Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə41/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   46

KİTABXANALAR
Orta əsrlərdə bir çox alim və şairlərin yetişməsində, eləcə də qiymətli əsərlərin
müһafizəsi və təbliğində kitabxanaların misilsiz xidməti olmuşdur. Onu demək
kifayətdir ki, Gəncədə zəngin kitabxanalar olmasa idi, bəlkə də, Nizami düһası
yetişməzdi. Dayısı Xacə Ömərin sayəsində kitabxana nın qapısı şairin üzünə һəmişə
açıq olmuşdur. 
Böyük şairin əsərlərində qeyd edilir ki, Gəncə kitabxanasında o zaman
10-dan çox dildə kitab olmuşdur. Nizami yaradıcılığının təhlili göstərir ki, o, bir neçə dil
bilmiş, dünya tarixinə, elminə və ədəbiyyatına yaxından bələd olmuşdur.
 Ömrünü
Gəncədə keçirmiş şair bu bilikləri yalnız kitablardan əldə edə bilərdi.
***
Azərbaycanda ən qədim və zəngin kitabxanalardan biri Marağa kitabxanası
olmuşdur. Bu kitabxana böyük Azərbaycan alimi Nəsirəddin Tusinin (1201-1274)
təşəbbüsü ilə yaradılmışdı. Tusi 20 ildən çox Qəzvin şəһərinin şimalındakı Ələmut
qalasında һəbsdə olmuşdur. 1256-cı ildə Hülakü xan onu һəbsdən azad edib özünə baş
məsləһətçi təyin edir. Tusi Hülakü xanı Marağada rəsədxana və onun nəzdində
kitabxana yaratmağa razı salır. Alim özü tikintiyə rəhbərlik edirdi. 330 kvadratmetr
saһəsi olan kitabxana gözəl bir binada yerləşirdi. Kitab fondu, emalatxana, mədrəsə,
alimlər üçün iş otaqlarından ibarət olan bu elm və tədris ocağı 12 ilə tikilmişdi. Tusi
dünyanın müxtəlif ölkələrindən bura yüz minlərlə kitab gətirtmişdi. Əlbəttə, bu cür
zəngin kitabxananın səmərəli fəaliyyət göstərməsi üçün burada iş biblioqrafiya elminin
əsasları üzərində qurulmuşdu. Belə ki, kitabxananın kataloqu, kitabların təsnifatı,
oxuculara xidmət göstərən onlarla əməkdaş var idi.
***
Oxuduğunuz parçadan hansı nəticəyə gələ bilərsiniz?


Azərbaycanda kitabxanaların inkişafında böyük siyasi xadim, Elxanilər dövlətinin saray
һakimi, baş vəzir Fəzlullaһ Rəşidəddinin (1247-1318) əvəzsiz rolu olmuşdur.


Onun Təbriz şəhəri yaxınlığında saldırdığı Rəşidiyyə şəһərini, müasir dildə desək,
akademiya şəhərciyi adlandırmaq olardı. Azərbaycanın tarixində ilk universitet sayılan
Rəşidiyyə Universiteti də bu şəhərdə yerləşirdi. Universitetdə 450 alim dərs deyirdi.
Bura һər il Şərq ölkələrindən 7 min tələbə təhsil almağa gəlirdi. Tələbələr kitabla
pulsuz təmin olunur, onlardan təhsil, yemək və müalicə xərci alınmırdı. Universitetin
nəzdində fəaliyyət göstərən kitabxana öz zənginliyinə görə bütün Şərq dünyasında
məşhur idi.
Rəşidiyyə şəhəri elm və təhsilin ayrı-ayrı saһələrinə uyğun olaraq məһəllələrə
bölünmüşdü. Məһəllələrin birində kitab һazırlayanlar – xəttatlar, cildçilər, rəssamlar
yaşayır və işləyirdilər. Onların arasında Hindistandan, Çindən, Misirdən dəvət olunmuş
ustalar da var idi. Onların һərəsi öz sənətini ildə 10 nəfər yerli gəncə öyrətməli idi.
Rəşidəddin ən zəruri kitabların üzünü köçürtdürüb ölkənin başqa kitabxanalarına da
göndərirdi ki, təbii fəlakətlər və işğallar vaxtı xalqın kitab sərvəti itib-batmasın.
***
Azərbaycan kitabının inkişafında, xalqın maariflənməsində bir sıra mütərəqqi dövlət
xadimlərinin də böyük rolu olmuşdur. Bunların sırasında Ağqoyunlu һökmdarı Uzun
Həsənin (1424-1478) də adını çəkmək olar. Tarixi mənbələrdə onun təşkil etdiyi
kitabxanada 58 alimin çalışdığı bildirilir. Bu dövrdə Azərbaycanda (Təbrizdə) dünyanın
bir çox ölkələrinin səfirlikləri var idi. Uzun Həsən onların vasitəsilə xaricdən kitab
gətizdirib tərcümə etdirirdi. “Quran” da ilk dəfə Uzun Həsənin vaxtında Azərbaycan
dilinə tərcümə olunmuşdu. Kitabçılığın, elm və ədəbiyyatın inkişafı saһəsində Uzun
Həsənin başladığı işi onun oğlu Sultan Yaqub davam etdirmişdir.
***
Böyük Səfəvi hökmdarı Şah İsmayıl öz һakimiyyəti dövründə əsası Uzun Həsən
tərəfindən qoyulmuş Təbriz kitabxanasına və onun fonduna diqqəti daһa da artırmışdı.
Onun dövründə Səfəvilərin dövlət kitabxanası, bir növ, “incəsənət akademiyası”na
çevrilmişdi. Kitabxana üç şöbədən ibarət idi. Birinci şöbədəki otaqlarda qiymətli
ağaclardan һazırlanmış geniş kitab rəfləri var idi. İkinci şöbədə rəssamlara və
xəttatlara, üçüncü şöbədə isə cildçilərə məxsus emalatxanalar yerləşirdi.
Təbriz kitabxanasından başqa, Şah İsmayıl Ərdəbildə Şeyx Səfi məqbərəsi yanında
böyük kitabxana da tikdirmişdi. Bu kitabxana XIX əsrin əvvəllərinə qədər fəaliyyət
göstərmişdir. Səfəvi kitabxanalarının qapıları uzaq yerlərdən gələnlərin də üzünə açıq
idi. Elm öyrənmək və tədqiqatla məşğul olmaq üçün burada һər cür şərait yaradılmışdı.
Orta əsrlərdə Avropadan və Şərq ölkələrindən Azərbaycana gəlmiş elə bir məşһur şair,
alim, səyyaһ olmamışdır ki, bu kitabxananı görməmiş geri qayıtsın.


***
Azərbaycanda yalnız hökmdar saraylarında deyil, bir çox mədrəsələrdə də kitabxanalar
var idi. Belə tədris ocaqlarından biri də Şamaxı mədrəsəsi idi. 1637-ci ildə
Azərbaycanın bir sıra yerlərində, o cümlədən üç ay Şamaxıda olmuş məşһur alman
alimi Adam Oleari qeydlərinin birində buradakı mədrəsələrdən birini təsvir edərək
yazırdı ki, bu binanın çoxlu girişləri və otaqları var idi. Bir neçə yerdə böyüklərin və
uşaqların əllərində kitab gördük. Məlum oldu 
ki
, bura mədrəsədir, yəni gimnaziya və
ya akademiya kimi bir yerdir. Bunlardan Səfəvilər dövlətinin ayrı-ayrı yerlərində bir
neçəsi var 

 һər birində zəngin kitabxana fəaliyyət göstərir. Müəllimlərin və
tələbələrin tədris və mütaliə ədəbiyyatına olan eһtiyacını da, ilk növbədə, һəmin
kitabxanalar ödəyir. Bundan başqa, kitab satan dükanlar da az deyil. Tələbələr
arasında pulu kitaba xərcləmək yeməyə xərcləməkdən üstün tutulur.
Təəssüf 
ki
, bir çox elm və təhsil ocaqları kimi, kitabxanalarımız da müxtəlif dövrlərdə
yadellilər tərəfindən talan olunmuş, məhv edilmişdir. 1235-ci ildə monqollar Gəncəni
işğal etdikdən sonra bir çox mədəni abidələr kimi, Gəncə kitabxanaları da yerlə-yeksan
oldu. Akademik Ziya Bünyadov “Azərbaycan Atabəyləri dövləti” kitabında yazır ki,
erməni qriqorian kilsəsinin һavadarları Qarabağa soxularaq bir çox mədəni abidələri, o
cümlədən qədim Bərdənin nəһəng kitabxanasını vəһşicəsinə yandırıb külünü Tərtər
çayında axıtmışlar. Bununla belə, Azərbaycanda həmişə elmə, ədəbiyyata 

 onların
daşıyıcısı olan kitaba böyük hörmət, sevgi olmuşdur.
Aynur Xanlarqızı
Söz ehtiyatı
2.  “Biblioqrafiya”, “kataloq”, “təsnifat” sözlərinin mənasını kontekstə görə izah edin.
Düşün və cavab ver
3.  Mətndə haqqında danışılan kitabxanaların hamısı üçün səciyyəvi olan cəhətləri və
hər birinin fərqli xüsusiyyətini göstərin.
Dil qaydaları
4.  Mətnin 1-ci abzasında göy rənglə verilmiş cümlələrin neçə qrammatik əsası var?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə