Azerbaijan-ngps



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə11/62
tarix17.07.2018
ölçüsü0,67 Mb.
#56165
1   ...   7   8   9   10   11   12   13   14   ...   62

42
göstərən Baha'i inamı "Ey insanlar, Tanrıdan qorx və hər kəsin qanını 
tökməkdən çəkin" göstərişini verir. (Baha’u’llah 1983: 277). 
Həmçinin humanist ənənələr də qeyri-öldürücü cəmiyyətə cəhd 
edərək, onun mümkünlüyünü deyir. Konfusiçilikdə, hakim dairələr 
arasında mənəviyyat alilik təşkil edəndə, heç bir edama ehtiyac 
duyulmayacaqdır (Fung 1952: 60). Daosizmdə, insanlar sadə həyat 
sürərkən və təbiət ilə ahəngdar yaşayanda, "orada müharibənin 
silahlarının mövcud olmasına baxmayaraq, heç kəs onlardan istifadə 
etməyəcək.(Fung 1952: 190). Müasir sosialist fikrlərinə görə fəhlələr bir-
birini öldürməyi qəbul etməyəndə, müharibələr dayanacaq. Bir anti I 
Dünya müharibəsi manifestində bəyan edilir: 
Dünyanın bütün Sənaye İşçiləri sinfinin şüurlu üzvləri 
insanların qanının həyatı bahasına tökülməsini, dini səbəblərə 
görə deyil - Kvakerlilər (Filadelfiyada şəhər adı) və Dost 
Cəmiyyətlər olduqları üçün və bütün ölkələrdə fəhlə sinfinin 
maraqları və rifahının eyni olduğunu bilərək, şüurlu olaraq 
rədd edirlər. Biz Almaniyanın İmperializm Kapitalist 
Hökumətini kəskinliklə rədd etməklə, istənilən ölkələrin 
işçilərinin qırğınına və şikəst edilməsinə qarşıyıq. (Əsli 1995: 
49; cəsur nümunə üçün, Bakster 2000-ə bax). 
Qatillik istənilən cəmiyyət tərəfindən qəbul edilməzdir. Humanist 
münasibət həyat üçün dinin tələblərinə uyğundur.  
Mənəvi və humanist ənənələrin olduğu dünyada Qeyri-öldürücü 
cəmiyyətlərinin reallaşdırılması üçün Qeyri-öldürücü etikasının 
mövcudluğu hansı əhəmiyyətə malikdir? Bir tərəfdən o bəşəriyyətin 
şüurunda həyata qarşı dərin hörmət yetişdirmək üçün ilahi niyyəti 
aşkarlayır. O biri tərəfdən də belə bir prinsipə nail olmaq, yaratmaq, 
üçün o insan bacarığını nümayiş etdirir. Əgər insanlar təbiətinə görə 
sağalmaz qatillərdirsə, heç bir bacarıq, yaradıcılıq, dəyişiklik belə bir 
prinsipin ehtimalına nail olmayacaq. Hətta əgər Qeyri-öldürücü edən 
mənəvi etika elitalarların zülmkarları zəiflətmək üçün zülm tətbiq edən, 
cəzadan yayınmaq istəyən qatillər tərəfindən törədilə bilən inqilabın 
qarşısını almaq üçün icad edilərsə belə, bu o deməkdir ki, onun 
ünvanlanmış olduğu insan buna müsbət cavab verməyə qadirdir. 
Qeyri-öldürücüyin abu-havası öncə - tarixin əksər dəhşətli 
qantökmənin başaldığı bir zaman ərzində və sonra meydana çıxmışdır. 


43
Onun meydana gəlməsi yalnız qatillər tərəfindən bağışlanan dəbdəbəli 
xeyriyyəçilik deyildir. Müasir eraya təslim olmadan gəlib çataraq o, 
köhnə səlib yürüşlü Xristianlığı, köhnə istilaçı İslamı, köhnə xolokost 
İudaizmi, köhnə militarist Buddizmini və köhnə müstəmləkəçi ənənəli 
yerli xalqları ölüm törətməkdən azad olmağa ruhlandırmaqda davam 
edir. Öldürücü iyirminci əsrdə, bu Xristianlar Tolstoy ilə Martin Lüter 
Kinqin, Hindu Qandinin, Müsəlman Əbdül Ghaffar Xanın, Yəhudi 
Cozef Abilihin, Buddist Dalay-lamanın, Yaşıl Petra Kellinin və saysız-
hesabsız, məşhur və diqqətdən yayınmış başqalarının qeyri-öldürücü 
cəsur qlobal dəyişiklik töhfələrində sezilə bilər. 
Möhkəm prinsiplərə malik olan hər bir dini inamlarda və 
nümunələrdə Qeyri-öldürücü əhval-ruhunun iştirakı yüz milyonlarla 
həmfikirlərin, tərəfdaşların məlumatlandırılması və təsdiqləndirilməsi 
üçün yol açır. İmperativ Qeyri-öldürücü ilə öldürməyin məsuliyyəti və 
onun zərərli nəticələri arasında zidd olan gərginliyin tanınması şəxsi və 
sosial dəyişiklik üçün istək yaradır. Qətldən imtinanın kökləri hər ənənə 
çərçivəsində tapıldığını bilərkən, bəşəriyyətin mənəvi irsi bütövlükdə 
həyata davam gətirən banyan ağacının çoxsaylı kök sisteminə bənzəyir. 
İlham və həyat bütün kök sistemindən və ya onun ayrılıqda hissəsindən 
çəkilə bilərlər. Həyatın gücü bütün siqnal üçün mümkündür. Dinidə 
həyata qarşı hörmətin reallığı və humanist inamlar qeyri-öldürücü qlobal 
cəmiyyətin güclü mənəvi əsasını təmin edərək onun mümkün olduğuna 
inam yaradır. 
Elmi kökləri 
"Biz təkcə dinin köməyi ilə zor işlətməkdən imtinaya heç vaxt nail 
olmayacağıq". Belə bir məsləhəti Hindistanın ən qabaqcıl dini 
liderlərindən, qeyri-zorakılıq prinsipi ahimsanın (zor işlətməkdən imtina) 
ənənəsinin Cayn varislərindən olan qədim, yaradıcı Açarya Mahapragya 
vermişdir. Cayn fikrində, "Ahimsa- Qeyri-zorakılıq prinsipi həyatın 
bütün mərhələlərinin ürəyi, bütün müqəddəs mətnlərin nüvəsi, bütün 
andların və ləyaqətlərin məbləq və mahiyyətidir (Cayn və Varni 1993: 
139)". Açarya Mahapragya görə, qeyri-zorakı cəmiyyəti başa düşmək 
üçün uyğun yol öz şəxsiyyətləri çərçivəsində zor işlətməkdən imtinanı 
aşkar etmək və mənəvi həqiqətlər ilə müasir nevrologiyanı kombinasiya 


44
edərək onu ictimaiyyət qarşısında ifadə etmək üçün adamlara səlahiyyət 
verməkdir. Onun araşdırmalarına görə zorakılığa simpatik və 
parasimpatik əsəb sistemlərinə təsir göstərən endokrin vəzilər ilə istehsal 
edilən emosiyalar səbəb olunur və bu bizim nə yediyimiz ilə əlaqəlidir. 
Bundan başqa bizim nevroloji sistemimizin əqli qabiliyyətlərimiə 
əsaslanaraq, beynimizin enerjisini məqsədəyönlülüklə istifadəsini sadə 
meditasiya təcrübələrində zor işlətməkdən imtinanı qəbul edərək, qeyri-
öldürücü ictimai həyatda və onun naminə özümüzü həsr edə bilərik; 
(Mahaprajna -1987 və 1994; Zaveri.və.Kumar-1992). 
Insanın öldürməmək imkanlarının olduğuna hansı elmi əsaslarla 
əminlik yaranır? Elm mənasında inandırıcı qanunilik və etibarlılıq, şübhə 
altına almaq, təcrübə və faktlar, nəzəriyyələr və metodlar üçün əldə 
edilən biliyin bütün formaları geniş nəzərdə tutulur. Elmi inqilabın 
müjdəçisi- bəzi filosofların qəbul edilən fərziyyələri şübhə altına 
almaqlarıdır. 
Qətl törərməkdən imtina edən cəmiyyət naminə Riçard Konrad 
(1974) tərəfindən zorakılıqdan xolokosta qədər zor işlətmənin 
öhdəsindən gəlmək üçün öldürməyə hazır olmağın yeganə effektiv yol 
kimi ehtimalının araşdırılması edilmişdir. Konrad israr edir ki, ayrı-
ayrılıqda zorakı problemi həll edən alternativin tezisi üç ehtimalda təxirə 
salına bilər: qətl törətməkdən imtina alternativləri bütünlüklə 
müəyyənləşdirilmişdir; bunlardan hər biri yoxlanılmışdır; və hər biri 
müvəffəqiyyətsizliyə uğramışdır. Lakin bu ehtimallar etibarsızdır: Qeyri-
öldürücü üçün problemləri həll edən alternativlər fərziyyələrə görə 
sonsuzdur; təkrar araşdırmaların qarşısını alan vaxt, resurs və başqa 
faktorlara praktik məhdudiyyətlərin olması; -səbəbindən yeganə 
zorakılıq alternativinin müvəffəqiyyət qazana bilməsinə biz əmin 
deyilik. Beləliklə Konrad Qeyri-öldürücü alternativlərinin yaranmasına 
can atan birinin fəlsəfi meyllikdən zorakılığı qəbul etməyə keçməsinin 
daha labüd olmasını müzakirə edir. Bu kimi yanaşma insan 
ölümlülüyünün qaçılmazlığını şübhə altına alan elmi açıqlamalara gətirib 
çıxarır. (Həmçinin Yoder 1983-ə bax). 
İnsanların heyvani köklərə malik olması səbəbindən qatillik 
xüsusiyyətlərinin daşımaları ehtimalı araşdırılmışdır. Tuleyn Universiteti 
psixoloqu Loh Tseng Tsai (1963) o siçovul öldürən pişik ilə anbar 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə