Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə35/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   46

7.  Cümlələrdə “ilə (-la )” sözünün qoşma, yoxsa bağlayıcı olduğunu müəyyən edin
və fikrinizi əsaslandırın.
1.  Qatarın qəfildən fit verməyi ilə tərpənməyi bir oldu. (M.Oruc)
2.  Divarlar açıq-mavi kağızla örtülmüşdü.
3.  Hökmdar vəzirin müşayiəti ilə çadıra daxil olduqda qullar alınlarını torpağa
qoydular. (İ.əfəndiyev)
4.  Səfər Miraxur Kürün qırağına qədər bir yerdə getdilər, orada halallaşıb
ayrıldılar. (Y.V.Çəmənzəminli)
Nümunələrə əsaslanaraq aşağıdakı cümləni tamamlayın:
İlə” (-la ) cümlədə bağlayıcı və ... ola bilir.
İlə” (-la ) bağlayıcı kimi çıxış edəndə onu ... bağlayıcısı ilə əvəz etmək olur.
8.  Buraxılmış durğu işarələrini əlavə etməklə cümlələri köçürün. Fikrinizi
əsaslandırın.
1.  De mənə kim günahkardır, deyim ki kimi cəzalandıracaqlar.
(A.Perlyuk)
2.  Kim ki mənimlə deyil, o mənə qarşıdır.
3.  Mən ki bu barədə heç kimə deməmişəm.
4.  Soruşma ki ölkən sənin üçün nə edə bilər, soruş ki sən özün ölkən üçün nə
edə bilərsən. (C.Kennedi)
5.  Kasıb o adam deyil ki az şeyi var, kasıb o adamdır ki çox şey istəyir. (İngilis
məsəli)
Gəldiyiniz qənaətlərə əsasən, nöqtələrin yerinə müvafiq nitq hissələrinin adlarını
yazmaqla aşağıdakı cümlələri tamamlayın:
“Ki” cümlələri birləşdirərkən ..., cümlənin və ya sözün təsir gücünü artırarkən ...
olur. ... kimi işlənəndə “ki”dən sonra vergül işarəsi qoyulur.
9.  * Araşdırma. Altından xətt çəkilmiş sözlərin hansı nitq hissəsi olduğunu
müəyyənləşdirin. Mənbəyə istinad edərək fikrinizi əsaslandırın.
Nə təmiz, nə böyük təbiəti var, 
Ona bənzəsəydi bütün insanlar. 
(S.Vurğunun “Vaqif” dramından)
2
2
2


BUMERANQI KİM 
İCAD EDİB
Aborigenlərin ov və döyüş silahını – bumeranqı kim tanımır 
ki
(1) Əksəriyyət əmindir
ki
(2) bumeranq Avstraliyada icad edilib və qədimdə yalnız bu qitədə istifadə olunub.
Çoxumuz hətta uşaqlıqda özümüzü Avstraliya aborigenlərinə bənzədərək ağacdan
bumeranq 
da
 (1) düzəltmişik və onun hədəfə dəydikdən sonra niyə geri qayıtmadığına
təəccüblənmişik. Axı oxumuşuq və kinolar
da
 (2) görmüşük ki, bu əyri, yastı, balaca
dəyənək fırlana-fırlana sonda mütləq atıldığı nöqtəyə qayıdır. Hələ 

 (3) belə
düşünürük. Ona görə də kiminsə pis əməli özünə qayıdanda bunu “bumeranq effekti”
adlandırırıq.
Maraqlıdır ki, bumeranq haqqında bu təsəvvürlərdə bir neçə yanlışlığa yol verilmişdir.
Əvvəla, bumeranqın məhz Avstraliyada icad olunduğuna dair heç bir sübut yoxdur. Son
arxeoloji qazıntılar göstərir ki, bumeranqı avropalılar ixtira ediblər. Qazıntılar zamanı
üzə çıxarılmış ən qədim Avstraliya bu meranqlarının yaşı 10-15 min ildir. Karpat
dağlarındakı mağaralardan birin də tapılmış bumeranqın yaşının isə azı 23 min il
olduğu müəyyənləşdirilib. Həmin bumeranqın buraya Avstraliyadan gətirildiyini güman
etmək olmaz. Təkcə yolun uzaqlığına görə yox, həm də ona görə ki, bu alət
mamontun diş sümüyündən düzəldilib.
1.  Sonuncu abzasdan hansı nəticəyə gəlmək olar?
1.  Avstraliyada kifayət qədər ciddi arxeoloji qazıntılar aparılmayıb.
2.  Karpat dağları Orta Asiyada yerləşir.
3.  Avstraliyada mamont yaşamayıb.


Beləliklə, bumeranqdan yalnız Avstraliyada deyil, dünyanın müxtəlif qitələrində istifadə
olunub. Hətta Misirdə Tutanxamonun sərdabəsi yaxınlığında fil sümüyündən olan
bəzəkli bumeranqlar aşkar edilib. Braziliya şamanları isə bu gün də bumeranqdan dini
ayinlərin icrası zamanı istifadə edirlər.
4.  Avstraliyalılar bumeranqı dəmirdən düzəldirdilər.


Bumeranq mütləq atıldığı yerə qayıdırmı? Sən demə, bu alətlərin əksəriyyətinin belə
xüsusiyyəti yoxdur.
Ümumiyyətlə, bumeranqlar iki yerə bölünür: qayıdan və qayıtmayan bumeranqlar. Geri
qayıtmayan bumeranqlardan, adətən, döyüşdə və iri heyvan ovunda istifadə edirdilər,
geri qayıdan – “ağıllı” bumeranqlar isə daha çox quş ovu, oyunlar və dini ayinlər üçün
idi.
“Ağıllı” bumeranq düzəltmək bizim uşaqlıqda düşündüyümüz qədər də sadə iş deyil.
Onun sirrini açmaq üçün holland alimi Feliks Hess uzun illər tədqiqat aparmış və 600
səhifəlik kitab yazmışdır. Kitabın adı belədir: “Bumeranqın aerodinamikası”. Hess
müəyyən edib ki, bumeranqın geri qayıda bilməsi üçün ona xüsusi forma vermək
gərəkdir: alətin qanadları arasında bucağın, qanadların qalınlığının, uzunluq nisbətinin,
onların alt və üst tərəflərinin nə dərəcədə yastı, ya qabarıq olmasının bumeranqın uçuş
trayektoriyasına çox təsiri var. Amma bu da azdır. Hətta ideal formada hazırlanmış
bumeranqı da düzgün atmağı bacarmaq lazımdır. Döyüş bumeranqlarından fərqli
olaraq geri qayıdan bumeranqlar şaquli istiqamətdə atılmalı, onun başlanğıc sürəti
saat da 10 kilometrdən, fırlanma sürəti isə saniyədə 10 dəfədən az ol mamalıdır.
* * *
Bəs bu yanlışlıqlar nədən yaranıb və nəyə görə insanların beynində bu qədər dərin kök
salıb?
Görünür, ilk növbədə, ona görə ki “bumeranq” sözü avropalıların dilinə XVIII əsrin
sonu-XIX əsrin əvvəllərində Avstraliya aborigenlərindən keçib. Araşdırmalar göstərir ki,
bir sıra Avropa dillərində də vaxtilə bu alətin öz adı olub. Lakin avropalılar ox icad
edildikdən sonra belə bir alətin mövcudluğunu tamam unutmuşlar. Anlayışla birlikdə
söz də unudulmuşdur. Amma avstraliyalılar oxa keçmək əvəzinə uçan dəyənəklərini
təkmilləşdirməkdə davam etmişlər.
Bu yanlışlıqların ömrünün uzadılmasında elmi və bədii əsərlərin də böyük rolu olub. Jül
Vernin “Kapitan Qrantın uşaqları” romanı bütün dünyada uşaqların ən sevimli
kitablarından biridir. Bu əsərdə Jül Vern bumeranqın bir bölük quşu yerə sərdikdən
sonra atıldığı yerə qayıtdığını təsvir edir. Yuxarıda yazılanları oxuyandan sonra, yəqin,
başa düşürsünüz ki, bu, mümkün olan iş deyil.
Arif Əliyev
Söz ehtiyatı
2.  “Aborigen”, “şaman”, “ayin”, “aerodina mika”, “trayektoriya” sözlərinin mənalarını
kontekstə görə izah edin.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə