Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə40/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   46

kitabxanasına müdir təyin edilmiş, ömrünün sonuna qədər (60 il) bu vəzifənin
öhdəsindən şərəflə gəlmişdir.


Kitabxanada görülən işlər haqqında Cəfər Təbrizinin Herat hakiminə vaxtaşırı yazılı
hesabat verməsi orta əsrlərin kitabxana tarixində ən maraqlı səhifələrdəndir. Fars
dilində yazılmış həmin hesabatlardan biri hazırda İstanbulun Topqapı sarayı
muzeyindədir.
Herat kitabxanasında surəti çoxaldılan xeyli kitabın üzünü Cəfər Təbrizinin özü
köçürmüşdü: Nizaminin “Xəmsə”si, Sədinin “Gülüstan”ı, Firdovsinin “Şaһnamə”si,
“Kəlilə və Dimnə” və s. Bu kitablar һazırda İstanbul, Teһran və başqa şəһərlərin
kitabxanalarında saxlanılır.
Cəfər Təbrizinin başçılıq etdiyi kitab emalatxanasında 40 nəfərdən çox sənətkar
çalışırdı. Onların arasında öz istedadı ilə seçilən Kəmaləddin Behzad da var idi. 28
yaşlı Behzad 1484-cü ildə Herat kitabxanasına müdir təyin edildi. Şah İsmayıl Heratı
alandan sonra Azərbaycanın bir çox sənət adamı ilə birlikdə Behzad da Təbrizə köçüb
Səfəvi kitabxanasına başçılıq etmişdi. Burada onunla yanaşı, məşhur Azərbaycan
xəttatı Şah Mahmud Nişapuri də çalışırdı. Onun dəstxəti ilə yazılmış bir çox kitablar
hazırda Şedrin kitabxanasında (Sankt-Peterburq), Britaniya muzeyində, Parisin Milli
Kitabxanasında saxlanılır. Şah Mahmud Nişapuri həm də şair olmuş, bir sıra qəzəllər,
qəsidələr, rübailər yazmışdır.
Şah İsmayıl Xətai istedadlı sənət adamlarına yüksək qiymət verirdi. Tarixi mənbələrdə
deyilir ki, Şah İsmayıl Çaldıran döyüşü ərəfəsində Behzadı və digər saray xəttatı
Mahmud Nişapurini düşmən əlinə əsir düşməsinlər deyə bir mağarada gizlətmişdi.
“Kim bilir, bəlkə, müharibədə öldüm və ya məmləkətimdə qarət və qarışıqlıq baş
verdi... Sizin hifzinizi Allaha tapşırdım”, – deyərək Sultan Səlimlə döyüşə getmişdi.
Döyüşdən məğlub qayıdan Şah İsmayıl, ilk növbədə, sənətkarları gizlətdiyi yerə
getmiş, onları sağ-salamat görüb Allaha şükür etmişdi. 1514-cü il Çaldıran döyüşündən
sonra Azərbaycandan Türkiyəyə üç min kitab yaradıcısı aparılmışdı.
XVI əsrin ən görkəmli rəssamı və kitab mədəniyyətimiz tarixində misilsiz xidmətləri
olan Sultan Məhəmməd də Şah İsmayılın kitabxanasında işləmiş və onun oğlu
Təhmasibə rəssamlıq sənətinin sirlərini öyrətmişdir. Sonralar saray kitabxanasının
müdiri və baş rəssamı vəzifəsində çalışan Sultan Məhəmmədin əsərləri dünya kitab
sənətinin qızıl fonduna daxil olmuşdur. O, Firdovsinin “Şahnamə”sinə, Hafizin
“Divan”ına, Nizaminin “Xəmsə”sinə misilsiz rəsmlər çəkmişdir. Onun bu nadir
yaradıcılıq nümunələri dünyanın ən məşhur muzey və kitabxanalarında saxlanılır.
“Keçmiş və hazırkı rəssamlar” əlyazmasında Sultan Məhəmməd dünya rəssamlıq
tarixindən bəhs edir. Müəllifin hələ də çap üzü görməmiş bu məşhur əsəri bu gün
İstanbulun Topqapı sarayının kitabxanasında saxlanılır.


Beləliklə, orta əsrlərdə elmin və ədəbiyyat nümunələrinin gələcək nəsillərə
ötürülməsində, xalqın intellektual-mədəni səviyyəsinin yüksəlməsində kitab ustalarının
böyük rolu olmuşdur. Azərbaycan tarixçisi İsgəndər bəy Münşi (1560-1634) “Tarixi-
aləm arayi-Abbasi” əsərində yazmışdır ki, Behzad və Sultan Məhəmməd kimi misli-
bərabəri olmayan sənət adamları öz əvəzsiz xidmətləri ilə həm çalışdıqları kitabxananı
məşhurlaşdırmış, həm də özləri nəcib sənətlərinin zirvələrinə yüksəlmişlər.
Dilrüba Cəfərova
Söz ehtiyatı
1.  “Xəttat”, “müsəhhih” sözlərinin mənasını kontekstə görə izah edin.
Düşün və cavab ver
2.  Altından xətt çəkilmiş cümlələri ümumiləşdirərək gəldiyiniz nəticəni söyləyin.
3.  Mətndə adı çəkilən hansı sənətkarın yaradıcılığı haqqında heç bir məlumat
verilməmişdir?
4.  Sonuncu abzasda əks olunmuş fikirləri mətnin müvafiq hissələri ilə əlaqələndirin.
Yazı
5.  Mətndə verilmiş rəvayətdən çıxış edərək gəldiyiniz nəticəni qısa şəkildə yazın.
Dil qaydaları
6.  Mətndə göy rənglə verilmiş cümlələrin hansının bir, hansının iki qrammatik əsası
var?
Yadda saxla!
 CÜMLƏNİN QURULUŞCA NÖVLƏRİ
Cümlənin quruluşca növləri onun qrammatik əsasına görə müəyyən edilir. Cümlələr
quruluşca iki cür olur: sadə, mürəkkəb. Sadə cümlənin bir, mürəkkəb cümlənin isə
iki və daha artıq qrammatik əsası olur.
Yazın gəlişinə sevinən quşlar nəğmə oxuyurdu. (sadə cümlə)
Payız gəldi, havalar soyudu, artıq tez-tez yağışlar yağırdı. (mürəkkəb cümlə)


7.  Cümlələrin sadə və ya mürəkkəb olduğunu təyin edin.
1. Qocalığa cavanlıqdan başlamaq lazımdır. (Məhəmməd Peyğəmbər) 
2. Müəllim şagirdləri çağırdı və sabah ekskursiyaya gedəcəklərini xəbər verdi. 
3. Qılınc yarası sağalar, söz yarası sağalmaz. 
4. Qoyun, quzu dağın döşünə səpələnmişdi. 
5. Çoban çomağına söykənib göy yaylaqlara tamaşa edirdi. 
8.  Sadə cümlələri mürəkkəb cümləyə çevirib yazın.
1. Reyhan evə tərəf boylananda Aqil arxadan səsləndi. 
2. Zəng vurulanda şagirdlər dəhlizə çıxdılar. 
3. Cəlal tapşırığı bitirər-bitirməz müəllim onu lövhəyə çağırdı. 
4. Günəş çıxanda təbiət cana gəlir. 
5. Uşaqlar mövzunu müəyyənləşdirib esse yazmağa başladılar. 
9.  3-cü abzasdakı cümlələrin qrammatik əsasını təyin edin. Həmin cümlələrdə
xəbərin ifadə vasitəsini müəyyənləşdirin.
10.  “Birləşdir” feilini aşağıdakı şərtlərə uyğun cümlədə işlədib yazın. Müvafiq yerlərdə
durğu işarəsi qoyun və həmin cümlələri quruluşuna görə müqayisə edin. 
1. Feilin xəbər şəklində idi hissəciyi artırmaqla 
2. Feilin xəbər şəklində isə hissəciyi artırmaqla
11.  Cümlələrin quruluşca növünü müəyyənləşdirin.
1. Koroğlu uzun yol gəlmişdi, çox acmışdı və bərk də yorulmuşdu. 
2. Mən axtardığımı tapmışam, şikarımı da çoxdan ovlamışam. 
3. Çoban elə bircə bunu gördü, Qırat bayaq ha gözdən itdi. 
4. Yaz təzəcə açılmışdı, Çənlibel gülə, nərgizə boyanmışdı. 
5. Nigar necə baxdısa, Koroğlunun bağrı qana döndü. 
6. Eyvaz da yaraqlandı, yasaqlandı, atı ilə dava məşqinə çıxdı.
(“Koroğlu” dastanından)


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə