Aydın Əli-zadə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə41/57
tarix11.10.2017
ölçüsü0,72 Mb.
#4454
1   ...   37   38   39   40   41   42   43   44   ...   57

 
110 
Avqustinus  elmlə  (scientia)  müdrikliyin  (sapientia)  arasında  fərqin 
olduğunu  iddia  edirdi.  Elmlə  nəticələnən  bilik  obyektiv  dünyanın  Ģüurlu 
idrakıdır. Müdriklik  isə, əbədi olan Ġlahinin  iĢlərinin və mənəvi obyektlərin 
dərk  olunmasıdır
236
.  Bilik  Ģər  olan  bir  Ģey  deyil.  O  hətta  insana  müəyyən 
dərəcədə  maddi  dünyada  yaĢamaq  üçün  lazımdır.  Lakin  insan,  yalnız  bilik 
alma  iĢini  özü  üçün  bir  məqsəd  qoymamalıdır.  Çünki  Tanrının  köməyi 
olmasa,  dünyanı  dərk  edə  bilməz.  Buna  görə  insan  elmi  müdrikliyə  tabe 
etməlidir, çünki ruhun xilası onun ən yüksək məqsədidir. 
Antik fəlsəfi ənənəsinə zidd olaraq, Avqustinus ruhun  yalnız  insanda 
olduğunu iddia edirdi. BaĢqa canlıların ruhu yoxdur. 
Ruhlar Tanrı tərəfindən yaradılır. Yaradılandan sonra ölməzdir. Yəni 
onların  əvvəli  var,  lakin  sonu  yoxdur.  Ruhlar  insanın  ölümündən  də  sonra 
yaĢayır.  Onlar  bir  bədəndən  baĢqa  bədənə  köçməzlər.  Bununla  Avqustinus 
pifaqorçuların və yeni platoçuların fikirlərini rədd edirdi. 
Avqustinusa  görə,  ruhlar  maddədən  ibarət  deyil.  Onların  heç  bir 
məkan  və  ölçü  keyfiyyətləri  yoxdur.  DüĢüncə,  yaddaĢ  və  iradə  kimi 
xüsusiyyətlər  ruhlara  aiddir.  YaddaĢın  olduğuna  görə,  insan  həyatında  baĢ 
verən  müxtəlif  hadisələr  itmir,  müəyyən  yerdə  toplanır.  Lakin  bu  yer 
məkanda heç bir yer tutmur. Bu da insan ruhunun maddə olmadığına dəlalət 
edir. Duyğu  orqanları vasitəsilə alınan obrazlar, cismi olmadan ruhda (daha 
doğrusu  onun  tərkib  hissəsi  olan  yaddaĢda)  saxlanılır.  Zehni  əmək 
nəticəsində əldə  olunan etik, riyazi anlayıĢlar  da yaddaĢda cisimsiz Ģəkildə 
saxlayır. 
Ruhlar  insan  bədəni  ilə  birləĢərək  onun  hər  bir  yerində  mövcuddur, 
təkcə  hansısa  bir  yerlə  məhdudlaĢmır.  Əslində  ruh  bədəndə  deyil,  bədən 
ruhdadır. Beləliklə Avqustinus, ruhu bədəndən yüksək bir varlıq hesab edir. 
Ruh  bədəni  idarə  edir.  Ġnsanın  əsl  mahiyyəti  onun  ruhundadır,  bədənində  
deyil. 
Avqustinus  ruhun  əqli  fəaliyyətindən  daha  çox,  onun  iradəsinə  
əhəmiyyət verirdi. Məsələ bundadır ki, insan aktiv bir varlıqdır. Aktivlik isə 
əqldən irəli gələ bilməz, çünki əql ətraf mühitin Ģeylərini passiv Ģəkildə dərk 
edir.  Beləliklə  hər  bir  insan  möhkəm  iradəyə  malik  olaraq,  Ġlahi  həqiqəti 
axtarmalıdır,  bu  yolda  fəaliyyət  göstərməlidir,  Tanrıya  məhəbbət  hissini 
                                                 
236
 De Trinitate XII,  12,  15.   
http://www.ccel.org/fathers2/NPNF1-03/npnf1-03-18.ht m#P1497_734340 


 
111 
bəsləməlidir.  Ġnsan  iradəsi  azaddır.  Bütün  bu  fikirləri  Avqustinus  «De 
quantitate aniniae»
237
 (Ruhun miqdarı haqqında) əsərində ifadə etmiĢdi. 
Avqustinus  öz  əsərlərində  insanın  azad  iradəsi  probleminə  də 
toxunmuĢdur. Onun fikrincə Tanrı  insana azad iradə vermiĢdi. Lakin bunda 
məqsəd  insanın  könüllü  olaraq  Ġlahini  tanıması  və  Onun  buyuruqlarının 
yerinə yetirməsidir. Lakin ilk insan olan Adəm, ona Tanrı tərəfindən verilən 
azadlığı Ona qarĢı üsyan üçün istifadə etmiĢdir. O, qadağan olunmuĢ ağacın 
meyvəsini  yeyərək günaha batmıĢdır. Bununla onun təbitəində qüsur əmələ 
gəlmiĢdi  və  o  günaha  meylli  olmuĢdur.  Bu  qüsurlar,  sonra,  onun  övladları 
olan bütün bəĢəriyyətə keçmiĢdir. O andan insanın azad iradəsi onunla Tanrı 
arasında bir ayrılığa, yadlaĢmağa səbəb olmuĢdur. Bu günahdan xilas olmaq 
üçün, Tanrı oğlu Ġsaya iman edilməlidir. O, insanla Tanrı arasında uçurumu 
ortalıqdan  qaldırmaq  üçün  bu  dünyaya  gəlmiĢdir.  O  ona  verilən  bütün 
əzablara  sinə  gəlib,  çarmıxa  çəkilərək  edam  edilmiĢdir.  Bununla  o, 
bəĢəriyyəti  günahlardan  təmizləmiĢdi.  Hər  bir  insan  ona  iman  edərək  xilas 
olur və Tanrı tərəfindən bağıĢlanır. Lakin, eyni zamanda , hər bir  insan kilsə 
üzvü olmalıdır, çünki  kilsə Ġsanı təmsil edən bir  qurumdur. Kilsə xaricində  
xilas  olmaq  mümkün  deyil.  Bundan  baĢqa,  dini  ayinləri  də  icra  etmək 
vacibdir. 
Bu fikirləri irəli sürən Avqustinus, Britaniyalı rahib Pelagiusla ixtilafa 
girmiĢdi.  Pelagiusun  fikrincə,  Adəmin  günah  etməsi  heç  də  bu  günahın 
bütün bəĢəriyyətə keçməsi demək deyil və ―ilk günah‖ anlayıĢı yoxdur. Hər 
bir  insan  dünyaya  günahsız  gəlir  və  günahları  həyatı  boyu  niyyət  və 
əməllərinə görə qazanır. Ġsanın gəliĢi də insanların günahlardan azad olması 
üçün baĢ verməmiĢdir. O yalnız ideal bir Ģəxsiyyət idi, hamı üçün möminlik 
nümunəsini  olmuĢdu.  Pelagiusa  görə,  insana,  onu  xeyr  və  ya  Ģər  yolu  ilə 
apara  bilən  azad  iradə  verilmiĢdir.  Tanrı  isə  insana  xeyrə  yönəlməsində  
köməklik  edə  bilər.  Beləliklə  Pelagiusun  fikirləri  kilsə  qanununun 
əhəmiyyətini  heçə  endirirdi.  Buna  görə  də  Avqustinus  onunla  mübarizə 
apararaq öz fikirlərini irəli sürmüĢdür. 
Avqustinusun  sosial-siyasi  baxıĢları  ictimai  bərabərsizlik  prinsipinə  
əsaslanır.  Bərabərsizlik  ictimai  həyatın  əbədi  və  dəyiĢməz  prinsipi  olaraq, 
Tanrı tərəfindən yaradılmıĢdır və hiyerarxiyaya bənzəyir. Bu hiyerarxiyada 
hər  bir  üzv,  özündən  öncə  gələn  üzvə  tabe  olur.  Belə  ki,  Avqustinus  ən 
yüksək  olan  göy  hiyerarxiyasından  və  onun  davamı  olan  yer 
                                                 
237
  Блаженный  Августин.  Творения.  Т.  1:  Об  истинной  религии.  СПб.;  Киев: 
Алетейа; УЦИММ-Пресс,  1998.  С.  183-263.   
http://aleteia.narod.ru/august/quantity_of_soul.htm 


 
112 
hiyerarxiyasından  danıĢır.  Lakin  ictimai  həyatda  bərabər  olmayan  insanlar, 
Tanrı qarĢısında birdirlər və öz əməllərinə görə cavabdehdirlər. 
Avqustinus  ictimai-tarixi  problemlərə  də  toxunmuĢdur.  Bəzi 
tarixçilərin fikrincə o tarix fəlsəfəsi mövzusunda yazan ilk mütəfəkkirlərdən 
biri  idi.  Avqustinusun  bu  mövzuya  marağı,  onun  410-cü  ildə  Romanın 
Alarixin komandanlığı altında vestqotlar tərəfindən fəth edilməsi hadisəsinə  
qiymət  verilməsi  cəhdlərindən  irəli  gəlmiĢdir.  Bu  hadisəni  bəzi  adamlar 
keçmiĢ roma tanrılarının, Xristianlığı qəbul edən romalılardan qisas alması 
kimi  qiymətləndirirdilər.  Digərləri  hesab  edirdilər  ki,  Romanın  süqutu 
ümumiyyətlə  dünya  tarixinin  sonu  deməkdir,  çünki  xristianlar,  öz  dinlərini 
təhrif  edərək,  ilkin  dinin  təmizliyini  dövlət  dini  anlayıĢı  ilə  əvəz  edərək 
günaha batmıĢdırlar və bu hadisə Tanrının onlara qarĢı qəzəbindən irəli gəlir, 
qiyamətin əlamətidir. 
Lakin  Avqustinus  hər  iki  fikri  rədd  etmiĢdir.  O  bütpərəstlərin 
tanrılarını  insan  düĢüncəsinin  məhsulu  adlandırırdı.  Onların  heç  bir  Ģeyə 
qadir olmadığı halda, dünyaları yaradan Tanrı hər Ģeyə qadirdir. 
Ümumiyyətlə,  Avqustinusun  tarix  fəlsəfəsi  haqqında  yalnız  Ģərti 
olaraq danıĢmaq olar. O bütün bəĢəriyyətə xristian nöqteyi-nəzərindən baxır 
və Bibliyanı əsas götürür. Lakin, buna baxmayaraq, Avqustinus «De civitate 
Dei»  əsərində  bəĢəriyyətin  taleyi  problemini  fəlsəfi  düĢüncə  obyektinə  
çevirən  ilk  mütəfəkkir  olmuĢdur.  Öz  əsərində  o,  əsasən  Bibliyada  verilən 
yəhudilərin  tarixini  və  Aralıq  dənizi  hövzəsində  yaĢayan  baĢqa  xalqların 
tarixlərini  sintez  Ģəklində  düĢüncə  obyektinə  çevirmiĢdi.  Dünya  tarixi 
Tanrının hökmü  ilə inkiĢaf edib dəyiĢdiyinə görə, Avqustinusun  ideyalarını 
providensial
238
 adlandırmaq olar. 
Avqustinusun fikrincə bütün bəĢər tarixini Ġlahi və  insani qurumların 
bir-biri ilə mübarizəsi təyin edir. Onlardan biri Ġlahi (civitas Dei), digəri  isə 
dünyavi  (civitas  terrena)  çarlıqlardır.  Beləliklə ,  burada  Tanrı  və  təbiət 
dualizmi, ictimai inkiĢaf proseslərinə aid edilir. Tanrı çarlığında insanların az 
hissəsi  təmsil  olunur.  Onlar  möminlərdir,  öz  sədaqətləri  və  ibadətləri  ilə 
Tanrının  məmnunluğunu  qazanmıĢdırlar.  Onlara  qarĢı  duran  dünyavi 
çarlığını təmsil edənlər özlərindən razı, Tanrını yada salmayan, ehtiraslarının 
arxasınca  gedən  insanlardır.  Onlar  bəĢəriyyətin  əksəriyyətini  təĢkil  edir. 
Ġsanın  gəliĢindən  öncə  Tanrı  çarlığı  mələklərdən,  möminlərdən  və  Əhdi 
Ətiqdə adları keçən peyğəmbərlərdən  ibarət idi. Ġsanın gəliĢindən sonra  isə 
                                                 
238
  Providensializm  (latınca  ―providentia‖  tale  deməkdir)  –  tarixi  hadisələrin  öz 
daxili  qanunauyğunluğu  ilə  deyil,  Tanrının  iradəsi  ilə  izah  etməyə  cəhd  edən  dini 
dünyacörüĢü. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə