Aydın Əli-zadə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə44/57
tarix11.10.2017
ölçüsü0,72 Mb.
#4454
1   ...   40   41   42   43   44   45   46   47   ...   57

 
119 
Estetik  teoditesiyasında  Boetsius  insana  Ģər  kimi  görsənən  bir  Ģeyin, 
əslində özünə məxsus Ģəkildə xeyrə və gözəlliyə qulluq etdiyini iddia edirdi. 
ġərin mövcud olmasına görə Tanrını günahkar bilən  insan, öz  düĢüncəsinin 
məhdudluğundan kənara çıxa bilmir. 
Etik 
teodiseyasında  Boetsius  əxlaqsızlığın,  qüsurun  mütləq 
cəzalanacağına  Ģübhə  etmirdi.  Əslində  əxlaqsız  olmaq,  artıq  cəzadır,  çünki 
mənəvi əxlaqsızlıq insanın ən böyük sərvətinə – onun ruhuna xələl gətirir. 
Xeyirli  və  Ģər  insanlar  xoĢbəxtliyə  çatmaq  istəyindədirlər.  Lakin 
xoĢbəxtliyə  yalnız  xeyirli  insanlar  çata  bilərlər,  çünki  xeyir  əməllərin 
edilməsi  Xeyirə  qovuĢmaq  deməkdir.  Xeyrə  qovuĢmaq  isə  xoĢbəxtlikdir. 
Bununla da Tanrının ədaləti təmin olur.  
«Consolatio  Philosophiae»  kitabının  beĢinci  hissəsində  taleyin  insan 
iradəsi  ilə  hansı  Ģəkildə  uyğunlaĢması  məsələsinə  baxılır.  Burada  Boetsius 
Tanrı  (Providentia)  və  tale  (fatum)  arasında  fərqlər  qoyur.  Qəzavü-qədər 
əbədiliyə,  tale  isə  zamana  aid  edilir.  Əbədilik  üçün  ―öncə‖  və  ―sonra‖ 
anlayıĢları  yoxdur. O həmiĢə indiki  zamanda olur. Buna görə də Tanrı, hər 
bir Ģeyə ümumi nəzər yetirir. Zaman isə həmiĢə keçmiĢdən gələcəyə hərəkət 
edir. O  indiki  zamanda yalnız bir an  olur. Buna görə,  zaman mürəkkəb bir 
Ģey olduğu halda, əbədilik sadə və bölünməzdir. 
Ġlahi qəzavü-qədər Tanrı  iradəsini əks etdirən bir mərkəzdir. Tale isə, 
hər bir Ģeyin daxili qanunu  olaraq, onun hərəkətini, Tanrı qanununa uyğun 
olaraq, zamanda və  məkanda təmin edir. Buna görə taledən asılılıq, zaman 
və  məkandan  asılılıq  deməkdir.  Ġnsan  mərkəzdən  nə  qədər  uzaqlaĢarsa,  o 
qədər  də  o,  onu  arxasınca  aparan  çərxi-fələyin  hərəkətini  duyur.  Əksinə, 
insan nə qədər çox Tanrıya yaxınlaĢırsa, o qədər sabit və azad olur. Deməli 
tale  insan  azadlığı  üçün  maneə  deyil,  çünki  onun  təsiri  altından  əbədiliyə  
yönəlməklə çıxmaq olar. 
Daha  sonra Boetsius  insan  azadlığı  və  Ġlahi  biliyin  bir-biri  ilə  hansı 
münasibətdə  olduğu  haqqında  söhbət  açır.  Məsələ  bundadır  ki,  əgər  Tanrı 
əvvəlcədən  hər  Ģeyi  bilirsə,  onda  bu  bilik  insan  azadlığının  heçə  enməsi 
problemini ortaya çıxarır. Bu cür suallara cavab verən xanım Fəlsəfə deyir 
ki,  heç  bir  bilik  azadlığa  zidd  ola  bilməz.  KeçmiĢdə  baĢ  verən  hadisələrin 
bilinməsi, artıq baĢ verən hadisələrə təsir edə bilməz. Ġndiki zaman haqqında 
bilik  də  azadlığa  mane  olmur.  Yəni,  məsələn,  atlını  müĢahidə  etmək,  onu 
idarə etmək deyil. Gələcək haqqında bilik  isə, yalnız Tanrıya məxsusdur. O 
hadisələri  indiki zamandakı kimi görür, çünki əbədilikdə keçmiĢ və gələcək 
anlayıĢları  yoxdur.  Deməli  Tanrının  əvvəlcədən  hər  Ģeyi  bilməsi  sadəcə 
olaraq  müĢahidənin  nəticəsidir,  ona  görə  də  bu  bilik  insan  azadlığının 
məhdudlaĢdırıması  demək  deyil.  Ġlahi  qəzavü-qədərin  olması  insanın  azad 


 
120 
hərəkət  etməsi  üçün  maneə  deyil.  Ġnsan  gələcəyini  seçir,  Tanrı  üçün  isə 
gələcək yoxdur. 
«Consolatio Philosophiae»  kitabının ən maraqlı cəhətlərindən biri, bu 
əsərdə bir dəfə də olsun Bibliyaya, xristian klassiklərinə, Ġsanın kəlamlarına 
istinad  edilməməsidir.  Digər  tərəfdən  isə,  bu  əsərdə  stoitsizmin  və 
platoçuluğun  güclü  təsiri  hiss  olunur.  Buna  görə  də  «Consolatio 
Philosophiae»  əsərinin  həqiqətən  xristian  olan  Boetsiusa  məxsus  olması 
Ģübhələr  doğururdu  və  bu  günə  qədər  bu  məsələ  mübahisəlidir.  Digər 
tərəfdən  belə  fikirlər  də  vardır  ki,  həyatının  sonunda  Boetsius  xristian 
dinindən imtina etmiĢdir və bütpərəst fəlsəfəsində təsəlli taparaq «Consolatio 
Philosophiae»  əsərini  yazmıĢdır.  Bütün  bu  Ģübhələrə  baxmayaraq  katolik 
kilsə Boetsiusu ölümündən sonra müqəddəs Ģəxsiyyət elan etmiĢdir. 
 
Flavius Kassiodorus 
 
Flavius  Maqnus  Aurelius  Kassiodorus  (Flavius  Magnus  Aurelius 
Cassiodorus)  (477-570)  Boetsiusla  birlikdə  Ostqot  kralı  Teodorikusun 
sarayında  nazir  vəzifəsində  çalıĢırdı.  Öz  zəmanəsinin  ən  istedadlı  siyasi 
xadimlərindən  biri  olmuĢdur.  Boetsiusdan  fərqli  olaraq,  Flavius  daha 
ehtiyatlı  siyasətçi  olmuĢdu.  O  təqiblərdən  yaxa  qurtara  bilmiĢ  və 
Teodorikusun  varislərinin  çarlığı  zamanı  da  nüfuzunu  qoruyub  saxlaya  
bilmiĢdir. 
540-cı ildə bizanslıların hucumlarından sonra Flavius Ġtaliyanın cənubundakı 
malikanəsində  «Vivarium»  adlanan  monasterion
246
  təsis  etmiĢdir.  Burada 
əlyazmaları yığaraq, Qərbdə ən zəngin kitab-xananın əsasını qoymuĢ-dur.  
Flaviusun  ən  tanınmıĢ  əsərindən  biri  «Institutiones  divinarumet 
saecularium litterarum»
247
 (Ġlahiyyat və dünyəvi elmlərdə nəsihətlər) adlanır. 
Bu kitabı gələcəkdə  
                                                 
246
 Monasterion (rusca ―монастырь‖) - dünyanı tərk etmiĢ rahiblərin yaĢadığı yerdir. 
Monasterionlarda  yaĢayan  rahiblər  ibadətlə  məĢğul  olurlar,  ümumi  nizamnamə  və 
qaydalara riayət edirlər. 
247
 Əsərin latınca mətni  burada yerləĢir: 
http://www.fh-augsburg.de/~harsch/Chronologia/Lspost06/Cassiodorus/cas_ 
in00.html 


 
121 
 
«Vivarium». Orta əsrlər 
əlyazmasından səhifə  
rahiblər  və  savadlı  xristianlar  öz 
elmi  fəaliyyətlərinin  nizamna-
məsi  kimi  qəbul  etmiĢdilər.  Ki-
tabın birinci hissəsi rahiblərin yol 
verilən  zehni  əməklə  məĢğul 
olmalarına  aid  olan  nəsihətlərə 
həsr  olunmuĢdur.  Burada  tərcü-
mə,  köçürmə,  Ģərh  vermə  iĢinə 
böyük 
əhəmiyyət  verilmiĢdir. 
KeçmiĢ  irsin  qorunub  saxlan-
masının  vacibliyi  fikri  vurğu-
lanır. 
Ümumiyyətlə 
Flavius 
Kassiodorus  qədim  əlyazmala-rın 
köçürülmə  iĢini  savablı  bir  iĢ 
adlandırmıĢdır 
və 
bu 
iĢi 
monasterion 
həyatının  tərkib 
hissəsinə  çevirmiĢdir.  Gələcəkdə 
bu  iĢlə  orta  əsrlərdə  yaĢayan  ra-
hiblər məĢğul olmuĢdular. Flavius 
əlyazmalarının  köçürül-məsinin 
vacibliyini  bir  dini  prinsip  kimi 
elan  etməsəydi,  bəl-kə  də,  qədim 
irsin  bir  çox  nü-munələri  məhv 
olub bizim  
zəmanəmizə  qədər  çatmazdı.  Eyni  zamanda  Flavius,  dünyavi  elmlərə  və 
fəlsəfəyə  də  böyük  əhəmiyyət  verirdi.  O  hesab  edirdi  ki,  bu  elmlərin 
öyrənilməsi Bibliyanın daha da yaxĢı anlaĢılmasına köməklik edir. Bubarədə 
o, kitabın ikinci hissəsində yazırdı.
248
 
«Institutiones  divinarumet  saecularium  litterarum»  kitabından  baĢqa, 
Flavius Kassiodorus tarix, fəlsəfə, ədəbiyyat kimi elmlərə aid bir sıra əsərlər 
müəllifi olmuĢdu, Bibliyaya Ģərhlər yazmıĢdı. 
Flavius  Kassiodorus  fəlsəfəsi  əsərlərindən  biri  «De  anima»  (Ruh  haqqında) 
adlanır.  Bu  kitabın  əsas  ideyaları  Avqustinusun  və  Klavdianusun  bu  sahədə 
yazılmıĢ  əsərlərinin  məzmununu  təkrarlayır.  Əsərin  əsas  məqsədi  ruhun 
cisim  olmadığını  və  onun  ölməzliyini  sübuta  yetirməkdən  ibarət  olmuĢdur. 
                                                 
248
  James  J.  O'Donnell.  Cassiodorus.  Copyright  and  published  1979  (University  of 
California  Press) "Postprint", 1995,  Chapter 6.   
http://ccat.sas.upenn.edu/jod/texts/cassbook/chap6.html 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə