Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə42/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   46

5.  Göy rənglə verilmiş hansı bağlayıcılar cümlələri bağlayır?
6.  Mətndə altından xətt çəkilmiş sözlərdən biri qrammatik məna növünə görə
digərlərindən fərqlidir.
7.  6-cı tapşırıqda seçilmiş feillər üçün ortaq olan cəhətləri müəyyən edin.
1. Hamısı feilin müəyyən qrammatik növündədir. 
2. Quruluşca düzəltmədir. 
3. Quruluşca sadədir. 
4. Şühudi keçmiş zamandadır. 
5. İdi hissəciyi ilə işlənmişdir. 
6. Məchul növdədir.
8.  Debat. “Yaradılmışdı” feilinin başlanğıc forması:
A) “yarat (d)+ıl” 
B) “yar+at (d)+ıl”
9.  Hansı söz verilmiş feildən düzəlmişdir? 
10.  * Bənddə
altından xətt
çəkilmiş
feillər haqqında verilən düzgün fikirləri müəyyənləşdirin.
Dostu bu dünyada seçib taparlar, 
Dost-düşmən seçilər, Vətən seçilməz. 
Qayanı yararlar, dağı çaparlar, 
Dağ, qaya kiçilər, Vətən kiçilməz. 
(Məmməd İsmayıl)
1. II misradakı feillər feildən, IV misradakılar sifətdən düzəl mişdir. 
2. “Seçilər” feili düzəltmə, “kiçilər” sadə feildir. 
3. II misradakı feillər məchul, IV misradakılar məlum növdədir. 
4. Feillərin hamısı məchul növdədir. 
5. Feillərin hamısı -ıl  şəkilçisi ilə düzəlmişdir. 
6. Feillərin hamısı məlum növdədir. 
dara 
A) daranmaq B) daralmaq
din 
A) dinləmək B) dindirmək
qaz 
A) qazanmaq B) qazdırmaq
qov 
A) qovurmaq B) qovdurmaq
4


KİTAB ÇAPININ 
İXTİRASI
Kitab çapı, yəni kitabların üzünün əllə köçürməklə deyil, mexaniki üsulla çoxaldılması
insanları uzun müddət düşündürən bir məsələ olmuşdur. Aydındır ki, nəyi isə kütləvi
şəkildə çoxaltmaq üçün əvvəlcə onun qəlibini hazırlamaq lazımdır. Kitab çapında atılan
ilk addımlar da bu sadə ideyanın dərk olunması ilə başlandı.
İlk çap kitablarını ksiloqrafik kitablar (yun. ksilo – ağac, qrafo – yazıram) adlandırırlar.
Onları belə düzəldirdilər: taxta lövhənin hamar səthi üzərində mətnin güzgüdəki kimi
əksinə çevrilmiş təsvirini yazırdılar. Usta taxtanın üzərində yazılan hərfləri saxlamaqla
qalan hissəni bıçaqla kəsib çıxarırdı. Beləliklə, mətnin relyefli, qabarıq təsviri alınırdı.
Bu taxta lövhə çap forması – mətn üçün qəlib rolunu oynayırdı. Sonra boyaqla qabarıq
şriftləri rəngləyir, üstünə kağız vərəq qoyurdular. Taxtadakı rəng vərəqlərə hopurdu və
onda yazılan mətnin düz əksi alınırdı.
Ksiloqrafik çap üsulu çox çətin başa gəlirdi. Mətn dəyişdikcə hər dəfə taxta lövhədə
minlərlə hərf, heroqlif kəsmək lazım idi.
XI əsrdə Çin imperator ailəsindən çıxmış Bi Şen ayrı-ayrı literlər (lat. littera – hərf) –
heroqlif qəlibləri hazırlamaqla çap üsulunu bir qədər təkmilləşdirdi. Bunun üçün o,
gildən çoxlu miqdarda heroqlif düzəldib bişirir, sonra isə onları qatranla metal
lövhələrə bərkidirdi. Artıq hər bir mətn üçün ayrıca qəlib hazırlamaq lazım gəlmirdi,
hazır literləri düzgün ardıcıllıqla lövhəyə bərkitmək kifayət idi. Lakin bu üsul da kamil
deyildi, çünki külli miqdarda şrift qəlibləri tələb olunurdu, onların bir-bir hazırlanması
isə çox vaxt aparırdı.
Bir müddət də keçdi. Nəhayət, XV əsrdə alman ixtiraçısı İohann Qutenberq (1400-
1468) literlər hazırlamaq üçün metal matrislər (lat. matrix – mənbə, başlanğıc)
yaratmağa nail oldu. Matrisin üzərində hər bir literin formasına uyğun dərinliklər var
idi. Qurğuşunla qalayın qarışığından olan ərintini matrisin üzərinə tökərək tez bir
zamanda külli miqdarda liter düzəltmək mümkün idi. Qutenberq müxtəlif kitab
ölçülərinə uyğun standart taxta lövhələr düzəltdi. Onların üzərində literlərdən sözlər,
sözlərdən cümlələr, cümlələrdən mətn yığaraq çap forması ixtira etdi. Buradakı literlər
metaldan olduğuna görə daha davamlı idi və külli miqdarda surət almağa imkan
verirdi. Qutenberq mətbəədə istifadə etmək üçün boyaların reseptini də hazırlamışdı.
Çap vaxtı çap formasındakı literlər rənglənir və üzərinə kağız vərəq qoyulurdu.


Çap üsulunun təkmilləşdirilməsi üçün Qutenberqin digər ixtirası çap prosesinin
avtomatlaşdırılması idi. Bu məqsədlə o, bitkilərdən yağ çıxarmaq üçün istifadə olunan
adi presi mətbəə dəzgahına çevirdi və onu çap prosesinə uyğunlaşdırdı. Pres kağızı çap
formasına möhkəm sıxdığından səhifələrin surətləri çox dəqiq və səliqəli alınırdı. Artıq
kağız vərəqin çap formasının üzərinə qoyulub götürülməsi də mexaniki üsulla baş
verirdi. Bir səhifənin minlərlə surəti çıxarıldıqdan sonra digər səhifənin çap olunmasına
keçilirdi.
Qutenberqin 1445-ci ildə öz mətbəəsində buraxdığı “Bibliya”dan 42 sətirlik bir hissə
dünya tarixində ilk çap nümunəsi sayılır.
Qutenberqin ixtirası İohann Faust adlı varlı bir tacirin marağına səbəb olmuşdu. O,
Qutenberqə kitab istehsalını genişləndirmək üçün borc vermişdi. Lakin ixtiraçı
mühəndis bu borcu vaxtında qaytara bilməmişdi. Buna görə də tacir ona qarşı
məhkəmə iddiası qaldırmışdı. Prosesi udan Faust Qutenberqin bütün çap dəzgahlarını
müsadirə etdirmişdi. Sonra isə özü mətbəə təşkil etmişdi. Qutenberq öz ixtirasının
Avropada necə sürətlə yayıldığını, başqalarının bu işdən necə varlandığını kədərlə seyr
etməli olmuş, maddi ehtiyaclar içərisində vəfat etmişdi.
Artıq 1500-cü ildə İtaliyada 100, İspaniyada isə 30 çap dəzgahı işləyirdi.
XVIII əsrin sonlarında qəzet və kitablara olan tələbat o qədər artmışdı ki, əllə hərəkətə
gətirilən çap maşınları artıq bu tələbatı ödəyə bilmirdi. Saksoniyalı mühəndis-çapçı
Fridrix Köniq 1814-cü ildə buxarla işləyən ilk çap dəzgahını işə saldı. Buxar mühərrikli
maşınla saatda 1000 səhifə çap olunurdu ki, bu da əvvəlki dəzgahla müqayisədə dörd
dəfə çox idi.
1866-cı ildə avtomatik yığım dəzgahı – linotip ixtira edildi. Çap olunacaq mətn çap
makinasında olduğu kimi, klaviatura ilə yığılırdı. Burada sözlər və sətirlər səliqəli
intervallarda yerləşdirilirdi. Linotipdə şriftlərin yığılması çap işini xeyli sürətləndirdi.
Müasir dövrdə çap işi görünməmiş səviyyədə təkmilləşdirilmiş və poliqrafiya adlanan


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə