Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə39/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   46

9.  Fərqləndirilmiş sözlərin cümlələrdəki mənasına görə əsas və ya köməkçi nitq
hissəsi olduğunu müəyyən edin.
1. 
1.  Artıq tamah baş yarar. (Atalar sözü)
2.  Artıq səni bürüməyə bir şeyim qalmadı, bala. (Ə.Məmmədxanlı)
2. 
1.  Necə olub ki, belə kinli adam bu cür gözəl çıçəklər yetirə bilib?
(M.S.Ordubadi)
2.  Moskvada bir kəs belə məni yad etməyəcək. (Y.Səmədoğlu)
3. 
1.  Elə gərək bu dəyirmandan başlayasınız?
2.  Elə ucaltmısan, enə bilmərəm, 
Elə yandırmısan, sönə bilmərəm. (T.Bayram)
4. 
1.  Bir qaşığı əlinə götür, gör nə dadır. (İ.Şıxlı)
2.  Bir kəlmə, bircə işarə bəs deyildimi ki, bu bədbəxtlik olmayaydı?
(İ.Hüseynov)
5. 
1.  Axı mən də kişiyəm, qoy bir fikir eləyim. (Y.V.Çəmənzəminli)
2.  Götürdüklərini yerinə qoy, a bala!
6. 
1.  Gör nə qədər qocaltdıq həsrətin mənzilini. (Ə.Kərim)
2.  Şəhərə gələndə bir məni gör, sənə deyiləsi sözüm var.
7. 
1.  Alim deyir öz-özünə: “Nə xoşbəxtəm bu gecə mən”. (N.Rəfibəyli)
2.  Sən nə düşünürsən?
8. 
1.  Zərnigar xanım düz iki il idi ki, kənd qızlarını gözdən qoymurdu. (İ.Şıxlı)
2.  Az getdi, üz getdi, dərə-təpə düz getdi.
10.  Mətni oxuyun və tapşırıqları yerinə yetirin.
Nağıl edirlər ki, bir gün Ənuşirəvan şah üçün ovalıqda kabab bişirirdilər, lakin duz
yox idi. Duzdan ötrü kəndə bir adam göndərmək lazım gəldi. Ənuşirəvan ona
dedi:
Duzu zorla deyil, pulla al ki, kənd xaraba qalmasın. 
Soruşdular:
– Azacıq duzla kənd necə xaraba qalar?
Ənuşirəvan cavab verdi:
– Ancaq zülm dünyada əvvəlcə az idi, sonra hər gələn onu bir az artırdı, nəhayət,
indiki həddə gəlib çatdı. (S. Şirazi,“Gülüstan” əsəri)
1.  Altından xətt çəkilmiş qoşmaları sinonimləri ilə əvəz edin və ismin halında baş
vermiş dəyişikliyi izah edin.


2.  -la sonluğu ilə bitən sözlərdə bu sonluğun qrammatik funksiyasını araşdırın.
3.  Mətndə ancaq bağlayıcısını sinonimi ilə əvəz edin, sonra sözünü qoşma kimi
işlədib yazın.


ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1.  Bölmədəki hansı mətnlərdə söhbət kəşflərdən gedir? Hansı kəşflərdən gündəlik
həyatda daha çox istifadə edilir?
2.  Bölmədə öyrəndiyin hansı sözün ilkin mənası indiki anlamına uyğun gəlmir?
3.  Mətndəki sinonim qoşmaları tapın.
Obamızın şimal tərəfi qərbdən şərqə doğru uzanmış çılpaq qayalıq, daha sonra
qalın bir meşəlik idi.
Dərə qərbə sarı getdikcə qayalıq, dağlıq, iri və oyuq daşlarla dolu yerlərdən ibarət
idi. Biz oralara getməyə qorxardıq, çünki kəndlilər “ayı var” deyə bizi
qorxutmuşdular. Bu qorxu ucundan dərənin qərb tərəfinə getməzdik. (A.Şaiq)
4.  Hansı cümlələrdə ədat işlənib?
1. Çox igidlər, şahzadələr bu su üçün gəliblər, ancaq heç birinin bəxti yar olmayıb.
2. Oğul, mənim axtardığım yer elə buradır. 3. Özünü bircə ondan gözlə. 4.
Məsləhət görürəm ki, öz yolunla düz keçib gedəsən. 5. Ay bala, aman-zaman
gözümün ağı-qarası bir oğlum var. 6. Əgər məclisdə belə igid varsa, qoy dursun,
baxım, tanıyım, sonra da özünə layiq tərifini deyim.
5.  Verilmiş cümlələrdə “da”nın qrammatik funksiyasını araşdırın.
1. İnsan dünyadan böyükdür, ancaq Yaradan ondan da böyükdür. (F.Giber) 2. Nə
qədər vurdularsa, zalımın səsi də çıxmadı. 3. İnsan öz atasından köməklə yanaşı,
dostluq da umur. (S.Sabançı) 4. Demişdim də, bu işin axırı yoxdur.
Hansı cümlədə da: 
A) bağlayıcıdır 
B) belə ədatının sinonimidir 
C) axı ədatının sinonimidir
6.  Hansı cümlədə ki ədat kimi işlənib? (Vergül buraxılmışdır.)
A) Atalar deyib ki bu günün işini sabaha qoyma. 
B) Sonra demə ki xəbərdarlıq etmədin. 
C) Mən ki gözəl deyildim. 
D) Çoban gördü ki Həsən çörəyin hamısını yeyəcək. 
E) İbrahim elə bir nərə çəkdi ki quşlar da göydə qanad saxladılar.



QƏDİMDƏ KİTAB İŞİ
Orta əsrlərin canlı mətbəələri xəttatlar, nəqqaşlar, müsəһһiһlər, rəssamlar və cildçilər
idi.
Xəttatlıq nüfuzlu və geniş yayılmış sənət növlərindən biri idi. Məşһur xəttatların adları
kitab müəllifləri ilə yanaşı çəkilirdi. Onların gördükləri iş çətin olmaqla yanaşı,
məsuliyyətli idi. Hər bir müəllifin və əsərin tanınmasında xəttatların da böyük rolu
olmuşdur.
Ustad xəttatlar gündə səkkiz-on beytə qədər şeir köçürə bilirdilər. Lakin ustadlıq yalnız
məһsuldarlıqla ölçülmürdü. Tarixi mənbələrdə belə bir rəvayət var.
Bir dəfə Buxara xanı Əbdüləziz öz sarayının baş xəttatı Xacə Yadigara Hafizin divanını
köçürməyi tapşırır və soruşur:
– Ustad, gündə nə qədər köçürə bilərsən?
– Əgər çalışsam, gündə 10 beyt köçürə bilərəm.
Əbdüləziz deyir:
– Mən eşitmişəm ki, Çində qırx ilə bir çini qab düzəldirlər, Bağdadda isə gündə 100
ədəd. 
Bunların hər ikisinin qiymətini sən, sözsüz ki, bilirsən.
 Bu sənət də belədir. 
Sən
xəttatsan və biz sənə bu kitabı köçürməyi tapşırmışıq
. Gündə on beyt köçürülən xətdə
nə gözəllik ola bilər? Əgər səbrin çatırsa, gündə bir beyt, çatmazsa, iki beyt köçür.
Xəttat bu tapşırıqdan sonra Hafizin divanını 7 ilə tamamlamışdı. Bu һesabla Firdovsinin
“Şaһnamə”si, Nizaminin “Xəmsə”si kimi şaһ əsərlərin neçə ilə köçürüldüyünü təsəvvür
etmək olar.
Tanınmış xəttatların zəһmət һaqqı xeyli baһa olurdu. Deyilənə görə, adlı-sanlı
xəttatlara bir beytin üzünü köçürmək üçün bir qızıl onluq verirdilər.
Yaxın Şərqin bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da hökmdar saraylarında
kitab emalatxanaları fəaliyyət göstərirdi. Azərbaycan öz xəttatları və miniatürçüləri ilə
məşhur idi. Teymurun ordusu Təbrizi işğal etdikdən sonra bir çox Azərbaycan kitab
yaradıcısı Herata aparılmışdı. Təbrizli məşһur xəttat Cəfər Təbrizi Herat saray


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə