Aydın Əli-zadə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə43/57
tarix11.10.2017
ölçüsü0,72 Mb.
#4454
1   ...   39   40   41   42   43   44   45   46   ...   57

 
116 
Ədaləti,  Ölməzliyi  və  s.  Ģəxsiyyətlərə  çevirib  onlarla  bağlı  hadisələr 
uydurmuĢdur. Məqsəd – oxucuda biliyə məhəbbət hissini oyatmaqdan ibarət 
idi.  Bu  cür  alleqoriyalardan  Qərb  patristika  dövrünün  sonuncu  görkəmli 
nümayəndəsi Boetsius də istifadə etmiĢdir. 
 
Severinus Boetsius 
 
Anisius  Manlius  Severinus  Boetsius  (Anicius  Manlius  Severinus  Boethius)  
(480-526)  Roma  imperiyasının  süqutundan  sonra  ġimali  Ġtaliyada  yaranan 
Ostqotlar  krallığında  yaĢayıb,  yaratmıĢdır.  O  Romanın  patrisi
241
  ailəsində 
anadan  olmuĢdu  və  ostqot  kralı  Teodorikusun  (Theodoricus)  dövründə, 
yüksək  dövlət  vəzifələrini  tutmuĢdu.  Lakin  sonra,  Boetsiusu  Ostqot 
dövlətitinin  mövcudluğuna  son  qoyulması  məqsədi  ilə  bizanslılarla  məxfi 
danıĢıqların  aparılmasında  ittiham  etmiĢdilər.  Dövlətə  qarĢı  xəyanətdə 
ittihamlandırılan Boetsius, zindana atılmıĢ və orada bir müddət saxlandıqdan 
sonra edam edilmiĢdi. Boetsiusa ―sonuncu romalı‖ ləqəbi vermiĢdilər. 
Boetsius tərcüməçi və filosof kimi tanınmıĢdı. O yunan dilindən  latın dilinə  
bəzi  riyazi  əsərləri,  məsələn  Evklidesin  (Eukleides)  «BaĢlanğıclar»  əsərini 
tərcümə etmiĢdi. Daha sonra o Aristotelin «Kateqoriyalar» əsərlərini tərcümə 
və Ģərh etmiĢdir. 
                                                 
241
  Patrisilər  (latınca  ―patricii‖)  -  qədim  Romada  bütün  dövlət  vəzifələrini  tutmaq 
hüququ olan ən yüksək ictimai zümrə. 


 
117 
Boetsius  bir  neçə  ilahiyyat 
risaləsinin  də  müəllifi  olmuĢdur. 
Lakin  bəzi  tarixçilər  onların  mü-
əllifinin  həqiqətən  Boetsius  oldu-
ğuna  Ģübhə  edirlər.  Bu  əsərlərdən 
ən  tanınmıĢı  «De  Trinitate»
242
 
(Müqəddəs 
Üçlük 
haqqında) 
risaləsidir.  Bu  əsərdə  Boetsius 
Xristianlığın  əsas  ehkamlarından 
olan  ―Üçlü  yü‖,  əqli  nöqteyi-
nəzərdən  əsaslandırmağa  çalıĢ-
mıĢdır.  Bunun  üçün  müəllif  ―bir-
lik‖,  ―eynilik‖,  ―fərq‖  kimi  anla-
yıĢların  mahiyyətini,  sonra  isə, 
fərqlərin  və  eyniliyin  cinsi,  sub-
stansial,  aksidensial
243
  növlərini 
təyin etmiĢdir.  
 
Maddi  Ģeylər  üçün  xas  olan  bu  fərqlər,  mütləq  olan  Ġlahi  mahiyyətə 
aid  edilə  bilməz.  Buradan  Tanrının  birliyi  haqqında  nəticə  çıxarılır.  Lakin 
burada  Tanrı  birliyinin  Onun  üç  siması  ilə  necə  uyğunlaĢdırılmalı  sualı 
yaranır.  Bu  suala  cavab  verməyə  cəhd  edən  Boetsius  Aristotelin  on 
kateqoriyasına
244
  müraciət  edir.  Yeni  platoçuları  təkrarlayaraq  o,  bu 
kateqoriyaların  Tanrıya  aid  edilməsinin  mümkünsüz  olduğunu  iddia  edirdi. 
Məsələn,  Tanrıya  ―böyük―  yaxud  ―mərhəmətli‖  deyəndə  insanlar  onları 
baĢqa  mənada  iĢlədirlər,  çünki  insan  anlayıĢları  Tanrıya  aid  edilə  bilməz. 
Tanrı  hər  Ģeyin  əvvəli  olduğuna  görə,  substansiyadır.  Eyni  zamanda  o, 
substansiyadan da uca olan bir varlıqdır, çünki insan anlayıĢında substansiya  
həm  də  əhəmiyyətsiz  Ģeylərin  (aksidensiyaların)  daĢıyıcısıdır.  Tanrıda  isə, 
aksidensiyalar ola bilməz. 
Aristotelin  kateqoriyalarını  təhlil  edən  Boetsius,  ―münasibət‖ 
kateqoriyasına  xüsusi  nəzər  yetirir.  Onun  fikrincə,  bu  kateqoriya  Tanrının 
mahiyyətini  daha  da  məqsədəuyğun  Ģəkildə  səciyyələndirir.  Bu 
                                                 
242
 Əsərin ingilis  dilinə  tərcüməsi burada yerləĢdirilmiĢdir:   
http://www.ccel.org/b/boethius/trinity/trinity .html 
243
 Aksidensiya (latınca ―accidentia‖) – Ģeylərin təsadüfi, əhəmiyyətsiz  xüsusiyyəti.  
244
  Aristotelə  görə,  hər  bir  Ģey  haqqında  tam  biliyə  yalnız  o  Ģeyin  mahiyyətinin 
bilinməsindən  sonra  nail  olmaq  olar.  ġeylərin  mahiyyətlərini  təyin  etmək  üçün, 
Aristotel  kateqoriyalar  anlayıĢını  tətbiq  etmiĢdi.  Kateqoriyalar  ondur:  substansiya, 
miqdar, keyfiyyət,  münasibət, yer, zaman,  hal, sahib olma,  hərəkət, dəyiĢmə.  


 
118 
münasibətlərdə  bir  Ģey  haqqında  xəbər  verən  anlayıĢ  (peridikat)  nisbi  ola 
bilər  və buna görə də o Ģeyin mahiyyəti  dəyiĢə bilməz. Buna misal  olaraq, 
Boetsius  ağanın  öz  quluna  olan  münasibətini  göstərir.  Qul  ölsə,  insan 
ağalıqdan  məhrum  olur. Lakin onun təbiəti, yaxud mahiyyəti, dəyiĢmir. Bu 
fikirləri Tanrıya aid edən Boetsius Ata, Oğul, Müqəddəs Ruh üçlüyündə də 
fərqlərin  nisbi  olduğunu  və  Tanrının  öz  substansial  mahiyyətində  bir 
olduğunu iddia edirdi. 
Boetsiusun  daha  bir  tanınmıĢ  əsəri  «Consolatio  Philosophiae»
245
 
(Fəlsəfədən təsəlli tapmaq) adlanır. Bu əsəri o,  zindanda, öz edamından bir 
qədər öncə yazmıĢdı. 
Bu  əsərdə  qadın  obrazını  almıĢ  və  simalaĢdırılmıĢ  Fəlsəfə  ilə 
Boetsiusun  arasında  dialoq  baĢ  verir.  Öz  edamını  gözləyən  Boetsius  artıq 
ədalətə inamını  itirib, özü  üçün ölüm arzulayır. Bu anda onun  qarĢısına bir 
əzəmətli  xanımın  simasında  Fəlsəfə  gəlir  və  onunla  dərin  mənalı  söhbətlər 
apararaq ona təsəlli verir. Fəlsəfə Boetsiusa, onun dünyanın ədalətsiz olması 
və  hər  yerdə  Ģərin  hökm  sürdüyü  haqqında  fikirlərinin  yalnıĢ  olduğunu 
bildirir.  Məsələ  bundadır  ki,  bu  dünya  ədalətli  olan  Tanrı  tərəfindən 
yaradılıb,  idarə  edilir.  Tanrı  isə,  insanı  ölməzlik  üçün  yaradıb.  Onun  əsl 
vətəni yer deyil, göylərdir. Bu cür fikirlərlə təsəlli tapmıĢ Boetsius, ölümünü 
laqeydliklə qarĢılamağa hazır olduğunu bildirir. 
Əsərin  ikinci  və  üçüncü  hissələrində  insan  xoĢbəxtliyinin  var-
dövlətdən,  hakimiyyətdən,  duyğular  vasitəsi  ilə  həzz  almadan  və 
ümumiyyətlə  bu  dünyadan  asılı  olmaması  haqqında  bəhs  edilir.  Səadət  və 
xoĢbəxtlik  yalnız  Tanrıya  doğru  mənəvi  yüksəlmədədir.  Buna  görə  də 
Boetsius  Tanrının  mövcud  olması  haqqında  fikirlərinə  çoxlu  yer  verir. 
Boetsiusun  fikrincə,  Tanrının  ən  kamil  varlıq  olduğu  ideyasından,  Onun 
tərəfindən intizamlı və ahəngli dünyanın yaradılması fikri yaranır. Dünyanın 
yaranması  haqqında  yazan  Boetsius  bir  çox  hallarda  Platonun  «Timeus» 
(Timaeus) əsərində olan fikirləri təkrar edirdi. Ġnsan əsl səadətə, öz iradəsini 
və əməllərini könüllü olaraq Tanrıya tabe edəndən sonra, çata bilər. 
Əsərin  dördüncü  hissəsi  teodiseya  probleminə  həsr  olunmuĢdur. 
Tanrıya  dünyada  olan  Ģərin  mövcud  olmasına  görə  bəraət  qazandırması  2 
variantda  gedir:  biri  stoiklərin  fəlsəfəsindən  məlum  olan  estetik,  digəri  isə 
Platonun «Qorgias» (Gorgias) əsərində olan etik variantlardır. 
                                                 
245
  Boethius.  The  Consolation  of  Philosophy.  Translated  by:  W.V.  Cooper  :  J.M. 
Dent  and  Company  London,  1902.  The  Temple  Classics,  edited  by  Israel  Golancz 
M.A. http://ccat.sas.upenn.edu/jod/boethius/boetrans.html 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə