı da onun öz vicdanı verir. (M.Qandi)
17.  Köməkçi nitq hissələrini seçib yazın.
Bəs qartal? Qartal ovçudan qorxmurdu? Yox... Axı qartal tək deyildi. Məgər qartalı
dağlar, hüdudsuz səma, qüdrətli günəş, sakit gecələrin sehrli laylası, sıldırım
qayaların arxasında qaynayan bulaqların sərin suyu, göydə dəliqanlı igidlər kimi
oynaşan ildırımlar – məgər bunlar qartalı ovçunun hiyləgər niyyətindən
qorumurdumu?
(Y.Səmədoğlu)


ELEKTRON KİTAB
Azərgil yay tətili günlərində Gəncəyə gedəcəkdilər. Bir ay orada qalmalı idilər. Çoxlu
kitab oxumağı planlaşdıran Azər əvvəlcədən həmin kitabları seçib yığmışdı. Atası
maşının yük yerini açdı. Anası oraya ailənin istifadə edəcəyi əşyaları yığmağa başladı.
Azər kitablarının hamısını yerləşdirə bilmədi.
Yolboyu Azərin fikri götürə bilmədiyi kitabların yanında qalmışdı. Amma nə etmək
olar? Axı əşyaları da götürmək vacib idi. Yadına düşdü ki, informatika müəllimləri
onlara elektron kitablardan danışmışdı. Demişdi ki, bəzi saytlarda kitabların hazır
elektron variantları olur. Hətta onların nümunələrini də nümayiş etdirmişdi. Bu fikir
onda bir az toxtaqlıq yaratdı. Çox güman ki, qalacaqları yerdə internet olacaq. Həmin
saytlara daxil olub lazım olan kitabları tapa bilsə, əla olar!
Elə də oldu. Bilsə idi, gətirdiyi kitabları da evdə qoyar, hamısını saytdan oxuyardı. Azər
internetdən tapdığı kitabları kompüterinin yaddaşına yüklədi. Özlüyündə fikirləşdi ki,
artıq o, müasir oxucudur. Onun elektron kitabxanası var.
Tətildən sonra Azər, ilk növbədə, informatika müəllimi ilə görüşmək, təəssüratlarını
onunla bölüşmək istəyirdi. İnformatika kabinetinin qapısını açanda həmişəki kimi
Maqsud müəllimi kompüterin arxasında gördü. Salam laşdıqdan sonra cibindən yaddaş
kartını çıxarıb müəllimə göstərdi.
– Maqsud müəllim, mənim artıq elektron kitabxanam var, – dedi.
Maqsud müəllim kartı notbuka taxıb orada yerləşdirilmiş kitabların kataloqunu
nəzərdən keçirdi, deyəsən, şagirdindən razı qaldı:
– 
Afərin
, oğlum, sən çox ağıllı bir iş görmüsən! – dedi. – Müasir informasiya
texnologiyaları oxucuların işini yüngülləşdirmək üçün xeyli nailiyyət əldə edib. Son
vaxtlaradək “elektron kitab” deyiləndə kompüterdə yığılan kitab nəzərdə tutulurdu.
İndi isə “elektron mətni oxuyan qurğu” anlayışını da özünə birləşdirib. Elektron kitab,
əslində, kitabların elektron formatda saxlanması və oxunması üçün istifadə olunan
1.  Elektron kitabxana yaratsa idiniz, ora, ilk növbədə, hansı kitabları
yerləşdirərdiniz? Onların qovluqlar üzrə təsnifatını necə tərtib edərdiniz?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə